Month: November 2023

  • Doqquz rayona istiliyin verilməsinə başlandı

    Bu gündən etibarən bir neçə rayonda istiliyin verilməsinə başlanılıb.

    Bu barədə Trend-ə “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı deyib.

    O qeyd edib ki, bunlar Şuşa, Xaçmaz, Qəbələ, Quba, Qusar, Lerik, Şamaxı, Siyəzən və Şabran rayonlarıdır.

    “Bununla bağlı qərar bölgələr üzrə iqlim şəraiti nəzərə alınaraq verilib. Bakı şəhərinə və digər rayonlara istiliyin verilməsinə noyabrın 15-də başlanması nəzərdə tutulub”, – deyə o qeyd edib.

  • Gömrük Komitəsinin sabiq əməkdaşı ilə bağlı QƏRAR

    Ali Məhkəmədə Dövlət Gömrük Komitəsi Dövlət Mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin saxlancı şöbəsinin baş inspektoru vəzifəsində işləmiş Ağəli Cəlilzadənin barəsindəki hökmdən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, protest təmin edilməyib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edərək 2 il sınaq müddəti olmaqla 6 il şərti cəza verilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Ağəli Cəlilzadənin barəsində bəraət hökmü çıxarılıb.

    Qeyd edək ki, Ağəli Cəlilzadə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 213-1.2.1-ci (külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham elan edilib. İttihama görə, Dövlət Gömrük Komitəsinə məxsus olmaqla ona etibar olunmuş 158 020,5 manat dəyərində əmlakı mənimsəyib.

  • В Баку и Гяндже предотвращено незаконное строительство – ВИДЕО

    Государственное агентство по надзору за безопасностью в строительстве Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана в соответствии со своими полномочиями продолжает осуществлять мероприятия в отношении незаконного строительства на территории республики.

    Об этом сообщили в пресс-службе МЧС.

    Отмечается, что на территории поселка Баладжары Бинагадинского района Баку и в городе Гянджа были выявлены факты проведения незаконных строительных работ без соответствующих разрешительных документов.

    В результате мероприятий, проведенных Госагентством по надзору за безопасностью в строительстве с участием представителей местных органов исполнительной власти, незаконные постройки были снесены.

  • Bakı və Gəncədə qanunsuz tikintilərin qarşısı alınıb – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

    FHN-dən verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi və Gəncə şəhəri ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

    FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb.

  • Азербайджанская нефть подешевела

    Азербайджанская нефть марки Azeri Light подешевела.

    Ее стоимость на мировом рынке понизилась на 0,26 доллара (0,28%) и составила 91,39 доллара за баррель.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan nefti cüzi ucuzlaşıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

    Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin bir bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,26 ABŞ dolları və ya 0,28% azalaraq 91,39 ABŞ dollarına enib.

    Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 ABŞ dolları olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 ABŞ dollarına satılıb.

  • Мужчине установили стент в сердце: он скончался перед кабинетом врача – ВИДЕО

    Скончался мужчина, который пришел в городскую поликлинику №6, чтобы продлить срок больничного листа.

    Как сообщает хezerxeber.az, три дня назад Мамеду Мамедову установили стент в сердце. Придя в медучреждение, он упал на пол перед кабинетом кардиолога и скончался.

    Кардиолог Рахиля Исмайылова, к которой покойный М.Мамедов пришел на обследование, сообщила, что пациент 26 октября обратился к ней из-за болей в области груди. После осмотра ему вызвали скорую помощь.

    В одной из клиник ему установили два стента в сердце. Сегодня он пришел в поликлинику, чтобы продлить больничный. Врач сообщила, что пациент умер не сразу.

    Правоохранительные органы также были проинформированы о случившемся.

  • Ürəyinə stent qoyulan şəxs həkim otağının qarşısında öldü – VİDEO

    6 nömrəli şəhər poliklinikasında bülleteninin vaxtını uzatmaq üçün gələn bir kişi dünyasını dəyişib.

    Xezerxeber.az xəbər verir ki, verilən məlumata görə, Məmməd Məmmədov 3 gün əvvəl ürəyinə stent qoydurub. Elə kardioloqun otağının qarşısında da yerə yıxılaraq dünyasını dəyişib.

    Mərhum Məmməd Məmmədovun müayinə olunmaq üçün gəldiyi kardioloq Rahilə İsmayılova isə bildirib ki, xəstə oktyabrın 26-da döş qəfəsindəki ağrıya görə gəlib. Ona müayinədən sonra təcili yardım çağırılıb.

    Xəstəxanaların birində ürəyinə 2 stent qoyulub. Bu gün də xəstəlik vərəqəsinin vaxtını uzatmaq üçün poliklinikaya gəlib. Həkim bildirdi ki, xəstə həmin an keçinməyib.

    Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına da məlumat verilib.

  • В Баку автомобиль сбил 54-летнюю женщину

    Около станции метро “20 Января” в Ясамальском районе Баку произошло дорожно-транспортное происшествие.

    Как сообщает Report, автомобиль сбил переходившую дорогу Зияфет Биннетову (1969 г.р.).

    Пострадавшая была госпитализирована.

    Согласно данным, З.Биннетова находится под наблюдением врача.

    По данному факту проводится расследование.

  • Bakıda 54 yaşlı qadını avtomobil vurub

    Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, metronun “20 Yanvar” stansiyasının yaxınlığında avtomobil yolu keçən 1969-cu il təvəllüdlü Ziyafət Zöhrab qızı Binnətovanı vurub.

    Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

    Faktla bağlı araşdırma aparılır.