Month: November 2023

  • Sabah Bakıda bu avtobusunların hərəkət sxemi dəyişdiriləcək

    Sabah Bakıda 4 marşrut avtobusunun hərəkət sxemi dəyişdiriləcək.

    Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə və Ceyhun Səlimov küçələrinin kəsişməsində su xəttində baş verən qəzanın aradan qaldırılması məqsədilə noyabrın 9-u saat 10:00-dan saat 14:00-a qədər asfalt-beton örtüyü qazılaraq bərpa işləri aparılacaq.

    Təmir-bərpa işləri ilə əlaqədar həmin yol sahəsindən keçən 7A, 7B, 67 və 199 nömrəli müntəzəm marşrutların hərəkət sxemlərində müvafiq dəyişikliklər edilərək fəaliyyətləri alternativ küçələrlə təşkil olunacaq.

  • Fatih Birol: “Dünya neft bazarı çox böyük tərəddüd və qeyri-müəyyənlik astanasındadır”

    “Dünyanın neft və təbii qaz tədarüklərinə artan geosiyasi təhdidlər – antropogen iqlim dəyişikliyi ilə bağlı narahatlıqlara əlavə olaraq – qalıq yanacaqların etibarlı və təhlükəsiz enerji mənbələri kimi cəlbediciliyini daha çox sarsıdır”.

    “Report” xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol “S&P Global Commodity Insights” beynəlxalq agentliyinə müsahibəsində deyib.

    “Neft bazarı çox böyük tərəddüd və qeyri-müəyyənlik astanasındadır. Məsələ bir və ya bir neçə neft istehsalçısı olan ölkənin böhrana qarışıb-qarışmamasındadır. Bu belədirsə, bazarın tədarüklərdə fasilələr və yüksək qiymətlər planında əziyyət çəkəcəyini görə bilərik”, – o vurğulayıb.

    Onun sözlərinə görə, Yaxın Şərqdə münaqişənin daha geniş yayılması qorxusu “OPEC+” ölkələrinin tədarüklərini könüllü şəkildə azaldılması ilə Ukraynada davam edən münaqişə və Rusiyaya qarşı sanksiyalarla bağlı artan geosiyasi risklərin birləşməsi neft bazarlarında yüksək əhvali-ruhiyyəni gücləndirib: “Qərbin Rusiya neftinin ixracına tətbiq etdiyi sanksiyalar ötən il Ukraynada müharibə başlayandan sonra xam neft və dizel yanacağının Avropaya axınının strukturunu dəyişib. Yəmən isə Yaxın Şərqdə artan eskalasiya səbəbindən qlobal neft bazarları üçün potensial güclü nöqtəyə çevrilib”.

    “S&P Global Platts”ın hesablamalarına görə, 2023-cü ilin əvvəlindən “Brent” markalı neftin qiyməti təxminən 13 ABŞ dolları artıb.

    F.Birol qeyd edib ki, insanlar ekstremal hava hadisələrini də qalıq yanacaq istifadəsi ilə əlaqələndirirlər və iqlim böhranının dərinləşməsinə də cavabdehdirlər.

    Oktyabrın 12-də neft bazarı ilə bağlı son aylıq hesabatında IEA, İsraildə münaqişənin eskalasiyası Yaxın Şərqdən neft tədarükünə təsir edərsə, strateji ehtiyatların koordinasiyalı buraxılması ilə addım atmağa hazır olduğunu bildirib. İsrail və HƏMAS arasındakı qarşıdurmanın bu günə qədər fiziki neft tədarükünə birbaşa təsir göstərmədiyini qeyd edən IEA, bu qarşıdurmanın siyasi cəhətdən bütün Yaxın Şərqə yayıla biləcəyinə dair hər hansı bir əlamət olarsa, beynəlxalq ictimaiyyət regiona neft axınları üçün mümkün risklərə diqqətini artıracaq.

    Gələcəyi nəzərə alan F.Birol xəbərdarlıq edib ki, Qərbin Rusiyanın neft və təbii qazından uzaqlaşması bu təbii ehtiyatların tədarükünün tələb və təklif perspektivləri üçün uzunmüddətli nəticələrə səbəb olacaq.

