
Bakıda yeniyetmə qız itkin düşüb.
Lent.az xəbər verir ki, Binəqədi rayonu, 6 mikrorayondakı evlərdən birində yaşayan 13 yaşlı O.Xudaverdiyeva noyabrın 7-si saat 17 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.

Bakıda yeniyetmə qız itkin düşüb.
Lent.az xəbər verir ki, Binəqədi rayonu, 6 mikrorayondakı evlərdən birində yaşayan 13 yaşlı O.Xudaverdiyeva noyabrın 7-si saat 17 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.

Sumqayıt şəhər Koroğlu prospekti 40-cı məhəllə ərazisində avtobus dayanacağında kişi meyiti tapılıb.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə yerinə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Məlum olub ki, ölən şəxs 40 yaşlı Pərviz Əzizxan oğlu Mirzəyevdir. Onun ürəktutmasından öldüyü qeyd olunub.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Украина готова прислушаться к мирным инициативам Бразилии, США, Китая и других стран, но компромиссы с Российской Федерацией (РФ) исключены, заявил Владимир Зеленский.
“Почему вы думаете, что страна, находящаяся в состоянии войны, страна, на которую напали, должна быть готова к компромиссу? Российские солдаты должны уйти на свою собственную землю. Они должны уйти. Это реальный способ остановить войну”, – подчеркнул украинский президент во время выступления по видеосвязи на конференции Reuters NEXT в Нью-Йорке.
“Если компромиссом станут наши территории, то вы должны понимать, что будет в других регионах, на других континентах. С этого момента повсюду территории других стран будут под угрозой”, – добавил Зеленский.
Он отметил, что Украина “готова услышать любые голоса, если они не российские” и предполагают вывод российских войск с украинских территорий. В том числе в Киеве готовы прислушаться к предложениям Бразилии, США, Китая, африканских стран. “Мы говорим, что мы можем разделять ваши идеи, это нормально. Только наши 10 пунктов (украинской формулы мира – ред.) не догма. Но все предложения должны быть основаны на одной идее, иначе мы никогда не найдем решение”, – сказал президент Украины.
Говоря о дискуссиях в США о возможном сокращении военной и финансовой помощи Украине, Зеленский заметил, что некоторые высказывания представителей Республиканской партии “действительно опасные”. “Конечно, наши люди боятся таких голосов”, – сказал он.
Однако, по словам Зеленского, даже если США изменят свою внешнюю политику, украинцы продолжат сражаться: “Мы будем бороться без вас, вы должны понимать наш народ: свобода – самая важная ценность, которая у нас есть, и никто ее не отдаст, даже если крупные лидеры попытаются нас к этому подтолкнуть”.
Источник: DW

Ukrayna Prezidenti Volodimir Zelenski digər ölkələrin sülh təşəbbüslərinə açıq olduğunu, lakin Rusiya Federasiyasına güzəştə getmək təkliflərini rədd etdiyini bildirib.
“Sizcə, niyə müharibə şəraitində olan, hücuma məruz qalan bir ölkə güzəştə getməyə hazır olmalıdır? Rus əsgərləri öz torpaqlarına getməlidirlər. Onlar getməlidirlər. Bu, müharibəni dayandırmağın əsl yoludur”, – deyə Zelenski Nyu-Yorkda “Reuters NEXT” konfransında videobağlantı vasitəsilə çıxışı zamanı deyib.
“Əgər ərazilərimiz güzəşt olunsa, siz başqa regionlarda, başqa qitələrdə nə baş verə biləcəyini başa düşməlisiniz. Ondan sonra başqa ölkələrin əraziləri hər yerdə təhlükə altında olacaq”, – prezident əlavə edib.
O qeyd edib ki, Ukrayna bütün səsləri – Rusiya qoşunlarının Ukrayna ərazilərindən çıxarılması niyyətində olan və Rusiyadan başqa bütün səsləri eşitməyə hazırdır. Xüsusilə, Kiyevdə Braziliya, ABŞ, Çin və Afrika ölkələrinin təkliflərini dinləməyə hazırdır.
“Sizinlə həmfikir ola bilərik, bu, normaldır. Yalnız bizim 10 bəndimiz (Ukrayna sülh formulu) doqma deyil. Amma bütün təkliflər bir ideyaya əsaslanmalıdır, əks halda biz heç vaxt həll yolunu tapa bilməyəcəyik”, – deyə Ukrayna prezidenti bildirib.
ABŞ-də Ukraynaya hərbi və maliyyə yardımının mümkün azaldılması ilə bağlı müzakirələrdən danışan Zelenski qeyd edib ki, Respublikaçılar Partiyasının nümayəndələrinin bəzi bəyanatları, həqiqətən, təhlükəlidir:
“Təbii ki, xalqımız belə səslərdən qorxur”.
Bununla belə, Zelenskinin sözlərinə görə, ABŞ xarici siyasətini dəyişsə belə, ukraynalılar mübarizəni davam etdirəcəklər:
“Biz sizsiz mübarizə aparacağıq, siz bizim xalqımızı başa düşməlisiniz: azadlıq bizim üçün ən vacib dəyərdir və onu heç kim əldən verməyəcək. Hətta böyük liderlər bizi buna sövq etməyə çalışsalar belə”.
Mənbə: DW

İordan çayının qərb sahilində, Cenin şəhərində İsrail Müdafiə Qüvvələri ilə Fələstin müqaviməti arasında şiddətli döyüşlər başlayıb.
Məlumata görə, İsrail əsgərləri bir neçə cəbhədən Ceninə hücum edirlər. Döyüşçülər ətrafdakı Əl-Cəlama və Mukabila şəhərlərindən əlavə qüvvələr alırlar.
Qeyd edək ki, İsrail ordusu HƏMAS-ın ciddi müqaviməti ilə üzləşir.
Mənbə: TASS

9 ноября завершился визит Президента Азербайджанской Республики Ильхама Алиева в Узбекистан.
Как сообщает АЗЕРТАДЖ, в Ташкентском международном аэропорту в честь главы государства был выстроен почетный караул.
Президента Азербайджана проводили премьер-министр Узбекистана Абдулла Арипов и другие официальные лица.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfəri noyabrın 9-da başa çatıb.
AZƏRTAC xəbər verir ki, Daşkənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər yola salıblar.


9 ноября в Ташкенте (Узбекистан) был организован официальный прием в честь участников 16-го саммита Организации экономического сотрудничества (ОЭС).
Как сообщает АЗЕРТАДЖ, в мероприятии принял участие Президент Азербайджанской Республики Ильхам Алиев.

Noyabrın 9-da Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısı iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Yasamal rayonunun ərazisində yoldakı təmirlə əlaqədar hərəkətin istiqaməti ilə bağlı sürücülərə müraciət edib.
Bu barədə idarənin əməkdaşı Araz Əsgərli məlumat verib.
Bildirilib ki, “Qurd qapısı”ndan Badamdara gedən istiqamətdə yolun 50 metrlik hissəsində təmir işləri ilə əlaqədar olaraq hərəkətin istiqaməti dəyişdirilir.
Bu, əsasən həmin yoldan istifadə edən və Badamdarda yaşayan sakinlər üçün əhəmiyyətlidir. Belə ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yanındakı dairədən geriyə hərəkət edib sağa Badamdara daxil ola biləcəklər.
“Təmir işlərinin beş gün davam etməsi nəzərdə tutulub. Xahiş edirik ki, sürücülər hərəkətin müvəqqəti dəyişdirilməsini nəzərə alsın”, – deyə A.Əsgərli vurğulayıb.