Month: November 2023

  • Xaçmazda 35 yaşlı kişi qətlə yetirilib

    Noyabrın 2-də saat 11 radələrində Xaçmaz rayonunda 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Samir Alxasovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

    DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, araşdırmalar aparılır.

    Əlavə məlumat veriləcək.

  • Haqqında araşdırma başladılan Nəcməddin Sadıkov: “Bu məsələlər sizi niyə narahat edir ki?”

    Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov haqqında başladılan araşdırmara reaksiya verib.

    Məsələ ilə bağlı “Unikal”a açıqlama verən sabiq Baş Qərargah rəisi qeyd edib ki, mən bu məsələlərlə bağlı danışmaq istəmirəm. Çünki buna vaxtım və həvəsim yoxdur. Ümumiyyətlə, bu məsələlər niyə sizi narahat edir ki?

    “Xahiş edirəm, məni bunlara görə narahat etməyin. Mən artıq belə məsələlərə görə yorulmuşam”, – deyə o qeyd edib.

  • İndoneziyada 6,3 bal gücündə zəlzələ baş verib

    Timor adasının (İndoneziya) cənub-qərb hissəsində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

    Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Verilən məlumata əsasən, yeraltı təkanların episentri təxminən 282 min nəfər əhalisi olan Kupanq şəhərindən 5 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 39 km dərinlikdə yerləşib.

    Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

    Episentrdə zəlzələnin intensivliyinə əsasən, zəlzələ “dağıdıcı” kimi qiymətləndirilir.

    ABŞ Geoloji Xidməti zəlzələnin gücünü 6,1 bal qiymətləndirib. Amerikalı seysmoloqların məlumatına görə, zəlzələnin mənbəyi 36,1 km dərinlikdə olub.

    Mənbə: TASS

  • Azərbaycanın bəzi rayonlarında ət ucuzlaşdı

    Son günlər bəzi rayonlarda kəsim məntəqələrində ətin qiymətində enmə müşahidə olunur.

    Median.Az AZƏRTAC-a istinadən xəbər verir ki, belə rayonlardan biri Ağsudur.

    Satıcıların sözlərinə görə, əvvəllər 15, hətta 16 manata satılan dana ətinin 1 kiloqramının qiyməti hazırda rayon ərazisində 13-14 manata təklif olunur.

    Ət satışı ilə məşğul olan Ulduz Allahyarov bildirib ki, qiymətin enməsinə səbəb heyvan bazarındakı ucuzlaşma ilə bağlıdır:

    “Son bir neçə gündə heyvanın diri çəkisinin qiymətində qeydə alınan ucuzlaşma ət dükanlarında da qiymətə təsir edib. Buna görə də hazırda kəsim məntəqələrində qiymətlər 1, bəzi yerlərdə 2 manat aşağı enib”.

    Digər satıcılar isə qiymətin enməsini alıcıların azalması ilə əlaqəndirirlər. Satıcıların sözlərinə görə, əvvəllər 150 kiloqram çəkisi olan dananın əti bir gündə satılıb qurtarırdısa, indi 3 günə də satılmır. Bu isə qiymətə də təsir göstərib. Həmçinin hazırda yem bazarında da qiymətlər stabil olduğundan, kəndlilər heyvanları çox da baha təklif etmək niyyətində deyil. Çünki onlar heyvanı baha satanda kəsim məntəqələrində də qiymətlər bahalaşır. Nəticədə alıcı qıtlığı yaranır ki, bu da kəndlilərə sərf etmir.

    Ağsuda dana ətindən fərqli olaraq, quzu ətində ucuzlaşma müşahidə edilmir. Hazırda rayonun bütün ət satışı dükanlarında quzu ətinin bir kiloqramının qiyməti 17 manatdır.

    Ağdam və Bərdə rayonlarında da dana ətinin qiymətində enmə müşahidə olunur. Belə ki, Bərdə rayonunda dana əti 14 manatdan 13 manata, quzu əti 18 manatdan 17 manata ucuzlaşıb. Qoç ətinin qiyməti də 1 manat enib.