    Oktyabr ayında dərc olunan 2023-cü il Dünya Enerji Perspektivləri hesabatında IEA bildirib ki, onun mərkəzi ssenarisinə əsasən, kömür, neft və təbii qaza qlobal tələbin, əsasən günəş enerjisi sahəsində sürətli irəliləyişlə əlaqədar olaraq onilliyin sonuna qədər pik həddə çatacağı gözlənilir.

    “Hökumətlər, şirkətlər və investorlar ekoloji təmiz enerjiyə keçidi dəstəkləməli və ona müdaxilə etməməlidirlər. Çünki bu, yeni sənaye imkanları və iş yerləri, daha çox enerji təhlükəsizliyi, daha təmiz hava, hər kəsin enerjiyə çıxışı və hamı üçün təhlükəsiz iqlim daxil olmaqla böyük üstünlüklər təklif edir”, – o bildirib.

  • Президент Ильхам Алиев прибыл с визитом в Узбекистан

    8 ноября Президент Азербайджанской Республики Ильхам Алиев прибыл с визитом в Узбекистан для участия в 16-м Саммите Организации экономического сотрудничества.

    Как сообщает АЗЕРТАДЖ, в Ташкентском международном аэропорту в честь главы государства был выстроен почетный караул.

    Президента Азербайджана встречали премьер-министр Узбекистана Абдулла Арипов и другие официальные лица.

  • Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda səfərdədir

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün noyabrın 8-də Özbəkistana səfər edib.

    AZƏRTAC xəbər verir ki, Daşkənd Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Azərbaycan Prezidentini Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.

  • Ulduz falı: 9 noyabr, 2023-cü il

    Median.Az 9 noyabr, 2023-cü il tarixi üçün ulduz falını təqdim edir:
    Qoç, 9 noyabr, 2023-cü il

    Bu gün mübahisələr həmişəkindən daha tez-tez yaranacaq. Və çox zaman onları başlatan da siz olacaqsınız.

    Bəzən özünüzü sübut etməyə ehtiyac duyursunuz. Amma bir qədər səbr edə bilsəniz, hər şey təbii şəkildə həyata keçə bilər.

    Rəhbərlik və ya karyeranızın inkişafına təsir edə biləcək insanlarla söhbətlərdə diqqətli olmalısınız.

    Çünki, sizin ironik ifadələriniz, istehzalı açıqlamalarınız onlara heç də həmişə aydın olmur.

    Bu gün vacib işlərin həyata keçrilməsi üçün əlverişlidir. Bütün işləri kimsənin köməyi olmadan, özünüz düzgün qərarlar verərək həyata keçirə bilərsiniz.

    Buğa, 9 noyabr, 2023-cü il

    Uğurlu bir gün olacaq. Müsbət tendensiyaların təsiri həyatın bütün sahələrində nəzərə çarpacaq, bütün işlərin öhdəsidən yaxşı şəkildə gələcəksiniz.

    Hətta bir neçə aydır öhdəsindən gələ bilmədiyiniz işləri başa çatdıra biləcəksiniz. Bir çox Buğalar köhnə tanışlardan kömək alacaqlar.

    Gün uzunmüddətli iş və şəxsi əlaqələri bərpa etmək üçün əlverişli olacaq.

    Bu gün daha çox maraqlandığınız insanlarla ünsiyyətə vaxt ayırmağa dəyər. Müzakirə etmək istədiyiniz çox şey var və indi bunun üçün ən uyğun zamandır. Mövzu çox həssas olsa belə, düzgün sözləri tapmağı bacarırsınız.

    Əkizlər, 9 noyabr, 2023-cü il

    Bu gün hər kəslə ortaq dil tapa bilərsiniz. Son vaxtlar gərginləşən münasibətləri yaxşılaşdırmaq, mübahisə etdiyiniz insanlarla barışmaq və ya nüfuzlu insanların dəstəyini almaq üçün bundan istifadə edə bilərisniz.

    Bu gün çoxu sizə faydalı məsləhət vermək istəyəcək. Xırda detallara fikir verin. Çünki bəzən gözdən qaçırdığınız bir detal sizə maraqlı bir fikir verə bilər.

    Son vaxtlar sizi narahat edən problem gözlənilmədən uğurla həll oluna bilər. Günortadan sonra aldığınız şad xəbər sizi sevindirəcək.

