Month: November 2023

  • Prezident: “30 illik işğaldan əziyyət çəkmiş Azərbaycan xalqı Əlcəzair xalqının hisslərini yaxşı başa düşür”

    “Otuz illik işğaldan əziyyət çəkmiş Azərbaycan xalqı Əlcəzair xalqının hisslərini yaxşı başa düşür. Şadam ki, bu gün ənənəvi dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan ölkələrimiz arasında əlaqələr dinamik inkişaf edir. Eyni zamanda, çoxtərəfli müstəvidə qarşılıqlı faydalı birgə fəaliyyətimiz məmnunluq doğurur”.

    AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Əlcəzair Prezidenti Abdelmacid Tebbuna 1 Noyabr – İnqilab Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

    Abdelmacid Tebbuna və qardaş Əlcəzair xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini yetirən dövlətimizin başçısı əlavə edib:

    “Amansız müstəmləkəçilik siyasətinə qarşı xalqınızın azadlıq mübarizəsinə başladığı bu əlamətdar gün Əlcəzairin qəhrəmanlıqlarla zəngin olan tarixinin ən şərəfli səhifələrindən biridir. Yüz ildən artıq dövr ərzində əsarətə və kütləvi zorakılığa məruz qalan, misli görünməmiş qəddarlıq, insanlıq əleyhinə cinayətlərlə üzləşən Əlcəzair xalqı müstəqilliyini bir milyon yarım şəhidin canı bahasına əldə edib və bununla da iradəsinin sarsılmazlığını, yenilməzliyini, mətinliyini və azadlıq əzmini bütün dünyaya nümayiş etdirib”.

    Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, qarşılıqlı etimada və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz, səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərlə uğurla inkişaf edəcək və genişlənəcək.

  • Мировые цены на нефть

    Мировые цены на нефть меняются разнонаправленно.

    Декабрьские фьючерсы на марку WTI подорожали на 0,1% – до 81,1 доллара за баррель, январские фьючерсы на Brent подешевели на 0,05% до 87,41 доллара за баррель.

    Источник: Bloomberg

  • Dünya bazarında neft qiymətləri

    Dünya bazarında neft qiymətləri dəyişib.

    Belə ki, WTI markalı neftin dekabr füçersləri 0,10% faiz bahalaşaraq, bir barelinin qiyməti 81,10 ABŞ dolları olub.

    “Brent” markalı neftin yanvar füçersləri 0,05% ucuzlaşaraq, bir barelinin qiyməti 87,41 ABŞ dolları təşkil edib.

    Mənbə: Bloomberg

  • Pula görə dayısını küçədə öldürmək istəyən şəxsin məhkəməsi başladı

    Şirvan Apellyasiya Məhkəməsində Lənkəranda qətl törətməyə cəhd etməkdə təqsirləndirilən Ramin Təhməzovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İsmayıl Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası noyabrın 7-nə təyin edilib.

