Month: November 2023

  • Azərbaycan və Ermənistanın delimitasiya üzrə komissiyasının sərhəddə görüşü olub: NƏTİCƏ

    30 noyabr tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib.

    Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

    Bildirilib ki, tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

    Tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkili və keçirilməsi Reqlamentinin mətnini ilkin olaraq razılaşdırıblar.

    Tərəflər Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin başlanılması barədə sövdələşiblər, həmçinin komissiyaların görüşlərinin keçirilməsinin intensivləşdirilməsinə dair razılığa gəliblər.

    Tərəflər həmçinin Komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

  • Əli Mirəliyevə inzibati protokol yazıldı

    Tanınmış müğənni Əli Mirəliyevə (Fərzulla oğlu) inzibati protokol yazılıb.

    Pravda.az xəbər verir ki, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır) maddəsinə əsasən tərtib olunub.

    İş Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun sədrliyi ilə araşdırılacaq.

  • Laçın şəhəri-Zabux kəndi müntəzəm avtobus marşrutu açılacaq

    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində paytaxtın 54 nömrəli şəhərdaxili, 167 və 196 nömrəli qəsəbələrarası, 186, 217, 508 və 557 nömrəli şəhərətrafı, Bakı-Ağdaş, Bakı-Şirvan, Bakı-Şabran, Bakı-Qəbələ, Bakı-Kürdəmir, Bakı-Ağcabədi, Bakı-Şamaxı, Sumqayıt-Quba, Qusar-Xudat şəhərlərarası, eləcə də Laçın şəhəri-Zabux kəndi rayondaxili müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır.

    Bu barədə AYNA məlumat yayıb.

    Məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişindaşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

    Sənədlər 29 dekabr saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi, 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: (012) 567-99-76, (050) 855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək.

    Müsabiqə şərtlərinə əsasən, sağlamlıq imkanları məhdud vətəndaşların avtobuslara rahat minib-düşmələri üçün xüsusi qurğu və avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələrinə üstünlük verilir. Həmçinin müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

    İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Ağdaş, Bakı-Şirvan və Sumqayıt-Quba istiqamətlərində 4 lot üzrə yanvarın 9-da, Bakı-Şabran və Bakı-Qəbələ istiqamətlərində 4 lot üzrə yanvarın 12-də, Bakı-Kürdəmir, Bakı-Ağcabədi və Bakı-Şamaxı istiqamətlərində 5 lot üzrə yanvarın 16-da, Qusar-Xudat, Laçın şəhəri-Zabux kəndi, eləcə də paytaxtın 167, 186 və 196 nömrəli avtobus marşrutları üzrə 4 lotda yanvarın 19-da, eləcə də 54, 217, 508 və 557 nömrəli müntəzəm avtobus marşrutları üzrə 4 lotda yanvarın 23-də baxılacaq.

    Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

    Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

  • 19 kiloqrama yaxın narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb

    Noyabr ayının 29-da saat 17:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Ərus kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

    Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 18 kiloqram 800 qram narkotik vasitə (10 kq 500 qr marixuana, 3 kq 750 qr metamfetamin, 4 kq 550 qr heroin) aşkar olunaraq götürülüb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • Состоится ли в Скопье встреча министров иностранных дел Азербайджана и Армении?

    Встреча министров иностранных дел Азербайджана и Армении Джейхуна Байрамова и Арарата Мирзояна на полях заседания Совета глав МИД стран-участниц Организации по безопасности и сотрудничеству в Европе (ОБСЕ) в Скопье (Северная Македония) не планируется.

    Об этом сообщили в пресс-службе армянского внешнеполитического ведомства.

    “Встреча министров иностранных дел Армении и Азербайджана в рамках министерского форума ОБСЕ в Скопье не планируется”, – отметили в МИД республики.

  • Azərbaycan və Ermənistan xarici işlər nazirləri Skopyedə görüşəcəklər?

    ATƏT Xarici İşlər Nazirləri Şurasının Skopyedə keçirilən iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın görüşü nəzərdə tutulmayıb.

    Bu barədə TASS-a Ermənistan XİN-in Mətbuat Xidmətindən məlumat verilib.

    “ATƏT nazirlərinin Skopye forumu çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü planlaşdırılmır”, – deyə məlumatda bildirilib.

