Month: November 2023

  • МВД за день выявило 18 фактов незаконного хранения боеприпасов

    Минувшим днем зарегистрировано 18 фактов обнаружения и изъятия незаконно хранившихся боеприпасов.

    Об этом сообщили в пресс-службе Министерства внутренних дел.

    Было отмечено, что сотрудники органов внутренних дел обеспечили раскрытие 60 преступлений, зарегистрированных на территории страны, и 10 преступлений, связанных с предыдущими периодами. В общей сложности было задержано 90 человек, находившихся в розыске, в том числе 64 должника.

    Помимо этого, выявлено 17 фактов, связанных с наркотиками.

    По подозрению в совершении преступлений задержаны 49 человек.

  • Ötən gün qanunsuz saxlanılan 18 silah-sursat götürülüb

    Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib.

    Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

    Qeyd edilib ki, ötən gün ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 90, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

    Bundan başqa, narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.

    Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

  • Инновации в сфере парковки в бакинском аэропорту: удобство и эффективность для посетителей – ФОТО

    Международный аэропорт Гейдар Алиев предоставляет посетителям инновационные услуги, обеспечивающие быстрый въезд и выезд транспортных средств, а также удобные способы оплаты парковки.

    Об этом сообщает пресс-служба бакинской авиагавани.

    В сообщении отмечается, что оплатить парковку теперь можно как в платежных терминалах, так и онлайн. Для этого посетители, не выходя из автомобиля, могут воспользоваться платформами Tezödə и АzParking на своих мобильных устройствах.

    Оплатить парковку также можно наличными и безналичными (банковскими картами) способами в платежных терминалах, расположенных в аэропорту, добавили в пресс-службе. Использование пластиковых карт при въезде/выезде из аэропорта отменено и вместо него внедрена технология автоматического распознавания государственных регистрационных номеров транспортных средств. Это делает процесс удобным и быстрым, существенно сокращая затраты времени.

    “Кроме того, для более эффективного использования территории посетителями в рамках стратегии развития Международного аэропорта Гейдар Алиев планируется расширение парковочной зоны и строительство дополнительных мест”, – говорится в информации аэропорта.

    Отметим, что большинство пользователей – это те, кто паркует свой автомобиль на кратковременный срок – до двух часов. Учитывая это, а также нынешнее ограниченное количество парковочных мест, бакинский аэропорт пытается предоставить больше парковочных мест для приоритетных краткосрочных пользователей. Исходя из этого, только для долговременно стоящих транспортных средств с 7 ноября тарифы меняются, а для кратковременных пользователей тарифы остаются неизменными.

    В случае возникновения вопросов по внедрению новой системы на начальном этапе ответственные сотрудники окажут посетителям необходимую поддержку, также получить дополнительную информацию можно перейдя по ссылке.

    Напомним, что за первые 15 минут с транспортных средств плата не взимается. Кроме того, для комфортного и гибкого процесса высадки/встречи пассажиров в Бакинском аэропорту, им предоставлены специальные полосы – drop off/pick up.

  • Bakı hava limanında parklanma xidmətində YENİLİK – FOTO

    Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu ziyarətçilərinə nəqliyyat vasitələrinin sürətli giriş-çıxışını və parklanma üçün rahat ödəniş üsullarını təmin edən innovativ xidmət təqdim edib.

    Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidməti məlumat yayıb.

    Məlumata görə, artıq parkinq haqqını həm ödəniş terminallarında, həm də onlayn şəkildə ödəmək mümkündür. Bunun üçün ziyarətçilər avtomobillərini tərk etmədən mobil cihazları vasitəsilə “Tezödə” və “AzParking” platformalarından istifadə edə bilərlər.

    Həmçinin parklanma üçün ödənişi hava limanında yerləşən ödəniş terminallarında nağd və nağdsız (bank kartları ilə) həyata keçirmək mümkündür. Hava limanına giriş/çıxışda plastik kartlardan istifadə ləğv edilib və əvəzində nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının avtomatik tanınması sistemi tətbiq edilib. Bu isə prosesi rahat və sürətli edərək sərf olunan vaxtı əhəmiyyətli dərəcədə azaldır.

    Bununla yanaşı, ərazidən ziyarətçilərin daha səmərəli istifadə etməsi üçün aeroportun inkişaf strategiyası çərçivəsində perspektivdə parklanma zonasının genişləndirilməsi və əlavə yerlərin tikintisi nəzərdə tutulub.

