Month: November 2023

  • Завтра в Азербайджане ожидается до 26 градусов тепла

    2 ноября в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков.

    Как сообщили в Национальной службе гидрометеорологии, ночью и утром в некоторых местах ожидаются туман и моросящий дождь. Умеренный юго-западный ветер вечером сменится северо-западным.

    Температура воздуха ночью составит 13-17°, днем 20-25° тепла. Атмосферное давление опустится до 761 мм ртутного столба. Относительная влажность воздуха днем составит 80-90%, ночью – 60-70%.

    В районах Азербайджана преимущественно без осадков, однако в первой половине дня в горных районах ожидаются осадки, в некоторых местах ливневого характера. В высокогорных территориях прогнозируются грозы, ночью и утром в некоторых районах не исключается туман. Будет преобладать умеренный западный ветер.

    Температура воздуха ночью составит 9-13°, днем 21-26° тепла, в горах ночью 5-10°, днем 13-18° тепла.

  • Sabah Bakıda 25, rayonlarda 26 dərəcə isti olacaq

    Sabah Bakıda 25, rayonlarda 26 dərəcə isti olacaq.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-13° isti, gündüz 21-26° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.

  • Bakıda tapança ilə qətl törətməkdə şübhəli bilinən şəxs polisə təslim olub – YENİLƏNİB

    Noyabrın 1-də saat 17 radələrində Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1970-ci il təvəllüdlü Cavanşir Abdullayevin ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırmalarla 1985-ci il təvəllüdlü Pərviz Xudaverdiyevin aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açmaqla Cavanşir Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

    Pərviz Xudaverdiyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

    İbtidai istintaq davam etdirilir.

    * * * * *

    Noyabrın 1-də saat 16 radələrində Xəzər rayonu Şağan qəsəbəsi ərazisində 1970-ci il təvəllüdlü Abdullayev Cavanşir Ruhulla oğlunun “Revolver” tipli tapança ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Xudaverdiyev Pərviz Cabir oğlu saxlanılıb.

    O, polisə gələrək təslim olub.

    Hadisə şəxsi münasibətlər zəminində baş verib.

    * * * * *

    Noyabrın 1-də saat 16 radələrində Xəzər rayonu Şağan qəsəbəsi ərazisində 1970-ci il təvəllüdlü Abdullayev Cavanşir Ruhulla oğlunun “Revolver” tipli tapança ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

    Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

    Qeyd edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

  • Daşkəsəndə 57 yaşlı kişi intihar edib

    Daşkəsən rayonunda 57 yaşlı kişi intihar edib.

    Daşkəsən rayon sakini, 1966-cı il təvəllüdlü Tofiq Abdullayev yaşadığı evin hamamında özünü asıb.

    Onun ruhi əsəb problemləri olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • В Баку стройкомпания оштрафована за вырубку деревьев

    Сотрудники Государственной службы экологической безопасности установили факт незаконной вырубки деревьев по улице Ш.Абдуллаева в Баку.

    Как сообщили в Госслужбе, сумма нанесенного экологии ущерба в результате вырубки семи деревьев была оценена в 25 080 манатов.

    По словам сотрудника Госслужбы Гафара Агаева, в отношении строительной компании Gold Star City, вырубившей деревья, составлен акт, и собранные материалы направлены в Генпрокуратуру для дачи правовой оценки.

  • Bakıda tikinti şirkəti 7 ağacı qanunsuz kəsib, təbiətə 25 min manat ziyan dəyib

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Ş.Abdullayev küçəsində tikinti aparılması məqsədilə hasara alınmış torpaq sahəsində 7 ağacın kəsildiyi və təbiətə 25080 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

    Bu barədə xidmətdən məlumat verilib.

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı hasara alınmış ərazidə tikinti işlərinin “Gold Star City” şirkəti tərəfindən aparıldığı məlum olub:

    “Faktla bağlı akt tərtib edilib. Yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır”.