    Ağdam rayonunun bəzi ərazilərində ətin qiyməti ensə də, bir sıra kəndlərdə əvvəlki qiymətə satılır. Quzanlı qəsəbəsində dana əti 14 manatdan 13 manata, quzu əti 17 manatdan 16 manata, qoç əti 16 manatdan 15 manata ucuzlaşıb.

  • Задержанный СГБ Мадат Бабаян: Тела убитых в Ходжалы азербайджанцев захоронены на берегу реки Гаргар

    Задержанный Службой государственной безопасности (СГБ) Азербайджанской Республики Мадат Аракели Бабаян указал на места массового захоронения убитых азербайджанцев.

    Об этом сообщили в СГБ.

    М.Бабаян сообщил, что 26 февраля 1992 года он вместе с армянскими вооруженными формированиями, находившимися в Ходжалы, участвовал в установлении вооруженного поста на перекрестке Ходжалы – Баллыджа – Ханкенди в направлении Ханкенди. Целью являлось обеспечение сокрытия фактов грабежа имущества, принадлежавшего азербайджанцам, и массовых убийств, совершенных в городе.

    Три дня спустя, во время несения им службы на данном посту, на трех грузовых автомобилях были доставлены и сброшены в выкопанные ямы на территории левого берега реки Гаргар (примерно в 400 м от поста) тела азербайджанцев, убитых в Ходжалы. Задержанный также сообщил о грабежах, совершенных в феврале-марте 1992 года в Ходжалы.

    При проверке показаний во время проведения следственных мероприятий Мадат Бабаян, наряду с предоставлением подробной информации, наглядно указал места совершения преступных действий в отношении гражданского населения.

    Кроме того, он указал места в селе Гозлукерпю, где он лично похоронил тела азербайджанцев, захваченных в плен и незаконно удерживаемых в сельской школе, которые погибли в результате жестокого обращения и пыток. В настоящее время проводятся комплексные расследования упомянутых и других связанных с ними преступлений.

    Напомним, что в результате проведенных в сентябре 2023 года антитеррористических мероприятий локального характера в селе Гозлукерпю Кельбаджарского района по подозрению в совершении терактов с намерением разжигания национальной вражды и неприязни был задержан и обезоружен Мадат Аракели Бабаян, состоявший в незаконных вооруженных формированиях и вооруженный модернизированным автоматом Калашникова (АКМ).

  • DTX-nin saxladığı erməni terrorçu: “Xocalı soyqırımı qurbanlarının bir qismi Qarqarçayın sahilində basdırılıb”

    Bu ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələrə daxil olmaqla “AKM” avtomatı ilə silahlanıb, mütəşəkkil dəstə halında milli ədavət və düşmənçilik niyyəti ilə terrorçuluq əməlləri törətməkdə şübhəli bilinərək Kəlbəcər rayonunun Qozlukörpü kəndi ərazisində tərk-silah edilərək saxlanılan Madat Babayan amansız rəftar və işgəncələr nəticəsində ölmüş azərbaycanlıların meyitlərini Qozlukörpü kəndində şəxsən dəfn etdiyi yerləri göstərib.

    Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidməti məlumat yayıb.

    Qeyd edilib ki, M.Babayan 1992-ci il fevralın 26-da Xocalıda olan erməni silahlıları ilə birlikdə şəhərdə azərbaycanlılara məxsus olan əmlakların talan edilməsi və törədilən kütləvi insan qırğını faktlarının gizlədilməsini təmin etmək üçün Xankəndi istiqamətində Xocalı-Ballıca-Xankəndi yolayrıcında silahlı post qurduqlarını, üç gün sonra isə bu postda xidmət apardığı vaxt Xocalıda qətlə yetirilən azərbaycanlıların meyitlərinin üç yük avtomobilində gətirildiyini, həmin postdan təxminən 400 metr məsafədə Qarqar çayının sol sahilində qazılan əraziyə tökülərək kütləvi basdırıldığını qeyd edib, eləcə də 1992-ci ilin fevral-mart aylarında Xocalıda törədilən talanlar barədə məlumat verib.

