Month: November 2023

  • Siqaret və alkoqollu içkilərin aksiz dərəcəsi niyə artırılıb?

    “İnvestorları narahat edən əsas məsələ vergi dərəcələrinin artırılmasıdır”.

    APA xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

    Dövlət Vergi Xidmətinin rəisi yeganə olaraq aksiz dərəcələrinin artdığını nəzərə çatdırıb:

    “Ümumdünya Səhiyyə Təşkilatı tövsiyə edir ki, aksiz dərəcələri 60-65%-ə çatdırılsın. Bunu biz bir gündə edə bilmərik. Bütün oyunçulara elan etmişik ki, aksiz dərəcələri tədricən bu səviyyəyə gəlib çatacaq”.

    Qeyd edək ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, siqaret və alkoqollu içkilərin aksiz dərəcəsi artırılır. Layihəyə əsasən, aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1 000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1 000 ədədi üçün 38,5 min manatdan 45,5 manata yüksəldilir. Hazırda aksiz dərəcəsi qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının hər 1 000 ədədi üçün 14 manatdırsa, layihəyə görə, alışdırılmadan nəfəsə çəkmək üçün nəzərdə tutulmuş, tərkibində tütün olan məhsulların hər 1 000 ədədi üçün 16 manat olacaq.

    Birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün aksiz dərəcəsi isə 0,25 manatdan 2 manata qaldırılır.

    Aksiz dərəcəsi içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatları, konyak və konyak materiallarının hər litri üçün 4 manatdan 4,8 manata qaldırılır.

    Şampan şərabı üçün aksiz dərəcəsi isə azaldılaraq 2,6 manatdan 0,2 manata endirilir.

  • В Азербайджане произошло землетрясение

    В Загатальском районе произошло землетрясение магнитудой 3,2.

    Об этом сообщили в Республиканском центре сейсмологической службы Национальной академии наук Азербайджана.

    Согласно информации, подземные толчки были зафиксированы в 13:51 по местному времени. Их очаг залегал на глубине 4 км.

    Подземные толчки не ощущались.

  • Azərbaycanda zəlzələ olub

    Azərbaycan ərazisində zəlzələ qeydə alınıb.

    Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, bu gün yerli vaxtla 13:51-də Zaqatala rayonunda maqnitudası 3,2, dərinliyi dörd kilometr olan zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

  • Bakıda uşaqları öldürməklə hədələyən çılpaq şəxs həbs edildi

    Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 13 ünvanının qarşısında – ictimai yerdə – çılpaq yatan şəxs saxlanılıb.

    “Qafqazinfo” xəbər verir ki, sakinlərdən biri binanın qarşısındakı skamyada bir nəfərin sərxoş və çılpaq vəziyyətdə yatması, qışqırması, uşaqları öldürəcəyi ilə hədələməsi barədə polisə müraciət edib. O, tanımadıqları şəxsin iki-üç gündür çılpaq halda skamyada yatdığını deyib.

    Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları qeyd edilən yerə gedərək həmin şəxsi müəyyən ediblər. Bu zaman o, müqavimət göstərərək polislə birgə getmək istəməyib.

    Şöbəyə aparılan şəxsin Lənkəran rayon Boladi kənd sakini, 1977-ci il təvəllüdlü S.Salahov (şərti) olduğu müəyyən edilib və barəsində inzibati protokol tərtib edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ona 10 sutka inzibati həbs cəzası verilib.

  • “Instagram”da narkokuryerlik edən üç nəfərdən külli miqdarda heroin aşkar edildi – VİDEO

    “Instagram”da narkokuryerliyə cəlb edildikləri üçün saxlanılan daha üç nəfərdən nəfər kiloqram heroin aşkar edilib.

    Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Nəsimi rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyatlar keçirilib.

    Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı paytaxt sakinləri əvvəllər məhkum olunmuş 1999-cu il təvəllüdlü Azad Əliyev, 1996-cı il təvəllüdlü Seymur Məmmədov və 1998-ci il təvəllüdlü Ümid Musayev saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 6 kiloqramdan çox yüksək təsiredici xassəyə malik narkotik vasitə olan heroin aşkar edilib.

    Araşdırmalarla müəyyən edilib ki, A.Əliyev, S.Məmmədov və Ü.Musayev şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları ilə “Instagram” sosial şəbəkəsi vasitəsilə əlaqə yaradaraq ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərilən narkotikləri satmaq məqsədi ilə qəbul ediblər.

    Faktlarla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

  • Sabahın hava proqnozu açıqlanıb

    Ölkə ərazisində noyabrın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi, axşam şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 13-16 dərəcə isti, gündüz 18-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-70% olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.

    Havanın temperaturu gecə 7-12 dərəcə isti, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq.

  • На бакинском проспекте из-за ДТП образовался затор

    В Баку на проспекте Гейдара Алиева произошло дорожно-транспортное происшествие (ДТП).

    Об этом говорится в информации о текущей ситуации на дорогах столицы, распространенной Центром интеллектуального управления транспортом (ЦУИТ) МВД.

    Сообщается, что ДТП произошло перед станцией метро “Кероглу”. Из-за аварии в направлении аэропорта образовался транспортный затор.

  • Bakıda qəza olub, yolda sıxlıq yaranıb

    Paytaxtın Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

    Bildirilib ki, “Koroğlu” metro stansiyasının qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən hava limanı istiqamətində sıxlıq yaranıb.

  • Polşa, Litva və Braziliyadan yüksəkriskli qida məhsullarının idxalına məhdudiyyət qoyulacaq

    Polşa, Litva və Braziliyada fəaliyyət göstərən, təsdiqdən keçməyən müəssisələrdən Azərbaycana yüksəkriskli qida məhsullarının idxalına məhdudiyyət qoyulacaq.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

    Bildirilib ki, “Qida təhlükəsizliyi haqqında” qanuna əsasən, yüksək risk qrupuna aid edilən heyvan mənşəli qida məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsalı və emalı ilə məşğul olan qida obyektləri cavabdeh qida subyektlərinin müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq edilməlidir. Müvafiq qanunun icrasının təmin olunması məqsədilə bir sıra dövlətlərdən, o cümlədən Polşa, Litva və Braziliyadan ölkəmizə bu cür qida məhsullarının idxalı ilə məşğul olan şirkətlərin nümayəndələri ilə görüşlər keçirilib, onlara yüksəkriskli qida və yem məhsullarının idxalı sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.

    Qeyd olunub ki, adıçəkilən ölkələrdə fəaliyyət göstərən müəssisələrdən respublikaya məhsul idxal olunmasına, eləcə də dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, agentliyə bu ölkələrin istehsalçılarından təsdiqlə bağlı müraciətlər daxil olmayıb. Bununla əlaqədar noyabrın 15-dən təsdiq üçün müraciət etməyən, Polşa, Litva və Braziliyada fəaliyyət göstərən müəssisələrdən ölkəmizə yüksəkriskli qida məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq olunacaq.

  • Bakıda qanunsuz tikililər sökülüb – VİDEO

    Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsi və Zirə kəndi, eləcə də Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınaraq obyektlər sökülüb.