    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd: Hadisə yeddi fevral 2023-cü il tarixdə saat 11 radələrində Lənkəran rayonu, Mamusta kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 1989-cu il təvəllüdlü Ramin Təhməzov aralarından yaranmış münaqişə zəminində dayısı, 73 yaşlı İltifat Rufiyevi bıçaqlayıb. Kürək, boyun və sinəsindən bıçaq xəsarətləri alan İltifat Rufiyev xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub. Ramin Təhməzova qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi üzrə ittiham irəli sürülüb. Məhkəmə istintaqı zamanı Ramin Təhməzov ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O ifadəsində göstərib ki, ailəsi ilə birlikdə Lənkəran rayonunun Mamusta kəndində yaşayırdı. Zərərçəkmiş İltifat Rufiyev onun dayısıdır. Əvvəllər dayısı və onun övladları ilə münasibətləri yaxşı olub. Ramin Təhməzovun sözlərinə görə, 1990-cı illərdə, uşaq yaşlarında olarkən, dayısı oğlu Anar fərdi sahibkarlıqla məşğul olmaq üçün onun atasından külli miqdarda pulu borc olaraq alıb. Atası isə 1994-cü ildə yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib. Lakin dayısı oğlu atasının yas mərasiminə gəlməyib. Eyni zamanda atasından aldığı pulu da qaytarmaqdan imtina edib. Sonra isə Anar anasından borc qismində 5000 ABŞ dolları pul istəyib. Anası isə onlarla qonşuluqda yaşayan Nicatdan sələmə 5000 ABŞ dolları pul alaraq Anara verib. Anar həmin pulla fərdi sahibkar kimi iş görməli olduğu halda xərcləyib. Anası dəfələrlə qardaşı İltifatdan və onun oğlu Anardan borclarını qaytarmağı tələb etsə də, onlar pulu qaytarmayıblar. Anası 31 mart 1999-cu ildə Bakı şəhərində yaşadıqları binanın 7-ci mərtəbəsindən özünü ataraq intihar edib. Həmin vaxtlar uşaq olduğuna görə anasına qarşı dayısı zərərçəkmiş şəxs və onun oğlu Anar Rufiyevin etdiyi hərəkətlərlə bağlı hər hansı tədbir görə bilməyib. Anasının da ölümündən sonra o və üç bacısı Lənkəran rayonu Mamusta kəndində yaşayan əmisi evinə köçüblər. Əmisi onları himayə edərək böyüdüb. Bakı şəhərində olan evləri əmisi tərəfindən satılaraq anasının sələmə götürdüyü pul ödənilib. O qeyd edib ki, Anar 2023-cü ilin yanvar ayının sonlarında Rusiyaya gedib. Bundan sonra dayısı İltifatla görüşməyə çalışıb. Lakin İltifat ondan yayınmağa davam edib. 7 fevral 2023-cü il tarixdə, saat 09:30 radələrində dayısı İltifatın kənddə həmkəndliləri Gülməmmədin “Mercedes-Benz” markalı avtomobilində oturduğunu görüb və kənarda durub onu izləyib. Dayısı saat 10:30 radələrində həmin avtomobildən düşüb və yaxınlıqdakı marketə daxil olub, bir qədər sonra isə oradan çıxaraq evi istiqamətdə getməyə başlayıb. Bu zaman Ramin ona yaxınlaşaraq çağırıb. Dayısına yaxınlaşaraq birlikdə gediblər. Ramin uşaq bağçasının yaxınlığına çatdıqda İltifatdan anasından aldıqları pulu qaytarmalarını tələb edib və vəziyyətinin ağır olduğunu bildirib. Lakin İltifat özünün və oğlu Anarın ona borcu olmadığını söyləyib. Dayısı İltifatın haqsız danışdığını gördükdə əsəbiləşib və özündə olan bıçaqla onu vuraraq qisas almaq qərarına gəlib. Lakin dediyinə görə, dayısını öldürmək məqsədi olmayıb. Saat 11 radələrində İltifat dönüb ondan aralaşmaq istədikdə sağ dirsəyi ilə onun üz nahiyəsinə bir zərbə vurub. İltifat zərbənin təsirindən üzü üstə yerə yıxılıb. Əynindəki gödəkçənin sol yan cibində olan mətbəx bıçağını çıxarıb dayısının başının arxa nahiyəsinə ardıcıl olaraq iki zərbə endirib. Lakin bıçaq sümüyə dəydiyi üçün daxilə nüfuz etməyib. Sonra isə əsəbi olduğundan İltifatı bıçaqla bir neçə dəfə də vurub. Bundan sonra İltifatın hərəkətsiz vəziyyətdə qaldığını görərək oradan uzaqlaşıb, dərhal DİN-in “102” Xidmətinə zəng edərək törətdiyi cinayət barədə məlumat verib və yol uzaq olduğundan özü rayon polis şöbəsinə gedə bilmədiyindən polis işçilərinin gəlib onu aparmalarını gözləyib.

  • Азербайджанца задержали в Португалии из-за ошибки онлайн-переводчика – ФОТО/ВИДЕО

    В Португалии русскоязычный турист попросил стакан гранатового сока и попал в полицию, сообщает The Straits Times.

