Month: November 2023

  • Ombudsman: “Fransa kimi ölkələr beynəlxalq hüquqa hörmətsizlik edərək sülhə mane olurlar”

    “Fransa kimi ölkələr beynəlxalq hüquqa hörmətsizlik edərək sülhə mane olurlar”.

    “Report”un xəbərinə görə, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Bakıda Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunan “İnsan Hüquqları – 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

    Onun sözlərinə görə, Ermənistanın uzun illər boyu azərbaycanlılara qarşı dünyanın gözü qarşısında kəskin nifrət zəminində həyata keçirdiyi, etnik təmizləmə, deportasiya və soyqırımı siyasəti nəticəsində dinc azərbaycanlı əhaliyə qarşı çoxsaylı sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri, soyqırımı, ekosid, urbisid və kultursid aktları törədilib:

    “Azərbaycanın 30 ilə yaxın bir dövr ərzində işğal altında saxlanılmış və 44 günlük Vətən müharibəsi ilə azad edilmiş ərazilərində aşkarlanan kütləvi məzarlıqlar, oradakı əksər, şəhər və kəndlərin, tarixi, mədəni, dini abidələrin dağıdılması, bir çox flora və fauna növlərinin məhv edilməsi, ərazilərimizin kütləvi şəkildə minalarla çirkləndirilməsi faktları bunu bir daha sübut edir. Bundan əlavə, Ermənistanın əsassız ərazi iddiaları ilə Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz nəticəsində itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyinə hələ də aydınlıq gətirilməməsi bizdə tamamilə haqlı olaraq narahatlıq hissi yaradır. Əfsuslar olsun ki, bu gün özünü demokratiyanın beşiyi hesab edən, lakin bunun əksinə olaraq, islamofobiya, neokolonializm siyasəti həyata keçirən Fransa kimi ölkələr uzun illərdir Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin müddəalarına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş ümumbəşəri prinsiplərinə hörmətsizlik nümayiş etdirərək insan hüquqlarını kobud şəkildə pozmaqda, xalqlar arasında barışın əldə olunmasına, sülh və əmin-amanlıq mühitinin yaranmasına mane olmaqda davam edir”.

  • Блинкен в четвертый раз с начала конфликта прибыл в Израиль

    Госсекретарь США Энтони Блинкен прибыл в Тель-Авив в четвертый раз после эскалации конфликта между Израилем и Палестиной.

    Отмечается, что самолет американского политика уже приземлился в Тель-Авиве.

    Ранее руководитель пресс-службы Госдепартамента Мэттью Миллер заявил, что Блинкен в ходе предстоящей поездки на Ближний Восток обсудит усилия по освобождению заложников радикального палестинского движения ХАМАС, а также угрозу расширения конфликта.

    Согласно заявлению Миллера, на этой неделе Блинкен посетит Брюссель, где примет участие во встрече глав внешнеполитических ведомств стран НАТО и первом заседании министров иностранных дел Совета Украина – НАТО, а также Скопье (Северная Македония), где примет участие в заседании Совета министров иностранных дел ОБСЕ.

    Кроме того, как указал глава пресс-службы Госдепартамента, Блинкен посетит Израиль и Западный берег реки Иордан, где обсудит “право Израиля на самооборону” и “усилия по освобождению оставшихся заложников, защите мирного населения во время операции Израиля в секторе Газа и ускорению доставки гуманитарной помощи”. Кроме того, госсекретарь коснется вопросов “будущего палестинского государства и необходимость предотвращения расширения конфликта”.

    Источник: Haaretz

  • Blinken dördüncü dəfə İsrailə səfər etdi

    ABŞ dövlət katibi Antoni Blinken İsrailə səfər edib.

    Bu, HƏMAS ilə münaqişənin gərginləşməsindən sonra onun Yaxın Şərq ölkəsinə dördüncü səfəri olub.

    Amerikalı siyasətçinin təyyarəsi Təl-Əvivə enib.

    Qeyd edək ki, daha əvvəl Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib ki, Blinken Yaxın Şərqə gələcək səfəri zamanı Fələstinin radikal HƏMAS hərəkatının girovlarının azad edilməsi ilə bağlı göstərilən səylər, eləcə də münaqişənin genişlənməsi təhlükəsinə dair məsələləri müzakirə edəcək.

    Mənbə: “Haaretz”

  • В Баку мужчина скончался от отравления угарным газом

    В поселке Гобустан Гарадагского района Баку зафиксирован случай отравления с летальным исходом.

    Как сообщает АПА, местный житель Фадим Джаныев отравился угарным газом в ванной комнате своего дома.

    По данному факту ведется расследование.

  • Bakı sakini hamamda dəm qazından zəhərlənərək ölüb

    Bakıda kişi dəm qazından boğulub.

    APA xəbər verir ki, Qobustan qəsəbəsində Fadim Canıyev evinin hamam otağında dəm qazından boğularaq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • “Google Chrome”dan istifadəçilərinə ÇAĞIRIŞ

    “Google” öz “Chrome” brauzeri üçün sıfır-gün (hakerlər tərəfindən, məlumat, kompüter və ya şəbəkəyə mənfi təsir üçün istifadə olunur) boşluğunu aradan qaldıran təcili təhlükəsizlik yeniləməsini təqdim edib.

