Month: November 2023

  • Xoşqədəm Hidayətqızı Doğuşla bağlı iddiaların səsləndiyi verilişi məhkəməyə verdi – VİDEO

    Aparıcı Xoşqədəm Baxşəliyeva (Hidayətqızı) müğənni həyat yoldaşı Doğuşun evli olduğunu iddia edən qadının verilişə çıxarılmasına görə “Didem Arslan Yılmazla Vazgeçmə” verilişini məhkəməyə verib.

    Bu barədə o, “Səni axtarıram” verilişində deyib.

    “Mən uşaqlar üçün mücadilə aparmışam. Hər zaman uşaqları qorumuşam. Ona görə də, mən övladlarımı qorumaq məcburiyyətində idim. Bununla artıq vəkilim məşğul olacaq”, – deyə Xoşqədəm Baxşəliyeva bildirib.

    Xatırladaq ki, “Show TV” ekranlarında yayımlanan “Didem Arslan Yılmazla Vazgeçmə” verilişində Esra Şömelek adlı qadın müğənni Doğuşla dini nikah bağladığını bildirib.

    Onun sözlərinə görə, Doğuş həyat yoldaşından boşanacağını vəd edib. X.Hidayətqızı isə boşanmaq üçün Doğuşdan bir milyon dollar istəyib.

  • В Азербайджане повышаются ежемесячные должностные оклады пограничников

    7 ноября Президент Ильхам Алиев подписал указ “О повышении ежемесячных должностных окладов военнослужащих действительной военной службы Государственной пограничной службы Азербайджанской Республики”.

    Как сообщает АЗЕРТАДЖ, в документе говорится:

    “Руководствуясь пунктом 32 статьи 109 Конституции Азербайджанской Республики, в целях усиления социальной защиты военнослужащих действительной военной службы Государственной пограничной службы Азербайджанской Республики постановляю:

    1. Ежемесячные должностные оклады военнослужащих действительной военной службы Государственной пограничной службы Азербайджанской Республики повысить в среднем на 20%.

    2. Кабинету министров Азербайджанской Республики решить вопросы, вытекающие из настоящего указа.

    3. Государственной пограничной службе Азербайджанской Республики и Министерству финансов Азербайджанской Республики принять необходимые меры для решения вопросов, вытекающих из настоящего указа.

    4. Настоящий указ вступает в силу с 1 января 2024 года”.

  • Azərbaycanda sərhədçilərin aylıq vəzifə maaşları artırılır

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında Fərman imzalayıb.

    Bu barədə President.az xəbər verir.

    Fərmanla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə onların aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılır.

    Fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə, məsələlərin həlli üçün zəruri tədbirləri görmək Dövlət Sərhəd Xidməti və Maliyyə Nazirliyinə həvalə olunur.

    Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

  • Müdafiə Nazirliyinin üç hərbi qulluqçusuna “general-mayor” ali rütbəsi verildi

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

    Bu barədə President.az xəbər verir.

    Sərəncamla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilir:

    polkovnik Fərid Əlibaba oğlu Əliyevə;

    polkovnik Namiq Süleyman oğlu Bayramova;

    polkovnik Müşfiq Xıdır oğlu Məmmədova.

  • Nizami rayonunda tapança satmaq istəyən şəxs saxlanılıb – VİDEO

    Vətəndaşlarda olan odlu silah-sursatın könüllülük əsasında təhvil verilməsi və əməliyyat yolu ilə əldə olunması istiqamətində polis əməkdaşları tərəfindən aparılan tədbirlər davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirən daha bir nəfər müəyyən edilib. Nəticədə əvvəllər məhkum olunmuş, müxtəlif cinayətlər törətməkdə şübhəli bilindiyi üçün axtarışda olan 1984-cü il təvəllüdlü Yevlax rayon sakini Seymur Mustafayev saxlanılıb. Onun üzərinə baxış zamanı bir ədəd “Makarov” markalı tapança, üç ədəd patron və bir ədəd sandıqça aşkar edilərək götürülüb. S.Mustafayev silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

    Faktla bağlı polis şöbəsində araşdırmalar davam etdirilir.

  • В Гяндже задержаны 15 человек, занимавшиеся попрошайничеством

    В Гяндже задержаны лица, занимавшиеся бродяжничеством и попрошайничеством.

    Как сообщили в региональной группе пресс-службы МВД, сотрудниками Главного управления полиции города и подведомственных ему учреждений были осуществлены профилактические мероприятия в отношении указанных лиц после неоднократно заявленного недовольства граждан.

    В ходе мероприятия были задержаны и доставлены в отдел полиции в общей сложности 15 человек, занимавшиеся попрошайничеством. С ними были проведены профилактические беседы, и, согласно соответствующей статье Кодекса Азербайджана об административных проступках, составлен протокол.

    Затем задержанные лица были отправлены в те города и районы, где они зарегистрированы.

  • Gəncədə dilənçilər saxlanıldılar

    Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıblar.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçiriblər.

    Tədbir zamanı ümumilikdə 15 nəfər saxlanılaraq ərazi üzrə polis şöbələrinə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

    Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndəriliblər.

  • В Баку спасли застрявшего на вышке человека – ВИДЕО

    На горячую линию 112 МЧС поступило обращение с просьбой помочь спустить человека с 10-метровой вышки в Бинагадинском районе Баку.

    Как сообщили в ведомстве, к месту происшествия по вызову прибыли соответствующие силы Службы спасения особого риска министерства.

    В результате принятых мер обессилевший гражданин был спасен и передан бригаде скорой помощи.

  • Bakıda qüllədə köməksiz qalan şəxs xilas olunub – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda bir nəfərin hündürlüyü təqribən 10 metr olan qüllədən düşürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

    Nazirlikdən verilən xəbərə görə, müraciətlə əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

    Həyata keçirilən tədbirlər nəticəsində halsız vəziyyətdə olan vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

  • Мировые цены на нефть

    Мировые цены на нефть понижаются.

    Декабрьские фьючерсы на марку WTI подешевели на 0,64% – до 80,3 доллара за баррель, январские на Brent – на 0,69%, до 84,59 доллара за баррель.

    Источник: Bloomberg