Month: November 2023

  • İlham Əliyev: “Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək”

    “Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpa olunan enerji 10 giqavata çatacaq. Bu ilin oktyabr ayında Azərbaycanda “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olub. Bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük Günəş elektrik stansiyasıdır”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında çıxışında deyib.

    Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyaların istifadəyə verildiyini vurğulayan Azərbaycan Prezidenti qeyd edib:

    “2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq. Erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü bir neçə ildən sonra 500 meqavat təşkil edəcək”.

  • Северный Кипр поздравил народ и правительство Азербайджана – ФОТО

    Министерство иностранных дел (МИД) Турецкой Республики Северного Кипра поздравило народ и правительство Азербайджана с Днем Государственного флага, который отмечается в нашей стране 9 ноября.

    В связи с этим была размещена публикация на странице ведомства в социальной сети X.

    “Желаем, чтобы славный флаг Азербайджана вечно развевался в каждом уголке его земли”, – отмечается в поздравлении.


  • Şimali Kipr Azərbaycan dövlətini və xalqını təbrik edib – FOTO

    “Şanlı Azərbaycan bayrağının torpaqlarının hər yerində əbədi dalğalanmasını arzu edirik”.

    Bu barədə Azərbaycanın 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında qeyd edilib.

    Paylaşımda Şimali Kipr Türk Respublikasının XİN-i Azərbaycan dövlətini və xalqını təbrik edib.


  • Президент: Азербайджан как член ОЭС принимает активное участие в работе организации

    Азербайджан как член Организации экономического сотрудничества (ОЭС) принимает активное участие в работе организации.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Азербайджана Ильхам Алиев, выступая на 16-м саммите ОЭС в столице Узбекистана Ташкенте.

    Подчеркнув, что в прошлом месяце заседание Совета министров стран-участниц ОЭС состоялось в Шуше, глава государства сказал: “Транспортно-логистическая инфраструктура Азербайджана доступна странам-участницам ОЭС. За последние годы Азербайджан инвестировал миллиарды долларов в свою транспортную инфраструктуру и стал одним из транспортно-логистических узлов Евразии вдоль транспортных коридоров Восток – Запад и Север – Юг. Строительство азербайджанских участков обоих коридоров уже завершено. В настоящее время мы работаем над расширением пропускной способности железных дорог, проходящих по этим коридорам”.

  • İlham Əliyev: “İƏT üzvü kimi Azərbaycan təşkilatın işində fəal iştirak edir”

    “İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) üzvü kimi Azərbaycan təşkilatın işində fəal iştirak edir”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında çıxışında deyib.

    Ötən ay ECO Nazirlər Şurasının iclasının Şuşada keçirildiyini vurğulayan dövlətimizin başçısı bildirib:

    “Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub və Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Biz hazırda bu dəhlizlər boyu dəmiryol xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işləyirik”.

  • Ильхам Алиев: За последние 20 лет в экономику Азербайджана было инвестировано более 310 млрд долларов

    За последние 20 лет в экономику Азербайджана было инвестировано более 310 млрд долларов, из которых около 200 млрд приходится на долю неэнергетического сектора. Это является результатом благоприятного инвестиционного климата в нашей стране.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Азербайджана Ильхам Алиев, выступая на 16-м саммите Организации экономического сотрудничества (ОЭС) в столице Узбекистана Ташкенте.

    С удовлетворением отметив, что Азербайджан официально утвержден в качестве страны, где будет размещен Центр чистой энергии ОЭС, глава государства подчеркнул: “Несмотря на то, что Азербайджан богат нефтегазовыми ресурсами, мы уделяем особое внимание развитию сектора возобновляемой энергетики. Потенциал возобновляемых источников энергии Азербайджана составляет 37 ГВт ветровой и солнечной энергии на суше и 157 ГВт ветровой энергии в азербайджанском секторе Каспийского моря”.

  • Prezident: “Azərbaycana 310 milyard dollar sərmayə qoyulması ölkəmizdə münbit sərmayə iqliminin nəticəsidir”

    “Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu, ölkəmizdə olan münbit sərmayə iqliminin nəticəsidir”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında çıxışında deyib.

    Azərbaycanın ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənməsini məmnuniyyətlə qeyd edən dövlətimizin başçısı bildirib:

    “Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, biz bərpa olunan enerji sektorunun inkişafına xüsusi diqqət yetiririk. Azərbaycanın bərpa olunan enerji potensialı quruda 37 qiqavat külək və Günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir”.

  • Ильхам Алиев: Стратегическое партнерство между Азербайджаном и Узбекистаном успешно развивается

    Стратегическое партнерство между Азербайджаном и Узбекистаном успешно развивается. В прошлом году я совершил один государственный и два рабочих визита в Узбекистан. В ходе каждого визита я становлюсь свидетелем результатов всесторонних реформ и социально-экономического развития Узбекистана.

    Как сообщает АЗЕРТАДЖ, об этом Президент Азербайджана Ильхам Алиев сказал, выступая на 16-м саммите Организации экономического сотрудничества в столице Узбекистана Ташкенте.

    Искренне поздравив руководство Узбекистана с достигнутыми успехами, глава государства отметил: “После своего переизбрания президентом Узбекистана Шавкат Миромонович Мирзиеев совершил первый государственный визит в Азербайджан. Это еще раз демонстрирует, насколько глубоки братские отношения между двумя нашими странами”.

  • Prezident İlham Əliyev: “Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir”

    “Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir. Ötən il mən Özbəkistana bir dövlət səfəri və iki işgüzar səfər etmişəm. Hər səfərimdə Özbəkistanda hərtərəfli islahatların nəticələrinin, sosial və iqtisadi inkişafın şahidi oluram”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında çıxışında deyib.

    Əldə olunmuş uğurlar münasibətilə Özbəkistan rəhbərliyini səmimi-qəlbdən təbrik edən dövlətimizin başçısı bildirib:

    “Şavkat Miromonoviç Mirziyoyev yenidən Özbəkistan Prezidenti seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana edib. Bu, iki ölkə arasında qardaşlıq münasibətlərinin nə dərəcədə dərin olmasını bir daha nümayiş etdirir”.

  • Мехрибан Алиева поздравила азербайджанский народ с Днем Государственного флага – ФОТО

    Первый вице-президент Азербайджана Мехрибан Алиева поздравила азербайджанский народ с Днем Государственного флага.

    В связи с этим на официальной странице Первого вице-президента в Instagram размещена публикация.

    “Пусть наши сердца всегда будут наполнены гордостью за нашу Родину, за наш флаг и за наш народ!” – говорится в надписи на опубликованном фото.