    Yeniləmə artıq “Windows”, “macOS” və “Linux” əməliyyat sistemləri üçün əlçatandır.

    “Google”un özünün verdiyi məlumata görə, müəyyən edilmiş boşluq artıq dələduzlar tərəfindən istifadəçilərə hücum etmək üçün fəal şəkildə istifadə olunur, ona görə də şirkət hər kəsə mümkün qədər tez brauzerin yeni versiyasını quraşdırmağı tövsiyə edir.

    Yeniləmədə eyni zamanda yeddi təhlükəsizlik düzəlişi həyata keçirilib, lakin onlardan ən vacibi “Chrome”da və “Chrome OS”, “Android” və “Flutter” kimi “Google”un digər xidmətlərində istifadə edilən “Skia 2D” qrafika kitabxanasında tam ədədlərin çoxalması probleminə aid olan “CVE-2023-6345”dir. Bu zəif yer istifadəçi “Chrome”da xüsusi veb səhifə açdıqda dələduzlara kompüterdə ixtiyari kod icra etməyə imkan verir. Beləliklə, haker sistemə tam nəzarət edə, məlumatları oğurlaya və ya silə, zərərli proqram quraşdıra və ya digər hərəkətləri edə bilər.

    Mənbə: gazeta.ru

  • МОК назвал Францию и США предпочтительными кандидатами на проведение Игр 2030 и 2034 годов

    Заявки Франции и США на проведение Олимпийских игр 2030 и 2034 гг. соответственно являются единственными, которые были одобрены комиссией Международного олимпийского комитета (МОК). Об этом сообщила пресс-служба организации.

    “Исполком МОК выбирает Францию и американский Солт-Лейк-Сити в качестве предпочтительных претендентов на проведение Олимпийских игр 2030 и 2034 годов соответственно. МОК теперь вступит в целенаправленный диалог с обеими странами в преддверии окончательного решения в следующем году”, – говорится в сообщении.

    Желание провести Олимпийские игры 2030 года ранее высказывали Швеция и Швейцария. В МОК добавили, что заявка Швейцарии получила привилегированный статус на проведение Игр в 2038 году.

    Выбор хозяев Олимпийских игр 2030 и 2034 годов пройдет на сессии МОК перед началом Игр 2024 года в Париже.

    Источник: ТАСС

  • 2030 və 2034-cü il olimpiadalarına ev sahibliyi etməyə namizəd olan iki ölkə AÇIQLANDI

    Fransa və ABŞ-nin müvafiq olaraq 2030 və 2034-cü il olimpiadaları üçün ev sahibliyi etmək təklifləri Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən təsdiqlənib.

    Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

    “BOK İcraiyyə Şurası Fransa və Solt-Leyk-Sitini müvafiq olaraq 2030 və 2034-cü il Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün üstünlük verilən iddiaçılar kimi seçir. İndi BOK gələn il yekun qərar verməzdən əvvəl hər iki ölkə ilə məqsədyönlü dialoqa girəcək”, – deyə məlumatda bildirilir.

    İsveç və İsveçrə daha əvvəl 2030-cu il Olimpiya Oyunlarına ev sahibliyi etmək istədiklərini bildiriblər.

    BOK-da əlavə ediblər ki, İsveçrənin təklifi 2038-ci ildə Oyunlara ev sahibliyi etmək üçün imtiyazlı status alıb.

    Qeyd edək ki, 2030 və 2034-cü il Olimpiya Oyunları üçün ev sahiblərinin seçimi Parisdə 2024-cü il Oyunları başlamazdan əvvəl BOK-un sessiyasında keçiriləcək.

    Mənbə: TASS

  • Çində uşaqlar arasında naməlum pnevmoniya yayılmağa başlayıb

    Çində uşaqlar kütləvi şəkildə pnevmoniya ilə xəstələnməyə başlayıblar.

    Bu barədə yerli nəşrlər məlumat yayıb.

    Xəstəxanaların artıq dolduğu bildirilir. Azyaşlı xəstələr hazırda müalicə alırlar. İndi ekspertlər nə baş verdiyini anlamağa çalışırlar. Baş verənlərin bir versiyası yeni virus, digəri isə artıq alimlərə məlum olan xəstəliklərin payız təzahürlərinin artmasıdır.

    Xəstələrin sayı çox olduğundan ölkənin səhiyyə sistemi çətinliklərlə üzləşir. Həkimlər xəstələrdə atipik mikoplazma pnevmoniyasının olduğunu aşkar ediblər. Mətbuat konfransında mütəxəssislər xəstəliyin 40,34 faiz uşaqlarda, 5,59 faizi isə böyüklərdə aşkarlandığını qeyd ediblər.

    Naməlum xəstəlik Çinin bir çox bölgəsinə yayılıb. Üstəlik, bu pnevmoniya antibiotiklərə qarşı müqaviməti artırıb.

    Mənbə: osnmedia.ru

  • Bakıda kafedə qumar oyunları təşkil edən şəxs TUTULDU

    Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Məmmədli qəsəbəsi ərazisində yerləşən kafelərin birində qumar oyunlarının təşkili aşkar edilib.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Özünə məxsus kafedə qumar oyunları təşkil etməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanılıb.