Month: November 2023

  • DYP-də Vətən müharibəsi iştirakçısı olan Yol Patrul Xidməti əməkdaşları ilə görüş keçirilib

    Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin Vətən müharibəsi iştirakçısı olan əməkdaşları ilə görüş keçirilib.

    İdarədən bildirilib ki, görüşdə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə təbriki çatdırılıb.

    Onlar dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışaraq, ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

    Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rəşid Piriyev Birinci Qarabağ müharibəsi qazisidir, şəhid qardaşıdır. Ağdərə, Ağcakənd istiqamətində gedən döyüşlərdə şücayət göstərib.

  • Şuşada işlə təmin olunan sakinlərin sayı AÇIQLANDI

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi keçmiş məcburi köçkün olan 73 nəfər şuşalını doğma torpağında işlə təmin edib.

    Nazirlikdən verilən məlumata görə, həmin şəxslər orada tikinti, xidmət və digər sahələrdə çalışırlar.

    Həmçinin Şuşaya qayıdacaq şəxslərlə bağlı da aidiyyəti işlərin görülməsinə başlanılıb. 8 mindən çox ailənin 29 mindən çox üzvünün sosial-demoqrafik, məşğulluq üzrə təhlilləri, məşğulluq imkanlarının qiymətləndirilməsi aparılıb.

    Eyni zamanda Şuşada fəaliyyət göstərən işəgötürənlərlə də əməkdaşlıq edilir. Artıq 90-adək müəssisənin işçi qüvvəsinə ehtiyacları və vakansiya tələbləri öyrənilib.

  • İsrail ordusu HƏMAS-ın 400-dən çox kamikadze jiletini aşkarlayıb

    İsrail Silahlı Qüvvələri ölkənin cənubunda aparılan təmizləmə əməliyyatları zamanı radikal Fələstinin HƏMAS hərəkatının döyüşçüləri tərəfindən tərk edilmiş 400-dən çox kamikadze jileti, yüzlərlə odlu silah və qumbaraatan aşkarlayıb.

    Bu barədə İsrail Müdafiə Qüvvələrinin bəyanatında deyilir.

    Bundan əlavə, HƏMAS-ın hücumuna məruz qalan yaşayış məntəqələri üzərində nəzarəti bərpa etmək üçün keçirilən əməliyyatlar zamanı 760 RPG-7 qumbaraatanı, 106 raket və mərmi, 1,5 minə yaxın qumbaraatan və 375 odlu silah aşkar edilib.

  • Одна из улиц Анкары получила название “Бульвар карабахских шехидов”

    Одна из улиц столицы Турции Анкары получила название “Бульвар карабахских шехидов”.

    Как сообщили в Федерации турецко-азербайджанских ассоциаций, этот шаг был предпринят в преддверии третьей годовщины Дня Победы Азербайджана.

    В письме заведующего отделом технических работ муниципалитета Анкары Азиза Мурата Сейрека руководству отдела внешних связей от 24 октября 2023 года указано, что муниципалитет получил соответствующий официальный запрос от Федерации турецко-азербайджанских ассоциаций. В обращении предлагается назвать одну из улиц Анкары “Карабахские шехиды” с целью увековечения светлой памяти шехидов 44-дневной Отечественной войны.

    Решением столичного муниципального собрания и с одобрения управления губернатора Анкары 1419-я улица, расположенная на пересечении кварталов Шекер района Этимесгут и квартала Шехида Османа Авджи, переименована в “Бульвар карабахских шехидов”.

    Отметим, что в ходе состоявшейся в октябре встречи руководства Федерации турецко-азербайджанских ассоциаций с председателем муниципалитета Анкары Мансуром Явашем было озвучено предложение присвоить одной из центральных улиц или одному из парков столицы название “Карабахские шехиды”. Глава муниципалитета тогда пообещал, что вопрос будет обсужден на первом же заседании муниципального собрания.

  • Ankara küçələrindən biri “Qarabağ Şəhidləri Bulvarı” adlandırılıb

    Türkiyənin paytaxtı Ankaranın küçələrindən birinə “Qarabağ Şəhidləri Bulvarı” adı verilib.

    Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasından bildirilib ki, bu addım Azərbaycanın Zəfər Gününün üçüncü ildönümü ərəfəsində atılıb.

    Ankara Böyükşəhər Bələdiyyə Başqanlığının texniki işlər şöbəsinin (Fen İşləri Dairəsi) müdiri Aziz Murat Seyrekin adından Xarici Əlaqələr Dairəsi Başqanlığına ünvanlanan 24 oktyabr 2023-cü il tarixli məktubda bildirilib ki, bu məsələ ilə bağlı bələdiyyəyə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasından rəsmi müraciət daxil olub. Müraciətdə 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Ankaranın küçələrindən birinə “Qarabağ Şəhidləri” adının verilməsi təklif edilib.

    Böyükşəhər Bələdiyyə Məclisinin qərarı və Ankara valiliyinin təsdiqi ilə paytaxtın Etimesgut rayonunun Şeker məhəlləsinin və Şehid Osman Avcı məhəlləsinin sərhədlərində yerləşən “1419-cu küçə”nin adı dəyişdirilərək, “Qarabağ Şəhidləri Bulvarı” adlandırılıb.

