Month: November 2023

  • Лига Европы УЕФА: сегодня “Карабах” проведет на своем поле очередной матч

    Сегодня “Карабах” проведет четвертый матч в рамках группового этапа Лиги Европы УЕФА.

    Чемпион страны, занявший место в группе H, примет на своем поле немецкий “Байер 04” (Леверкузен). На данный момент представитель Германии лидирует в группе, завершив все матчи победой. Последний матч в еврокубках агдамский клуб провел именно против этой команды, которой проиграл на выезде со счетом 1:5.

    В текущем сезоне в Бундеслиге “Байер”, набравший за 10 игр 28 очков, занимает первое место. Команда продолжает свой путь без поражений. “Скакуны” же, набрав после 12 туров в Премьер-лиге Азербайджана 23 очка, занимают второе место.

    Отметим, что в другом матче группы шведский “Хеккен” встретится с норвежским “Молде”.

    Лига Европы УЕФА, групповой этап

    IV тур

    21:45 “Карабах” (Азербайджан) – “Байер 04” (Германия)

    Судья: Крейг Поусон (Англия).

    Баку, Республиканский стадион имени Тофика Бахрамова.

  • UEFA Avropa Liqası: “Qarabağ” bu gün doğma meydanda növbəti matçına çıxacaq – AFİŞA

    “Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində IV görüşünü keçirəcək.

    H qrupunda yer alan ölkə çempionu doğma azarkeşləri önündə Leverkuzen “Bayer”ini qəbul edəcək. Almaniya təmsilçisi qrupda liderdir və bütün matçları qələbə ilə başa vurub. Ağdam kollektivi avrokuboklarda son matçını məhz bu komandaya qarşı keçirib və səfərdə 1:5 hesabı ilə məğlub olub.

    “Bayer” cari mövsüm Bundesliqada da 10 matça topladığı 28 xalla ilk pillədə qərarlaşıb. Kollektiv yoluna məğlubiyyətsiz davam edir. “Köhlən atlar” isə Azərbaycan Premyer Liqasında 12 turdan sonra 23 xal toplayıb və 2-ci yerdədir.

    Qeyd edək ki, bu görüşdən əlavə bu gün UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində daha 15 qarşılaşma keçiriləcək.

    UEFA Avropa Liqası, qrup mərhələsi

    IV tur

    A qrupu

    00:00. “Frayburq” (Almaniya) – “Baçka Topola” (Serbiya)
    00:00. “Vest Hem” (İngiltərə) – “Olimpiakos” (Yunanıstan)
    Xal durumu: “Vest Hem” – 6, “Frayburq” – 6, “Olimpiakos” – 4, “Baçka Topola” – 1

    B qrupu

    21:45. “Ayaks” (Niderland) – “Brayton” (İngiltərə)
    00:00. AEK (Yunanıstan) – “Marsel” (Fransa)
    Xal durumu: “Marsel” – 5, AEK – 4, “Brayton” – 4, “Ayaks” – 2

    C qrupu

    00:00. “Real Betis” (İspaniya) – “Aris Limassol” (Kipr)
    00:00. “Reyncers” (Şotlandiya) – “Sparta Praqa” (Çexiya)
    Xal durumu: “Real Betis” – 6, “Sparta Praqa” – 4, “Reyncers” – 4, “Aris Limassol” – 3

    D qrupu

    00:00. “Atlanta” (İtaliya) – “Ştrum Qraz” (Avstriya)
    00:00. “Sportinq” (Portuqaliya) – “Rakuv” (Polşa)
    Xal durumu: “Atlanta” – 7, “Sportinq” – 4, “Ştrum Qraz” – 4, “Rakuv” – 1

    E qrupu

    21:45. LASK (Avstriya) – “Union” (Belçika)
    21:45. “Tuluza” (Fransa) – “Liverpul” (İngitərə)
    Xal durumu: “Liverpul” – 9, “Union” – 4, “Tuluza” – 4, LASK – 0

    F qrupu

    21:45. “Renn” (Fransa) – “Panatinaikos” (Yunanıstan)
    21:45. “Makkabi Hayfa” (İsrail) – “Vilyarreal” (İspaniya)
    Xal durumu: “Renn” – 6, “Panatinaikos” – 4, “Vilyarreal” – 3, “Makkabi Hayfa” – 1

