Month: November 2023

  • Dekabrın ilk gününün hava proqnozu açıqlanıb

    Ölkə ərazisində dekabrın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 9-12 dərəcə isti, gündüz 13-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman, şərq rayonlarında az çiskin olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 2-7 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

  • Президент распорядился выделить госагентству 5 млн манатов

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о мерах по реконструкции автомобильной дороги Барда – Агдам (40 км) – Аскеран.

    Как сообщает АЗЕРТАДЖ, в распоряжении говорится:

    “Руководствуясь пунктом 32 статьи 109 Конституции Азербайджанской Республики, постановляю:

    1. В целях реконструкции автомобильной дороги Барда – Агдам (40 км) – Аскеран протяженностью 18 км из суммы, указанной в подпункте 1.31.25 “Распределения средств, предусмотренных в государственном бюджете Азербайджанской Республики на 2023 год для государственных капиталовложений (инвестиционных расходов)”, утвержденного распоряжением Президента Азербайджанской Республики №3720 от 23 января 2023 года, выделить Государственному агентству автомобильных дорог Азербайджана 5 млн манатов.

    2. Министерству финансов Азербайджанской Республики обеспечить финансирование в сумме, указанной в части 1 настоящего распоряжения.

    3. Кабинету министров Азербайджанской Республики решить вопросы, вытекающие из настоящего распоряжения”.

  • Prezident dövlət agentliyinə beş milyon manat ayırdı

    Prezident İlham Əliyev Bərdə-Ağdam (40 km)-Əsgəran avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

    Bu barədə President.az xəbər verir.

    Sərəncamla on səkkiz kilometr uzunluğu olan Bərdə-Ağdam (40 km)-Əsgəran avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin beş milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.

    Maliyyələşmə Maliyyə Nazirliyinə, sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.

  • Biləsuvarda usta işlədiyi evdə yıxılıb öldü

    Biləsuvar rayonunda bədbəxt hadisə baş verib.

    “Qafqazinfo” xəbər verir ki, hadisə Biləsuvar şəhərində qeydə alınıb.

    Belə ki, rayonun Amankənd kənd sakini, 1959-cu il təvəllüdlü Babaxan Ərəstun oğlu Əliyev evlərin birində təmir işi görərkən ölüb.

    Ev sahibinin sözlərinə görə, B.Əliyevin ölümünə səbəb hündürlükdən yıxılması olub.

    Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Murovdağ tunelində 14 kilometrlik qazma işləri artıq tamamlanıb

    Ümumi uzunluğu 23,4 km olan Murovdağ tunelində 14 km qazma işləri artıq tamamlanıb.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri 82 km uzunluğa malik Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur.

    Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu Toğanalı-Kəlbəcər 56 km, Kəlbəcər-İstisu 26 km təşkil edir. Toğanalı-Kəlbəcər layihəsinin 13-cü km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1 700 m-dən Murovdağ zirvəsinədək 3 260 m-ə qədər artır.

    Bu hissədə dünyanın əz uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin (L=23,4 km) inşası davam etdirilir. Tunel bir istiqamət üzrə iki hərəkət zolaqlı və 10 metr enində olacaq. Əlavə olaraq 561,2 m, 626,9 m, 500 m və 947,9 m uzunluğunda dörd tunelin tikintisi də həyata keçirilir.

    Sol və sağ hissələrdən ibarət olan, sol hissəsi 11 713,1 metr, sağ hissəsi isə 11 691,9 metr (ümumi uzunluğu 23 405 metr) uzunluğa malik olacaq Murovdağ tunelinin (Tunel №3) sol hərəkət istiqaməti üzrə ümumilikdə 7 060 metr qazma və püskürtmə işləri, 4 160 metr isə kəmər betonu işləri tamamlanıb, sağ istiqamət üzrə isə ümumilikdə 7 025 metr qazma və püskürtmə işləri, 1 722 metr isə kəmər betonu işləri tamamlanıb. Bundan başqa, Murovdağ tunelinin daxilində sağ və sol hissələri birləşdirən 20 bağlantı yolu (keçid tunel) inşa edilib və yeni bağlantı yollarının inşası istiqamətində işlər davam etdirilir.

    561,2 m uzunluğunda olan Tunel №1-də, 626,9 m uzunluğunda olan Tunel №2-də və uzunluğu 947,9 m təşkil edən Tunel №5-də artıq qazma, püskürtmə və kəmər betonu işləri tamamlanıb. Uzunluğu 500 metr olan Tunel №4-də isə qazma və püskürtmə betonu işləri davam etməkdədir.

