Month: November 2023

  • Bakıda “Toyota Prius”la “Maserati” toqquşub – VİDEO

    Bakıda yol-nəqliyyat hadisəsi olub, avtomobillərin hərəkətində çətinlik yaranıb.

    Hadisə paytaxtın Nərimanov rayonu, “Gənclik” metrostansiyası yaxınlığında baş verib.

    Belə ki, “Maserati” və “Toyota Prius” markalı avtomobillər toqquşub.

    Hadisə nəticəsində hər iki avtomobilə ziyan dəyib.

    Ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

  • Ermənistanda 150 minə yaxın gənc vətəndaş oxumur və işləmir

    “Ermənistanda yaşı 19-30 arasında olan 150 minə yaxın insan oxumur və işləmir”.

    Ermənistan mediasının məlumatına görə, bunu ölkənin əmək və sosial məsələlər naziri Narek Mkrtçyan 2024-cü il dövlət büdcəsi layihəsinin müzakirəsində deyib.

    Nazir qeyd edib ki, bazar ehtiyaclarını ödəmək üçün peşə hazırlığı proqramlarını genişləndirmək daha effektiv ola bilər.

    O bildirib ki, 2024-cü ilin martından ölkədə sosial təminat sistemində dəyişikliklər qüvvəyə minəcək:

    “Vətəndaşlar üçün məşğulluq və ya özünüməşğulluq proqramları tərtib ediləcək. Bundan əlavə, əlilliyin qiymətləndirilməsində dəyişikliklər ediləcək. Əvvəllər əlillik alan şəxslər sadəcə psixoloji cəhətdən işləməyə hazır idi. Amma indi onların motivasiyası olacaq. Məşğulluq proqramlarında birinci qrup əlillər işə başlayıblar”.

  • Минобороны РФ: Завершена ротация личного состава миротворцев в Карабахе – ФОТО

    Ротация личного состава Российского миротворческого контингента (РМК) в Карабахском регионе Азербайджана завершена.

    Об этом сообщается в информационном бюллетене Минобороны РФ.

    “Завершена ротация личного состава миротворческого контингента, а также отправка вооружения и военной техники в Российскую Федерацию для проведения планового ремонта”, – говорится в сообщении.

    В министерстве уточнили, что РМК поддерживает непрерывное взаимодействие с Баку.

  • Rusiya MN: “Qarabağda sülhməramlıların rotasiyası başa çatdı” – FOTO

    Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin şəxsi heyətinin rotasiyası başa çatıb.

    Rusiya Müdafiə Nazirliyinin (MN) məlumatına görə, planlı təmir üçün Rusiya Federasiyasına silah və hərbi texnikanın göndərilməsi də yekunlaşıb.

    Nazirlikdən bildirilib ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda tapşırıqların icrasını davam etdirir.

  • Xankəndidə keçiriləcək Zəfər paradından yeni görüntülər – VİDEO

    Xankəndidə keçiriləcək Zəfər paradından yeni görüntülər yayımlanıb.

    AzTV Xankəndidə paradın hazırlıq prosesində iştirak edib.

    Qeyd edək ki, sözügedən paradının artıq son hazırlıqları keçirilir.

    Həmin görüntüləri təqdim edirik:

  • Tanınmış modelyerin atasının qətli ilə bağlı keçirilən məhkəmədə ittiham aktı elan edilib

    Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış modelyer Elnarə Bəkirovanın atasının qətlində təqsirləndirilən Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesinin ilk baxış iclası keçirilib.

    “Report” xəbər verir ki, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə prokuror Fuad Musayev ittiham aktını elan edib.

    İttihama görə, bu il aprelin 6-da Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları yaşayış massivində 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub.

    Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub.

    Cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov və 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.

    İstintaqla M.Zeynalov və qohumu N.Əliyevin cinayət əlaqəsinə girərək üzərində olan külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə Kamran Bəkirovu xüsusi amansızlıqla qəsdən öldürmələri, daha sonra cinayətin izlərini gizlətmək məqsədilə meyiti su quyusuna atmaları və həmin pulu ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

    M.Zeynalov və N.Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrilə ittiham elan edilib.

