Month: November 2023

  • Alla Puqaçova Rusiyaya qayıtdı

    Tanınmış müğənni Alla Puqaçova Rusiyaya qayıdıb.

    O, noyabrın 2-də axşam saatlarında Pskov vilayətindəki sərhəd-keçid məntəqəsindən ölkəyə daxil olub.

    Müğənni evinə həyat yoldaşı, xarici agent statusu daşıyan gülüş ustası Maksim Qalkinsiz gəlib.

    Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsilə razılaşmayan məşhur cütlük bu yaxınlaradək İsraildə yaşayıb.

    Mənbə: lenta.ru

  • Romanovlar ailəsinin rəsm kolleksiyasının sahibi Moskvada aldadılıb

    İmperator III Aleksandrın qohumuna çar ailəsinin rəsm kolleksiyası miras qalıb.

    73 yaşlı Tatyana Littl kolleksiya ilə dünyanı gəzib, göstərib və bəzilərini satıb. Moskvaya – ata-baba yurduna gələn Littl Qromova adlı bir xanımla əlaqə saxlayıb. O, 165,6 milyon rubl əvəzinə 36,8 milyon rubla 180 rəsm almaq istəyib. Littl isə Tatyanaya Rusiya vətəndaşı olmadığına görə satışı həyata keçirməkdə çətinlik çəkəcəyini deyib. Razılaşıblar.

    Şeremetyevo hava limanında rəsmlər birbaşa Ostankino teleqülləsinə göndərilib və hər iki tərəf orada nağd pulla satışı həyata keçirmək üçün görüşüblər. Lakin Tatyananın rus dilini yaxşı bilməməsindən istifadə edən Qromova alqı-satqı sənədi əvəzinə ona ianə sənədi verib. Beləliklə, qadın pulsuz və kolleksiyasız qalıb.

    Hazırda polis Qromovanı axtarır.

    Mənbə: “Mash” “Telegram” kanalı

  • В Баку Prius столкнулся с Ferrari: есть пострадавшие – ОБНОВЛЕНО (ВИДЕО)

    Два человека пострадали в результате ДТП в Насиминском районе города Баку.

    Как сообщает АПА, случай зафиксирован на пересечении улиц Салатын Аскеровой и Ислама Сафарли.

    Так, водитель автомобиля марки Toyota Prius, проигнорировав требования дорожного знака, внезапно выехал на дорогу. В это время машина врезалась в проезжавший через перекресток автомобиль марки Ferrari. В результате аварии водители обоих транспортных средств получили травмы.

    По данному факту ведется расследование.

    * * * * *

    В Баку произошло дорожно-транспортное происшествие.

    Соответствующие кадры распространились в социальных сетях.

    Так, автомобиль марки Toyota Prius столкнулся с Ferrari. В результате аварии обоим транспортным средствам был нанесен серьезный ущерб.

    Информации о погибших или пострадавших нет.

  • Bakıda qəzaya uğrayan ”Ferrari”nin sahibi kimdir? – YENİLƏNİB (VİDEO)

    Ötən gecə Bakının mərkəzində “Ferrari” və “Toyota Prius” markalı avtomobillərin toqquşması ilə nəticələnən hadisə geniş müzakirələrə səbəb olub.

    “Qafqazinfo” xəbər verir ki, “Ferrari California T” modelli bu avtomobilin qiyməti 250 min dollardan başlayır.

    Əldə edilən məlumata görə, qəzaya düşən “Ferrari” Bakı sakini Nəcməddin Babayevin mülkiyyətindədir. Nəsimi rayonu Salatın Əsgərova və İslam Səfərli küçələrinin kəsişməsində baş verən qəzada avtomobilin sükanı arxasında kimin olması hələlik tam dəqiqləşməsə də, 77-SM-077 dövlət qeydiyyat nişanlı “Ferrari”ni idarə etmək üçün son etibarnamənin N.Babayev tərəfindən Mirsəlim Məmmədzadə adlı şəxsə verilməsi məlum olub. M.Məmmədzadənin beynəlxalq şirkətlərin birində çalışdığı bildirilir.

