Xalq artisti Emin Ağalarov yeni görünüşü ilə təəccübləndirib.
Müğənni fotosunu sosial media hesabında izləyiciləri ilə bölüşüb. Eminin bığ saxlaması diqqət çəkib.
“O həmişə fərqlidir. Yeni görünüş” deyə, ifaçı şəklinə qısa şərh yazıb.
Bu günlərdə insanlar kamerada diqqət çəkmək üçün çirklənmiş balıq yeməkdən tutmuş kiçik təyyarələrin qəzaya uğramasına qədər hər cür çılğın və mübahisəli əməllərə əl atırlar.
Sfera.az bildirir ki, Çinli qida bloqqeri 90 kq ağırlığında timsahı öldürərək, bişirdiyi videonu yayımladıqdan sonra sosial şəbəkələrdə qalmaqalın mərkəzinə düşüb.
Sosial şəbəkələrdə 3,5 milyondan çox izləyicisi olan Çu Nian Xiao He evdə timsah ətinin hazırlanması üçün bir neçə variant göstərib. Bu, əks reaksiya dalğasına və heyvan vəhşiliyi ittihamlarına səbəb olub.
Douyində (TikTok-un Çin versiyası) 3,5 milyondan çox izləyicisi olan qida bloqeri Chu Nian Xiao He, bu yaxınlarda evdə timsahı öldürüb bişirməyi nümayiş etdirən qısa video yayımlayıb. Bu, şoka salmaq və diqqəti cəlb etmək məqsədi daşısa da, əks reaksiya dalğasına və vəhşilik ittihamlarına səbəb olub.
Dəhşətli videoda əvvəlcə qızın burnu bağlanmış 90 kq çəkisi olan timsahı duşda böyük fırça ilə yuduğu görünür. Sonra o, heyvanı öldürərək, dərisini soyub və hissələrə parçalayıb. Qız əti müxtəlif üsullarla bişirməyə başlayıb.
Xiao Henin videosu Çin sosial mediasında qəzəb doğurub. Bir çox Douyin istifadəçisi heyvana qarşı qəddarlıq etdiyi üçün onu platformadan həmişəlik uzaqlaşdırmağa səsləyib. Paylaşımın müəllifi özünə haqq qazandırmağa çalışsa da, onun bunu etmə tərzi insanları daha da qəzəbləndirib. Chu Nian Xiao He izah edib ki, videodakı timsah dəri məmulatlarının istehsalı üçün süni şəkildə yetişdirilib, ona görə də istənilən halda qurban veriləcək.
“Bu süni şəkildə yetişdirilmiş timsahlar xüsusi olaraq dəri və çanta şirkətləri üçün yetişdirilir. Bu, onların missiyasıdır. Siz guya Hermes timsah çantasından imtina edərdinizmi? Daha rasional olmalıyıq”- deyə o bildirib.
Qeyd edək ki, Çinin vəhşi təbiət qanunlarına görə, səlahiyyətlilərdən icazə almadan timsah ətinin bişirilməsi qadağandır, ona görə də Çu Nian Xiao Henin hərəkətləri hüquqi nəticələrə səbəb ola bilər.
84 yaşlı amerikalı aktyor Con Voight Qəzza zolağının mülki əhalisinə dəstək verən qızı, Ancelina Colini tənqid edib. O, videonu İnstaqramda paylaşıb.
Con Voight İsrail ordusunun tərəfini tutub.
Voight böyük ABŞ bayrağının fonunda göründüyü videoya “Həqiqət və yalan” başlığını yazıb.
“Mən çox məyus oldum ki, mənim qızımın da bir çoxları kimi Allahın izzəti, Allahın həqiqətləri haqqında heç bir təsəvvürü yoxdur. Söhbət Allahın torpağının, Müqəddəs Torpağın tarixinin məhv edilməsindən gedir” – deyə aktyor İsrail və HƏMAS münaqişəsi ilə bağlı fikirlərini bildirib.
Münaqişənin hər iki tərəfində mülki insanları müdafiə edən Ancelina Colinin atası “İsrail ordusu öz torpağını, xalqını müdafiə etməlidir. Bu, müharibədir” deyib.
“İsrailin günahsız insanları qətlə yetirməsi tamamilə yalandır. Hər kəsi İsrailin fələstinli uşaqları öldürdüyünü düşünməyə vadar etmək əslində HƏMAS-ın planıdır. Siz axmaqlar isə problemin səbəbkarı İsraildir deyirsiniz?” – deyə 84 yaşlı Con Voight ritorik şəkildə soruşub.
