Month: November 2023

  • Sabahın hava proqnozu

    Ölkə ərazisində noyabrın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 13-16 dərəcə isti, gündüz 19-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 50-60% olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşama doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 9-13 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə isti, gündüz 11-16 dərəcə olacaq.

  • Tibb müəssisələrinə vergi güzəştləri olacaq

    Tibb müəssisələrinə və özəl tibbi praktika ilə məşğul olan şəxslərə vergi güzəştləri veriləcək.

    APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.

    Layihəyə əsasən, bu şəxslərə ƏDV güzəştləri tətbiq ediləcək. Başqa sözlə, tibb müəssisələrinə və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizinin 2024-cü ilin 1 yanvar tarixindən 3 il müddətinə onun vergi tutulan ümumi dövriyyəsindən çıxılması nəzərdə tutulur. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə edilməlidir.

    Qeyd edilib ki, səhiyyə sahəsi üzrə kölgə iqtisadiyyatının mövcudluğunu şərtləndirən əsas amillərdən biri tibbi xidmətlərə görə ödənişin nağd şəkildə əldə edilməsidir. Bu isə eyni zamanda dövlət büdcəsinə daxil olmalı vergilərin azalmasına gətirib çıxarır.

  • Şirvanda qadını qatar vurub

    Şirvanda qadını qatar vurub.

    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərinin mərkəzində qeydə alınıb.

    Xəsarət alan qadın Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı Dəmiryol Nəqliyyatında Xətt Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

  • Стало известно, когда в Азербайджан завезут вакцины от гриппа

    Вакцины от сезонного гриппа будут доступны в стране в течение ближайших двух дней.

    Как сообщает АПА, об этом журналистам сказал министр здравоохранения Теймур Мусаев.

    Он сообщил, что со следующей недели эти вакцины можно будет получить во всех учреждениях, оказывающих амбулаторную первичную медицинскую помощь.

    “Вакцины предназначены для детей старше двух лет и взрослых”, – сказал он.

  • Qrip vaksinlərinin ölkəyə gətiriləcəyi tarix açıqlanıb

    “Növbəti bir-iki gün ərzində mövsümi qrip vaksinləri ölkədə olacaq”.

    APA xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, gələn həftədən ambulator tipli ilkin tibbi xidmətlər göstərən bütün müəssisələrdə həmin vaksinləri əldə etmək mümkün olacaq:

    “Vaksinlər 2 yaşdan yuxarı uşaqlar və böyüklər üçün nəzərdə tutulub”.

  • ƏDV keşbek gəlir vergisindən azad ediləcək

    Əlavə dəyər vergisinin (ƏDV) qaytarılmasına görə əldə olunan gəlirlər vergidən azad ediləcək.

    APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.

    Fiziki şəxs olan istehlakçılar tərəfindən ödənilmiş ƏDV-nin qaytarılmasına (ƏDV keşbek) görə əldə olunan gəlirlər gəlir vergisindən azad ediləcək.

  • В Азербайджане завершен процесс вакцинации от COVID-19

    Процесс вакцинации от COVID-19 в стране, можно сказать, завершился с большим успехом.

    Как сообщает modern.az, об этом заявил журналистам министр здравоохранения Азербайджана Теймур Мусаев.

    По его словам, в результате эпидемиологическая ситуация стала удовлетворительной.

    “У нас достаточно запасов вакцины. Кто не привился, еще не поздно сделать это. Призываю граждан осознать свою ответственность и вакцинироваться”, – отметил министр.

  • Azərbaycanda COVID-19 ilə bağlı vaksinasiya prosesi başa çatıb

    “Ölkədə COVID-19 ilə bağlı vaksinasiya prosesi demək olar ki, böyük uğurla başa çatıb”.

    Modern.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

    O bildirib ki, bunun nəticəsində epidemioloji vəziyyət qənaətbəxşdir:

    “Vaksin ehtiyatımız yetərincədir. Vaksin olunmayanlar üçün hələ də gec deyil. Vətəndaşları məsuliyyətlərini dərk edərək vaksinasiya olunmağa çağırıram”.

  • NDU-da Qərbi Azərbaycanla bağlı xüsusi fənlər tədris olunacaq

    Naxçıvan Dövlət Universitetində (NDU) Qərbi Azərbaycanla bağlı xüsusi fənlər tədris olunacaq.

    NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən verilən məlumata görə, növbəti tədris ilindən etibarən “Tarix müəllimliyi” və “Tarix” ixtisaslarında “Qərbi Azərbaycanın siyasi və etnomədəni tarixi”, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasında “Qərbi Azərbaycanın toponimikası”, “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisasında isə “Qərbi Azərbaycanın maddi-mədəniyyət abidələri” adlı fənlər tədris olunacaq.

    Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycana qayıdışla bağlı səsləndirdiyi fikirlərdə bu torpaqlardan deportasiyaya, soyqırımına məruz qalmış Azərbaycan əhalisinin taleyi ilə bağlı son 200 illik tarix üzrə tədqiqatların aparılması və Qərbi Azərbaycana qayıdış konsepsiyasının hazırlanması göstərişini verib.

    Naxçıvan Dövlət Universitetində də bu məqsədlə əzəli ata-baba yurdumuz olan Qərbi Azərbaycanın siyasi tarixini, etnoqrafiyasını, milli adət-ənənələrini və mədəniyyətini gənc nəslə ətraflı öyrətmək məqsədilə universitetin Elmi Şurasının qərarı ilə bir sıra fənlər təsdiq olunub.

  • Azərbaycanda elektron reseptlərin tətbiqinə başlanılıb – Nazir AÇIQLADI

    “Artıq elektron resept hazırdır, pilot şəklində bir neçə xəstəxanada və ambulator tipli məntəqələrdə tətbiqinə başlanılıb”.

    “Report” xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

    Onun sözlərinə görə, gələn ilin yanvar ayının 1-dən elektron resept bütün ölkə ərazisində tətbiq olunacaq:

    “Bununla bağlı bu ilin dekabr ayında geniş tədbir keçiriləcək. Orada istər tibb işçiləri, istər vətəndaş, istərsə də əczaçılar üçün faydası izah olunacaq”.