Month: November 2023

  • Азербайджан экстрадировал в Турцию разыскиваемого по линии Интерпола гражданина

    Азербайджан экстрадировал в Турцию разыскиваемого по линии Интерпола турецкого гражданина Шениза Дервишоглу.

    Дервишоглу, обвиняемый в незаконном хранении оружия, создании организованной преступной группы, был задержан в Азербайджане и экстрадирован в Турцию.

    В Турции Шенизу Дервишоглу грозит до 12 лет лишения свободы.

    Суд в Турции несколько раз заочно арестовывал Дервишоглу. Он был экстрадирован из Грузии в Турцию в 2018 году и освобожден из тюрьмы в 2020 году. Через некоторое время его снова объявили в розыск.
    //report

  • Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkiyəyə təhvil verib

    Türkiyənin İnterpol xətti ilə beynəlxalq axtarışa verdiyi Şeniz Dervişoğlu Azərbaycanda saxlanılıb və qardaş ölkəyə ekstradisiya olunub.

    O, qanunsuz silah saxlamaqda, silah mafiyası ilə əməkdaşlıqda, mütəşəkkil cinayətkar qrup yaratmaqda təqsirləndirilir.

    Türkiyə vətəndaşı olan Ş.Dervişoğlunun günahı sübuta yetirilərsə, onu 12 ilədək həbs cəzası gözləyir.

    Qeyd edək ki, Türkiyə məhkəməsi Ş.Dervişoğlu haqqında bir neçə dəfə qiyabi həbs qərarı çıxarıb. O, 2018-ci ildə Gürcüstandan Türkiyəyə ekstradisiya olunub, 2020-ci ildə həbsdən buraxılıb. Bir müddət sonra yenidən axtarışa verilib.
    //report

  • Restoranda bir nəfəri öldürüb, digərini yaralamaqda təqsirləndirilən şəxsin istintaqı yekunlaşıb

    Bir şəxsi qəsdən öldürməkdə, bir şəxsi isə qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq yekunlaşıb.

    Bu barədə Nəsimi rayon prokurorluğu məlumat yayıb.

    Qeyd edilib ki, martın 16-da Cəsarət Vəliyevin qəsdən öldürülməsi, Camal Həsənovun isə müxtəlif xəsarətlər alması faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

    İstintaqla Orxan Zeynalovun tanışı İlqar Abdurahmanovla bir qrup şəxs halında qeyd edilən tarixdə paytaxtın Nəsimi rayonunda yerləşən restoranların birində Cəsarət Vəliyevi bıçaqla çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə qəsdən öldürməsinə, Camal Həsənovu isə eyni niyyətlə qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Orxan Zeynalov və İlqar Abdurahmanova Cinayət Məcəlləsinin 120.2.1, 120.2.2, 29,120.2.1, 29,120.2.2 ( bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Очередной армянский исполнитель присвоил произведение азербайджанского композитора

    Армянский исполнитель присвоил музыкальное произведение азербайджанского композитора Алекпера Тагиева “Sənə qurban”.

    Об этом говорится в комментарии Агентства интеллектуальной собственности.

    По информации агентства, музыкальное произведение выдающегося азербайджанского композитора, включенное в “Золотой фонд” Азербайджанского радио в 1968 году, выложено на канале певца Андраника Мададяна в Youtube в новой импровизации и под названием “Гарун”.

    “Песня “Sənə qurban” написана азербайджанским композитором Алекпером Тагиевым на слова азербайджанского поэта Микаила Мушфига. Впервые она была исполнена Зейнаб Ханларовой в 1968 году. Произведение было зарегистрировано 10 июня 1978 года в Агентстве интеллектуальной собственности (в то время – Отдел Всесоюзного Агентства по авторским правам Азербайджанской Республики). Позже эту песню исполняли ряд армянских певцов, в том числе Тигран Асатрян, Спитакци Айко, иранский и американский певец армянского происхождения Андраник Мададян”, – сообщили в агентстве.

    В агентстве напомнили, все архивные документы свидетельствуют о том, что песня “Sənə qurban” принадлежит азербайджанскому композитору Алекперу Тагиеву.

    “Андраник Мададян, подставив под мелодию слова на армянском языке и изменив название на “Гарун” (перев. “Весна”), присвоил произведение азербайджанского композитора. Это очередной пример продолжающегося на протяжении многих лет армянского литературного и музыкального воровства. Так как на канале Youtube под данной композицией не упомянуто имя Алекпера Тагиева, это является открытым нарушением его личных прав. Кроме того, нарушены имущественные права композитора, так как песня размещена на данной платформе в коммерческих целях”, – говорится в комментарии.