    G qrupu

    21:45. “Servett” (İsveçrə) – “Şerif” (Moldova)
    21:45. “Slavia Praqa” (Çexiya) – “Roma” (İtaliya)
    Xal durumu: “Roma” – 9, “Slavia Praqa” – 6, “Servett” – 1, “Şerif” – 1

    H qrupu

    21:45. “Qarabağ” (Azərbaycan) – “Bayer” (Almaniya)
    00:00. “Hakken” (İsveç) – “Molde” (Norveç)
    Xal durumu: “Bayer” – 9, “Qarabağ” – 6, “Molde” – 3, “Hakken” – 0

  • Cəlilabadda torpaq üstündə kütləvi dava olub, xəsarət alanlar var

    Cəlilabad rayonunda torpaq mübahisəsi ilə bağlı 4 nəfər döyülüb.

    “Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Abışabad kəndində qeydə alınıb.

    Belə ki, iki ailənin üzvləri arasında torpaq üstündə yaranan mübahisə daha sonra tərəflər arasında baş verən davaya çevrilib. Nəticədə rayon sakinləri, 1975-ci il təvəllüdlü Ərəstun İbrahimov, 1971-ci il təvəllüdlü Fikrət İbrahimov, 2001-ci il təvəllüdlü İsmət İbrahimov, 1998-ci il təvəllüdlü Məlik Qarayev müxtəlif bədən xəsarətləri alıb. Onlar rayon xəstəxanasına aparılıb.

    Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, həmin faktla bağlı hazırda Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır. Təyin olunmuş ekspertizaların rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

  • Şuşada möhtəşəm atəşfəşanlıq olub

    8 Noyabr – Zəfər Günü münasibətilə Şuşa şəhərində möhtəşəm atəşfəşanlıq olub.

    AZƏRTAC xəbər verir ki, bayram atəşfəşanlığı Qarabağın, qədim Şuşanın səmasını al-əlvan rənglərə boyayıb.

  • Macarıstan Azərbaycandan böyük həcmdə qaz almağı planlaşdırır

    “Macarıstan gələcəkdə Azərbaycan, Qətər və Türkiyədən böyük həcmdə qaz almağı planlaşdırır, lakin regionda boru kəmərinin gücü bunun üçün yetərli deyil”.

    Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Buxarestdə keçirilən 6-cı Rumıniya Beynəlxalq Qaz Konfransında (RIGC 2023) çıxış edərkən deyib.

    Ölkəsinin qazın əsas hissəsinin hələ də Rusiyadan aldığını və mənbə ilə tədarük marşrutlarının şaxələndirilməsinin illüziya olaraq qaldığını vurğulayan diplomat buna səbəb olaraq Cənub-Şərqi Avropanın bu baxımdan yetərli gücə malik olmadığını qeyd edib. Onun fikrincə, sözügedən bölgədə boru kəmərinin gücü bunun üçün yetərli deyil və belə şəraitdə diversifikasiya sadəcə illüziya olaraq qalır.

    XİN başçısı bildirib ki, qaz kəmərlərinin ötürmə qabiliyyətini artırmaq üçün əlavə vəsait lazımdır, lakin Cənub-Şərqi Avropa ölkələri üçün onları tapmaq çətindir və Avropa Komissiyası bu təşəbbüsün maliyyələşdirilməsi sorğusunu təsdiqləməkdən imtina edir.

    Bu səbəbdən, onun fikrincə, “şaxələndirməyə ən böyük əngəl Brüsselin özü və bəzi Aİ üzvləridir”.

    Siyarto əlavə edib ki, Macarıstan boru kəməri və interkonnektor imkanlarını genişləndirmək üçün qonşuları və tərəfdaşları ilə əməkdaşlığı davam etdirəcək.

    Mənbə: TASS

  • “Blue River” restoranında havaya atəş açıldı – 100 manat cərimə edildi

    Göyçay şəhərində yerləşən “Blue River” restoranında havaya atəş açıldığına görə saxlanılan olub.  

    Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə saxlanılan 1992-ci ildə Rusiya Fedarasiyasında anadan olmuş Namiq Səmədov (ad, soyad-şərti) barəsində İnzibati Xətlar Məcəlləsinin 590.2-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

    Sözügedən maddəyə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir.

    N.Səmədov məhkəmədə ifadəsində bildirib ki, havaya o deyil, dostu Nicat atəş açıb: “Dostlarım Məhəmməd və Nicatla sözügedən restorana getdik. Orada bir qədər oturduqdan sonra ov silahını Nicata verdim. Nicat ov silahını götürüb avtomobilə əyləşərəkər həmin silahdan havaya atəş açıb. Törətdiyi əməldən peşmandır”.