Maraqlıdır ki, aktyorun İnstaqramda cəmi iki videosu və 37 min abunəçisi var.
Rusiyada koronavirusun yeni variantı olan “Pirola”ya 10 yoluxma halları müəyyən edilib.
Trend bu barədə Rusiya KİV-lərinə istinadən xəbər verir.
Belə ki, “Rospotrebnadzor” rəhbəri sözügedən variantın yayılacağını ehtimal edib.
Məlumata görə, “Pirola” klassik “Omicron”dan daha yoluxucudur və əlavə mutasiyalara malikdir.
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Trend xəbər verir ki, bu barədə məlumat Krallığın hökumət portalında dərc edilib.
Hökumətin yeni sanksiyalar siyahısında Rusiyanın qızıl və neft sektorlarında fəaliyyət göstərən 29 fiziki və hüquqi şəxslər yer alır.
Britaniya hökuməti Kremlə qarşı tətbiq olunan sanksiyaları Ukraynadakı müharibənin maliyyələşdirilməsi ilə əsaslandırıb. Rusiyanın iki aparıcı qızıl istehsalçısı olan “Nord Gold PLC” və “Highland Gold Mining Ltd” şirkətlərinə, oliqarxlar Vladislav Sviblov və Konstantin Strukova da sanksiyalar tətbiq edilib.
Noyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb.
Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 13-17° isti, gündüz 18-23° isti olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Gecə və səhər bəzi rayonlarda duman. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda 0-5° isti, gündüz 8-13° isti olacaq.
2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan 20 mindən çox çinli ziyarətçi qəbul edib.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 8 dəfə çoxdur.
Qeyd edək ki, Azərbaycan Turizm Bürosu yerli tərəfdaşlarla birlikdə noyabrın 15-17-də Pekində keçiriləcək Çin Xarici Səyahət və Turizm Bazarı (COTTM 2023) turizm sərgisində təmsil olunacaq.
“Bayer 04”ə qarşı həddən artıq dinamik çıxış etməliyik”.
Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyanın “Bayer 04” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu ərəfəsində mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis güclü rəqiblə qarşılaşacaqlarını bildirib: “Çox ciddi komandaya qarşı oynayacağıq. İlk görüşdə böyükhesablı məğlubiyyətə baxmayaraq, futbolçularımız ruhdan düşməyiblər. Matça heç də pis hazırlamamışıq. Hazırda Avropanın ən dinamik komandalarından biridir. Çox yaxşı oyun fəlsəfələri və bunu düzgün icra edən futbolçuları var. Rəqiblə tam tanış olduq, futbolçulara lazım olduğu qədər izah etdik. Sabah doğma azarkeşlərimiz önündə mübariz oyun göstərmək istəyirik. Oyunçularımızın bunu bacaracaqlarına şübhə etmirəm”.
O, 8 Noyabr – Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib: “Hər kəsin bayramını təbrik edirəm. Bunun futbolçulara təsiri istər-istəməz olur, daha yaxşı oynamağa çalışırlar. Bəzən isə belə amillər oyunçulara əks təsir göstərə bilər. Həddən artıq aqressivlik mane ola bilər. Rəqibə uyğun oyun qurmalı və “Bayer 04”ün üstün cəhətlərinin qarşısını almalıyıq”.
Q.Qurbanov Leverkuzendəki 1:5 hesablı məğlubiyyətlə müqayisədə bəzi dəyişikliklərin olacağını vurğulayıb: “Həmişə öz oyunumuzu yaxşılaşdırmağı düşünmüşük. Əvvəlcə rəqibin oyununu pozmağa, sonra öz oyunumuzu göstərməyə çalışırıq. Bəzən bu alınmır. İstənilən halda cavab görüşlərində dəyişikliklər olur. Bu dəfə də matçın gedişində dəyişikliklər olacaq. İnanıram ki, bu, faydalı olar”.
Baş məşqçi mərhələ adlamaq üçün maksimum çalışacaqlarını deyib: “Ötən mövsüm Konfrans Liqasının pley-offuna adladıq. Bəzən istədiyimiz alınmaya bilir. Amma bu o demək deyil ki, ilk oyunlarla müqayisədə sonrakı matçlara yaxşı hazırlaşmırıq. Komandanın optimal formada olub-olmadığı vaxtlar olur. Bu gün “Bayer 04”ü saymasaq, digər üç komandanın hər birinin mərhələ adlamaq şansı var. Şansımız varsa, bunu düzgün təhlil edib, daha yaxşı nəticələr qazanmağa çalışacağıq”.
Qeyd edək ki, noyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” oyunu saat 21:45-də başlayacaq.
//report