  • Мирзоян: Армения направила Азербайджану пакет предложений для продвижения процесса нормализации отношений

    Армения передала Азербайджану пакет предложений проекта двустороннего соглашения.

    Как передают армянские СМИ, об этом Арарат Мирзоян сказал во время встречи с госсекретарем по делам Европы при МИД Франции Лоуренс Бун.

    Собеседники обменялись мнениями по вопросам региональной безопасности и стабильности, существующим вызовам.

    Были также упомянуты шаги, предпринятые в направлении регулирования отношений между Арменией и Азербайджаном.

    Мирзоян подчеркнул, что для того, чтобы использовать возможность для продвижения процесса, Армения на прошлой неделе передала Азербайджану пакет предложений проекта двустороннего соглашения.

  • Ermənistan XİN başçısı: “İrəvan normallaşma prosesi ilə bağlı Bakıya təkliflər paketi təqdim edib”

    İrəvan münasibətlərin normallaşması prosesini irəli aparmaq üçün Azərbaycana təkliflər paketi təqdim edib.

    Ermənistan mediasının məlumatına görə, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-ə üzv ölkələrin XİN başçıları Şurasının toplantısı çərçivəsində Fransanın Avropa məsələləri üzrə dövlət naziri Lorens Bunla görüşdə bildirib.

    Həmsöhbətlər regional təhlükəsizlik və sabitlik məsələləri, mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparıblar.

    Bundan başqa Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi istiqamətində atılan addımlar da qeyd olunub.

    “Prosesin irəliləməsi imkanından yararlanmaq üçün Ermənistan ötən həftə ikitərəfli saziş layihəsi üçün təkliflər paketini Azərbaycana təhvil verib”, – deyə Mirzoyan bildirib.

  • Şəhid ailələri və müharibə əlillərinə 250 mənzil verilib

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Bakı şəhərinin Bibiheybət qəsəbəsindəki yeni yaşayış binasından 250 mənzil təqdim edib.

    4 saylı DOST Mərkəzində mənzillərin sənədlərini əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Nazirlik yanında İctimai şuranın sədr müavini, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə və şuranın üzvü, “Qarabağ Qaziləri” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rey Kərimoğlu təqdim ediblər.

    Nazir müavini V.Nəsirli bildirib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişlənib.

    Qeyd olunub ki, dövlət başçısının tapşırığı ilə bu il ən azı 1500 mənzil və fərdi evin verilməsi işləri aparılır. Hazırda təqdim edilən mənzillər də daxil olmaqla şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanlara bu il artıq 1100, postmüharibə dövründə 5600, ümumilikdə ötən dövrdə 14 400 mənzil və fərdi ev verilib. Müvafiq sərəncamla 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanlar da mənzillə təmin olunur.

  • Омбудсмен: Такие страны, как Франция, препятствуют миру

    Такие страны, как Франция, препятствуют миру и проявляют неуважение к международному праву.

    Как сообщает Report, об этом сказала уполномоченный по правам человека (омбудсмен) Азербайджана на международной конференции в Баку на тему “Права человека – 75 Бакинская конференция: продвижение универсальности и неделимости для решения глобальных и национальных вызовов”, посвященной 75-летию Всеобщей декларации прав человека.

    По ее словам, в результате политики этнических чисток, депортаций и геноцида, проводимой Арменией на почве ненависти к азербайджанцам, в отношении мирного азербайджанского населения были совершены многочисленные преступления против мира и человечности, а также военные преступления, геноцид, экоцид, урбицид и культурцид.

    “Массовые захоронения, обнаруженные на территориях Азербайджана, удерживавшихся под оккупацией в течение почти 30 лет и освобожденных в результате 44-дневной Отечественной войны, разрушение большинства городов и сел, исторических, культурных и религиозных памятников, уничтожение многих видов флоры и фауны, массовое загрязнение наших территорий минами еще раз доказывают это. Кроме того, вызывает беспокойство тот факт, что судьба около 4 000 наших соотечественников, пропавших без вести в результате военной агрессии Армении, до сих пор неизвестна. К сожалению, такие страны, как Франция, которая сегодня считает себя колыбелью демократии, но проводит политику исламофобии и неоколониализма, на протяжении многих лет грубо нарушали права человека, проявляя неуважение к положениям Всеобщей декларации прав человека и универсальным принципам международного права, продолжая препятствовать достижению мира между народами”, – сказала омбудсмен.