    Hazırda hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

    * * * *

    Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

    APA xəbər verir ki, hadisə Salatın Əsgərova ilə İslam Səfərli küçələrinin kəsişməsində baş verib.

    Belə ki, “Toyota Prius” markalı maşının sürücüsü yol nişanının tələbinə əməl etməyərək qəfil yola çıxıb.

    Bu zaman maşın kəsişmədən keçən 77-SM-077 dövlət nişanlı “Ferrari” markalı avtomobilə çırpılıb.

    Qəza nəticəsində hər iki maşının sürücüsü xəsarət alıb.

    Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

    * * * *

    Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

    Görüntülər sosial şəbəkədə yayılıb.

    Belə ki, “Toyota Prius” markalı avtomobil “Ferrari” markalı minik maşını ilə toqquşub.

    Nəticədə hər iki avtomobilə ciddi zərər dəyib.

    Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə dəqiq məlumat yoxdur.

  • Израильская армия вошла в город Газа

    Армия обороны Израиля (ЦАХАЛ) вошла в Газу (административный центр сектора Газа), завершив его окружение, сообщают израильские источники.

    Представитель ЦАХАЛ Даниэль Хагари заявил журналистам, что после окружения города боевые корабли и авиация помогают пехоте и бронетехнике наносить удары по командным центрам, местам запуска ракет и другой инфраструктуре ХАМАС.

    “Наши силы уничтожают террористов в ближнем бою, в любом месте, где требуются боевые действия, даже если это трудно, ЦАХАЛ и его солдаты одерживают верх”, – сказал он.

    Начальник генштаба ЦАХАЛ Герци Халеви заявил, что израильские войска действуют в центре города Газа и “ведут бои лицом к лицу”.

    “Наши силы сражаются в городской труднодоступной местности, что требует профессионализма и большого мужества”, – сказал он.

    Наступление на столицу сектора началось через несколько часов после того, как премьер-министр Израиля Биньямин Нетаньяху заявил, что его войска находятся на окраинах города и готовы “наступать и побеждать”. В соцсети Х премьер написал: “Ничто нас не остановит”.

    Вторжение Израиля в город Газу происходит менее чем через неделю после того, как Нетаньяху объявил о расширении наземных операций в анклаве, “знаменует собой то, что, как ожидается, станет началом жестокой фазы боевых действий”.

    Отмечается, что, если Израиль хочет полностью уничтожить ХАМАС, его солдатам “придется сражаться за каждый дом и проникать в обширную сеть заминированных туннелей под городом”.

    Источник: The Hill

  • İsrail ordusu Qəzzaya daxil olub

    İsrail Müdafiə Ordusu (SAXAL) mühasirəni tamamlayaraq Qəzzaya (Qəzza zolağının inzibati mərkəzi) daxil olub.

    SAXAL nümayəndəsi Daniel Haqari jurnalistlərə bildirib ki, şəhəri mühasirəyə aldıqdan sonra hərbi gəmilər və təyyarələr piyada və zirehli texnikanın HƏMAS-ın komandanlıq mərkəzlərinə, raket buraxılış məntəqələrinə və digər infrastruktura zərbələr endirməsinə kömək edir.

    “Qüvvələrimiz yaxın döyüşlərdə terrorçuları məhv edir, döyüş tələb olunan istənilən yerdə, hətta çətin də olsa, SAXAL və onun əsgərləri üstünlük qazanırlar”, – deyə o bildirib.

    İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi bildirib ki, İsrail əsgərləri Qəzza şəhərinin mərkəzində əməliyyat aparır və “üzbəüz vuruşurlar”.

    “Qüvvələrimiz şəhərin əlçatmaz ərazilərində döyüşürlər, bu da peşəkarlıq və böyük cəsarət tələb edir”, – deyə o bildirib.