    В Лиссабоне русскоязычный турист – азербайджанец с израильским паспортом – хотел заказать в ресторане гранатовый сок. Он использовал языковое приложение в телефоне, чтобы перевести на португальский слово “гранат”.

    В русском языке слово “гранат” и “граната” похожи. В португальском фрукт обозначается словом “ром”, а взрывное устройство – “гранада”, пишет издание. При заказе и общении с официантом приложение выдало неверный перевод. Сотрудник решил, что посетитель вооружен. Официант вызвал полицию.

    Пять полицейских скрутили подозреваемого, надели на него наручники, приказали лечь на землю и доставили в полицейский участок для допроса. Позже его отпустили, предварительно обыскав гостиничный номер.

    Также была проведена тщательная проверка помещения ресторана.




  • Portuqaliyada Azərbaycandan olan turist şirə sifariş vermək istədi: Polis tərəfindən saxlanıldı – FOTO/VİDEO

    Portuqaliyada Azərbaycandan olan rusdilli turist istəyini dilə gətirmək üçün tərcümə proqramından istifadə edib. Lakin sözü səhv tərcümə etdiyi üçün polis tərəfindən saxlanılıb.

    Hadisə Lissabon şəhərində restoranda baş verib. Azərbaycandan olan turist nar şirəsi sifariş etmək istəyib. Bunun üçün o, “Tərcüməçi” proqramından istifadə edib və “nar” (“qranat”) sözünü portuqal dilinə çevirib.

    Rus dilində “qranat” və “qranata”(qumbara) sözləri oxşardır. Portuqal dilində nar “rom” adlanır, partlayıcı qurğu isə “qranada” kimi ifadə olunur.

    Nəticədə turist şirə sifariş etdiyi zaman telefonundakı proqram sözü səhv tərcümə edib. Buna görə ofisiant müştərinin üstündə qumbara olduğunu düşünüb və polisə zəng vurub. Polis şübhəli şəxsi saxlayıb və sorğu-sual üçün bölməyə aparıb.

    Dindirilmədən sonra turist sərbəst buraxılıb. Bundan əvvəl isə hüquq-mühafizə orqanları onun qaldığı hotel otağında, həmçinin restoranın binasında yoxlamalar aparıblar.




  • Президент Ильхам Алиев принял командующего Сухопутными войсками Вооруженных сил Пакистана

    1 ноября Президент Азербайджанской Республики Ильхам Алиев принял командующего Сухопутными войсками Вооруженных сил Пакистана Асима Мунира.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Prezident İlham Əliyev Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanını qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Asim Muniri qəbul edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Azərbaycanda sənədsiz evlərlə bağlı yeni qayda əmlak bazarına necə təsir edəcək?

    Azərbaycanda yeni tikililərdə kommunal xidmətlərin göstərilməsində dəyişiklik olunub. Bu ilin oktyabr ayının 1-dən sonra tikilən evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq.

    Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərinə qoşulması qadağandır.

    Bu yenilik əmlak bazarına ciddi təsir edəcəyi gözlənilir.

    Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə “Report”a bildirib ki, bu qaydanın tətbiqi əmlak bazarında bir çox problemləri aradan qaldıracaq:

    “Oktyabrın 1-dən sonra ölkədə bütün fərdi və qeyri-yaşayış evlərinin tikintisi Şəhərsalma və Arxitektura Komitəsindən alınan icazə sənədi əsasında aparılacaq. Tikintiyə icazə verildikdən sonra onlar kommunal xidmətləri ilə təmin oluna bilərlər. Yəni bu qərar, oktyabr ayından əvvəl tikilmiş sənədsiz fərdi və qeyri-yaşayış evlərinə aid deyil. Bundan sonra vətəndaş ilk növbədə torpağın çıxarışını əldə etməlidir. Daha sonra Şəhərsalma və Arxitektura Komitəsinə və Rayon İcra Hakimiyyətinə tikinti üçün layihə təqdim olunmalıdır. Layihə təsdiqləndikdən sonra tikintiyə başlanıla bilər”.