    Xərçəng, 9 noyabr, 2023-cü il

    Heç kimə etibar etməyin. Bu gün çox məsumsunuz və insanlar sizin bu məsumluğunuzdan yararlana bilər. Buna görə də, aldığınız hər hansı bir məlumatı yoxlamağa çalışın.

    Sizə asanlıqla vəd verən insanların sözlərinə mütləq şəkildə əməl edəcəyinə inanmayın.

    Günün ikinci hissəsi yaxşı keçəcək. Yalnız özünüzə güvənin.

    Belə olarsa, bütün işlərin öhdəsindən asanlıqla gələcək və qeyri-müəyyən vəziyyətdən çıxış yolu tapacaqsınız. Günün ikinci yarısında yaxınlarınızın köməyinizə ehtiyacı ola bilər.

    Bu gün hamını dəstəkləməyə çalışacaqsınız.

    Şir, 9 noyabr, 2023-cü il

    Əslində pis gün deyil.

    Xırda şeylərdən narahat olmağı dayandırın. Belə olarsa, gün iki dəfə yaxşı olacaq. Yaranan problemləri ürəyinizə yaxın buraxmayın.

    Onlar tez bir zamanda həll olunacaq. Siz bu problemlərin həlli istiqamətində demək olar ki, səy göstərməli olmayacaqsınız.

    Gözlənilməz, xoş görüşlər gözlənilir.

    Bəzi Şirlər uzun müddətdir ki, görmək istədikləri, darıxdıqları insanları görə biləcəklər.

    Uzaqdan yaxşı xəbərlər alaacqsınız. Bu xəbərlər iş və ya təhsil planlarınızla bağlıdır. Şərait əlverişlidir və tezliklə planlarınızı həyata keçirəcəksiniz.

    Qız, 9 noyabr, 2023-cü il

    Bu gün heç yerə tələsməyin. Sakit, ölçülüb-biçilmiş, yığılmış məsələlərin həlli üçün əlverişli gündür. Bir çox vacib məsələlər üzərində düşünməyə zamanınız olacaq.

    Bu gün heç kim diqqətinizi yayındıra bilməyəcək.

    Hamı məsləhət vermək istəyir, amma bu gün sizə heç kimin məsləhətini dinləməyəcəksiniz. Güya sizi doğru yola yönləndirmək istəyirlər.

    Siz onsuz da doğru yoldasınız.

    Günorta gələcəklə bağlı yaxşı fikirlər ortaya çıxacaq. Uzaq hədəflərə yaxınlaşmaq üçün nə etmək lazım olduğunu bu günlərdə başa düşəcəksiniz.

    Dostlar maraqlı təklifləri olacaq və siz çox tərəddüd etmədən bu təkliflərlə razılaşacaqsınız.

    Tərəzi, 9 noyabr, 2023-cü il

    Günün birinci yarısı üçün vacib məsələlər, mühüm görüşlər, ciddi danışıqlar planlaşdırılmalıdır. Çünki günün birinci yarısı belə işlər üçün xüsusilə səmərəli olacaq.

    Eyni zamanda köhnə və yeni tanışlarınız sizə kömək təklif edə bilərlər.

    Maliyyə məsələləri uğurla həll oluna bilər. Nağd pul daxil ola bilər.

    Günün ikinci yarısı isə, sizi narahat edən səbəblər ortaya çıxacaq.

    Bu problemlər gələcəyiniz üçün çətinliklər yaradacaq. Amma bunu başa düşməyiniz bir qədər zaman alacaq.

    Amma panikaya düşməyin, optimist düşünün. Sizi böyük uğurlar gözləyir.

    Əqrəb, 9 noyabr, 2023-cü il

    Xırda şeylərə böyük əhəmiyyət verir, bununla da həm özünüzü, həm fə ətrafınızdakıların həyatın çətinləşdirirsiniz.

    Vəziyyəti bütövlükdə görməyə çalışın.

    şəraitin kifayət qədər əlverişli olduğunu, yolda keçilməz maneələrin olmadığını və müttəfiqləriniz etibarlı və güclü olduğunu dərhal başa düşəcəksiniz.

    Bəzi vacib, mürəkkəb və iri miqyaslı işlərin öhdəsindən gəlmək üçün yaxşı gündür. Bunun tez başa çatdırılmasının çətin olduğunu qəbul edib, işə başlayın.