    İstifadəçilərinin əksəriyyəti nəqliyyat vasitələrini qısamüddətli – 2 saata qədər park edənlər təşkil edir. Bunu və hazırda dayanacaq yerlərinin məhdudluğunu nəzərə alaraq Bakı hava limanı prioritet olan qısamüddətli istifadəçilər üçün daha çox parklanma yerlərinin təmin olunmasına çalışır. Buna əsasən yalnız uzunmüddətli park edilmiş nəqliyyat vasitələri üçün bu gündən tariflərə dəyişikliklər edilir, lakin qısamüddətli istifadəçilər üçün tariflər dəyişməz olaraq qalır.

    Yeni sistemin tətbiqi ilə bağlı suallar yarandığı təqdirdə ilkin mərhələdə məsul əməkdaşlar ərazidə ziyarətçilərə lazımi dəstək göstərəcəklər və yaxud https://airport.az/az/transport/parking/ linkinə keçid edərək əlavə məlumat əldə etmək mümkündür.

    Xatırladaq ki, ilk 15 dəqiqə üçün nəqliyyat vasitələrindən ödəniş tələb edilmir. Sərnişinlərin gediş/gəliş proseslərini daha da komfortlu və çevik etmək üçün xüsusi zolaqlar – “drop off”/ “pick up” onların ixtiyarındadır.

  • В Бейлаганском районе автомобиль опрокинулся в водоканал: среди пострадавших иностранцы

    В Бейлаганском районе произошло дорожно-транспортное происшествие, в результате которого пострадали трое граждан Турции.

    Как сообщает АПА, водитель автомобиля Mitsubishi L 200 Мурад Каваклы не справился с управлением, в результате чего транспортное средство опрокинулось в недавно проложенный бетонный водоканал.

    В аварии пострадали сам водитель, а также пассажиры Кемаль Челик, Эмре Бакычы и житель Гянджи Эмин Мамедов.

  • Beyləqanda avtomobil kanala aşıb: Türkiyə vətəndaşları xəsarət alıblar

    Beyləqanda yol-nəqliyyat hadisəsi zamanı üç Türkiyə vətəndaşı xəsarət alıb.

    APA xəbər verir ki, Türkiyə vətəndaşı Murad Kavaklı idarə etdiyi “Mitsubishi L 200” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və nəqliyyat vasitəsi yeni tikilən beton su kanalına aşıb.

    Nəticədə sürücü, sərnişinlər Türkiyə vətəndaşları – Kamal Çelik, Əmrə Bakıçı və Gəncə şəhər sakini Emin Məmmədov xəsarət alıb.

  • В ЗАО “Бакинский метрополитен” прокомментировали семиминутную задержку в час пик

    В Бакинском метрополитене задержался поезд.

    Сегодня утром на станции метро “Проспект Азадлыг” наблюдалась высокая плотность пассажиров, так как поезд добирался до станции аж семь минут. Сотрудники метрополитена не ответили на вопросы граждан о причине задержки.

    Как сообщил нашему сайту руководитель пресс-службы ЗАО “Бакинский метрополитен” Бахтияр Мамедов, при переходе на новый график 15 сентября было объявлено, что возможности выпуска резервных поездов на линию в утренние часы пик для регулирования плотности пассажиров будут очень ограничены.

    “В целом поезда в метро курсируют по графику, сбоев и технических проблем нет”, – добавил он.

  • Metro rəsmisindən pik vaxtda 7 dəqiqəlik gecikməyə CAVAB: “Hər səhər üç stansiyada sıxlıq görəcəksiniz”

    Bakı metrosunda qatar gecikib.

    Bu gün səhər saat 8:08-də “Bakı Metropoliteni”nin “Azadlıq Prospekti” stansiyasında sərnişin sıxlığı yaranıb.

    Sıxlığa səbəb qatarın stansiyaya yeddi dəqiqəyə çatması olub. Metropoliten işçiləri gecikmənin səbəbi ilə bağlı sərnişinlərin suallarını cavablandırmayıblar.

    “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, sentyabrın 15-də yeni qrafikə keçəndə elan olunub ki, sərnişin sıxlığını tənzimləmək üçün səhər pik saatlarda ehtiyat qatarların xəttə buraxılması imkanları çox məhdud olacaq:

    “Bu səbəbdən metronun “Neftçilər” və “Memar Əcəmi” stansiyaları istiqamətlərindən qatarlar geri qaytarılır. Həmin vaxt ehtiyat qatarların xəttə verilməsi texniki cəhətdən mümkün deyil. Siz hər gün səhər saatlarında metronun “Nəsimi”, “Azadlıq” və “Dərnəgül” stansiyalarında olsanız, bu sıxlığı görəcəksiniz.

