Month: November 2023

  • “Apple”ın həmtəsisçisi Mexikodakı xəstəxanaya yerləşdirilib

    “Apple”ın həmtəsisçisi 73 yaşlı Stiv Voznyak xəstəxanaya yerləşdirilib.

    Məlumata görə, Voznyak Dünya Biznes Forumunda çıxış etməli imiş. O, forumda çıxışı ərəfəsində özünü pis hiss edib, başı gicəllənib. Voznyak təcili olaraq Santa Fe şəhərinin mərkəzindəki tibb mərkəzinə aparılıb.

    Qeyd edək ki, hazırda iş adamının vəziyyəti stabildir.

    Mənbə: Meduza

  • Fransa Liqa 1-də qalmaqal: Azarkeş vandallığına göz yumulub?

    Fransanın “Lion” futbol klubu “Marsel” azarkeşlərinin komanda avtobusuna hücumu ilə bağlı intizam komissiyasının qərarından apellyasiya şikayəti verəcək.

    Belə ki, Fransa Liqa 1 hadisəyə görə “Marsel” klubuna cəza tətbiq etməməyi qərara alıb. “Lion”da isə bu fikirdədirlər ki, qərar ədalətsizdir, çünki hadisə klubun bütün üzvlərinə və azarkeşlərinə ciddi təsir edib.

    Xatırladaq ki, oktyabrın 29-da keçirilməli olan görüş “Marsel” azarkeşlərinin “Lion”un avtobusuna hücumu səbəbindən baş tutmayıb. Hadisə zamanı qonaqların baş məşqçisi Fabio Qrosso üzündən, köməkçisi Raffaele Lonqo gözlərindən xəsarət alıb. Fransa Liqa 1-in X turu çərçivəsində keçirilməli olan qarşılaşma dekabrın 6-da gerçəkləşəcək.

    Mənbə: Championat.com

  • Никол Пашинян отправился во Францию

    Премьер-министр Армении Никол Пашинян вместе с супругой Анной Акопян отправился во Францию.

    Об этом сообщают армянские СМИ.

    Ожидается, что сегодня он встретится с президентом Франции Эммануэлем Макроном и примет участие в 6-й мирной конференции в Париже.

  • Nikol Paşinyan Fransaya yollanıb

    Ermənistanın baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan Fransaya gediblər.

    Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

    Baş nazirin bu gün Fransa Prezidenti Emmanuel Makronla görüşü və Parisdə 6-cı Sülh Konfransında iştirak edəcəyi gözlənilir.

  • Bakıda “Prius” piyadanı vurub

    Bakıda, metronun “Nizami” stansiyasının yaxınlığında piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Toyota Prius” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Hadisə nəticəsində piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    İlkin məlumata görə, piyada yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilirb.

    Faktla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi Araz Əsgərli oxu.az-a bildirib ki, sözügedən qəza ilə bağlı araşdırma aparılır:

    “Qəza nəticəsində ölüm halı qeydə alınmayıb. Piyada xəsarət alıb. Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır”.

  • Sabah 20 dərəcə isti olacaq

    Noyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 12-16° isti, gündüz 16-19° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

    Havanın temperaturu 7-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

  • Xankəndidə Stepan Şaumyanın heykəli sökülüb – FOTO

    Xankəndidə bolşevik liderlərindən biri, 1918-ci il 31 Mart soyqırımı təşkilatçılarından olan erməni Stepan Şaumyanın heykəli sökülüb.

    Bu barədə sosial şəbəkələrdə paylaşım edilib. Bu hadisə şəhərin adını Şaumyanla bağlayan ermənilərin isteriyasına səbəb olub.

    Qeyd edək ki, XX əsr Azərbaycan tarixinin ən faciəvi səhifəsi Bakı Soveti və onun başçısı Stepan Şaumyanın adı ilə bağlıdır. Rusiya imperiyasının dağılması nəticəsində baş vermiş mühüm siyasi proseslərin hökmü ilə o, Azərbaycanın qədim şəhəri Bakıda və onun ətrafındakı rayonlarda bərqərar olmuş siyasi rejimin başında durub. Bolşevik hərəkatının bayrağı altında çıxış edən Şaumyan, əslində, Türkiyə və Azərbaycanın xeyli hissəsində erməni dövlətinin yaradılmasını özünün strateji məqsədi elan etmiş erməni millətçiliyinin maraqlarını ifadə edirdi. Bakını və ətraf rayonları zəbt edən Şaumyanın başçılıq etdiyi siyasi qüvvə öz məqsədinə yalnız azərbaycanlı əhalinin məhv edilməsi vasitəsilə nail ola bilərdi. Bununla da azərbaycanlılar öz torpağında dövlət terrorizmi siyasətinin qurbanlarına çevrildilər.

