Month: November 2023

  • Google ограничит работу браузера Chrome на миллионах смартфонов

    Версия браузера Google Chrome 120, стабильный вариант которой выйдет 6 декабря 2023 года, не будет поддерживать устройства под управлением Android 7 Nougat.

    Таким образом, 119-я версия Google Chrome станет последней для Android 7 Nougat. На долю этой ОС приходится около 2,6% от всех пользователей Android, то есть примерно 78 млн устройств.

    Почти год назад аналогичная участь постигла и Android 6 Marshmallow. Для этой версии ОС от Google последним изданием браузера стал Chrome под номером 106.

    “Android 7.0, известный также как Android Nougat, появился в 2016 году вместе с оригинальным смартфоном Google Pixel. Это стало поворотным моментом в стремлении компании Google закрепиться не только на рынке ПО, но и в хардверной нише”, – пишут СМИ.

    В свою очередь, Android 6 Marshmallow увидел свет в 2015 году.

    Источник: Chrome Enterprise

  • “Google” milyonlarla smartfonda “Chrome” brauzerini məhdudlaşdıracaq

    Stabil versiyası 6 dekabr 2023-cü ildə buraxılacaq “Google Chrome 120” “Android 7 Nougat” əməliyyat sistemi (ƏS) ilə işləyən cihazları dəstəkləməyəcək.

    Beləliklə, “Google Chrome”un 119-cu versiyası “Android 7 Nougat” üçün sonuncu olacaq. Bu ƏS ilə bütün Android istifadəçilərinin təxminən 2,6%, yəni təxminən 78 milyon cihaz işləyir.

    Demək olar ki, bir il əvvəl “Android 6 Marshmallow” oxşar halla üzləşmişdi. “Google”un ƏS-nin bu versiyası üçün brauzerin son versiyası “Chrome106” olub.

    “Android Nougat” kimi də tanınan “Android 7.0” 2016-cı ildə orijinal “Google Pixel” smartfonu ilə meydana gəldi. Bu, “Google”un təkcə proqram təminatı bazarında deyil, həm də aparat təminatı sahəsində möhkəmlənmək istəyində dönüş nöqtəsi oldu”, – deyə məlumatda bildirilir.

    Öz növbəsində, “Android 6 Marshmallow” 2015-ci ildə işıq üzü görüb.

    Mənbə: Chrome Enterprise

  • В Мингячевире произошла поножовщина: пострадали три человека

    В городе Мингячевире произошла поножовщина.

    Об этом сообщили в шекинской региональной группе пресс-службы МВД Азербайджана.

    Согласно информации, 3 ноября около 19:00 в ходе конфликта, возникшего в одном из кафе на территории города, Фариз Асланов (1992 г.р.) нанес ранения колюще-режущим предметом Чингизу Алиеву (1965 г.р.) и Аризу Тагиеву (1986 г.р.). Затем Ч.Алиев ранил колюще-режущим предметом Ф.Асланова.

    Все трое госпитализированы, по данному факту ведется расследование.

  • Mingəçevirdə kafedə dava: Yaralananlar var

    Mingəçevir şəhərində yerləşən kafelərin birində dava baş verib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, hadisə noyabrın 3-ü saat 19 radələrində olub.

    Aralarında baş vermiş mübahisə zamanı 1992-ci il təvəllüdlü Fariz Xaləddin oğlu Aslanov əvvəlcə kəsici alətlə 1965-ci il təvəllüdlü Çingiz Əliyev və 1986-cı il təvəllüdlü Ariz Tağıyevə, daha sonra isə Çingiz Əliyev kəsici alətlə Fariz Aslanova xəsarət yetirib.

    Hər üç şəxs xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Xırdalan sakinləri məişət tullantıları problemindən şikayətçidirlər – VİDEO

    Xırdalan şəhərinin sakinləri məişət tullantılarının gec daşınmasından şikayətçidilər.

    Onların sözlərinə görə, tullantıların gec daşınması və vaxtının düzgün seçilməməsi onları çətin vəziyyətdə qoyur.

    Sakinlər üfunət iyinin onları narahat etdiyini və bu anti-sanitar vəziyyətin uzun zamandır davam etdiyini qeyd ediblər.

    “ATV Xəbər”in mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

  • İstirahət gününün HAVA PROQNOZU

    Ölkə ərazisində noyabrın 5-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

    Gecə və səhər duman, az çiskin olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 12-16, gündüz 19-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70% olacaq.

    Azərbaycanın rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 12-17, gündüz 20-25, dağlarda gecə 4-9, gündüz 14-19 dərəcə isti olacaq.

  • Dədə Süleymanın oğlu küçəyə atıldı

    El içində “Dədə Süleyman” kimi anılan mərhum xanəndə Süleyman Abdullayevin oğlu Cümşüd Abdullayev çöllərdə səfil həyat yaşadığını, bacı qardaşlarının atasının mülkündən ona pay vermədiklərini bildirib.

    Bununla bağlı Lent.az məlumat yayıb.