    Məhkəmənin qərarı ilə, Namiq Səmədov İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək, bir ədəd 12 kalibrli, Barak markalı, 635- H-21-PT-6 nömrəli, yivsiz lüləli ov silahı müsadirə edilməklə, 100 manat məbləğində cərimə edilib.

    Havaya atəş açdığı deyilən Nicatın saxlanılıb-saxlanılmaması ilə bağlı məlumat yoxdur.

  • Naxçıvanda Zəfər Günündə möhtəşəm atəşfəşanlıq olub

    Naxçıvanda Zəfər Günündə möhtəşəm atəşfəşanlıq olub.

    Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında 8 Noyabr – Zəfər Günü münasibətilə Naxçıvan Qarnizonunun Hərbi Orkestrinin və Naxçıvan Dövlət Filarmoniyasının təqdimatında konsert təşkil edilib, eyni zamanda möhtəşəm atəşfəşanlıq olub.

    Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri iştirak ediblər.

  • Таджикистан и Иран подписали меморандум об отмене визового режима

    Правительства Таджикистана и Ирана заключили меморандум об отмене визового режима для граждан двух государств.

    Документ был подписан в присутствии президентов Эмомали Рахмона и Эбрахима Раиси во Дворце нации в Душанбе в ходе визита иранского лидера.

    “В присутствии глав государств был подписан меморандум о взаимопонимании между правительством Республики Таджикистан и правительством Исламской Республики Иран об отмене виз для владельцев загранпаспортов”, – говорится в сообщении пресс-службы таджикского лидера.

    Впервые об упрощении визового режима Рахмон и Раиси высказались на двусторонней встрече на полях 78-й сессии Генеральной Ассамблеи ООН в Нью-Йорке в сентябре. В настоящее время между Таджикистаном и Ираном налажено регулярное авиасообщение. Однако на данный момент из Таджикистана в Иран без визы могут поехать только владельцы служебных и дипломатических паспортов и находится там не более месяца.

  • Tacikistan və İran viza rejiminin ləğvi ilə bağlı memorandum imzalayıblar

    Tacikistan və İran hökumətləri viza rejiminin ləğvi haqqında anlaşma memorandumu imzalayıblar.

    Bu barədə sənəd Mərkəzi Asiya ölkəsinin paytaxtı Düşənbədəki Millət Sarayında Tacikistan və İran prezidentləri Emoməli Rəhmon və İbrahim Rəisinin iştirakı ilə imzalanıb.

    “Dövlət başçılarının iştirakı ilə Tacikistan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında xarici pasport sahibləri üçün vizaların ləğvi haqqında anlaşma memorandumu imzalanıb”, – Tacikistan liderinin mətbuat xidmətinin məlumatında deyilib.

    Qeyd edək ki, noyabrın 8-də Rəisi ikinci dəfə Düşənbəyə səfər edib. Siyasətçi ilk dəfə 2021-ci ilin sentyabrında Tacikistana səfər edib. O zaman Prezident Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan Dövlət Başçıları Şurasının toplantısında müşahidəçi ölkə kimi iştirak edib. Bu, Rəisinin prezident kimi ilk xarici səfəri idi.

    Xatırladaq ki, Rəhmon və Rəisi sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində keçirilmiş ikitərəfli görüşdə ilk dəfə olaraq viza rejiminin sadələşdirilməsindən danışıblar.

  • Ukraynanın idman naziri istefa verib

    Ukraynanın gənclər və idman naziri Vadim Hutsayt işdən çıxmaq haqqında ərizə yazıb. Sənəd artıq Ali Radaya (birpalatalı parlament) çatıb.

    Bu barədə qanunverici orqanın sədri Ruslan Stefançuk feysbukda yazıb.

    “Ukraynanın Ali Radasına Ukraynanın gənclər və idman naziri V.M. Hutsaytın işdən çıxmaq haqqında ərizəsi çatıb”, – parlament nəql edib.

    Onun sözlərinə görə, sənədə yaxın günlərdə baxılacaq.

    Stefançuk ərizənin surətini də paylaşıb. Orada Hutsayt qərarının səbəbini açıqlamayıb.

    Xatırladaq ki, ötən gün “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri David Araxamiya parlamentin bu həftə nazirlərdən birini vəzifədən azad edəcəyini bildirmişdi.