    Daha sonra təqsirləndirilən şəxslər – N.Əliyev və M.Zeynalov ifadə verərək, elan edilmiş ittihamla özlərini təqsirli bilməyiblər.

    Məhkəmənin növbəti iclası dekabrın 7-nə təyin edilib.

    Qeyd edək ki, qətlə yetirilən 69 yaşlı Kamran Bəkirov biznesmen olub. O, rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır.

  • Премьер-министр Азербайджана встретился с хорватским коллегой

    6 ноября премьер-министр Азербайджана Али Асадов встретился со своим хорватским коллегой Андреем Пленковичем, находящимся в нашей стране с рабочим визитом.

    Об этом сообщили в Кабинете министров АР.

    На встрече было подчеркнуто, что контакты на высоком и высших уровнях, а также взаимные визиты играют важную роль в развитии отношений между двумя странами.

    Было отмечено, что азербайджано-хорватские отношения успешно развиваются во многих сферах, подчеркнуто тесное сотрудничество двух стран и в рамках международных организаций.

  • Baş nazir Əli Əsədov Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ilə görüşüb

    Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 6-da ölkəmizdə işgüzar səfərdə olan Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşüb.

    Bu barədə Nazirlər Kabinetindən bildirilib.

    Görüşdə ali və yüksək səviyyəli təmasların, qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynadığı vurğulandı.

    Azərbaycan-Xorvatiya münasibətlərinin bir çox sahələrdə uğurla inkişaf etdiyi bildirilərək, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq etdikləri qeyd olundu.

    İqtisadi-ticari sahədə əməkdaşlığın artım dinamikasından məmnunluq ifadə olundu, ötən il ticarət dövriyyəsinin həcminin 28% artdığı vurğulandı.
    Tərəflər investisiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etdilər.

    Görüş zamanı minaların təmizlənməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi. Hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin xətti ilə genişmiqyaslı minatəmizləmə əməliyyatlarının aparıldığı vurğulanaraq, Xorvatiya ilə bu sahədə əməkdaşlığın mövcud olduğu qeyd olundu.

    Tərəflər enerji təhlükəsizliyini bu gün qlobal gündəlikdə duran aktual məsələlərdən biri kimi qiymətləndirdilər. Azərbaycanın öz zəngin enerji ehtiyatları və infrastrukturu ilə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi bildirildi.

    Xorvatiyanın təbii qaz tədarükü mənbələrinin şaxələndirilməsi istiqamətində səyləri vurğulanaraq, bu baxımdan TAP layihəsinin davamı olan İon-Adriatik Qaz Boru Kəməri layihəsinin əhəmiyyəti qeyd olundu.

    Görüşdə həmçinin nəqliyyat-tranzit, bərpaolunan enerji, humanitar və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə ikitərəfli əlaqələrin perspektivləri müzakirə edildi.

  • В Азербайджане повышается акцизный налог на алкогольную продукцию

    С 2024 года в Азербайджане будет повышен акцизный налог на некоторые виды алкогольных напитков.

    Как сообщает Report, это отражено в законопроекте “О внесении изменений в Налоговый кодекс”.

    Согласно документу, акцизный налог на питьевой спирт, а также водку, крепленые напитки, ликеро-водочные изделия повышается на 20% за литр – с 4 до 4,8 маната.

  • Azərbaycanda bəzi spirtli içki növləri üzrə aksiz vergisi 20% artırılır

    Gələn ildən Azərbaycanda bəzi spirtli içki növləri üzrə aksiz vergisi artırılacaq.

    “Report” xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

    Sənədə əsasən, içməli spirt, həmçinin araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likör və likör məmulatlarının hər litrinə görə aksiz vergisi 20% artırılaraq 4 manatdan 4,8 manata çatdırılır.