    Dövlət başçısının tapşırığına əsasən, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu iki, üç və dörd hərəkət zolaqlı olmaqla I, II və III texniki dərəcəyə uyğun olaraq inşa edilir. Belə ki, layihənin keçdiyi ərazinin sərt dağlıq və qayalıq relyefinin olmasını nəzərə alaraq, yolun əsas hissəsinin II texniki dərəcəyə uyğun, yəni hərəkət hissəsinin ikizolaqlı, yoxuşlarda isə əlavə zolaq verilməklə tikintisi nəzərdə tutulub. Murovdağ tuneli olan hissədə isə birinci texniki dərəcəyə uyğun dörd hərəkət zolağının inşası icra olunur. Layihə üzrə I dərəcəli yolun ümumi uzunluğu 14,2, II dərəcəli yolun ümumi uzunluğu 34,8 km, III dərəcəli yolun ümumi uzunluğu isə 33 km təşkil edir.

    Layihə üzrə ümumi uzunluğu 2 968 metr olan altı qovşağın və ümumi uzunluğu 5 600 metr olan 36 bağlantı yolunun tikintisi də icra olunmaqdadır.

    Yolun Toğanalı-Kəlbəcər hissəsində hazırda ərazi təmizlənməsi, bitki qatının çıxarılması, qazma və dolğu, həmçinin, süni qurğuların tikintisi işləri davam edir. Ümumi qazma işləri 66%, dolğu işləri isə 69% tamamlanıb. Tamamlanmış hissələrdə yol əsasının tikintisi və asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

    Yolun Kəlbəcər-İstisu hissəsində isə müəyyən hissələr üzrə ərazi təmizlənməsi, bitki qatının çıxarılması, qazma və dolğu işləri, süni qurğuların tikintisi işləri davam edir.

    Layihə çərçivəsində 159 dairəvi borunun, 110 düzbucaqlı borunun, bir heyvan keçidinin, 19 U tipli və düzbucaqlı suötürücü qurğunun, 2598 m trapesiyavari kanalın, 64 534 kv.m “Geoerme” divarın, 8 183 m istinad divarının, 37 783 m daş divarın (iksa/istinad) tikintisi nəzərdə tutulub.

    Sadalanan işlər üzrə artıq 67 dairəvi, 57 düzbucaqlı borunun, bir heyvan keçidinin, 15 U tipli və düzbucaqlı suötürücü qurğunun, 17 517 m daş divarın və 5 515 m istinad divarının, 1 057 m trapesiyavari kanalın və 49 366 kv.m “Geoerme” divarının və 15 km asfalt yol örtüyünün alt qatının (Binder layı) tikintisi yekunlaşıb.

    Ümumilikdə layihə üzrə fiziki işlərin tərəqqisi 50,5% təşkil edir.

    Qeyd edilib ki, tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”na əsasən aparılır. Tərtib olunmuş qrafikə uyğun layihənin vaxtında yekunlaşdırılması məqsədilə agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb olunub.

    Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Bu üzdən sözügedən rayonun bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəlişi təmin edəcək.

  • Bəzi avtobusların Ziya Bünyadov və Atatürk prospektləri üzrə hərəkətinə icazə verilib

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakının Əhməd Rəcəbli küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişdiyi ərazidə icra etdiyi layihəyə əsasən, bu yolayrıcından avtobusların Ziya Bünyadov və Atatürk prospektləri istiqamətində hərəkətinə icazə verilib.

    Bu barədə AYNA xəbər yayıb.

    Məlumata görə, dəyişikliklər nəticəsində yuxarıda qeyd edilən marşrutlar üzrə hərəkət edən avtobusların yürüş məsafəsi 1,3 km qısalıb. Bu da onların hərəkətdə olma müddətini azı 5-7 dəqiqə azaldacaq.

    “Gündəlik bu marşrutlardan istifadə edən 50 minə yaxın sərnişin hərəkətin yenidən təşkilində müsbət dəyişiklikləri hiss edəcək və yola sərf olunan vaxta qənaət edə biləcək”, – deyə məlumatda qeyd olunub.

  • Bakıda şagird qızılcadan vəfat etdi

    Bakıda şagird qızılca xəstəliyindən vəfat edib.

    Bu barədə məktəbin direktoru Laçın Hüseynli sosial şəbəkə hesabında məlumat yayıb.

