Month: November 2023

  • Qarabağ bölgəsində aşkar edilmiş mühəndis döyüş sursatları anbarları – VİDEO

    Müdafiə Nazirliyi (MN) Qarabağ bölgəsində aşkar edilmiş mühəndis döyüş sursatları anbarlarının videogörüntüsünü yayıb.

    Median.Az videogörüntünü təqdim edir:

  • Naxçıvandakı “Duzdağ” hoteli Həmkarlar İttifaqının balansına verilib

    Naxçıvanda yerləşən, vaxtilə “Nəqşıcahan” Holdinqin balansında olan “Duzdağ” hotelinin sahibi dəyişib.

    Median.Az apa-ya istinadən xəbər verir ki, hotel Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının balansına keçib. Bununla bağlı, bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib.

    Heyət Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının binasına, Şuranın balansına alınmış “Duzdağ” hotelinə, “Duzdağ Fizioterapiya Mərkəzi”nə, “Darıdağ Arsenli Su Müalicə Mərkəzi” MMC-yə, hazırda tikinti işləri davam edən Darıdağ arsenli su müalicə və istirahət kompleksi və Ağbulaq İstirahət Mərkəzinə baxış keçiriləcək.

  • Məktəbli qızlara qarşı əxlaqsızlıq edən cəzalandırıldı

    Bakı şəhər Nərimanov rayonu ərazisində orta məktəblərdən birinin yaxınlığında məktəbli qızlara qarşı əxlaqsız hərəkətlər edən şəxs məsuliyyətə cəlb edilib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə iş açılmış Füzuli rayon Dilağarda kənd sakini, 1981-ci il təvəllüdlü E. Səmədova (soyad şərtidir) hökm oxunub. Nərimanov Rayon Məhkəməsinin hökmü ilə ona 5 il həbs cəzası verilib.

    Məhkəmədə bildirilib ki, E. Səmədov Nərimanov rayonu ərazisindəki məktəbin yaxınlığında iki məktəbliyə qarşı əxlaqsız hərəkətlər edib. Təqsirləndirilən şəxs bu ilin 16 yanvar tarixində saat 13 radələrində 2008-ci il təvəllüdlü məktəbli qıza yaxınlaşaraq onu çiyin nahiyələrindən qucaqlayıb və cinsi əlaqədə olmağı təklif edib. 15 yaşlı qız qaçaraq yaxınlıqdakı mağazaya daxil olub. Elə həmin gün o yenidən məktəbin yaxınlığına gedərək bu dəfə 2012-ci il təvəllüdlü qıza qarşı oxşar hərəkətlər edib.

    Hadisə barədə polisə məlumat daxil olduqdan sonra əməliyyat keçirilib və E.Səmədov Xırdalan şəhəri ərazisində dayısına məxsus sexdə yaxalanıb.

    Araşdırmalar zamanı məlum olub ki, o, əvvəllər oğurluq əməlinə görə məhkum edilib və xeyli müddət həbsdə qaldıqdan sonra azadlığa çıxıb. Onun boşanması, lakin anada qalan övladlarına görə təyin edilmiş alimenti ödəməməsi də müəyyən edilib.

    Qeyd edək ki, bir neçə ay əvvəl Sabunçu rayonunda da məktəblilərə əxlaqsız təkliflər edən şəxs məsuliyyətə cəlb edilib.

  • Bakı metrosunun bütün turniketlərində QR bilet sistemi nə zaman tətbiq olunacaq? – RƏSMİ

    “QR bilet ödəmə sisteminin tətbiqi ilə bağlı mövcud ödəniş aparatları, turniketlər uyğunlaşdırılmalı və ya ona uyğun quraşdırılmalıdır. 2019-cu ildə əsas işlər, demək olar ki, yekunlaşdırılıb. 2020-ci ildə iki stansiyada texniki sınaq işləri də uğurla aparılıb. Lakin pandemiya dövründə obyektiv səbəblərdən işlər təxirə salındı”.

    Bunu AZƏRTAC-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib. O qeyd edib ki, bu, kifayət qədər texniki araşdırma tələb edir. Çünki burada risk yerüstü və digər nəqliyyat növlərindən daha çoxdur. Onun sözlərinə görə, əsas stansiyalarda gün ərzində on minlərlə sərnişin daxil olur:

    “Bir stansiyada bir turniketdə problemin yaşanması yetər ki, böyük narazılıq yaransın. Buna görə bu məsələdə tələskənliyə yol vermək olmaz. Üstəlik, metropolitendə olan turniketlər də bir neçə sistemi əhatə edir və texniki cəhətdən fərqlənir”.