    İfadənin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilərkən, Madat Babayan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək bu barədə ətraflı məlumat təqdim edib. Bundan əlavə Madat Babayan əsir götürülmüş və qanunsuz olaraq Qozlukörpü kənd məktəbində saxlanılmış, amansız rəftar və işgəncələr nəticəsində ölmüş azərbaycanlıların meyitlərini Qozlukörpü kəndində şəxsən dəfn etdiyi yerləri də göstərib. Hazırda qeyd olunan və digər əlaqəli cinayətlərlə bağlı kompleks araşdırmalar aparılır.

  • Qəzza zolağında ölənlərin sayı doqquz mini keçib

    Qəzza zolağında Yaxın Şərq münaqişəsinin kəskinləşməsi nəticəsində ölənlərin sayı 9 061 nəfərə çatıb.

    Bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

    Qeyd edək ki, İsraillə Fələstin arasında münaqişə oktyabrın 7-də başlayıb.

    Mənbə: TASS

  • Madat Babayanın Xocalı soyqırımı ilə bağlı verdiyi məlumatlar üzrə araşdırmalar aparılır

    Qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan Respublikasının ərazilərində törətdikləri terrorçuluq və digər ağır cinayətlərlə bağlı araşdırmalar davam etdirilir.

    Bununla bağlı Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

    2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində qanunsuz silahlı birləşmələrə daxil olmaqla “AKM” avtomatı ilə silahlanıb, mütəşəkkil dəstə halında milli ədavət və düşmənçilik niyyəti ilə terrorçuluq əməlləri törətməkdə şübhəli bilinən Babayan Madat Arakeli Kəlbəcər rayonunun Qozlukörpü kəndi ərazisində tərk-silah edilərək saxlanılmışdır.
    İstintaq zamanı təqsirləndirilən şəxs Madat Babayan ifadəsində digər xüsusatlarla yanaşı həmçinin bildirmişdir ki, 1992-ci ilin fevral ayında Xocalı faciəsinin törədilməsində iştirakçı olmuş, 24 fevral 1992-ci il tarixində “Xolostoy” ləqəbli Ermənistan silahlı qüvvələrinin polkovnik-leytenantı Arkadi Şirinyanın rəhbərliyi altında Kəlbəcər rayonunun Çapar, Qozlu və Qozlukörpü kəndlərinin sakinlərindən ibarət erməni silahlı birləşmələrinin tərkibində Kəlbəcərin Yayıcı, Heyvalı və Zəylik kəndlərindən gələn digər erməni silahlıları ilə Xocalı rayonunun Təzəbinə kəndində birləşərək azərbaycanlı əhalini məhv etmək məqsədilə qabaqcadan qurulmuş plana uyğun olaraq, 25 fevral 1992-ci il tarixində gecə saat 23:00 radələrində Xankəndi şəhərindən Xocalı şəhəri istiqamətində edilən hücum zamanı xilas olmaq üçün Əsgəran rayonuna tərəf qaçmaq istəyən, əksəriyyəti qadın, uşaq və qocalar olmuş 150 nəfərdən çox əliyalın şəxsdən ibarət mülki əhalini həmin ərazidə pusquya salaraq avtomat silahlarından atəş açmaqla qətlə yetirmişlər.

    Eyni zamanda, Madat Babayan 26 fevral 1992-ci il tarixində azərbaycanlıların meyitlərini yığdıqları zaman Vamik Petrosyan, Şirin Şirinyan və digər dəstə üzvləri tərəfindən meyitlər üzərində təhqiredici hərəkətlərin törədilməsini, bundan başqa 100-dən çox mülki Xocalı sakininin əsir düşdüyünü müşahidə etmişdir.