    R.Qasımzadə hesab edir ki, indiyə qədər sənədsiz evlərlə bağlı vətəndaşlar çoxlu sayda problemlərlə üzləşiblər:

    “Məsələn, su, qaz və elektrik enerjisi xətləri elə bir yerdə idi ki, fərdi evlərin təchizatını çətinləşdirirdi. Təbii ki, hər bir vətəndaş fərdi yaşayış evi tikərkən bilməlidir ki, onun tikdiyi ərazi dövlət tərəfindən yaşayış fondu kimi tanınır, ya yox”.

    Ekspertin sözlərinə görə, yeni qayda əmlak bazarındakı qiymətlərə təsir etməyəcək:

    “Hesab edirəm ki, qiymətlərə hər hansı bir ciddi təsiri olmayacaq. Çünki, onsuz da gecəqondu kimi tikilən evlərdən vətəndaşlar uzaq dururlar. İndiyə qədər onsuz da kifayət qədər sənədsiz evlər tikilib. Bundan sonra isə bunun mümkün olmadığı üçün evlərin tikilməsi və satışı əmlak bazarına müsbət təsir göstərə bilər”.

    “Azərbaycan Rieltorlar Assosiasiyası” İctimai Birliyinin icraçı direktoru Elnur Azadov bildirib ki, bu qaydanın tətbiqindən sonra sənədsiz evlərin qiyməti enəcək:

    “Sözsüz ki, bu kimi tədbirlərin görülməsi, islahatların aparılması bazara təsirsiz ötüşməyəcək. O evlərin ki, artıq kommunal xidmətləri ilə bağlı müvafiq sənədləri mövcuddur və ya onların təchizatı artıq təmin olunubsa, qiyməti artacaq. Problemlər bələdiyyə torpaqlarında (bələdiyyənin sənədi əsasında) və yaxud kənd təsərrüfatı təyinatlı torpaqlarında fərdi qaydada tikiləcək evlərlə bağlı ola bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarında ümumiyyətlə inşa işləri aparmaq qanunaziddir. Lakin bir çox ərazilərdə tikinti işləri aparılır və həmin inşa edilmiş və yaxud inşa ediləcək evlərə layihə sənədlərinin təsdiqi qanunla yol verilmir. Bu kimi evlərin qiyməti digərlərindən aşağı olacaq”.

    Ekspert Elnur Fərzəliyev hesab edir ki, vətəndaşların mənzillərinin çıxarışlarla təmin olunması nəticəsində dövlət büdcəsinin gəlirlərini (torpaq və əmlak vergisindən) artıracaq.

    “Hazırda Bakı və Abşeron ərazisində 100 minlərlə çıxarışı olmayan fərdi evlər mövcuddur və çox sayda torpaq sahələri var ki, bələdiyyələrin verdiyi sərəncamlar əsasında əldə edilib ki, onların özəlləşmələrində ciddi problemlər var. Düşünürəm ki, yeni qaydanın tətbiqi bu problemlərin qarşısını ala bilər”.

    Qeyd edək ki, Azərbaycan Prezidentinin Fərmanı ilə Cinayət Məcəlləsinə edilən dəyişikliklərə görə cəza tədbirləri nəzərdə tutulub. Belə ki, oktyabrın 1-dən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan tikilməkdə olan və ya tikilmiş tikinti obyektlərinin təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsləri tərəfindən mühəndis-kommunikasiya təminatı sistemlərinə qanunsuz qoşulması – 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  • В некоторых районах Азербайджана началась подача отопления

    С сегодняшнего дня в нескольких районах Азербайджана началась подача отопления.

    Об этом Trend сообщил пресс-секретарь ОАО “Азеристиликтеджхизат” Эльвин Басгаллы.

    Он отметил, что началась подача отопления в Шушинский, Хачмазский, Габалинский, Губинский, Гусарский, Лерикский, Шамахинский, Сиязанский и Шабранский районы.

    “Соответствующее решение было принято с учетом климатических условий в регионах. Подачу теплоэнергии в Баку и другие районы страны планируется начать 15 ноября”, – добавил он.