    O bildirilib ki, 195 saylı tam orta məktəbdə qızılcaya yoluxan bir şagird dünyasını dəyişib:

    “Artıq bir övladımızı qızılca xəstəliyinə görə itirdik. Çox təəssüf. Allah valideynlərinə səbir versin. Ölkədə tibb sahəsində kadr çatışmazlığı varmı? Artıq iki ildir ki, məktəb üçün tibb bacısı tələb edirik. Üç növbəli məktəbin bir həkimi yoxdur. Son beş gündə 200-dən çox yoluxma var”.

    Qeyd edək ki, bir neçə gün əvvəl Kürdəmirdə də qızılca diaqnozu ilə xəstəxanaya gətirilən azyaşlı vəfat edib.

  • 300 min manatlıq dələduzluqda təqsirləndirilən sabiq məktəb direktorunun məhkəməsi keçirilib

    Bakıda vətəndaşa qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Abşeron rayonunda sabiq məktəb direktoru Samirə Əkbərovanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

    “Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə şahid Esmira Mustafayeva ifadə verib .

    O bildirib ki, təqsirləndirilən şəxs onun bacısının qızıdır:

    “Zərərçəkmişi çoxdan tanıyıram. Samirə mənim bacım qızıdır. Yarım saatdan sonra Samirənin bibisi gəldi, birgə oturmuşduq. Birdən qapı döyüldü və səs-küy eşitdim. Samirə o hay-küylə içəri girən qadınla aralarında mübahisə edib, ona pulu və faizini uzadaraq daha onu narahat etməməsini dedi. O qadın isə dedi ki, mən sələmin də sələmini səndən alacağam”.

    Dindirilən şahid Firəngiz Quliyeva təqsirləndirilən şəxsin bibisi olduğunu deyib:

    “Qardaşım öldüyündən təqsirləndirilən şəxs Samirə Əkbərovaya tez-tez baş çəkirdim. Aysel Məmmədova qardaşımın yas mərasimində də iştirak edib. Evdə olan zaman qapı qəfil bərk döyüldü və zərərçəkmiş içəri daxil oldu. Onların mübahisə etdiyini eşitdim. Daha sonra Samirə 100 manatlıq üç “paçka” və 50 manatlıq iki “paçka”nı stola çırpıb ona olan borcunu ödədiyini dedi. Hadisənin təfərrüatlarını soruşanda Samirə mənə dedi ki, sələmə pul almışam”.

    Zərərçəkmiş şəxs Aysel Məmmədova isə deyib ki, hər iki şahidi tanımır və onların dedikləri heç bir həqiqəti əks etdirmir.

    Təqsirləndirilən şəxsin anası, şahid Səriyyə Quliyeva da ifadə verib. O, qızının həbs xəbərini sonradan eşidib:

    “Aysel Məmmədova mənə zəng edərək qızımın ona 200 min manat borcu olduğunu deyib. Qızım məktəb direktoru işləyir və onun sələmə pullar götürdüyünü bildim. Bunları da mənə qohumlarım dedi. Qızım mənə dedi ki, 40 min manat pul götürmüşəm, sadəcə sələmlərini qaytarmaqda çətinlik çəkir”.

    Məhkəmənin növbəti iclası dekabrın 13-nə təyin edilib.

    Qeyd edək ki, Samirə Əkbərova biznes qurmaq adı ilə Aysel Məmmədovadan ümumilikdə 300 min manat pul alaraq dələduzluq edib.

    Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb.

  • Армянские СМИ: Началась встреча вице-премьеров Азербайджана и Армении – ВИДЕО

    Стартовала встреча комиссий по делимитации государственной границы между Азербайджаном и Арменией.

    Об этом сообщили в офисе вице-премьера Армении Мгера Григоряна.

    Отмечается, что встреча проходит на участке Газах – Иджеван на армяно-азербайджанской границе. Азербайджанскую сторону представляет вице-премьер Шахин Мустафаев, армянскую – Мгер Григорян.

  • Erməni KİV: Sərhəddə Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin görüşü başlayıb – VİDEO

    Azərbaycan və Ermənistanın delimitasiya üzrə komissiyasının sərhəddə görüşü başlayıb.

    Bu barədə “Sputnik Ermənistan” bu ölkənin baş nazirin müavini Mqer Qriqoryanın ofisinə istinadla məlumat verib.

    Bildirilir ki, görüş Qazax-İcevan sərhədində keçirilir.

    Qeyd edək ki, Azərbaycan tərəfini baş nazirin müavini Şahin Mustafayev, qarşı tərəfi onun erməni həmkarı Mqer Qriqoryan təmsil edir.