Month: November 2023

  • В Бардинском районе три дня назад ставшая матерью женщина скончалась сегодня

    В Бардинском районе сегодня скончалась женщина, ставшая матерью три дня назад.

    Как сообщает АПА, Насиба Ализаде (1999 г.р.), которая произвела на свет ребенка в родильном отделении Бардинской центральной районной больницы, была выписана домой. Дома ее состояние ухудшилось, поэтому женщина вновь обратилась в медучреждение.

    После обследования пациентку прооперировали, состояние ее усугубилось, спасти ей жизнь не удалось.

    По данному факту ведется расследование.

  • Bərdədə üç gün öncə ana olan qadın bu gün həyatını itirib

    Bərdədə üç gün öncə ana olan qadın bu gün həyatını itirib.

    APA-nın yerli müxbiri xəbər verir ki, üç gün öncə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində uşaq dünyaya gətirən qadın evə buraxılıb. Evdə səhhəti pisləşən 1999-cu il təvəllüdlü Nəsibə Canpolad qızı Əlizadə yenidən xəstəxanaya müraciət edib.

    Müayinələrdən sonra əməliyyata götürülən Nəsibə Əlizadənin vəziyyəti ağırlaşıb və onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Keçmiş arvadını, qayınanasını və övladlarını qumbara ilə partladıb öldürməyə çalışan şəxsin məhkəməsi başlayıb

    12 il öncə boşandığı həyat yoldaşını, qayınanasını və övladlarını qumbara ilə partladıb öldürməyə cəhddə təqsirləndirilən İntizam Nəcəfovun cinayət işi üzrə növbəti məhkəməsi keçirilib.

    “Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə şahid Kənan Yusifov ifadə verib.

    Onun sözlərinə görə, təqsirləndirilən şəxsi uzun müddətdir tanıyır:

    “Mən özüm polis əməkdaşıyam və qonşuluqda yaşayıram. Gecə təxminən 2-3 radələri idi. Partlayış səsi gəldi. Təqsirləndirilən şəxsin qayınanası qışqıraraq dedi ki, İntizamın əlində qumbara var. İntizam birinci qumbaranı atandan sonra, ikinci qumbaranı da istifadə etmək istəyirdi. İzdihamı dağıtdım. Çalışdım ki, hadisə yerində xəsarət alan olmasın. Mən onunla psixoloji söhbət edərək sakitləşdirdim və qumbaranı əlindən almaq istədim. Çünki qumbaranı çəkmək üzrə idi”.

    Məhkəmənin növbəti iclası dekabrın 11-nə təyin edilib.

    Qeyd edək ki, hadisə ötən ilin avqustunda Pirşağı qəsəbəsindəki evlərdən birində baş verib.

    Belə ki, 1983-cü il təvəllüdlü İntizam Nəcəfov ailəsi ondan imtina etdiyi üçün üzərində olan qumbaranı yaşayış ünvanında partladaraq həyat yoldaşı ilə görüş tələb edib. Partlayış səsinə qonşular gəliblər və dərhal polisə məlumat verilib. İntizam Nəcəfova ikinci qumbaranı partlatmağa imkan verilməyib, həmçinin onun keçmiş ailə üzvləri qapını açmayaraq evdə gizləniblər. Nəcəfovla Əhmədovanın birgə nikahından üç övladı var.

    İntizam Nəcəfov şübhəli şəxs qismində saxlanılıb.

    Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

  • Çovdarovun oğlunun ölkədən çıxışına “stop” qoyuldu

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) idarə rəisi olmuş Akif Çovdarovun oğlu Ruslan Çovdarovun ölkədən çıxışına “stop” qoyulub.

    “Qafqazinfo”nun məlumatına görə, bu qərarı Bakı Kommersiya Məhkəməsi Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tələbi əsasında qəbul edib.

    “RANT GROUP” MMC-nin vergi borcunu ödəməsini təmin etmək məqsədilə şirkətin rəhbəri R.Çovdarovun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

    Qeyd edək ki, “RANT GROUP” MMC-ni ötən il qeydiyyatdan keçirilib. Şirkətin qanuni təmsilçisi Ruslan Çovdarovdur.

  • Agentlik tikinti şirkətlərinə xəbərdarlıq edib

    “Keçmişdə ağacların sayı indikindən daha çox olub. Bu gün hansısa şirkət obyekti tikir və yaşıllıq sahəsi salmaq yaddan çıxır”.

