Month: November 2023

  • Səbail”in kapitanı “Turan Tovuz”la oyunda huşunu itirib, xəstəxanaya aparılıb

    “Səbail”in kapitanı Ağabala Ramazanov Azərbaycan Premyer Liqasının XII turunda “Turan Tovuz”la oyunda huşunu itirib.

    “Report”un məlumatına görə, hadisə qarşılaşmanın 45-ci dəqiqəsində baş verib.

    Top uğrunda hava mübarizəsində rəqiblə baş-başa toqquşan hücumçu yerə yıxılaraq hərəkətsiz vəziyyətdə qalıb. Dərhal həkimlər futbolçuya müdaxilə ediblər.

    Meydançaya təcili tibbi yardım maşını girib və oyunçunu xəstəxanaya aparıblar.

    Qeyd edək ki, birinci hissəsi başa çatan matçda “Turan Tovuz” 1:0 hesabı ilə öndədir.

  • Xaricdə təhsil almış onlarla şəxsin diplomu tanınmadı

    Oktyabr ayı üzrə 729 müraciətçinin 612-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 117 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

    Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

    Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 99, təhsilalma forması üzrə 10, dövlət nümunəli olmayan diplom üzrə üç, digər səbəblər üzrə beş nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

    Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 261, Rusiya Federasiyasından 197, Türkiyə Respublikasından 132, Gürcüstandan 54, Belarus Respublikasından 40, digər ölkələrdən isə 45 müraciətin olduğu müşahidə olunub.

    Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 68, maliyyə üzrə 63, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 45, menecment üzrə 45, iqtisadiyyat üzrə 43 müraciətçi qeydə alınıb.

    Bildirilib ki, sənədlərə ortalama baxılma müddəti 15 iş günü təşkil edib.

    Qeyd olunub ki, Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan peşə tanınması imtahanında iştirak edən müraciətçilərin 47%-i imtahanda uğurlu nəticə göstərərək akademik və peşə tanınması ilə bağlı şəhadətnamə əldə edib. Müraciətçilərin 53%-i isə imtahanda keçid balı toplamayıb və yalnız akademik tanınma ilə bağlı şəhadətnamə əldə ediblər.

    Əlavə olaraq bildirilib ki, vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.tanınma.az keçidinə daxil ola bilərlər.

  • Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi yaradıldı

    Naxçıvanda Qida Təhlükəsizliyi Agentliyi yaradılıb.

    Median.Az xəbər verir ki, noyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

    Fərmana əsasən, “Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” və Agentliyin strukturu” təsdiqlənib.

    Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Ali Məcli sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdim edəcək.//oxu.az

  • Fransda Azərbaycan cüdoçusuna qarşı haqsızlıq edildi

    Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında hakim haqsızlığı ilə üzləşib.

    Median.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

    Bildirilib ki, ilk görüşündə italiyalı Andrea Karlino ilə üz-üzə gələn B.Ağayev hakimin yanlış qərarı nəticəsində sonda rəqibinə məğlub olub:

    “Ağayev Karlino ilə görüşə kifayət qədər inamlı başladı. Təbii ki, italyan passivliyinə görə xəbərdarlıqlar aldı. Lakin sonra döyüşün mənzərəsi bir qədər dəyişdi. Hakim Balabəyə “şido” verməyə başladı və döyüş “qızıl hesaba” çevrildi. Əlavə vaxtda da cüdoçumuz fəallıq göstərməsinə baxmayaraq, səbəbsiz olaraq passivliyə görə üçüncü xəbərdarlığı aldı. O, hakimlərdən jestlərlə epizodu yenidən nəzərdən keçirməyi xahiş edərək, tatamidən çıxmaqdan imtina etdi. Lakin qərar qüvvədə qaldı və Balabəy tatamini məyus tərk etdi”.

    Qeyd edək ki, Balabəy Ağayev son üç ildə iki dəfə Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqənin qalibi olub.

  • Азербайджан экстрадировал объявленного в международный розыск гражданина Турции

    Азербайджан экстрадировал объявленного в международный розыск гражданина Турции.

    Об этом сообщили в пресс-службе Генпрокуратуры.

    Гражданин Турции Файык Карачёл был объявлен в международный розыск с 2022 года по обвинению в покушении на умышленное убийство.

    Ходатайство компетентных органов Турции об экстрадиции Файыка Карачёля было направлено в Бакинский суд по тяжким преступлениям для рассмотрения через Генпрокуратуру Азербайджанской Республики.

    19 сентября текущего года суд принял решение об экстрадиции обвиняемого в соответствии с Европейской конвенцией об экстрадиции от 13 декабря 1957 года.