    Qeyd edək ki, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası rəhbərliyinin oktyabr ayında Ankara Böyükşəhər Bələdiyyə sədri Mansur Yavaşla görüş zamanı paytaxtın mərkəzi küçə və ya parklardan birinə “Qarabağ Şəhidləri” adının verilməsi təklifi diqqətə çatdırılıb. Bələdiyyə sədri ilk məclis toplantısında bu məsələnin müzakirəyə çıxarılacağına söz verib.

  • Xankəndidəki paradda ermənilərdən hərbi qənimət kimi götürülən tank və texnikalar nümayiş etdirilib – FOTO

    Xankəndi şəhərində keçirilən paradda vaxtilə Azərbaycan ərazilərdə qanunsuz yerləşdirilən erməni silahlı birləşmələrindən qənimət kimi götürülən tanklar və texnikalar nümayiş etdirilib.

    “Report”un xəbərinə görə, həmin tanklar və texnikalar Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərində yerləşdirilib və parad meydanından keçib.

    Qeyd edək ki, noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər.


  • Xankəndidəki hərbi paraddan – MÖHTƏŞƏM GÖRÜNTÜLƏR

    Noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib.

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər.
































  • Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs SAXLANILDI

    Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücünü saxlayıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

    Bildirilib ki, yol patrul xidmətinin əməkdaşları rayon ərazisində hərəkətdə olan VAZ-21063 markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün “Saxla” işarəsi veriblər. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, rayon sakini Ruslan Qədirovun narkotik vasitə və psixotrop maddə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən R.Qədirovun marixuana istifadə etdiyi məlum olub.

    Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilib.

    Məhkəmənin qərarı ilə sürücü 600 manat məbləğində cərimə olunub.

  • Ukrayna MN polkovniki: “Azərbaycan tarixi ədaləti bərpa edib”

    “Azərbaycan müstəqilliyi, ərazi bütövlüyü uğrunda necə mübarizə aparılmasının bariz nümunəsini göstərib. Doğrudur, Birinci Qarabağ müharibəsindən sonra problemlər var idi. Azərbaycan dövləti, Prezidenti düzgün nəticələr çıxardı. Azərbaycan Silahlı Qüvvələrinin hazırlığına, yeni hərbi texnika və silahların alınmasına üstünlük verildi, qələbə əldə olundu”.

    Bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Müdafiə Nazirliyinin polkovniki Volodimir Laquta bildirib.

    Onun sözlərinə görə, Azərbaycan tarixi ədaləti bərpa etmək yolunda tədricən irəliləyib:

    “Buraya hərbi əməliyyatların həyata keçirilməsi ilə bağlı yanaşma da daxildir. Bir sözlə, Azərbaycan hər zaman milli maraqlarını qoruyub. Odur ki, Azərbaycan tarixi ədaləti bərpa etmək yolunda tədricən irəlilədi. Nəticədə o, tarixi ədaləti bərpa etdi. Bəli, bunun üçün uzun müddət, düz 30 il lazım oldu. Bəli, Azərbaycanda bütöv nəsillər, ailələr faciə ilə üzləşdilər. Bir çoxlarının Qarabağda evləri, qohumları var idi. Gənc olarkən yurdlarından didərgin düşmüş, amma yaşlı vaxtlarında öz torpaqlarına qayıdan azərbaycanlılarla bağlı videokadrlar görmüşəm. Nəticədə onların hansı hisslər keçirdiyinin şahidi olmuşam. Azərbaycan Prezidenti İlham Əliyevin azad edilmiş ərazilərdə Azərbaycanın Dövlət Bayrağını qaldırması ilə bağlı videokadrlar görmüşəm. Bu, azərbaycanlılar üçün qürur mənbəyidir”.

    V.Laquta vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə görə sevinc hissləri yaşayıb:

    “Bu, bir dövlətin öz milli maraqlarını necə qorumasının parlaq nümunəsidir. Bu məqamda xatırlatmaq istərdim ki, Azərbaycan Sovet İttifaqının tərkibindən çıxmaq istəyən ilk ölkələrdən biri olub. Amma müstəqillik qazandıqdan sonra qanlı müharibə ilə üzləşdi. Birinci Qarabağ müharibəsində nələrin yaşandığını yaxşı xatırlayırıq. Bu müharibədə ukraynalılar da iştirak edib. Buraya azərbaycanlıları evakuasiyası ilə məşğul olmuş helikopterlərin pilotları daxildir. Onlar Azərbaycanın milli qəhrəmanlarıdır. Beləliklə, Azərbaycan xalqını bu tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edirəm. Bu, həqiqətən də Azərbaycan xalqı üçün böyük qələbədir”, – deyə, o, əlavə edib.

  • В Зангилане в честь Дня Победы прошло шествие военнослужащих

    В селе Агалы Зангиланского района по случаю 8 Ноября – Дня Победы прошло шествие военнослужащих.

    Как сообщает Report, перед шествием военнослужащие посетили Аллею шехидов в Зангилане, где минутой молчания почтили память шехидов, отдавших жизни за территориальную целостность Азербайджана.

    Напомним, что город Зангилан был освобожден от оккупации 20 октября 2020 года.