    Bunu Dövlət Ekoloji Ekspertiza Agentliyi İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.

    Onun sözlərinə görə, tikinti işlərindən əvvəl şirkətlər yaşıllıqların salınması tələbinə rəy alır:

    “Amma sonradan qaydalara əməl etmirlər. Obyekti tikən zaman qaz xəttinin keçdiyi yerləri görüb toxunmur, amma ağac görən kimi kəsirlər. Bildirmək istəyirik ki, qaydalara riayət etməyən layihə rəhbərlərinə rəy verilməyəcək”.

  • Состоялась встреча Президента Азербайджана и премьер-министра Хорватии один на один

    6 ноября состоялась встреча Президента Азербайджанской Республики Ильхама Алиева с премьер-министром Хорватской Республики Андреем Пленковичем один на один.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Azərbaycan Prezidenti ilə Xorvatiyanın baş nazirinin təkbətək görüşü olub

    Noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə təkbətək görüşü keçirilib.

    Bu barədə AZƏRTAC xəbər verir.

  • 42 kiloqram narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

    Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən 42 kiloqram 85 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, noyabr ayının 1-də saat 14:40-da Zəngilan rayonunun Hacalı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 7 kiloqram 650 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

    Həmin tarixdə, saat 18:35-də Füzuli rayonu Mahmudlu kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı 1 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.

    Sərhəd pozucusunun gizləndiyi yeri təyin etmək məqsədilə havaya pilotsuz uçuş aparatı qaldırılıb, xidməti itlər də cəlb edilməklə keçirilmiş kompleks sərhəd axtarış tədbirləri nəticəsində bir nəfər İran vətəndaşı saxlanılıb.

    Saxlanılan şəxsin uzun illərdir müqabil ərazidə narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan qruplaşmanın üzvü olduğu müəyyən edilib, üzərinə baxış zamanı ümumi çəkisi 31 kiloqram 50 qram narkotik vasitə (3 kq metamfetamin, 28 kq marixuana, 0,50 qr tiryək) və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 2000 ədəd “Metadon M-40”, 600 ədəd “Pregabalin-150” müxtəlif təyinatlı dərman preparatları aşkarlanıb.

    Noyabrın 4-də saat 10:55-də Füzuli rayonu Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində qaçaqmalçılar tərəfindən gizlədilmiş 3 kiloqram 385 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

    Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Bayram və istirahət günlərində bölgələrdə hava necə olacaq?

    Bölgələrimizdə bayram və istirahət günlərində (noyabrın 8-12-də) gözlənilən hava şəraiti açıqlanıb.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

    Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin noyabrın 10-u axşamdan 11-i səhərədək fasilələrlə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 15 m/s təşkil edəcək. Havanın temperaturu gecə 5-10, gündüz 18-23 dərəcə isti olacaq.

    Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin noyabrın 8-də gecə və səhər və 10-da axşam qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında arabir duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-18 m/s, noyabrın 10-da ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 4-9, gündüz 11-16 dərəcə isti olacaq.

    Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin noyabrın 10-da gündüz dağlıq ərazilərdən başlayaraq 12-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s, bəzi günlərdə arabir 15-18 m/s təşkil edəcək. Havanın temperaturu gecə 4-8, gündüz 12-17, dağlarda gecə 1-3, gündüz 5-9 dərəcə isti olacaq.

    Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin noyabrın 10-da gündüz arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-18 m/s, noyabrın 10-da ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 7-11, gündüz 18-23 dərəcə isti olacaq.

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin noyabrın 8-də gecə və səhər şərq rayonlarından başlayaraq, 10-da səhər isə dağlıq rayonlardan başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-18 m/s, noyabrın 10-da ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 17-22, dağlarda gecə 3-7, gündüz 7-12 dərəcə isti olacaq.

    Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin noyabrın 8-də gecə və səhər, 10-da gündüz arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-18 m/s, noyabrın 10-da ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin noyabrın 8-də gündüz, 10-da isə gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 15 m/s təşkil edəcək. Havanın temperaturu gecə 10-14, gündüz 17-23, dağlarda gecə 7-12, gündüz 14-18 dərəcə isti olacaq.

  • Xaçmazda avtomobil ağaca çırpılıb, ölən var

    Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

    APA xəbər verir ki, Gəndob-Yalama yolunda, Qusarçay kəndi ərazisində “Opel” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

    Nəticədə Məhəmməd Şirinbala oğlu Bünyatov hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.