    Sizi sevindirməyin, ruhlandırmağın və maraqlandırmağın yollarını bilənlərlə daha çox ünsiyyət qurmağa çalışın.

    Gündəlik qayğılardan qaçmaq və tamamilə yeni bir iş görmək fürsətini qaçırmayın.

    Bu indi sizin üçün faydalı olacaq.

    Oxatan, 9 noyabr, 2023-cü il

    Özünüzü hədədn artıq yormayın.

    Bu gün özünüzü yormaq, nəyin bahasına olursa olsun planlaşdırılan işləri həyata keçirməyə çalışmaq tövsiyyə edilmir.

    Bəzi işləri sonraya saxlaya bilərsiniz. Bu gün vaxtınızı daha vacib işlərə ayırın.

    Narahatlıqlarınızı kiminlə bölüşə biləcəyinizi ikid dəfə düşünün. Hər kəsə etibar etmək olmaz. Amma yaxınlıqda sizə kömək etmək istəyən insanlar var.

    Bu gün sizi yaxından tanıyanlarla ünsiyyət üçün əlverişlidir. Təcrübələrinizi, şübhələrinizi və ümidlərinizi yaxınlarınızla bölüşə bilərsiniz.

    Mütləq sizə dəstək verənlər tapılacaq.

    Oğlaq, 9 noyabr, 2023-cü il

    Bu gün diplomatik istedadlarınız hamı üçün faydalı olacaq. Dalaşanları barışdırır, dil tapa bilməyənlərin razılığa gəlməsinə kömək edir, işbirliyi hamıya faydalı olacaq insanlar arasında vasitəçi olursunuz. Bütün bu fəaliyyətlər olduqca yorucu olsa da, onlardan zövq alacaqsınız.

    Eyni zamanda həm də cari işlərlə məşğul olmalı, gündəlik məsələləri həll etməlisiniz.

    Bu sizi sevindirmir, əksinə kədərləndirir. Ancaq yenə də hər şeyin öhdəsindən mükəmməl gəlirsiniz.

    İşləriniz o qədər tez reallaşacaq ki, istirahət üçün kifayət qədər vaxt qalacaq.

    Dolça, 9 noyabr, 2023-cü il

    Günün başlanğıcı sakit və məhsuldar olacaq. Bu dövr hər hansı bir fəaliyyət üçün uyğun vaxtdır.

    Siz yarım saxladığınız işlərə göz ata bilər və ya tamamilə yeni işlərə başlaya bilərsiniz. Çoxdan düşündüyünüz ideyanı həyata keçirmək şansı yaranacaq.

    Dostlar bütün işlərinizdə sizə kömək etməkdən məmnun olacaqlar.

    Günün ikinci yarısı təlaşlı keçəcək.

    Görüləsi çox iş var, tələsmək lazımdır, bu isə, sizi çox əsəbiləşdirir. Amma heç bir ciddi problem yaranmayacaq.

    Siz xırda çətinliklərə yumorla yanaşırsınız. Axşam xoş görüşlər üçün əlverişlidir.

    Eləcə də çoxdan ziyarət etmək istədiyiniz yerləri gəzəcəksiniz.

    Balıq, 9 noyabr, 2023-cü il

    Parlaq və dolu gündür.

    Qətiyyətinizə həsəd aparmağa dəyər. Bunun sayəsində əvvəllər qeyri-mümkün görünən şeyə nail olmaq şansınız var. Siizn üçün adi-gündəlik işlər asandır.

    Yeni bir şey götürdüyünüz zaman kiçik çətinliklər yarana bilər.

    Ancaq siz onların da öhdəsindən gələ bilərsiniz.

    Gün xoş görüşlər və maraqlı söhbətlərlə dolu olacaq. İnsanlar tez-tez vacib məlumatları sizinlə paylaşacaqlar. Öyrəndiklərinizdən daim faydalanacaqsınız.

  • Müğənni hörümçək sancması nəticəsində dünyasını dəyişib

    Braziliyalı müğənni Darlyn Morais hörümçək sancması nəticəsində yaranan fəsadlar səbəbindən dünyasını dəyişib.

    Oktyabrın 31-də Braziliyanın şimal-şərqindəki Miranorte şəhərindəki evində zəhərli hörümçək sancması musiqiçi Darlyn Morais bədənində allergik reaksiyalar göstərməsi səbəbi ilə xəstəxanaya yerləşdirilib. O, noyabrın 3-də evə buraxılıb.

