Month: November 2023

  • Произошедшее в Иране землетрясение ощущалось и в Азербайджане – ОБНОВЛЕНО

    Согласно информации, поступившей в Центр управления кризисными ситуациями Министерства по чрезвычайным ситуациям (МЧС) из Республиканского центра сейсмологической службы при Национальной академии наук Азербайджана, 8 ноября в 09:18 по местному времени, по предварительным данным, на границе Азербайджана и Ирана произошло землетрясение магнитудой 5,1.

    По данным МЧС, подземные толчки ощущались в ряде южных районов Азербайджана.

    “Сведения о каких-либо разрушениях или пострадавших в результате землетрясения в ведомство не поступали”, – отмечается в заявлении.

    * * * * *

    Произошедшее в Иране землетрясение магнитудой 5,1 ощущалось и в Азербайджане.

    Об этом сообщили в Республиканском центре сейсмологической службы.

    Подземные толчки, зафиксированные в приграничном с Азербайджаном иранском регионе, ощущались в ряде южных районов нашей страны, в том числе в Агдамском.

  • İranda baş verən zəlzələ Azərbaycanda da hiss olundu – YENİLƏNİB

    Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 08.11.2023-cü il tarixində yerli vaxtla saat 09:18 dəqiqədə, ilkin məlumatlara əsasən, Azərbaycanla İran sərhədində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.

    FHN-dən verilən məlumata görə, zəlzələ Azərbaycanın bir sıra cənub rayonlarında hiss olunub.

    “Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”, – deyə açıqlamada qeyd olunub.

    * * * * *

    İranda baş verən zəlzələ Azərbaycanda da hiss olunub.

    Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, İranın Azərbaycanla sərhəd bölgəsində baş verən zəlzələnin maqnitudası 5,1 olub.

    Təkanlar Azərbaycanın bir sıra cənub rayonlarında, o cümlədən Ağdamda 3-5 bala qədər hiss olunub.
    //oxu.az

  • Azərbaycanın Rusiyadakı səfirliyində Zəfər Günü münasibətilə bayram tədbiri təşkil edilib

    Azərbaycanın Rusiyadakı səfirliyi Qarabağda qazanılan Böyük Qələbənin üçüncü ildönümü – Zəfər Günü münasibətilə bayram tədbiri təşkil edib.

    “Report” xəbər verir ki, tədbirdə səfir Polad Bülbüloğlu çıxış edərək Zəfər Gününün tarixi ədalətin bərqərarı, beynəlxalq hüququn təntənəsi və Azərbaycanın ərazi bütövlüyünün bərpasının rəmzi olduğunu vurğulayıb, həmin gün ölkəmizin mədəni paytaxtı Şuşanın azad edildiyini, Zəfər Gününün milli qürur günü olması ilə yanaşı, Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin iyirmi faizinin uzun illər boyu davam etmiş işğalına son qoyulması günü olduğunu da qeyd edib.

    Səfir bu şanlı qələbənin xalqımızın birliyi və mübariz ruh yüksəkliyinin, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun məharətinin nəticəsi olduğunu söyləyib. O, bu qələbənin həlak olmuş Azərbaycanın cəsarətli oğul və qızlarının həyatı hesabına əldə edildiyini, onların əziz xatirəsinin əsrlər boyu qəlbimizdə qalacağını bildirib.

    P.Bülbüloğlu 30 illik işğal dövründə Ermənistan silahlı qüvvələrinin beynəlxalq humanitar hüququ kobud şəkildə pozduqlarını, o cümlədən, hərbi cinayətlər və soyqırımı aktları törətdiklərini söyləyib. O, Ermənistanın bilərəkdən və müntəzəm olaraq Azərbaycanın mədəni irsini məhv etdiyini və mənimsədiyini vurğulayıb.

    Səfir işğalın ağır nəticələrinə baxmayaraq, ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Ermənistanla dövlətlərarası münasibətlərin normallaşması prosesinin təşəbbüskarı məhz Azərbaycan Prezidentinin olduğunu diqqətə çatdırıb.

    Diplomat ulu öndər Heydər Əliyevin bugünkü Azərbaycanın memarı olduğunu qeyd edərək, Azərbaycanın ərazi bütövlüyünün qorunması və müstəqil siyasət aparmasında onun müstəsna xidmətlərini vurğulayıb.

