Month: November 2023

  • Gün ərzində neçə addım atmaq lazımdır – ÜST-dən məsləhət

    Gün ərzində 10 000 addım atılması norması artıq bütün dünyada qəbul olunub. Aparılan araşdırmalara görə, bunu dünyaya həkimlər və elm adamları deyil, yapon marketoloqları gətiriblər. Yaponiyada hələ 1965-ci ildə “on min addım sayğacı” olan addımölçən buraxılıb. Reklam geniş ictimaiyyəti hər gün on min bal toplamaq lazım olduğuna uğurla inandırıb. Bəs əslində nə qədər gəzməlisən?

    Ümumdünya Səhiyyə Təşkilatı gündəlik fəaliyyəti addımlarla deyil, dəqiqələrlə ölçür. Təşkilatın fikrincə, sağlam qalmaq üçün həftədə orta fiziki fəaliyyətə 300 dəqiqə və ya intensiv idmana 150 dəqiqə ayırmaq lazımdır. Gəzintiyə gəlincə, bu, gündə təxminən 43 dəqiqə olmalıdır.

    Mənbə: super.ru

  • Vasabi yaddaşı yaxşılaşdırır

    Yapon alimlərinin apardığı araşdırmalar sübut edib ki, vasabi yaddaşı yaxşılaşdırır.

    Onların fikrincə, vasabi həm uzunmüddətli yaddaşa, həm də qısamüddətli yaddaşa müsbət təsir edir.

    Qeyd edək ki, belə insanlar adları üzlərlə uyğunlaşdırmaq kimi assosiasiya testlərində də daha yaxşı nəticə göstərirlər.

    Alimlər vasabinin beyinə faydasını bitkinin tərkibində antioksidant təsiri göstərən birləşmənin olması ilə əlaqələndirirlər.

  • Hatayda beşmərtəbəli bina çökdü – VİDEO

    Türkiyənin Hatay vilayətinin Payas rayonunda 5 mərtəbəli bina söküldüyü zaman yerlə bir olub.

    Binanın çökdüyü anlar kameralara əks olunub.

    Hatayda episentri Kahramanmaraş olan zəlzələlər zamanı böyük ziyan binaların sökülməsi və dağıntıların təmizlənməsi işləri davam edir.

    Qeyd edilən yaşayış binası da tikinti maşını ilə söküldüyü əsnada kağız kimi uçub.

  • Başqa qadınla dini nikahının olduğu idda edilən Doğuşun vəkili AÇIQLAMA YAYDI (FOTO)

    Ötən həftə aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı türkiyəli müğənni Doğuşun dini nikahda olduğu iddia edilib. Türkiyənin “Show TV” kanalında yayımlanan “Didem Arslan Yılmazla Vazgeçme” verilişinə qonaq olan Esra adlı qadın Doğuşla dini nikahının olduğunu və müğənninin boşanaraq onunla evlənəcəyini bildirdiyini irəli sürüb.

    Bizim.Media xəbər verir ki, qalmaqallı və səs-küylü məsələ ilə bağlı Doğuş sosial şəbəkə hesabında vəkili Feyza Altunun mətbuata yazılı açıqlamasının sənəd üzərindən çəkilən fotosunu paylaşıb.

    Sənəddə yazılır:

    “Keçən həftə “Didəm Arslan Yılmazla Vazgeçme” adlı verilişdə israrla adını çəkdiyiniz şəxsin müvəkkilim Doğuşa qarşı irəli sürülən ittihamlarının həqiqətə uyğun olmadığını ictimaiyyətə bildiririk. Müvəkkilimin heç vaxt Alaattin adlı meneceri olmayıb. Həmçinin müştərim Doğuş, Mahir Düz adlı şəxsi tanımır və onunla heç bir münasibəti yoxdur. Proqramınızda dərc olunan şəkillər müştərinin xəbəri və ya icazəsi olmadan götürülmüş görüntülərin yayımlanması, Türkiyə Cinayət Məcəlləsinin 133 və 134-cü maddələri ilə həm yazan, həm də yayan şəxslər tərəfindən şəxsi həyatın toxunulmazlığını tənzimləyən “Fərdi Məlumatların Qorunması Qanunu”nun pozuntusudur və cinayət təşkil edir. Yayılan xəbərlərdə xanımın adının çəkilməsi, uşaqların təhlükəsizliyini pozacaq, psixologiyasına xələl gətirəcək məlumatları bu şəkildə nəşr etmək həm müvəkkilimin həyat yoldaşının, həm də uşaqlarının şəxsi hüquqlarının pozulmasıdır. Bu səbəbdən də bu yayımların dərhal dayandırılmasını tələb edirik.

    Yuxarıda qeyd edilən məsələyə görə biz bütün hüquqi prosedurlara başlamışıq və müştərimin şəxsi hüquqlarını pozan hər cür zərərli bəyanatlara, böhtanlara qarşı sona qədər gedəcəyik”.

    Sözügedən sənədin fotosunu müğənni Doğuşun həyat yoldaşı Xoşqədəm Hidayətqızı da sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

    Qeyd edək ki, Doğuş və Xoşqədəm cütlüyünün Arda və Arın adlı iki oğlan övladı var.

  • СМИ: США планируют поставить Израилю высокоточные бомбы на 320 млн долларов

    Администрация президента США Джо Байдена планирует передать Израилю партию высокоточных бомб на сумму в 320 млн долларов. Об этом сообщают американские СМИ.