    Musiqiçinin həyat yoldaşı Jhullyenny Lisboa Braziliyanın “G1” xəbər kanalına verdiyi açıqlamada Moraisin xəstəxanadan evə gəldikdən sonra vəziyyətinin yenidən pisləşdiyini, özünü hər zaman yorğun hiss etdiyini, üzündəki qançırın rənginin dəyişməyə başladığını bildirib.

    Noyabrın 5-də yenidən xəstəxanaya yerləşdirilən müğənni noyabrın 6-da, bazar ertəsi faciəli şəkildə dünyasını dəyişib.

    Lisboa həyat yoldaşı ilə birlikdə 18 yaşlı qızını da hörümçək sancdığını, hazırda xəstəxanada olduğunu və vəziyyətinin stabil olduğunu bildirib.

    15 yaşında musiqi dünyasına qədəm qoyan Darlyn Morais qardaşı və yaxın dostundan ibarət qrupla Qoyas, Maranhao və Para əyalətlərində də çıxış edirdi.

    “G1″ə verdiyi açıqlamada əmisi oğlu Vesleya Silva Moraisin ölümünün yaxınlarını və pərəstişkarlarını şoka saldığını bildirərək: “Onun nəhəng bir ürəyi var idi, hər zaman ətrafındakı insanlara kömək edərdi”, – deyə onu hər zaman xatırlayacaqlarını qeyd edib.

    Moraisin ölümünə hansı növ hörümçəyin səbəb olduğu bilinmir, lakin Braziliyanın dünyanın ən təhlükəli hörümçəyi olan “Braziliyalı Səyyah Hörümçək”in yaşadığı ölkə olaraq tanınır.

    Bildirilir ki, Braziliya Səyyah Hörümçəyinin zəhəri qeyri-adi ağrılara, qan təzyiqinin artmasına, tənəffüs sürətinin artmasına, bulanıq görmə və qıcolmalara səbəb olur.
    //bizimyol.info

  • Saturnun üzərindəki halqalar 2025-ci ildə yox olacaq…

    “Planetin əyilməsi səbəbindən 2025-ci ildə Saturnun halqalari Yerdən görünməyəcək. Ancaq bu müvəqqəti olacaq”.

    Bu barədə NASA-nın verdiyi proqnozlarda bildirilir.

    Günəş sisteminin ikinci ən böyük planeti olan Saturnu öz simvolik halqaları ilə hamımız tanıyırıq. Bu halqaları teleskopların köməyi ilə Yerdən görmək mümkündür. Lakin açıqlamalar onların tezliklə gözdən itəcəyini ortaya qoyub.

    NASA-nın açıqlamalarına görə, 2025-ci ildə Saturnun halqaları Yerdən görünməyəcək. Təbii ki, onlar yox olmayacaqlar. Saturnun əyilməsi səbəbindən halqaları görə bilməyəcəyik.

    “Saturnun halqaları 2025-ci ilin martında yox olacaq və sonrakı illərdə yenidən görünəcək”, – deyə NASA qeyd edib.

    Alimlərin fikrincə, halqalar planetimizdən düz 18 ay görünməyəcək. Hazırda Saturn və Yer mükəmməl uyğunlaşdırılmayıb və qaz nəhəngi 9 dərəcə bucaq altında əyilib. Gələn il bu nisbət 3,7-yə enəcək və halqaları görmək daha da çətinləşəcək. 2025-ci ildə onlar sıfıra enəcək və tamamilə görünməz olacaqlar.

    Ancaq narahat olmağa ehtiyac yoxdur. Saturnun halqaları müvəqqəti olaraq gözdən itəcək. Açıqlamalara görə, halqalar daha sonra tədricən yenidən görünməyə başlayacaq və yoxa çıxdıqdan 8 il sonra 2032-ci ildə 27 dərəcə maksimum meylinə çatacaq. Onların ən yaxşı görünüşünü bu tarixdə görəcəyik.

    Saturnun halqaları kometlərdən, asteroidlərdən və digər maddələrdən ibarətdir. NASA-nın məlumatına görə, halqalar planetdən 282 min kilometrə qədər uzana bilir. Onların şaquli uzunluğunun 10 metr civarında olduğu bildirilir ki, bu da onların kifayət qədər kiçik olması deməkdir.

