Month: November 2023

  • DYP paytaxt yollarında piyadalara qarşı nəzarəti gücləndirdi – VİDEO

    Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Səbail rayon Dövlət Yol Polisi (DYP) şöbəsi əməkdaşları ilə birgə piyadalara qarşı nəzarəti gücləndirib.

    Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları piyada məsuliyyətinin artırılması və onların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə Səbail rayon DYP əməkdaşları ilə birgə rayon ərazisində profilaktik tədbirləri davam etdirirlər.

    Təşkil olunan tədbir zamanı yaxınlıqda yerləşən yerüstü və yeraltı piyada keçidlərindən istifadə etməyən, avtomobillərin intensiv hərəkət etdiyi yolda özləri ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb, yol hərəkəti qaydalarına riayət etməyin həyati əhəmiyyəti barədə ətraflı məlumat verilib.

    BDYPİ-nin məlumatına görə, cari ilin doqquz ayı ərzində təkcə Səbail rayonu ərazisində qayda pozuntusuna yol verən 835 piyada inzibati məsuliyyətə cəlb edilsə də, təəssüflər olsun ki, piyada məsuliyyətsizliyi yenə də qalmaqda və bu məsuliyyətsizlik ölümlərə səbəb olmaqdadır.

    BDYPİ bir daha piyadaları yollarda məsuliyyətli olmağa və qaydalara ciddi riayət etməyə çağırır.

  • СМИ: Глава политбюро ХАМАС прибыл в Турцию для встречи с Эрдоганом

    Делегация палестинского радикального движения ХАМАС во главе с руководителем политбюро Исмаилом Ханией прибыла в Турцию.

    Как сообщают палестинские СМИ со ссылкой на источники, ожидается, что Хания встретится с турецким президентом Реджепом Тайипом Эрдоганом.

    Согласно информации, визит главы политбюро Хамас “связан с недавним посещением Ирана”, где он провел переговоры с руководителем и верховным лидером исламской республики Али Хаменеи, а также несколькими высокопоставленными иранскими чиновниками и обсудил “политические последствия и вопросы безопасности, связанные с операцией ХАМАС против Израиля”.

    Источник: ТАСС

  • HƏMAS rəhbəri Türkiyə Prezidenti ilə görüşəcək

    Fələstinin HƏMAS radikal hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə gəlib.

    Məlumata görə, Haniyənin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir.

    Bildirilir ki, HƏMAS rəhbərinin səfəri “onun İrana son səfəri ilə bağlıdır”. Burada o, İslam Respublikasının rəhbəri və ali dini lideri Əli Xamenei, eləcə də bir sıra yüksək vəzifəli İran rəsmiləri ilə danışıqlar aparıb, “HƏMAS-ın İsrailə qarşı əməliyyatının siyasi nəticələrini və təhlükəsizlik məsələlərini” müzakirə edib.

    Mənbə: TASS

  • Naxçıvanda vəzifəli şəxs işdən çıxarılıb, yerinə təyinat olub

    Faiq Şıxəliyev Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilib.

    Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb.

    Digər sərəncamla İbrahim Məmmədov Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini təyin edilib.

    Həmçinin Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini İbrahim Süleyman oğlu Məmmədova həvalə edilib.

  • Səhiyyə Nazirliyinin səlahiyyətləri artırılıb

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinin akkreditasiyası Səhiyyə Nazirliyinin yaratdığı Tibb Müəssisələrinin Akkreditasiyası Komissiyası tərəfindən həyata keçiriləcək.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    İndiyə qədər Komissiyanın tərkibi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, digər tibb müəssisələrinə münasibətdə isə Səhiyyə Nazirliyinin rəhbəri tərəfindən təsdiq edilib.

    Bundan sonra Komissiyanın tərkibi Səhiyyə Nazirliyinin rəhbəri tərəfindən təsdiq ediləcək.

  • ABŞ-nin atom sualtı qayığı Fars körfəzinə girdi

    ABŞ-nin “Ohayo” sinfinə aid atom sualtı qayığı “USS Florida” Fars körfəzinin sularına daxil olub.

    Bu barədə “Bloomberg” Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.

    Bildirilir ki, Vaşinqton bu yolla Yaxın Şərqdə münaqişənin genişlənməsindən qaçmaq üçün güc nümayiş etdirməyə və Tehranı çəkindirməyə ümid edir.

    Məlumata görə, “Florida” – atom sualtı qayığı olsa da, nüvə silahı daşımır. Onun silahlandırmasında 154-ə qədər “Tomahawk” qanadlı raketi ola bilər. Bundan başqa sualtı qayıq göyərtəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin 66-a qədər xüsusi təyinatlısını daşıya bilər.

    Xatırladaq ki, noyabrın 6-da Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Birləşmiş Ştatların Yaxın Şərqə “Ohayo” sinifli sualtı qayıq göndərdiyini, ancaq söhbətin hansı sualtı qayıqdan getdiyi və dəqiq olaraq harada yerləşdiyi barədə məlumat verməmişdi.

  • “Bakı Kristal Zalı” Gənclər və İdman Nazirliyinin tabeliyinə verilib

    İqtisadiyyat Nazirliyinin tabeliyində olan “Bakı Kristal Zalı” Məhdud Məsuliyyətli Cəmiyyəti Gənclər və İdman Nazirliyinin tabeliyinə verilib.

    Bu barədə Baş nazir Əli Əsədov qərar imzalyıb.

    Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında təsərrüfathesablı qurumlar bölməsinə “Bakı Kristal Zalı” MMC əlavə edilib.

    İqtisadiyyat Nazirliyi və Gənclər və İdman Nazirliyi bu qərardan irəli gələn məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etməlidir.

  • Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb

    Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb

    Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 10 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

    Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, məhkum Rüfət Nəriman oğlu Qubadlıya tanışı Rəşad Məhəbbət oğlu Cəbiyevin gətirdiyi sovqatdakı narların arasında gizlədilmiş kağız bükülüdə 0,084 qram heroin aşkar olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan idmançıları Qazaxıstanda yeddi medal qazanıblar

    Azərbaycan idmançıları Qazaxıstanda keçirilən II Türk Dövlətləri Universiadasında yeddi medal qazanıblar.

    “Report”un məlumatına görə, milli üzvləri 3 qızıl, 2 gümüş, 2 bürünc medala yiyələniblər.

    Cüdoçu Ramilə Əliyeva (48 kq), sərbəst güləşçilər Camal Abbasov (61 kq) və Sabir Cəfərov (70 kq) Universiadanın qalibi olublar.

    Sərbəst güləşçilərdən Aydın Əhmədov (125 kq) ikinci, Sahib Dadaşov (79 kq) üçüncü yeri tutublar. Cüdoçulardan isə Eltac Yusifli (66 kq) fəxri kürsünün ikinci, Elcan Şəfiyev (81 kq) isə üçüncü pilləsinə qalxıblar.

  • В Анкаре опровергли готовность Турции принять миллион палестинских беженцев

    В администрации президента Турции назвали полностью сфабрикованными утверждения, что Реджеп Эрдоган договорился с премьер-министром Израиля Биньямином Нетаньяху принять один миллион палестинских беженцев и сделать их турецкими гражданами в обмен на два миллиарда долларов.

    Турецкий Центр по борьбе с дезинформацией сообщил, что действительности не соответствует ни информация о соответствующем заявлении Нетаньяху, ни утверждение, что между руководителями Израиля и Турции состоялись переговоры.

    Источник: mk.ru