Month: November 2023

  • Mixail Qusman: “Bu gün Azərbaycan bayrağı Xankəndidə keçirilən hərbi paradda dalğalanır”

    “Bu gün bütün Azərbaycan xalqı üçün tarixi bir gündür. Azərbaycanın Prezidenti İlham Əliyev and içərək işğal olunmuş torpaqların geri qaytarılacağına və Azərbaycan Bayrağının Qarabağda dalğalanacağına söz vermişdi”.

    “Report” xəbər verir ki, bunu Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman deyib.

    “Bu gün Azərbaycan bayrağı Qarabağda və Ali Baş Komandanın Xankəndidə iştirak etdiyi hərbi paradda qürurla dalğalanır. Bu, qələbənin, azad edilmiş torpaqların, qaytarılmış ləyaqət və ədalət hissinin simvoludur. Bu münasibətlə hamımızı təbrik etmək lazımdır. Qələbə bayramınız mübarək!” – deyə o bildirib.

  • Vətəndaşlar 20-dən çox silah-sursatı polisə təhvil veriblər

    Vətəndaşlar 20-dən çox silah-sursatı polisə təhvil veriblər.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında beş ov tüfəngi, üç qumbara, 12 ədəd müxtəlif çaplı patron və güllə atmaq üçün nəzərdə tutulmuş kustar üsulla hazırlanan əşya təhvil götürüb, həmçinin üç ov tüfənginin tapılması təmin edilib.

    Keçirilən digər əməliyyat-axtarış tədbirləri ilə beş vətəndaşdan altı ov tüfəngi aşkar edilərək götürülüb.

  • Prezident İlham Əliyev Füzuli rayonunda Qarğabazar kəndinin təməlini qoyub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Füzuli rayonunda Qarğabazar kəndinin təməlini qoyub.

    Bu barədə AZƏRTAC xəbər verir.

  • Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

    Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Bu barədə President.az məlumat yayıb.

    Təbrik məktubunda deyilir:

    “Cənab Prezident, Əziz Qardaşım!

    Onilliklər boyu işğal altında qalmış əzəli Azərbaycan torpaqlarının ana Vətənə geri qaytarıldığı Zəfər Gününün üçüncü ildönümü münasibətilə başda Zati-aliniz olmaqla bütün can azərbaycanlı qardaş və bacılarımı Türk milləti adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

    Cümhuriyyətimizin yaranmasının və xatirəsini ehtiramla yad etdiyimiz Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün qeyd olunduğu 2023-cü ildə bu mübarək Zəfər Gününü qeyd etməkdən böyük qürur duyuram.

    Cari ilin sentyabr ayında Qarabağda dəqiqliklə həyata keçirdiyiniz antiterror əməliyyatı Ali Baş Komandanlığınızla böyük zəhmət və fədakarlıq hesabına əldə edilmiş bu bənzərsiz qələbəni taclandırdı. Zati-alinizin şəxsən ucaltdığı şanlı Azərbaycan Bayrağının indi bütün Vətən səmalarında dalğalanması Türkiyə Respublikası və bütün Türk dünyası üçün böyük sevinc və fərəh mənbəyi olmuşdur.

    Vətən uğrunda şəhid olan bütün azərbaycanlı qardaşlarıma Uca Allahdan rəhmət diləyir, əziz xatirələrini ehtiramla yad edir, qazilərimizə minnətdarlığımı bildirirəm.

    İşğaldan azad edilmiş bölgələrdə apardığınız bərpa və yenidənqurma işlərini təqdirlə izlədiyimi və Türkiyə olaraq bütün məsələlərdə olduğu kimi, bu məsələdə də hər zaman yanınızda olmağa davam edəcəyimizi vurğulamaq istəyirəm.

    “Bir millət, iki dövlət” şüarı ilə təcəssüm olunan, “Sevincdə və kədərdə birlik” anlayışı ilə yoğurulan və Zati-alinizlə imzaladığımız Şuşa Bəyannaməsi ilə taclanan sarsılmaz qardaşlıq və müttəfiqlik bağlarımızdan aldığımız güclə ölkələrimizin əmin-amanlığı və rifahı ilə Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması istiqamətində bütün addımları bu günə qədər olduğu kimi, bundan sonra da birlikdə atacağıq.

    Əziz Qardaşım, fürsətdən istifadə edərək, Zati-alinizin cansağlığı və xoşbəxtliyi, can Azərbaycan xalqının rifahı ilə bağlı ən xoş arzularımı bir daha çatdırıram.

    Zəfərimiz mübarək, birliyimiz əbədi olsun!”

  • Зафар – дитя Победы – ФОТО

    В Баку появившегося на свет в первые минуты великого праздника – Дня Победы назвали Зафаром.

    Об этом сообщили в пресс-службе Сабунчинского медицинского центра.

    Отмечено, что ребенок родился 8 ноября в родильном доме №2 при медцентре.

    Также было подчеркнуто, что отец маленького Зафара, Вюсал Гамидов – военнослужащий, участник 44-дневной Отечественной войны.


  • Zəfər Gününün ilk körpəsi Zəfər – FOTO

    Bakıda Zəfər Gününün ilk dəqiqələrində dünyaya gələn körpəyə Zəfər adı verilib.

    Bununla bağlı məlumatı Sabunçu Tibb Mərkəzinin Mətbuat Xidməti yayıb.