    Sonda qeyd edək ki, halqaları ilk dəfə 1610-cu ildə Qalileo Qaliley müşahidə edib.
    //bizimyol.info

  • AM­ADA-nın icraçı direk­toru CAHAMA-nın iclasında iştirak edəcək

    Noyabrın 8-də Fransa­nın Strasburq şəhəri­ndə Ümumdünya Antido­pinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 62-ci iclası işinə başlayıb.

    İclasda ölkəmizi Azə­rbaycan Milli Antido­pinq Agentliyinin ic­raçı direktoru Təhmi­nə Tağı-zadə təmsil edir.

    İki gün keçiriləcək iclasda müxtəlif mi­lli antidopinq təşki­latlarının nümayəndə­ləri dopinqlə mübari­zə sahəsində mühüm məsələlər ətrafında müzakirə aparacaqlar.

    Gündəliyin qəbulu ilə başlayan sessiyada iştirakçılar ötən – 61-ci iclasın hesab­atını nəzərdən keçir­ib, CAHAMA-nın növbə­ti görüşlərinin plan­laşdırılması da daxil olmaqla, inzibati məsələləri müzakirə ediblər.

    Əsas diqqətin antido­pinq siyasəti ilə ba­ğlı məsələlərə yönəl­diyi sessiyada Antid­opinq Konvensiyasının məsləhətçi qruplar­ının nümayəndələri və digər ekspertlər WADA-nın prioritetlər­inin müzakirəsində yaxından iştirak edib­lər.

    CAHAMA-nın növbəti görüşü antidopinq sah­əsində səylərin inki­şaf etdirilməsi və bu sahədə əlaqəli pro­blemləri həll etmək üçün həlledici olacaq.
    //report

  • Putindən zabitlərlə bağlı MÜHÜM QƏRAR

    Rusiya prezidenti Vladimir Putin yeni fərman imzalayıb.
     
    O, Rusiya Federasiyasının daxili işlər orqanlarının və Silahlı Qüvvələrinin 44 zabitinə general rütbəsi verib. Bu barədə fərman hüquqi aktların rəsmi portalında dərc olunub.
     
    Qeyd edilib ki, 6 nəfər polis general-leytenantı rütbəsi, 21 nəfər polis general-mayoru, bir nəfər daxili xidmət general-mayoru və bir nəfər ədliyyə general-mayoru rütbəsi alıb.
     
    Xatırladaq ki, bundan əvvəl Vladimir Putin on şəhərə “Əmək igidliyi şəhəri” fəxri adı verib. Rusiya prezidenti həmçinin 78-ci zenit-raket briqadasına “Qvardiya” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
    //sfera

  • Puqaçova qayıtmaq üçün rekord qonorar alacaq

    Rusiyanın Xalq artisti Alla Puqaçova yenidən səhnəyə qayıtmağı planlaşdırır.
     
    Bu barədə “Mash” teleqram kanalı məlumat yayıb. Bildirilib ki, 74 yaşlı sənətçi Yeni ildə səhnəyə çıxıcaq.
     
    Puqaçovanın prodüserləri artıq onun çıxışları üçün musiqiçiləri axtarır. Onun 500 min dollarlıq (təxminən 850 min manat) rekord qonorar qarşılığında mahnılarını ifa edəcəyi vurğulanıb. O, bayram günlərində Kipr və Dubayda çıxış edəcək.
     
    İddilar arasında Puqaçovanın Moskvada da səhnə ala biləcəyi yer alıb. Belə ki, təşkilatçılar onun çıxışlarını gizli şəkildə – mediadan uzaq və telefonla çəkiliş olmadan təşkil etməyi planlaşdırır.
     
    Qeyd edək ki, Alla ailəsi ilə birgə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyanı tərk edərək İsrailə köçmüşdü. Bir müddət əvvəl onların İsraildən Kiprə köçdüyü ortaya çıxıb. O ötən həftə yenidən Rusiyaya qayıtmışdı.
     
    Onu da qeyd edək ki, ifaçı mayın 2-də vəfat edən modelyer Valentin Yudaşkinlə vida mərasimində iştirak etmək üçün də Rusiyaya qayıtmışdı. 
     
    O, son olaraq Latviyadan paylaşım edib.
    //sfera