    Hidayət Məmmədov əlavə edib ki, “Bənövşəyi xət”də işlər davam edir, Yaşıl və Qırmızı xətlərdə isə mərhələ ilə bu sistemin tətbiqinə başlanılıb.

    “Tələsməməyimizin əsas səbəbi mümkün texniki natamamlığın olmamasıdır. Təsəvvür edin ki, sərnişini sıx olan stansiyalarda kiçik bir problemin olması yetər ki, sərnişin narazılığı və ümumən, bu sistemə münasibət mənfi olaraq formalaşsın. Şəhər nəqliyyat sistemində bu layihəni həyata keçirən icraçı təşkilat əsas işləri bu il tamamlayacaq. Gələn ilin ilk rübündə bütün stansiyalarda olan ümumən 500-dən artıq turniketdə QR bilet sistemi tam tətbiq olunacaq. Bundan əlavə, artıq digər münasib ödəmə üsullarının tətbiqi də reallıqdır. Gələn il bu istiqamətdə də xəbərləri eşidəcəksiniz. Bunun üzərində fəal iş aparılır”, – deyə “Bakı Metropoliteni” QSC-nin sədr müavini bildirib.

  • В Агдаше годовалый ребенок отравился средством от насекомых

    В Агдаше зафиксировано отравление.

    Девочка 2022 года рождения, оставшаяся без присмотра взрослых, выпила инсектицид – препарат от насекомых.

    Согласно данным, ребенка госпитализировали. Благодаря усилиям врачей ее жизнь удалось спасти.
    //oxu.az

  • Ağdaşda bir yaşlı körpə dərmandan zəhərlənib

    Ağdaşda bir yaşlı körpə dərmandan zəhərlənib.

    Şəhər sakini olan 2022-ci il təvəllüdlü qız uşağı nəzarətsiz qalaraq həşərat əleyhinə dərmanı içib.

    O, xəstəxanaya yerləşdirilib və göstərilən tibbi müdaxilələrlə həyatını xilas etmək mümkün olub.
    //oxu.az

  • Azərbaycanda mülki donanmanın gəmilərinin şəxsi heyətinin hərbi-dəniz hazırlığı qaydaları təsdiqlənib

    Nazirlər Kabineti “Azərbaycan Respublikasının mülki donanmasının gəmilərinin şəxsi heyətinin hərbi-dəniz hazırlığı Qaydaları”nı təsdiq edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qaydalar məxfidir.

  • ABŞ-nin Suriyadakı hərbi bazasına PUA-larla hücum edilib

    ABŞ və Qərb koalisiyasının Suriya ilə sərhəddə yerləşən Ət-Tənf şəhərindəki hərbi bazası (Dəməşqdən 250 km məsafədə) iki pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb.

    Verilən məlumata görə, “İraq İslam Müqaviməti” hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Buraya əvvəllər “İslam Dövləti” qruplaşmasının terrorçularına qarşı döyüşmüş silahlı dəstələrin döyüşçüləri daxildir.

    “İraq İslam Müqaviməti” hərəkatının yaraqlıları bütün yer hədəflərini vurduqlarını iddia edirlər.

    Xatırladaq ki, oktyabrın 29-da Suriyanın Həsəkə əyalətinin şimal-şərqində yerləşən ABŞ hərbi bazası pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.

    Mənbə: TASS

  • Bakı, Naxçıvan və Şəmkirdə xeyli sayda silah-sursat polisə təhvil verilib

    Naxçıvanda xeyli sayda silah-sursat polisə təhvil verilib.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, polis əməkdaşlarının apardıqları profilaktik tədbirlər nəticəsində Babək rayon sakini bir ədəd “AK-74” markalı avtomat silahı, 131 ədəd patron və dörd ədəd patron darağını könüllü olaraq Naxçıvan Şəhər Polis İdarəsinə, Şəmkir rayon sakini olan iki nəfər isə qanunsuz saxladıqları “İJ” və “TOZ-63” markalı tüfəngləri könüllü olaraq Şəmkir Rayon Polis Şöbəsinə təhvil veriblər.

    Bakının Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat üzrə bir ədəd “RQD-5” qumbarası, bir ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngini təhvil götürüblər.

  • Bakıda hotelin qarşısında bıçaqlanma olub

    Bakıda hotelin qarşısında bıçaqlanma olub.

    APA xəbər verir ki, hadisə Binəqədi rayonu, Koroğlu küçəsi, ev 9 ünvanında yerləşən “All Seasons” hotelinin qarşısında baş verib.

    Naməlum şəxs xuliqanlıq zəminində 1993-cü il təvəllüdlü Mahmud Yusub oğlu Qurbanlını bıçaqla vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

    Binəqədi RPİ-nin İŞ-də araşdırma aparılır.