    Mənbə: The Hill

  • Azərbaycan idmançısı peşəkar döyüşdə qələbə qazanıb

    Türkiyənin İstanbul şəhərində kikboksun K-1 versiyasında “Akın Fight Arena” peşəkar döyüş gecəsi keçirilib.

    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, Hadımköy İdman Kompleksində reallaşan tədbirdə qadın və kişi kikboksçuların “Kombat K-1 kuboku” uğrunda mübarizəsi baş tutub.

    Naxçıvan Kikboksinq Federasiyasının idmançısı Qənbər Əzimov (80 kq) türkiyəli Berke Tuncerlə qarşılaşıb. Görüşdən qalib ayrılan təmsilçimiz əsas mükafata sahib çıxıb.

    Qeyd edək ki, Qənbər Əzimov həm də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Karyerası ərzində kikboks üzrə WAKO dünya və Avropa birinciliklərində iki gümüş, bir bürünc, WPKA dünya birinciliyində qızıl medal qazanıb, altı dəfə Azərbaycan çempionu olub.

    O, 16 peşəkar döyüş keçirib və bunlardan 15-də qələbəsi, birində isə bərabərlik qeydə alınıb.

  • Baydenin impiçmenti ilə bağlı qərar tezliklə veriləcək

    ABŞ Prezidenti Co Baydenə impiçment tətbiq edilib-edilməməsi ilə bağlı qərar tezliklə veriləcək.

    Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson məlumat verib.

    O, mətbuat konfransında impiçment prosesinə başlamaq üçün kifayət qədər dəlilin olub-olmaması ilə bağlı sualı cavablandırarkən məsələ ilə bağlı qərarın tezliklə veriləcəyini bildirib.

    Conson əlavə edib ki, qərar dəlilin nə olduğundan və “işi hara aparmasından” asılı olaraq veriləcək.

  • İran ŞƏT ölkələri arasında hücum etməmək haqqında sazişin bağlanmasını təklif edib

    İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri, general Rəhim Səfəvi Çinə səfəri zamanı Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olan ölkələr arasında hücum etməmək haqqında paktın bağlanmasını təklif edib.

    Səfəvi qeyd edib ki, İran ŞƏT ölkələrində təhlükəsizliyin və davamlı sülhün təmin edilməsi üçün birgə çalışmağı təklif edir və təşkilatın üzvləri arasında hücum etməmək haqqında sazişin bağlanması bunun başlanğıcı ola bilər.

    Xatırladaq ki, ŞƏT-ə 9 ölkə – Rusiya, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistan daxildir.

    Mənbə: smotrim.ru

  • DYP-dən piyadalara XƏBƏRDARLIQ

    Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları piyada məsuliyyətinin artırılması və onların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbir keçirib.

    İdarədən bildiriblər ki, Sumqayıt şəhərində təşkil olunan növbəti tədbir zamanı yaxınlıqdakı yerüstü və yeraltı piyada keçidlərindən istifadə etməyən, avtomobillərin intensiv hərəkət etdiyi yolda özləri ilə yanaşı, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb, yol hərəkəti qaydalarına riayət etməyin həyati əhəmiyyəti barədə ətraflı məlumat verilib.

    Bununla yanaşı, öz həyat və sağlamlıqlarına biganə yanaşaraq inzibati xətalara yol verən şəxslərin diqqətinə çatdırılıb ki, piyadalar tərəfindən yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçilməsinə görə 20 manat, sürət həddi 80 kilometr/saat və daha artıq müəyyənləşdirilmiş yollarda isə 40 manat məbləğində inzibati cərimə tətbiq olunur.

    İdarə piyada intizamının möhkəmləndirilməsinə yönələn tədbirlərin mütəmadi olaraq həyata keçiriləcəyini bildirir və hər kəsi cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən bu məsələdə həmrəy olmağa çağırıb.