    Sərnişin sıxlığı səhər pik saatlarda “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar” istiqamətində olduğu üçün qatar “Memar Əcəmi” stansiyasında geri qaytarılır. Günün bütün gur saatlarında qatarlar ciddi nəzarətdə saxlanılır. Amma bu o demək deyil ki, “Azadlıq Prospekti” stansiyasından “Həzi Aslanov” istiqamətinə hərəkətdə olan qatarlara nəzarət edilmir. Lakin günün pik saatlarında bu cür tənzimləmələr pandemiya dövründə də tətbiq edilirdi, indi də edilir. Effekt də var”.

    “Metroda qatarlar öz qrafiki ilə hərəkət edir, hər hansı nasazlıq, texniki problem yoxdur”, – deyə mətbuat katibi qeyd edib.

  • Полицейская операция в Гаджигабульском районе: есть задержанные

    В результате оперативно-разыскных мероприятий, проведенных сотрудниками Гаджигабульского районного отдела полиции (РОП), по подозрению в совершении в августе текущего года кражи с двух ферм, расположенных на территории поселка Муган, был задержан житель Кюрдамирского района Халид Джавадов, ранее осужденный за выращивание наркосодержащих культур.

    Об этом сообщила пресс-служба МВД.

    Было отмечено, что в ходе допроса подозреваемый признался в содеянном. Следствием установлено, что Х.Джавадов украл с территории двух фермерских хозяйств металлические двери, резервуар для воды, железные трубы, электрические провода и другое оборудование, причинив потерпевшим материальный ущерб на общую сумму более 16 000 манатов.

    Кроме того, в ходе следственно-оперативных мероприятий выяснилась причастность Х.Джавадова к еще двум преступным деяниям. Было установлено, что в сентябре текущего года злоумышленник в сговоре со своими односельчанами Азадом Аббасовым, Афганом Салаховым, Эльмеддином Новрузовым, Хилалом Исмайыловым, Асимом Амраховым и Джавидом Алиевым незаконно проник на две фермы, расположенные на территории поселка Муган. Оттуда члены преступной группировки похитили кровлю, железную печь, резервуар для воды, железные трубы, решетки, покрышки для грузовиков и детали тракторного прицепа, тем самым причинив владельцам материальный ущерб на общую сумму 12 000 манатов.

    Указанные лица, тайно продавшие часть награбленных ими “трофеев” в местный пункт приема цветных металлов, поделили полученные деньги между собой. Все они были задержаны, часть вещественных доказательств была изъята сотрудниками полиции.

    По данным фактам возбуждено уголовное дело, продолжается расследование.

  • Hacıqabul polisindən ƏMƏLİYYAT: Oğurluq edən dəstə üzvləri ələ keçdilər

    Hacıqabul Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin avqust ayı ərzində rayonun Muğan qəsəbəsi ərazisində yerləşən iki fermadan oğurluq etməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğuna görə məhkum olunmuş Xalid Cavadov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, dindirilmə zamanı həmin şəxs törətdiyi əməli etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxs iki fermadan dəmir qapılar, su çəni, dəmir borular, elektrik naqilləri və digər avadanlıqlar oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 16 000 manatdan artıq maddi ziyan vurub.

    Bundan əlavə, polis əməkdaşları tərəfindən X.Cavadovun ətrafında aparılan əməliyyat-istintaq hərəkətləri zamanı onun daha iki cinayət əməlinin üstü də açılıb. Məlum olub ki, həmin şəxs həmyerliləri Azad Abbasov, Əfqan Salahov, Elməddin Novruzov, Hilal İsmayılov, Asim Əmrahov və Cavid Əliyevlə qabaqcadan əlbir olaraq cari ilin sentyabr ayı ərzində Muğan qəsəbəsi ərazisində yerləşən iki fermaya qanunsuz olaraq daxil olublar. Oradan dam örtükləri, dəmir soba, su çəni, dəmir boru və barmaqlıqlar, yük avtomobilinin təkərlərini və traktor qoşqusunun hissələrini oğurlayan dəstə üzvləri zərərçəkmişlərə ümumilikdə 12 000 manat maddi ziyan vurublar.

    Gizli yolla taladıqları “qənimət”lərin bir qismini Kürdəmir rayonu ərazisində yerləşən əlvan metalların qəbulu məntəqəsinə satan adları qeyd edilən şəxslər əldə etdikləri pulları öz aralarında bölüblər. Maddi sübutların bir qismi isə polis əməkdaşları tərəfindən götürülüb.

    Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.