    3 ноября обвиняемый был передан компетентным органам Турции в сопровождении Специального конвоя Пенитенциарной службы Министерства юстиции.

  • Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkiyəyə təhvil verib

    Azərbaycan beynəlxalq axtarışda olan Türkiyə vətəndaşını ölkəsinə təhvil verib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

    Məlumata görə, Türkiyə vətəndaşı Fayık Karaçöl həmin ölkədə qəsdən adam öldürməyə cəhd əməlini törətməkdə təqsirləndirilərək 2022-ci ildən etibarən beynəlxalq axtarışa verilib.

    Həmin şəxs cari ilin iyul ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

    Fayık Karaçölün verilməsinə dair Türkiyənin səlahiyyətli orqanlarının vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu vasitəsilə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cari il sentyabrın 19-da məhkəmə tərəfindən “Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasına əsasən, vəsatət təmin edilərək təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilib.

    Noyabrın 3-də təqsirləndirilən şəxs Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkiyənin səlahiyyətli orqanlarına təhvil verilib.

  • В Иране произошел пожар в наркодиспансере, погибли 32 человека

    Пожар произошел в наркологическом диспансере в провинции Гилян на севере Ирана.

    Как передает Median.Az со ссылкой на иранские СМИ, в результате инцидента погибли 32 человека, 16 пострадали.

    Причины пожара устанавливаются.

  • İranda narkoloji dispanserdə yanğın olub, 32 nəfər ölüb, 17 nəfər yaralanıb

    Bu gün səhər saatlarında İranın Gilan əyalətinin Ləngərud şəhərində narkoloji dispanserdə baş verən yanğın nəticəsində 32 nəfər ölüb, 17 nəfər yaralanıb.

    Bu barədə Ləngərud şəhərinin başçısı Məhəmməd Rza Cəlali məlumat yayıb.

    Bildirilib ki, yaralıların 16-sı xəstəxanaya yerləşdirilib.

    Hadisənin səbəbi araşdırılır.

  • В ГТК назвали причины задержек на таможенном посту ”Сядяряк”

    Причиной относительной загруженности таможенного поста “Сядяряк” на границе Азербайджана с Турцией является рост числа грузовых транспортных средств, следующих из Ирана в Турцию транзитом через нашу страну.

    Об этом говорится в комментарии Государственного таможенного комитета (ГТК) в ответ на распространившуюся в соцсетях и ряде СМИ информацию о скоплении грузовых автомобилей на таможенном посту ”Сядяряк” и незаконных взысканиях с водителей.

    В комитете сообщили, что с учетом пропускной способности турецкой стороны, через таможенный пост “Сядяряк” ежедневно обеспечивается проезд 480 грузовых автомобилей.

    В комментарии уточняется, что причиной скопления на таможенном посту является рост числа грузовых транспортных средств, следующих из Ирана в Турцию транзитом через Азербайджан.

    “Заявления о незаконных взысканиях с водителей денежных средств абсолютно не соответствуют действительности”, – добавили в ведомстве.

  • “Sədərək” gömrük postunda yaranmış sıxlığın səbəbləri açıqlanıb

    Azərbaycanın Türkiyə ilə sərhəddə yerləşən “Sədərək” gömrük postunda nisbi sıxlığın yaranmasına səbəb ölkəmizdən tranzit keçməklə İrandan Türkiyəyə gedən yük nəqliyyat vasitələrinin sayının artmasıdır.

    Bu barədə Dövlət Gömrük Komitəsi sosial şəbəkələrdə və bir sıra kütləvi informasiya vasitələrində “Sədərək” gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığının yaranması və sürücülərdən qeyri-qanuni vəsaitlərin tələb olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilərkən bildirib.

    Komitənin məlumatında qeyd edilir ki, hazırda “Sədərək” gömrük postu vasitəsilə qarşı tərəfin də buraxılış qabiliyyəti nəzərə alınmaqla gündəlik 480 yük nəqliyyat vasitəsinin keçidi təmin edilir: “Sürücülərdən qeyri-qanuni vəsaitlərin yığılması ilə bağlı iddialar ümumiyyətlə həqiqətə uyğun deyil, böhtan xarakteri daşıyır”.

    Qeyd edək ki, Vergi Məcəlləsinin 211-ci maddəsinə əsasən ölkə ərazisinə daxil olan nəqliyyat vasitələri parametrləri, ölkə ərazisində qalma müddətləri və qanunvericilikdə müəyyənləşdirilən digər amillər nəzərə alınmaqla yol vergilərinə cəlb olunur.