Month: November 2023

  • Qərbi Azərbaycan Xronikası: “Ermənilər butulkalara benzin doldurub azərbaycanlıların evlərinə atırdılar”

    Bu gün “Baku Tv”də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

    Median.Az xəbər verir ki, “Ailəmlə qayıdıb yenidən Qafanda yaşamaq istəyirəm” adlı veriliş Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan şəhər sakini Rəşad Həsənovun həyat hekayəsinə həsr olunub.

    O, altı yaşına qədər Qafan şəhərində yaşadığını, 1988-ci ildə ailəsi ilə birlikdə deportasiya olunduqlarını deyib: “Biz Qafan şəhərində 9 mərtəbəli binanın 2-ci mərtəbəsində yaşayırdıq. Həmin binanın qarşısında Stup dağı var idi, eyvandan baxanda dağ görünürdü. Qafanın çox gözəl coğrafi mövqeyi var. Uşaq vaxtı atamla, babamla, nənəmlə Stup dağının ətəyinə gediridk, gəzirdik, istirahət edirdik. Çox gözəl günlərimiz olurdu. Novruz ənənələrimiz var idi, çərşənbələr var idi. Adət-ənənələrimizi çox gözəl davam etdirirdik”.

    Onun sözlərinə görə, azərbaycanlı ailələr əsasən Qafanın kəndlərində yaşayıblar: “Babamın əsli isə Qafanın Əcli kəndindəndir. Babamın babasını da ermənilər 1918-ci ildə Qafandan sürgün ediblər, deportasiya ediblər, qovublar. Onların yarısı Naxçıvan tərəfə gediblər, yarısı da İrana keçiblər. Təbii ki, deportasiya olunan zaman yollarda xəstəlik tutublar, yarısı qırılıb. 1918-ci ildən sonra, sovet hakimiyyəti qurulandan sonra Qafanın kəndinə qayıdıblar. Mənim uşaqlığım 6 yaşadək orada keçib. Orada erməni uşaqlarla, erməni ailələri ilə münasibətimiz doğrudan da normal olub, gəliş-gedişimiz olub, qonaq gəlmişik, qonaq getmişik, bayramlarda, ad günlərində bir yerdə olmuşuq. Biz onlara nəsə bir pislik etməmişik. Amma onlar öz aralarında bizi çıxarmaq, Zəngəzur mahalından qovmaq fikrində olublar”.

    R.Həsənov erməni tələbələrin axşamlar Azərbaycan türklərinin evini daşladıqlarını, butulkalara benzin doldurub yandırdıqlarını xatırladıb: “1988-ci ilin noyabr ayında ermənilər bizi öz torpağımızdan, öz dədə-baba yurdumuzdan, öz Vətənimizdən deportasiya etdilər. Soyuq günlər idi, çox pis vəziyyətdə idik. Vaqonlarda, soyuq havada, qarlı qışda, evimizdə nə qədər əşya var idi evdə də qaldı, qoca, yaşlı, qız-gəlin, kim gəldi bizi öz torpaqlarımızdan çıxardılar. O zümlərdən sonra gəlib Bakı şəhərində yerləşdik”.

    O, dədə-baba yurdlarına qayıdacağına əminliyini bildirib: “Ora bizim tarixi elimiz-obamız olub. Babalarımızın, ulu babalarımızın ruhları oradadır. O torpaqda yaşamaq istəyirəm. İnşallah, bunu səbirsizliklə gözləyirik. Şəxsən mən bir vətəndaş olaraq buna inanıram. Ali Baş Komandanın ətrafında sıx birləşməliyik, öz torpaqlarımıza getməyi və o torpaqlarımıza, Vətənimizə, elimizə, obamıza sahib çıxmalıyıq”.

    Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

    Həmçinin, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

    Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

  • Taksi sürücülərinin nəzərinə: “Şəhadətnamələrin saxtalaşdırılması cinayət məsuliyyəti yaradır”

    Son zamanlar sosial şəbəkələrdə müəyyən ödəniş müqabilində təlimlərdə iştirak etmədən taksi minik avtomobillərinin sürücülərinə xüsusi hazırlıq keçmələri barədə şəhadətnamələrin verilməsi ilə bağlı məlumatlar yayılır.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) açıqlamasında bildirilir.

    Qurum bəyan edib ki, bu məlumatlar tam əsassızdır.

    “Taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyan təlimlərdə əyani iştirak mütləqdir. Xüsusi hazırlığı müvəffəqiyyətlə bitirən sürücülərə verilən şəhadətnamələr isə elektron sistemdə saxlanılır. Bu halda sənədin saxta olub-olmaması müəyyən edilə bilər. Taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartının verilməsi zamanı şəhadətnamənin həqiqiliyi yoxlanılacaq. Rəsmi sənədlərin saxtalaşdırılması cinayət tərkibi yaradan haldır”, – deyə açıqlamada qeyd olunub.

