Month: November 2023

  • Ильхам Алиев: Если бы руководство Армении прислушалось к моим словам, то не было бы необходимости в войне

    Посредники, занимавшиеся урегулированием армяно-азербайджанского конфликта, фактически старались заморозить ситуацию. Они считали, что азербайджанский народ смирится с этой ситуацией. Но азербайджанский народ никогда и не думал мириться с этим положением. Я неоднократно заявлял это с различных трибун, что мы не смиримся с этой ситуацией, не позволим создать на азербайджанской земле второе армянское государство, и если переговоры будут безрезультатными, то мы, применив силу, на основе международного права освободим родные земли от оккупантов на поле боя.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев во время выступления на военном параде по случаю 8 Ноября – Дня Победы в городе Ханкенди.

    “Если бы руководство Армении и некоторые внешние силы, которые в то время и сегодня стоят за ним, прислушались к моим словам, то не было бы необходимости во второй Карабахской войне. Я неоднократно говорил, обращаясь к руководству Армении: “Если вы не выйдете с наших земель, то столкнетесь с нами лицом к лицу на поле боя. Кто бы ни стоял за вами, это не сможет заставить нас свернуть с нашего справедливого пути”. 44-дневная Отечественная война еще раз это показала”, – отметил глава государства.

  • Prezident: “Əgər Ermənistan rəhbərliyi sözlərimə qulaq assaydı, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı”

    “Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olmuş vasitəçilər faktiki olaraq vəziyyəti dondurmağa çalışırdılar, hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Ancaq Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmaq fikrində deyildi. Mən dəfələrlə bunu müxtəlif kürsülərdən bəyan etmişdim ki, biz bu vəziyyətlə barışmayacağıq, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəyik və danışıqlar nəticəsiz başa çatsa, güc tətbiq edərək beynəlxalq hüquq əsasında öz doğma torpaqlarımızı döyüş meydanında işğalçılardan azad edəcəyik”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında deyib.

    Dövlətimizin başçısı bildirib:

    “Əgər Ermənistan rəhbərliyi və onun arxasında o vaxt və bu gün duran bəzi xarici qüvvələr mənim sözlərimə qulaq assaydılar, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Mən dəfələrlə deyirdim, Ermənistan rəhbərliyinə müraciət edərək deyirdim ki, əgər siz bizim torpağımızdan çıxmasanız, döyüş meydanında bizimlə üz-üzə gələcəksiniz və sizin arxanızda kim istəyirsə, dursun, bu, bizi haqq yolumuzdan döndərə bilməz. 44 günlük Vətən müharibəsi bunu bir daha göstərdi”.

  • Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib – VİDEO

    Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb.

    Belə ki, ilkin məlumata görə, iki çoxtonnajlı nəqliyyat vasitəsinin toqquşması nəticəsində baş verən qəza zamanı nəqliyyat vasitələrindən biri yol kənarındakı marketə çırpılıb.

    Qəza nəticəsində bir nəfərin hadisə yerində öldüyü iddia edilir. Nəqliyyat vasitələri yolun hərəkət hissəsindən çıxarılmadığı üçün Bakı-Quba yolunda nəqliyyat vasitələrinin hərəkəti bir saatdan çoxdur məhdudlaşdırılıb.

  • Президент: Я обещал, что настанет день, когда наш флаг будет поднят на всех землях, бывших под оккупацией

    20 лет назад и в преддверии выборов, и на церемонии инаугурации я обещал родному народу, что настанет день, когда мы поднимем Государственный флаг Азербайджана в каждом уголке земель, которые находились под оккупацией.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев во время выступления на военном параде по случаю 8 Ноября – Дня Победы в городе Ханкенди.

    “Помню, пять лет назад, выступая на военном параде, проведенном на площади Азадлыг в Баку в сентябре 2018 года, я сказал, что мы поднимем Флаг Азербайджана на всех землях, которые сегодня все еще находятся под оккупацией. И этот день настал”, – подчеркнул глава государства.

  • İlham Əliyev: “Xalqıma söz vermişdim ki, Azərbaycan Bayrağı işğal altında olan bütün torpaqlarda qaldırılacaq”

    “İyirmi il bundan əvvəl həm seçkilər ərəfəsində, həm də andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək və biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında söyləyib.

    “Xatırlayıram, beş il bundan əvvəl – 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək, Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi”, – deyə dövlətimizin başçısı vurğulayıb.