    По их сведениям, администрация направила уведомление в Конгресс США о том, что собирается передать Израилю подобные вооружения. Речь идет о планирующих бомбах семейства Spice, разработанных израильской компанией Rafael. В соответствии с договоренностью дочернее подразделение этого концерна Rafael USA передаст вооружения своей головной компании, которая, в свою очередь, поставит их израильским военным.

    Бомбы семейства Spice могут поражать цели на расстоянии до 125 км, вес боевой части в зависимости от модификации может доходить до 907 кг. Бомбы обладают системой автономной корректировки курса с помощью GPS. В концерне заверяют, что эти вооружения могут поражать цели с точностью до 3 м.

    На прошлой неделе члены Палаты представителей Конгресса США большинством голосов поддержали предложенный республиканцами законопроект о выделении 14,3 млрд долларов помощи Израилю.

    Источник: ТАСС

  • ABŞ İsrailə yüksək dəqiqlikli bombalar verəcək

    ABŞ prezidenti Co Baydenin administrasiyası İsrailə 320 milyon dollar dəyərində yüksək dəqiqlikli bombalar göndərməyi planlaşdırır.

    Məlumata görə, ABŞ administrasiyası Konqresə belə silahları İsrailə ötürmək niyyətində olduğu barədə bildiriş göndərib.

    Söhbət İsrailin “Rafael” şirkəti tərəfindən hazırlanmış “Spice” bombaları silsiləsində gedir.

    Razılaşmaya əsasən, konsernin törəmə şirkəti “Rafael USA” silahları əsas şirkətə təhvil verəcək, o da öz növbəsində onları İsrail ordusuna tədarük edəcək.

    Qeyd edək ki, “Spice” bombaları 125 km-ə qədər məsafədəki hədəfləri vura bilir.

    Xatırladaq ki, ötən həftə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvləri respublikaçıların təklif etdiyi İsrailə 14,3 milyard dollarlıq yardımın ayrılması ilə bağlı qanun layihəsini böyük səs çoxluğu ilə dəstəkləyiblər.

    Mənbə: TASS

  • Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahları təhvil götürüblər

    Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Noyabrın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında bir ədəd “PK” markalı avtomat, iki tapança, 8 ov tüfəngi, 102 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

  • Azərbaycanda bəy öz toy məclisində qonağı döydü

    Şirvan Apellyasiya Məhkəməsində Biləsuvar rayonunda xuliqanlıqda təqsirləndirilən Namiq Əsədovun (şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elçin Xasməmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin müdafiəçisi hökmün ləğv edilməsini və müvəkkilinə bəraət verilməsini xahiş edib.

    Müdafiəçi apellyasiya şikayətində qeyd edib ki, Namiq Əsədovun və zərərçəkmişin birinci instansiya məhkəməsində verdiyi ifadələr saxtalaşdırılıb. Dövlət ittihamçısı vəsatət verərək, cinayət işində məhkəmə iclasının audioyazısının olmadığını bildirib və bu qərar çıxarılmasını kollegiyadan xahiş edib.

    Qərara əsasən, müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilib. Təqsirləndirilən şəxsin hazırlıq iclasının qərarı ləğv edilib və cinayət işi birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə qaytarılıb.

    Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Namiq Əsədov 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

    İttihama görə, hadisə 25 dekabr 2022-ci il tarixdə Biləsuvar şəhəri, H.Əliyev küçəsində yerləşən şadlıq saraylarından birində keçirilən toy məclisində qeydə alınıb.

    Belə ki, toy məclisi zamanı zərərçəkmiş Habil Məmmədov (şərti) Namiq Əsədovun bəy-gəlin masasına yaxınlaşaraq toyda bir nəfər şəxsin içkili vəziyyətdə nalayiq ifadələr işlətməsinə irad bildirib. Bu zaman bəylə zərərçəkmiş arasında mübahisə yaranıb. Daha sonra Namiq ona nalayiq sözlər işlədib, məclisdə səs-küy salıb, mübahisə edərək dalaşıb. Dava nəticəsində o, Habilin baş nahiyəsindən yumruqla bir neçə dəfə vuraraq ona xəsarət yetirib.

    Hadisədən sonra Namiq Əsədov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb.

  • Bakıda evdən oğurluq edən şəxs saxlanılıb

    Bakıda evdən oğurluq edən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 3-də Pirşağı qəsəbəsindəki evlərin birindən 7 250 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri F.Əzimov və F.Əsgərova müəyyən olunaraq saxlanılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • İran prezidenti uzun illər ədavətdən sonra Səudiyyə Ərəbistanına səfər edəcək

    İran prezidenti İbrahim Rəisi İslam Əməkdaşlıq Təşkilatının fövqəladə sammitində iştirak etmək üçün noyabrın 12-də Səudiyyə Ərəbistanına uçacaq.

    Məlumata görə, toplantının əsas mövzusu İsrailin HƏMAS hərəkatı ilə müharibəsinin müzakirəsi olacaq.

    Xatırladaq ki, Rəisinin səfəri uzun müddətdir ki, ölkələr arasındakı ziddiyyətlərdən sonra ilk yüksək səviyyəli səfər olacaq. Bu ilin martında Çinin vasitəçiliyi ilə tərəflər münasibətləri normallaşdırmaq barədə razılığa gəliblər. Oktyabrın 11-də Səudiyyə Ərəbistanı və İran liderləri ilk dəfə telefonla danışıblar. Qarşıdan gələn sammit isə bu yaxınlarda xarici işlər nazirləri tərəfindən müzakirə olunub.

    Qeyd edək ki, Səudiyyə Ərəbistanı hazırda İslam Əməkdaşlıq Təşkilatına sədrlik edir.

    Mənbə: mk.ru