    Madat Babayan 1992-ci il fevralın 26-da Xocalıda olan erməni silahlıları ilə birlikdə şəhərdə azərbaycanlılara məxsus olan əmlakların talan edilməsi və törədilən kütləvi insan qırğını faktlarının gizlədilməsini təmin etmək üçün Xankəndi istiqamətində Xocalı-Ballıca-Xankəndi yolayrıcında silahlı post qurduqlarını, üç gün sonra isə bu postda xidmət apardığı vaxt Xocalıda qətlə yetirilən azərbaycanlıların meyitlərinin üç yük avtomobilində gətirildiyini, həmin postdan təxminən 400 metr məsafədə Qarqar çayının sol sahilində qazılan əraziyə tökülərək kütləvi basdırıldığını qeyd etmiş, eləcə də 1992-ci ilin fevral-mart aylarında Xocalıda törədilən talanlar barədə məlumat vermişdir.

    İfadənin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilərkən, Madat Babayan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək bu barədə ətraflı məlumat təqdim etmişdir.

    Bundan əlavə Madat Babayan, əsir götürülmüş və qanunsuz olaraq Qozlukörpü kənd məktəbində saxlanılmış, amansız rəftar və işgəncələr nəticəsində ölmüş azərbaycanlıların meyitlərini Qozlukörpü kəndində şəxsən dəfn etdiyi yerləri də göstərmişdir.

    Hazırda qeyd olunan və digər əlaqəli cinayətlərlə bağlı kompleks araşdırmalar aparılır.

  • Xəyanətə görə ərini bıçaqlayan qadına cəza verildi

    Gəncə Ağır Cinayətlər Məhkəməsində Göygöldə həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən D.Əliyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az xəbər verir ki, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

    Qeyd edək ki, hadisə bu ilin mart ayının 28-də saat 20 radələrində Göygöl şəhər ərazisində yerləşən evlərin birində qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü D.Əliyeva və əri, 1991-ci il təvəllüdlü E.Süleymanovla yaşadıqları evdə qısqanclıq zəminində aralarında mübahisə yaranıb. Mübahisə zamanı qadın mətbəx bıçağı ilə E.Süleymanovun qarın nahiyəsinə bir zərbə vurub. Nəticədə kişi bədən xəsarəti alıb.

    Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə istintaqı zamanı D.Əliyeva elan edilmiş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, əri ilə münasibətləri normal olsa da, bir neçə aydır aralarında E.Süleymanovun ona xəyanət etməsi səbəbindən mübahisələri olub. D.Əliyeva kişinin tanımadığı qadınla münasibəti olduğunu hadisədən bir neçə gün əvvəl həyat yoldaşının telefonunda olan şəkildən bilib. Qadın deyib ki, həmin vaxt da əri onu şillə ilə sağ gözündən və bədəninin müxtəlif nahiyəsindən vurmaqla döyüb.

    Hadisə günü yaşadığı evin mətbəx otağında qayınatası və əri masada əyləşdiyi vaxtı eyni məsələ ilə bağlı yenidən E.Süleymanovla aralarında mübahisə yaranıb. Bu zaman qayınatası azyaşlı nəvəsini götürərək evdən bayıra çıxıb. Daha sonra əri qadını döyüb, hətta çörək qabı ilə başından vurub. D.Əliyeva da əsəbiləşdiyi üçün mətbəxdə olan bıçağı götürərək bir dəfə E.Süleymanovun qarın nahiyəsinə zərbə endirib. Xəsarət aldıqdan sonra əri onu buraxaraq kənara çəkilib və evdən çıxaraq həyətdə atasını səsləyib. E.Süleymanovun atası oğlunu xəstəxanaya aparıb. Bir qədər sonra polis əməkdaşları yaşadıqları ünvana gələrək baş vermiş hadisə ilə bağlı ondan izahat alıblar. İstintaq dövründə D.Əliyevanın barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

  • Mehdiabadda keçmiş məhkum yenidən narkotiklə tutuldu – VİDEO

    Mehdiabadda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsdən 1 kiloqramdan artıq heroin aşkar edilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi (RPİ) Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində 1970-ci il təvəllüdlü, əvvəllər də narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş Lənkəran şəhər sakini Tərlan Bahadır oğlu Məmmədov saxlanılıb.

    Onun üzərinə baxış keçirilən zaman 1 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

    Faktla bağlı Abşeron RPİ-də araşdırma aparılır.