  • Prezident: “İkinci Qarabağ müharibəsinin Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələnməsi tarixi hadisədir”

    “Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Bu, tarixi hadisədir”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında deyib.

    “Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq”, – deyə dövlətimizin başçısı bildirib.

  • Zəfər Günü ölkə ərazisində ağacəkmə aksiyaları ilə qeyd olunub

    8 noyabr – Zəfər Günü ölkə ərazisində ağacəkmə aksiyaları ilə qeyd olunub.

    Vətən müharibəsində qazanılmış şanlı Qələbənin üçüncü ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivinin, Vətən müharibəsində iştirak edən Nazirlik əməkdaşlarının iştirakı ilə ölkə ərazisində genişmiqyaslı ağacəkmə aksiyaları təşkil olunub.

    Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə aksiyalarda şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

    Nazirlik əməkdaşlarının və hərbçilərin iştirakı ilə Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyasında Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 3000-dən çox Eldar şamı və zeytun ağacı əkilib.

    Zəfər bayramına töhfə vermək məqsədilə keçirilən ağacəkmə aksiyaları bölgələrdə də davam edib və ölkə üzrə hər regionun relyef və iqlim şəraitinə uyğun ümumilikdə 60 mindən artıq ağac əkilib.

  • İsrail atəşkəs şərtlərini AÇIQLADI

    “Fələstinin radikal HƏMAS hərəkatı xeyli sayda girovu azad etsə, İsrail hakimiyyəti hərbi əməliyyatlara fasilə elan etməyə hazırdır”.

    Bunu “Politico” qəzetinə İsrailin yüksək rütbəli rəsmisi deyib.

    “Xeyli sayda girov azad olunduğu halda İsrail döyüşlərdə fasilələr elan etməyə hazırdır. Biz ABŞ administrasiyası ilə konkret ehtiyaclara uyğun olaraq fərdi həll yollarını müzakirə edirik”, – deyə məmur bildirib.

    Mənbə: TASS

  • Bakıda zavodun ərazisində yanğın olub – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonunda yerləşən zavod ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

    FHN-dən verilən məlumata görə, dərhal əraziyə qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

  • Prezidentin general rütbəsi verdiyi Namiq Bayramov bu vəzifədə çalışır – DOSYE

    Xəbər verdiyimiz kimi, dünən prezident İlham Əliyev bir sıra hərbi qulluqçuları general rütbəsi ilə təltif edib. Onlar arasında polkovnik Namiq Bayramovun da adı var.

    Polkovnik Namiq Bayramov hazırda Hərbi Hava Qüvvələrində Hava Təlim Komandiridir. HHQ ixtisası üzrə kadrların hazırlanması işinə rəhbərlik edir.

    Bayramov Namiq Süleyman oğlu 20 sentyabr 1971-ci ildə Qarabağlar kəndində anadan olub. O, orta təhsilini 1978-1988-ci illərdə Qarabağlar kənd 2 saylı orta məktəbində alıb. Orta məktəbi bitirdikdən sonra Rusiyanın Smolenks Ali Zenit Raket Mühəndisləri hərbi məktəbinə daxil olub. 1992-ci ildə həmin məktəbi radioelektronika avadanlıqlarının istismarı mühəndisliyi ixtisası üzrə bitirib. 1992-1993-cü illərdə Almaniyada Qərb Qoşunları Qrupunda taqım komandiri vəzifəsində, 1993-cü ilin oktyabr ayından isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edib. Uzun müddət Naxçıvan Muxtar Respublikasında Hava Hücumundan Müdafiə təyinaylı hərbi hissələrdə bateriya komandirinin müavini vəzifəsindən Əlahiddə Ümuçqoşun Ordusunun idarə rəiai vəzifəsinədək şərəfli xidmət yolu keçib.

    2019-cu ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində fakültə rəisi, 2021-ci ildən etibarən isə Hərbi Hava Qüvvələrinin idarə heyətində rəhbər vəzifədə xidmət edib.

    Namiq Bayramov nümunəvi xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən Uğrunda” medalı, müvafiq olaraq “Naxçıvan Muxtar Respublikasına xidmətlərinə görə” nişanı, habelə, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətlərə görə” 1, 2 və 3-cü dərəcəli medallarla təltif olunub. (Manset.az)