    Cümşüd Abdullayev bildirib ki, atası sağlığında yaşadığı evi ona verəcəyini desə də, onu həmin evə buraxmırlar. Bütün bunların səbəbkarı da bacısı Aygündür:

    “Ailəmizin üç evini bacım Aygün mənimsədi. Rəhmətlik atamdan üç ev qaldı. O üç ev ola-ola hazırda mən küçədə qalıram. Aygün mənimlə danışmır. Bir-iki dəfə onun həyat yoldaşının yanına barışmaq üçün getmişəm, vəziyyəti danışmışam. Dedim ki, mənə bir daxma lazımdır ki, orada qalım. Amma onlar məni təhqir ediblər. Mənim Rövşən adında bir qardaşım da var. Onunla əlaqəm var, danışırıq. Bütün bu problemlərin başında bacım dayanır”.

    Atam vəfat etməzdən əvvəl mənə söylədi ki, sən bacının ərini vurmusan. Götür pencəyini, evi də ver onlara, özün də oradan çıx. Mən də elə etdim. O evin qiyməti isə 200 min manatdır. Atam demişdi ki, Prezident tərəfindən ona bağışlanmış evi mənə verəcək. Digər ev Yasamal ərazisində yerləşir. Həyət evidir. Atamın vəfatından 40 gün sonra oradan məni məcbur çıxartdılar. Mənə ora getməyə qadağa qoyublar”, – deyə Cümşüd Abdullayev bildirib.

    Sənətkarın oğlu bildirib ki, bacısı Dədə Süleymana Prezident tərəfindən bağışlanmış evin etibarnaməsini öz adına keçirib:

    “Kürdəxanıda həbsdə olanda bacım zəng vurub ağlayaraq məndən cənab Prezidentin atama bağışladığı evin etibarnaməsini istədi. Bacım şəxsən özü atama zəng vurub bunu deyə bilmirdi. Ona görə ki, atam bacımı 20 il danışdırmayıb. Çünki o gələcək həyat yoldaşına qoşulub qaçmışdı. Bacım söylədi ki, atamız yaşlı kişidir. Ona-buna mülk paylayır. Birdən götürər bu evi də kiməsə verər”.

    Cümşüd Abdullayev qaynını bıçaqladığına görə həbsdə yatıb. O iddia edir ki, bacısının tələbi ilə onu psixiatrik xəstəxanaya da yerləşdiriblər.

    “Atam vəfat etməzdən əvvəl qaynımı bıçaqladığıma görə, həbsə düşdüm. Aygün məni məcburən psixiatriya xəstəxanasına yerləşdirdi. Bunu onlardan pul və ev istədiyimə görə etdi”, – deyə Cümşüd bildirib.

    Qeyd edək ki, Süleyman Abdullayev Füzuli rayonunun Qoçəhmədli kəndində yerləşən ata mülkünü də aparıcı Nanə Ağamalıyevaya vəsiyyət edib.

  • Vəzifəli şəxsin oğlu anasını bıçaqladı – Qadın xəstəxanada öldü

    Ağdaşda 10 gün əvvəl yeniyetmə oğlu tərəfindən bıçaqlanan 42 yaşlı qadın vəfat edib.

    “Qafqazinfo”nun məlumatına görə, ağır vəziyyətdə Bakıda xəstəxanaya yerləşdirilən S.H.-nin həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, hadisə dövlət qurumlarından birinin şöbə rəisi vəzifəsində işləyən və yüksək rütbə daşıyan N.H.-nin ailəsində baş verib.

    Hadisəni törədən oğlan vəzifəli şəxsin oğlu, bıçaqlanan qadın isə onun həyat yoldaşıdır. Yeniyetmə istintaqa cəlb edilib.

  • İsrail daha bir xəstəxanaya zərbə endirdi

    İsrailə məxsus dron Qəzzada Əl-Şəfa xəstəxana kompleksinə zərbə endirib.

    Median.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

    Bildirilib ki, dron bir neçə təcili yardım maşını gələn zaman zərbə endirib.

    Hücum zamanı ölən və yaralananların olduğu bildirilib. Hələ ki, anklavın Səhiyyə Nazirliyi insidentlə bağlı rəsmi məlumat yaymayıb.

  • İnternetdə yayılan saxta məlumatla bağlı RƏSMİ AÇIQLAMA

    “Bir sıra sosial şəbəkə seqmentlərində saxta hesablardan edilən paylaşımlar vasitəsi ilə növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından guya yeni investisiya layihəsinin başlanmasına dair Azərbaycan xalqına ünvanlanmış videomüraciət yayılıb”.

    Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) açıqlamasında bildirilib.

    Qeyd olunub ki, qeyd olunan videomüraciət heç bir reallığı əks etdirmir və “deepfake” texnologiyaları ilə hazırlanmış saxta məlumatdır.

    “Cəmiyyəti bir daha yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağıraraq xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytı və sosial media hesabları mötəbər informasiya mənbəyi olaraq daim aktivdir və dövlət başçısının fəaliyyətini operativ formada işıqlandırmaqdadır.

    Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik”, – deyə məlumatda bildirilib.