    Агентство интеллектуальной собственности на протяжении многих лет ведет борьбу с присвоением армянами авторских произведений и других образцов нематериального культурного наследия азербайджанского народа.

  • Agentlik: “Erməni ifaçı azərbaycanlı bəstəkarın musiqi əsərini oğurlayıb”

    “Erməni ifaçı azərbaycanlı bəstəkarın musiqi əsərini oğurlayıb”.

    Bu barədə Əqli Mülkiyyət Agentliyinin Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin “Sənə qurban” adlı musiqi əsərinin erməni ifaçı tərəfindən “Garun” adı ilə mənimsənilməsi barədə şərhində qeyd olunub.

    Bildirilib ki, 1968-ci ildə Azərbaycan radiosunun “Qızıl fondu”na daxil edilən görkəmli Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin “Sənə qurban” adlı musiqi əsərinin ermənilər tərəfindən “Garun” adı altında mənimsənilərək ifa edilməsi və “Youtube”da yayılması faktı Əqli Mülkiyyət Agentliyində araşdırılıb: “İfa olunan “Garun” adlı musiqi əsəri Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin “Sənə qurban” musiqi əsəri ilə üst-üstə düşür. Bildiririk ki, “Sənə qurban” əsəri Ələkbər Tağıyevin Azərbaycan şairi Mikayıl Müşfiqin sözlərinə bəstələdiyi və ilk dəfə Zeynəb Xanlarova tərəfindən 1968-ci ildə ifa edilmiş mahnıdır. Bəstəkar Ə.Tağıyevin “Sənə qurban” mahnısı (sözlərin müəllifi kimi Mikayıl Müşfiqin adı göstərilib) 1978-ci ilin 10 iyun tarixində Əqli Mülkiyyət Agentliyində (agentlik həmin vaxt Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikası Şöbəsi adlanırdı) qeydiyyata alınıb. Sonralar bu mahnı erməni müğənnilər Tiqran Asatryan, Spitakci Hayko, erməniəsilli İran-ABŞ pop ifaçısı Andranik Madadyan və başqaları tərəfindən erməni dilində “Garun” (azərb. Bahar‎) adı ilə ifa edilib. Bütün arxiv sənədləri “Sənə qurban” mahnısının Azərbaycan müəlliflərinə məxsus olduğunu göstərir. Azərbaycanın Xalq artisti Z.Xanlarova xarici ölkələrdə, o cümlədən Ermənistan da daxil olmaqla keçmiş SSRİ-nin hər bir respublikasında qastrol səfərlərində olarkən bu mahnını dəfələrlə ifa edib.

    Vurğulanıb ki, erməniəsilli ifaçı A.Madadyan isə Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin “Sənə qurban” mahnısını mənimsəyərək onun sözlərini dəyişib və izi itirmək məqsədilə “Garun” (Bahar) adı ilə oxuyub. Qeyd edilən fakt uzun illərdən bəri davam edən erməni ədəbi və musiqi oğurluğunun növbəti bir nümunəsidir. “Youtube” kanalında yerləşdirilmiş “Garun” adlı musiqi əsəri haqqında verilən məlumatda Ələkbər Tağıyevin adı göstərilməməklə müəllifin şəxsi hüquqları, Youtube kanalında kommersiya məqsədilə yerləşdirilməsi nöqteyi nəzərdən isə Ələkbər Tağıyevin əmlak hüquqları pozulmuşdur. Əqli Mülkiyyət Agentliyi tərəfindən mütəmadi olaraq Azərbaycan xalqına məxsus olan müəllif əsərlərinin, folklor nümunələrinin və digər qeyri-maddi mədəni irs nümunələrinin uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanması, mənimsənilməsi və erməni nümunələri kimi təqdim olunması hallarına qarşı mübarizə aparılır, hər bir fakt üzrə araşdırmalar aparılaraq tarixi əsaslara söykənən və həmin əsərlərin Azərbaycan xalqına məxsus olmasını danılmaz faktlarla sübut edən arayışlar hazırlanır, kütləvi informasiya vasitələrində yayılır”.
    //report

  • Во Франции создана организация “Защита наследия западных азербайджанцев и право на возвращение”

    Во Франции создано общественное объединение “Защита наследия западных азербайджанцев и право на возвращение”.