    Polad Bülbüloğlu ümummilli lider Heydər Əliyevin 100 illiyinin Rusiyada geniş qeyd edildiyini bildirib.

    Zəfər Günü ilə bağlı tədbirdə Moskvada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, yüksək vəzifəli diplomatlar, hərbi attaşelər, Rusiya ictimaiyyətinin tanınmış nümayəndələri, eləcə də Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəalları və Azərbaycan diasporunun görkəmli təmsilçiləri iştirak ediblər.

  • TBMM “Nescafe” və “Coca Cola”nı boykot etdi

    Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrliyi İsrailin Qəzzaya hücumları səbəbindən restoran və iş yerlərində İsrail məhsullarının boykot edilməsinə qərar verib.

    TBMM sədri Numan Kurtulmuşun göstərişi ilə İsrailə dəstək verən şirkətlərin məhsulları artıq parlament şəhərciyindəki restoran, bufet və çayxanalarda, eləcə də digər obyektlərdə satılmayacaq.

    Bildirilir ki, “Nescafe” və “Coca Cola” kimi məhsullar da parlamentin menyusundan çıxarılıb.

    Mənbə: Sabah

  • Российские силовики задержали замминистра внутренних дел Дагестана

    Обыски проходят по месту жительства и работы заместителя министра внутренних дел Дагестана (Российская Федерация) Руфата Исмаилова.

    Об этом сообщили в силовых структурах республики.

    “Задержан замминистра внутренних дел Республики Дагестан Руфат Исмаилов, у него проходят обыски дома и на работе”, – сказал источник.

    Причина задержания уточняется.

    Источник: ТАСС

  • Dağıstanın daxili işlər nazirinin müavini saxlanıldı

    Dağıstan Respublikasının daxili işlər nazirinin müavini Rüfət İsmayılov saxlanılıb.

    Bu barədə məlumatı respublikanın hüquq-mühafizə orqanları yayıb.

    Bildirilir ki, Federal Təhlükəsizlik bürosu və İstintaq Komitəsi onun yaşayış və iş yerlərində axtarışlar aparır.

    Təsdiqlənməmiş məlumatlara görə, əməliyyat tədbirləri korrupsiya hallarının araşdırılması ilə bağlı ola bilər.

    İsmayılov bu vəzifəni 2019-cu ilin dekabr ayından icra edir.

    Yerli mediada yayılan məlumata görə, hazırda Respublika Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin rəis müavini Dalqat Abdulqapurovun evində də axtarışlar aparılır.

    Mənbə: TASS

  • Ceyhun Bayramov Serbiyanın əmək, məşğulluq, veteran və sosial məsələlər naziri ilə görüşüb

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına rəsmi səfəri çərçivəsində Serbiyanın əmək, məşğulluq, veteran və sosial məsələlər naziri, habelə Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Nikola Selakoviç ilə görüşüb.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

    Görüşdə Azərbaycan və Serbiya arasında çoxşaxəli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə bölgədə və dünyada mövcud vəziyyət müzakirə olunub.

    Səfər müddətində göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edən nazir Ceyhun Bayramov, Serbiyaya rəsmi səfərindən məmnunluq duyduğunu qeyd edib. Nazir bundan öncə Serbiyanın xarici işlər naziri kimi çalışan həmkarının 2021-ci ildə ölkəmizə səfərini və keçirilmiş görüşləri xatırlayaraq, bu kimi sıx təmasların iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafında müstəsna rol oynadığını qeyd edib.

    Azərbaycan və Serbiya arasında müxtəlif, o cümlədən iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, humanitar və s. sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin inkişafında mövcud müqavilə-hüquq bazasının genişləndirilməsindən bəhs olunub.

    Bu istiqamətdə ötən il iki ölkənin müxtəlif dövlət qurumları arasında bir sıra sənədlərin imzalanmasının təqdirəlayiq olduğu vurğulanıb.

    Qarşı tərəf post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin irəlilədilməsi istiqamətində göstərilən səylər barədə ətraflı məlumatlandırılıb.