    Qeyd edilib ki, uşaq noyabr ayının 8-i, günün ilk dəqiqələrində Sabunçu Tibb Mərkəzinin nəzdindəki 2 saylı Doğum Evində dünyaya gəlib. Körpəyə Zəfər adı verilib.

    O da vurğulanıb ki, balaca Zəfərin atası Vüsal Həmidov 44 günlük Vətən müharibəsində iştirak edib, hərbçidir.


  • Ильхам Алиев: Освобождение Агдама, Лачына, Кельбаджара без единого выстрела спасло жизни тысячам молодых людей

    Тогда (10 ноября 2020 года – ред.) я не сомневался, что настанет день, когда флаг Азербайджана будет поднят здесь, в городе Ханкенди. Прекращение 44-дневной войны 10 ноября 2020 года позволило нам без единого выстрела вернуть Агдамский, Кельбаджарский и Лачынский районы.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил Президент Азербайджана Ильхам Алиев во время выступления на военном параде по случаю 8 Ноября – Дня Победы в городе Ханкенди.

    Подчеркнув, что это было частью подписанного Арменией акта о капитуляции и нашим требованием, глава государства сказал, что Армения была вынуждена выполнить это требование.

    “Потому что она увидела силу Вооруженных сил Азербайджана на поле боя и волю политического руководства Азербайджана в политической плоскости. Освобождение Агдамского, Лачынского и Кельбаджарского районов без единого выстрела спасло жизни тысячам наших молодых людей. Мы бы в любом случае освободили эти районы на поле боя. Однако число наших шехидов могло быть больше”, – отметил Президент Ильхам Алиев.

  • Prezident: “Ağdam, Laçın, Kəlbəcərin bir güllə atılmadan azad olunması minlərlə gəncin həyatını xilas etdi”

    “O vaxt (2020-ci il 10 noyabr – red.) mən heç şübhə etmirdim ki, gün gələcək və burada – Xankəndi şəhərində Azərbaycan Bayrağı qaldırılacaq. 44 günlük müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarılsın”.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında səsləndirib.

    Bunun Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi və bizim tələbimiz olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, Ermənistan bu tələbi yerinə yetirməyə məcbur oldu. Çünki döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin gücünü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsini görmüşdü.

    “Ağdam, Laçın, Kəlbəcər rayonlarının bir güllə atılmadan azad edilməsi minlərlə gəncimizin həyatını xilas etdi. Biz, onsuz da, o bölgələri də döyüş meydanında azad edəcəkdik. Ancaq şəhidlərimizin sayı daha çox ola bilərdi”, – deyə Prezident İlham Əliyev qeyd edib.

  • Ильхам Алиев: Если бы руководство Армении прислушалось к моим словам, то не было бы необходимости в войне

    Посредники, занимавшиеся урегулированием армяно-азербайджанского конфликта, фактически старались заморозить ситуацию. Они считали, что азербайджанский народ смирится с этой ситуацией. Но азербайджанский народ никогда и не думал мириться с этим положением. Я неоднократно заявлял это с различных трибун, что мы не смиримся с этой ситуацией, не позволим создать на азербайджанской земле второе армянское государство, и если переговоры будут безрезультатными, то мы, применив силу, на основе международного права освободим родные земли от оккупантов на поле боя.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал Президент Азербайджана Ильхам Алиев во время выступления на военном параде по случаю 8 Ноября – Дня Победы в городе Ханкенди.

    “Если бы руководство Армении и некоторые внешние силы, которые в то время и сегодня стоят за ним, прислушались к моим словам, то не было бы необходимости во второй Карабахской войне. Я неоднократно говорил, обращаясь к руководству Армении: “Если вы не выйдете с наших земель, то столкнетесь с нами лицом к лицу на поле боя. Кто бы ни стоял за вами, это не сможет заставить нас свернуть с нашего справедливого пути”. 44-дневная Отечественная война еще раз это показала”, – отметил глава государства.

  • Prezident: “Əgər Ermənistan rəhbərliyi sözlərimə qulaq assaydı, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı”

    “Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olmuş vasitəçilər faktiki olaraq vəziyyəti dondurmağa çalışırdılar, hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Ancaq Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmaq fikrində deyildi. Mən dəfələrlə bunu müxtəlif kürsülərdən bəyan etmişdim ki, biz bu vəziyyətlə barışmayacağıq, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəyik və danışıqlar nəticəsiz başa çatsa, güc tətbiq edərək beynəlxalq hüquq əsasında öz doğma torpaqlarımızı döyüş meydanında işğalçılardan azad edəcəyik”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında deyib.

    Dövlətimizin başçısı bildirib:

    “Əgər Ermənistan rəhbərliyi və onun arxasında o vaxt və bu gün duran bəzi xarici qüvvələr mənim sözlərimə qulaq assaydılar, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Mən dəfələrlə deyirdim, Ermənistan rəhbərliyinə müraciət edərək deyirdim ki, əgər siz bizim torpağımızdan çıxmasanız, döyüş meydanında bizimlə üz-üzə gələcəksiniz və sizin arxanızda kim istəyirsə, dursun, bu, bizi haqq yolumuzdan döndərə bilməz. 44 günlük Vətən müharibəsi bunu bir daha göstərdi”.