    Основной целью организации является предотвратить уничтожение богатого культурного наследия азербайджанского народа на территории Армении, привлечь внимание международной общественности к этой проблеме и получить поддержку в вопросе мирного возвращения западных азербайджанцев на свои исторические земли.

    Соучредителем организации, официально зарегистрированной под названием “Association pour la Protection du Patrimoine et le Droit au Retour des Azerbaïdjanais Occidentaux” является Заур Садыгбейли, уроженец Еревана.

    Созданное объединение повысит осведомленность мирового сообщества о реалиях Западного Азербайджана.

  • Fransada Qərbi Azərbaycana qayıdışla bağlı təşkilat yaradılıb

    Fransada Ermənistandan deportasiya olunmuş azərbaycanlılar tərəfindən “Qərbi Azərbaycanlıların İrsinin Qorunması və Qayıdış Hüququ” İctimai Birliyi yaradılıb.

    Təşkilatın əsas məqsədi Ermənistan ərazisində Azərbaycan xalqının əsrlər boyu yaratdığı zəngin mədəni irsin dağıdılmasının qarşısının alınması, beynəlxalq ictimaiyyətin diqqətinin bu problemə yönəldilməsi və qərbi azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarına sülh yolu ilə qayıtmasına dəstək olmaqdan ibarətdir.

    “Association pour la Protection du Patrimoine et le Droit au Retour des Azerbaïdjanais Occidentaux” adı ilə rəsmi qeydiyyata alınan təşkilatın həmtəsisçisi əslən İrəvandan olan Zaur Sadıqbəylidir.

    İctimai birliyin yaradılması beynəlxalq müstəvidə Qərbi Azərbaycan həqiqətləri barədə məlumatlılığın artırılması işinə töhfə verəcək.

  • Уровень воды в Каспийском море может упасть на 3,7 метра

    К 2070 году температура воды в Каспийском море может повыситься на 1,7 градуса, а к концу века – на 2,1 градуса. Согласно этому сценарию, если страны не предпримут никаких мер, то к концу столетия температура может повыситься на 4,5 градуса, что приведет к снижению уровня воды в море на 3,7 метра.

    Об этом сказал замглавы отдела экологической политики Министерства экологии и природных ресурсов Азербайджана Рафиг Вердиев на заседании экспертной группы по изучению причин изменения уровня Каспийского моря, а также подготовке соответствующих адаптационных мер.

    Он отметил, что в этой связи важна работа по моделированию: “Есть сценарии и оценки, но результаты у них разные. Все данные нужно обобщить и привести к общему знаменателю, чтобы получить более точную информацию”.

  • Xəzər dənizi ilə bağlı daha bir təhlükə yaranıb, suyun səviyyəsi 3,7 metr enə bilər

    “2070-ci ilə qədər Xəzər dənizində suyun temperaturunun 1,7, əsrin sonuna qədər 2,1 dərəcə artması qeydə alına bilər. Ssenariyə görə əgər ölkələr heç bir tədbirlər görməsə, əsrin sonuna kimi temperatur 4,5 dərəcə arta bilər ki, nəticədə səviyyə 3,7 metr enə bilər”.

    Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev Xəzər dənizinin səviyyə dəyişməsinin səbəbinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması üzrə ekspert qrupunun iclasında deyib.

    O bildirib ki, burada modelləşdirmə işləri vacibdir: “Ssenari və qiymətləndirmələr var, lakin nəticələr müxtəlifdir. Məlumatların hamısı ümumiləşdirilib ortaq məxrəcə gəlinməlidir ki, daha dəqiq informasiya əldə edilsin”.

  • Воздух в Азербайджане прогреется до 25 градусов тепла

    3 ноября в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков.

    Как сообщили в Национальной службе гидрометеорологии, ночью и утром в некоторых местах ожидаются туман и моросящий дождь. Умеренный северо-западный ветер днем сменится юго-западным.

    Температура воздуха ночью составит 13-16°, днем 19-23° тепла. Атмосферное давление опустится до 761 мм ртутного столба. Относительная влажность воздуха днем составит 75-85%, ночью – 50-60%.

    В районах Азербайджана преимущественно будет без осадков, однако во второй половине дня местами ожидаются осадки, возможны грозы. Ночью и утром в некоторых районах прогнозируется туман. Будет преобладать западный ветер.

    Температура воздуха ночью составит 9-13°, днем 20-25° тепла, в горах ночью 4-9°, днем 11-16° тепла.