    “AYNA taksi sürücülərinə yalan vədlərə aldanmamağı tövsiyə edir. Vətəndaşlara təlimlərdə iştirak etmək üçün qurumun Təlim-Tədris Mərkəzinə (ünvan: Bakı şəhəri, Ziya Bünyadov prospekti, 39C) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə məktəblərinə müraciət etmələri xahiş olunur”, – deyə agentlik bəyan edib.

    Xatırladaq ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Bu günədək 11 min 691 nəfər təlimlərdə iştirak etmək üçün müraciət edib. Təlimlər tədris kabinetlərində və təlim meydançasında müvafiq sahə üzrə yüksək ixtisaslı, təcrübəli müəllim heyəti cəlb olunmaqla keçirilir.

  • Gələn il Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi toplantısı keçiriləcək

    Gələn il Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi toplantısı keçiriləcək.

    “Report”un xəbərinə görə, bu barədə noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının (TDT) “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə qəbul edilmiş Bəyannamədə qeyd edilib.

    “Türk Dövlətləri Təşkilatının dövlət və hökumət başçıları Azərbaycanın 2024-cü il aprelin sonu və ya mayın əvvəlində Şuşada TDT dövlət başçılarının qeyri-rəsmi toplantısının təşkili təklifini qeyd edirlər”, – Bəyanatda vurğulanıb.

  • Naxçıvanda Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi işdən çıxarılıb

    Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının baş həkimi Rəhim Rəhimov tutduğu vəzifədən azad olunub.

    “Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı Naxçıvanın səhiyyə nazirinin müavini, nazirin səlahiyyətlərini icra edən Samiq Sadıxov əmr imzalayıb.

    Qeyd edək ki, Rəhim Rəhimov fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində davam edəcək.

  • Naxçıvanda uşaqların kütləvi dispanserizasiyasına başlanılıb

    Naxçıvan Muxtar Respublikasının orta məktəb və məktəbəqədər müəssisələrində “İnsan Hüquqları Aylığı” çərçivəsində uşaqların kütləvi dispanserizasiyasına başlanılıb.

    “Report”un yerli bürosu xəbər verir ki, 8 müxtəlif ixtisaslı həkim briqadasının apardığı müayinə Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə aparılıb.

    Həmçinin, bu gündən məktəblərdə profilaktiki flüoqrafiya müayinələrinə də start verilib.

    Qeyd edək ki, bu humanist tədbir bir ay davam edəcək. Bundan Naxçıvan şəhərində yerləşən 21 məktəbdə təhsil alan 15 mindən çox şagird yararlanacaq.

  • Назначен директор Центральной больницы Лачынского района

    Назначен директор Центральной больницы Лачынского района.

    По информации Report, на эту должность назначен Орхан Джебраил.

    Ранее О.Джебраил был начальником отделения скорой и неотложной медицинской помощи указанной больницы.

  • Laçın Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib

    Laçın Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunub.

    “Report”un əldə etdiyi məlumata görə, bu vəzifəyə Orxan Cəbrayıl təyin edilib.

    Qeyd edək ki, O.Cəbrayıl bundan əvvəl sözügedən xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin müdiri olub.

  • Лидеры стран ОТГ поприветствовали инициативу Азербайджана по созданию платформы консульского сотрудничества

    Лидеры стран Организации тюркских государств (ОТГ) поприветствовали инициативу Азербайджана по созданию платформы консульского сотрудничества.

    Как сообщает Report, об этом говорится в декларации, принятой 3 ноября в Астане на 10-м юбилейном саммите ОТГ.

    “Лидеры тюркских государств и главы правительств приветствуют инициативу азербайджанской стороны по созданию платформы консульского сотрудничества в рамках ОТГ”, – подчеркивается в декларации.

  • Azərbaycanın TDT çərçivəsində konsulluq əməkdaşlığı platformasının yaradılması təşəbbüsü alqışlanıb

    Azərbaycanın Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində konsulluq əməkdaşlığı platformasının yaradılması təşəbbüsü alqışlanıb.

    Median.Az xəbər verir ki, bu barədə noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə qəbul edilmiş Bəyannamədə bildirilib.

    “Türk dövlətlərinin liderləri və hökumət başçıları Azərbaycan tərəfinin TDT çərçivəsində konsulluq əməkdaşlığı platformasının yaradılması təşəbbüsünü alqışlayırlar”, – Bəyannamədə vurğulanıb.//report.az

  • Xaçmazda tapılan meyitin kimliyi bilinib

    Bu gün Xaçmaz şəhərində evlərdən birində tapılan meyitin kimliyi məlum olub.

    “Report”un Şimal bürosunun məlumatına görə, 1966-cı il təvəllüdlü Hacıyev Rasim Kərim oğlunun üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti şəhərin Ramil Sadıqov küçəsində fərdi yaşayış evlərinin birində tapılıb.

    Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib.

    Faktla bağlı araşdırmalara başlanılıb.