  • ABŞ və Yunanıstanın bəzi bölgələrindən Azərbaycana heyvan məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub

    ABŞ və Yunanıstanın bəzi bölgələrindən Azərbaycana heyvan məhsullarının idxalına məhdudiyyət qoyulub

    Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

    Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (WOAH) Yunanıstanda Egey adalarında xırdabuynuzlu heyvanların çiçək, Rumıniyanın Teleorman inzibati ərazi vahidində və Amerika Birləşmiş Ştatlarının Ayova, Oreqon ştatlarında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınması ilə bağlı xəbərdarlıq edib. Ona görə də ölkə ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla Yunanıstanın Egey adalarında xırdabuynuzlu heyvanların çiçək xəstəliyi baş vermiş təsərrüfatın 10 km radiusda olan məsafədən diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların, Rumıniyanın Teleorman inzibati ərazi vahidində və ABŞ-nin Ayova, Oreqon ştatlarında yüksək patogen quş qripi xəstəliyi baş vermiş təsərrüfatın 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

    Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikaya daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

  • Bakı və Abşeronda evlərdən oğurluq edən şəxslər saxlanılıb

    Bakı və Abşeronda evlərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Novxanı kəndindəki evlərdən birinin həyətindən 8500 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən kənd sakini Nizami Hüseynov, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Lökbatan qəsəbəsində evlərdən birinin həyətindən 1450 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini Elşad Nəsirov saxlanılıb.

    Bundan başqa, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə Maştağa qəsəbəsindəki evlərin birindən 1300 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Rasim Elməliyev və Sergey Volovin saxlanılıblar.

    Hər üç faktla bağlı araşdırma aparılır.

  • Apple прекратила продажи MacBook с сенсорной панелью

    Компания Apple прекратила продажи ноутбуков с сенсорной панелью Touch Bar.

    Как передает Median.Az со ссылкой на издание The Verge, после анонса MacBook Pro на чипах семейства M3 американская компания обновила свой сайт. Журналисты портала обратили внимание, что из продажи исчезли MacBook с сенсорной панелью Touch Bar, предназначенной для альтернативного способа ввода данных.

    Последним ноутбуком Apple с Touch Bar оказалсь 13-дюймовая модель MacBook Pro. Судя по обновленному сайту Apple, корпорация Тима Кука отказалась не только от ноутбуков с сенсорной панелью, но и 13-дюймовых компьютеров.

    Впервые ноутбуки с Touch Bar появились в линейке Apple в 2016 году. “Хотя у сенсорной панели были свои поклонники, она не была достаточно популярной, чтобы Apple могла придерживаться этого элемента в долгосрочной перспективе”, – отметил автор The Verge Джей Питерс. Выпуская обновленные MacBook Pro на 14 и 16 дюймов в 2021 году, компания отказалась от сенсорной панели.

  • “Apple” sensor panelli “MacBook” satışını dayandırıb

    “Apple” şirkəti “Touch Bar” sensor panelli noutbukların satışını dayandırıb.

    Bu barədə “The Verge” məlumat yayıb.

    M3 ailəsindən olan “MacBook Pro” məhsulunun anonsundan sonra şirkətin saytı yenilənib və “Touch Bar” sensor panelli “MacBook” çeşidləri satışdan yığışdırılıb.

    İndi “Apple” şirkətinin “Touch Bar” panelli son modeli 13 düymlük “MacBook Pro” hesab olunur. “Apple” şirkətinin yenilənmiş saytına əsasən, Tim Kukun korporasiyası nəinki təkcə sensor panelli noutbuklardan, həm də 13 düymlük kompüterlərdən imtina edib.

    “Touch Bar” panelli ilk noutbuklar “Apple” şirkətində 2016-cı ildən satışa çıxarılıb. 2021-ci ildə 14 və 16 düymlük yenilənmiş “MacBook Pro” məhsullarını buraxan şirkət sensor paneldən imtina edib.