    Nazir Azərbaycan və Serbiya arasında ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında səylərinə görə həmkarına təşəkkür edib, əlaqələrin daha da genişləndirilməsinə daim töhfə verməyə hazır olduğunu bildirib.

    Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Ermənistanın UNESCO-dakı daimi nümayəndəsi öldü

    Ermənistanın UNESCO-dakı daimi nümayəndəsi, Ermənistan baş nazirinin Beynəlxalq Frankofoniya Təşkilatındakı şəxsi nümayəndəsi Kristian Ter-Stepanyan ölüb.

    Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Məlumata görə, Ter-Stepanyan noyabrın 7-də 72 yaşında ölüb.

    Diplomat 1951-ci ildə Fransada anadan olub. Parisin VII Universitetində, filologiya və tarix fakültəsində təhsil alıb. 1991-ci ildən Ermənistan Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə – Avropa departamentinin rəhbəri, müşavir, daha sonra Ermənistanın Aİ-dəki nümayəndəliyində xüsusi nümayəndə, Fransadakı səfirlikdə xüsusi nümayəndə və müvəqqəti işlər vəkili vəzifələrində çalışıb. 1999-2008-ci illərdə Ermənistanın Avropa Şurasındakı daimi nümayəndəsi olub.

    Sonralar XİN rəhbərinin müşaviri, Ermənistanın Beynəlxalq Frankofoniya Təşkilatındakı nümayəndəsi olub.

    Ter-Stepanyan 2019-cu il yanvarın 17-dən Ermənistanın UNESCO yanında daimi nümayəndəsi idi.

    Mənbə: Sputnik

  • DTX və DMX qanunsuz miqrasiyaya qarşı birgə əməliyyat keçirib – VİDEO

    Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Dövlət Miqrasiya Xidməti (DMX) qanunsuz miqrasiyaya qarşı birgə əməliyyat keçirib.

    Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirdikləri birgə əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Azərbaycan Respublikasının ərazisində yaşama hüququ verən aidiyyəti sənədlər və qeydiyyat ünvanı olmadan yaşayan, işləmək icazəsi almadan əmək fəaliyyəti ilə məşğul olan, həmçinin qanunsuz miqrasiyanı təşkil etmələrinə dair barələrində əsaslı sübutlar əldə edilən daha 16 əcnəbi müəyyən olunaraq saxlanılıb.

    Saxlanılan əcnəbilərdən 14 nəfərinin öz həmvətənləri tərəfindən xaricdə fəaliyyət göstərən müxtəlif şəxslər vasitəsilə Azərbaycan Respublikasında tikinti sahəsində iş vədləri ilə aldadılaraq ölkə ərazisinə gətirildikləri məlum olub.
    Bu şəxslərin ölkə ərazisində qanunsuz miqranta çevrilmələrinə şərait yaradan, həmçinin qeyri-qanuni miqrasiyanı təşkil etmələrinə dair barələrində əsaslı sübutlar toplanmış iki əcnəbinin isə ölkə ərazisində yaşadıqları yer müəyyən edilərək saxlanılmaları təmin olunub.
    Aşkar edilən hallara hüquqi qiymət verilməsi təmin olunacaq.

  • Türkiyə Prezidenti Özbəkistana gedir

    Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının Daşkənddə keçiriləcək 16-cı Zirvə Toplantısında iştirak etmək üçün 8-9 noyabr 2023-cü il tarixlərində Özbəkistana səfər edəcək.

    Noyabrın 9-da keçiriləcək sammitin iclasında çıxış edəcək Ərdoğan, toplantı çərçivəsində iştirakçı liderlərlə də ikitərəfli görüşlər keçirəcək.

    Sammit çərçivəsində Türkiyənin qurucu üzvü olduğu qurumun fəaliyyətinin səmərəliliyinin artırılması, üzv ölkələr arasında ticarət, nəqliyyat şəbəkələri və əlaqələrin yaxşılaşdırılması kimi məsələlər ətrafında fikir mübadiləsinin aparılması planlaşdırılır.

    Xatırladaq ki, ötən həftə Prezident R.T.Ərdoğan Qazaxıstanda keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 10-cu Zirvə Toplantısında iştirak edib.

    Mənbə: Haber Global