    Şaumyanın və onun başçılıq etdiyi Bakı Sovetinin apardığı siyasətin nəticəsi onminlərlə azərbaycanlının soyqırımı oldu. Bu günahsız insanların həyatları “böyük Ermənistan” ideologiyasının gerçəkləşdirilməsi naminə qurban verildi.

  • Türkiyədə axtarışda olan FETÖ terrorçusu saxlanılıb – VİDEO

    2016-cı il iyulun 15-də hərbi çevrilişə cəhdlə bağlı axtarışda olan FETÖ terror qruplaşmasının üzvlərindən biri İstanbulda saxlanılıb.

    Məlumata görə, Türkiyə hüquq-mühafizə orqanlarının İstanbulda keçirdiyi əməliyyat nəticəsində terrorçu Can U. tutulub. O, 2016-cı ildə FETÖ qruplaşmasının təşkil etdiyi hərbi çevriliş cəhdindən sonra axtarışa verilib.

    Qeyd edək ki, saxlanılan şəxs “İhsan” və “Ahmet” kod adları ilə də tanınıb.
    //sondakika.com

  • İpoteka ilə mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

    Bu gün regionlarda ipoteka şərtlərinin yüngülləşdirilməsi təklif edilir və bu istiqamətdə dövlət tərəfindən müəyyən addımların atıldığı qeyd edilir.

    Hesab edilir ki, regionlarda ipoteka şərtlərinin yüngülləşdirilməsi Bakıya əhali axınını dayandıracaq və əhalinin regionlarda yaşamasını stimullaşdıracaq.

    Digər bir məsələ isə regionlarda ipoteka şərtlərinin yüngülləşdirilməsinin mənzil bazarında qiymətlərə hansı formada təsiri ilə bağlıdır.

    Məsələ ilə bağlı Trend-ə açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, regionlarda ipoteka şərtləri Bakı ilə müqayisədə daha əlçatandır.

    “Çünki regionlarda evlərin də qiyməti Bakı ilə müqayisədə aşağıdır. Nəticə etibarı ilə alınan mənzillərə görə aylıq ödənişlərin məbləği vətəndaşlar üçün kifayət qədər əlçatan olur.

    Bu başqa məsələdir ki, regionlarda ipoteka götürmək istəyən şəxslərin gəlirləri Bakıdakı səviyyədə deyil, aşağıdır. Eyni zamanda hesab edirəm ki, rayonlarda məskunlaşmanı təşviq etmək üçün ipoteka faizlərində müəyyən güzəştlər tətbiq etmək olar”, – deyə R.Osmanlı bildirib.

    Regionlarda ipoteka şərtlərinin yüngülləşdirilməsinin qiymətlərə təsirinə gəlincə isə R.Osmanlı qeyd edib ki, bu gün Azərbaycanda verilən ipotekanın 80 faizdən çoxu Bakının payına düşür.
    “Burada Abşeron və Sumqayıtı da çıxsaq, ümumi regionların təqribən 7-8 faizlik payı qalır. Bu mənada hesab etmirəm ki, regionlara ipotekada güzəşt tətbiq edilməsi əmlak qiymətlərinə təsir göstərsin.

    Əmlak qiymətlərinə təsir göstərməsi üçün bazar şərtləri bu prosesə uyğun olmalıdır. İndiki halda Azərbaycanda qiymət azalması üçün heç bir əsas və şərt yoxdur”, – deyə R.Osmanlı bildirib.

    Xatırladaq ki, ipoteka kreditləri hər ilin əvvəlində ayrılır.

    Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 47 min 356 ipoteka krediti verilib.

    Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 833 milyon 541 min 141 manatdır.

  • Ильхам Алиев: Через несколько лет общая мощность наших ГЭС на освобожденных территориях составит 500 МВт

    В ближайшем будущем Азербайджан станет потенциальным экспортером “зеленой”, в том числе водородной, энергии. В соответствии с контрактами и меморандумами о взаимопонимании, подписанными с иностранными инвесторами, являющимися ведущими мировыми компаниями в сфере “зеленой” энергетики, производство энергии из возобновляемых источников в Азербайджане в ближайшие годы достигнет 10 ГВт. В октябре этого года в Азербайджане состоялось открытие Гарадагской солнечной электростанции мощностью 230 МВт, разработанной компанией Masdar. Она является крупнейшей солнечной электростанцией в Каспийском и Кавказском регионах.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Азербайджана Ильхам Алиев, выступая на 16-м саммите Организации экономического сотрудничества в столице Узбекистана Ташкенте.

    Отметив, что в 2021-2023 годах в освобожденных Карабахе и Восточном Зангезуре были введены в эксплуатацию гидроэлектростанции общей мощностью 170 МВт, глава государства сказал: “К концу 2024 года этот показатель достигнет 270 МВт. Через несколько лет общая мощность наших гидроэлектростанций (ГЭС) на освобожденных от армянской оккупации территориях составит 500 МВт”.