Month: November 2023

  • Mənzillərdə tikinti normalarına müdaxilələr edilir: Təhlükəli vəziyyət yaranır – VİDEO

    Vətəndaş mənzili bir otaqlı olaraq alır, daha sonra onu iki, hətta üç otaqlı edərək ya yaşayır, ya da təkrar satışa çıxarır. Bu zaman isə otaqların mətbəx və sanitar qovşağının yeri dəyişdirilir, arakəsmələr yenilənir. Bəzən hətta binanın əsas istinad divarına da müdaxilələr edilir.

    Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, mənzillərdə bu cür dəyişikliyin edilməsində məqsəd otaqların sayını artırmaqdır. Ancaq bir çox hallarda bu işlər qaydalara uyğun aparılmır və problemlərə yol açır.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Həm qiyməti, həm də keyfiyyəti azalır: Bitki yağları ilə bağlı ƏSL MƏNZƏRƏ

    2023-cü ilin 10 ayı ərzində Azərbaycanda şirkətlər xaricdən xam günəbaxan yağının bir tonunu ortalama 1 587 dollara aldıqları halda, cari ildə bu rəqəm 43 faiz azalaraq 910 dollara düşüb.

    Median.Az bizim media-ya istinadla xəbər verir ki, bu məlumat Dövlət Gömrük Komitəsinin son hesabatında əks olunub.

    Statistika nəyi göstərir?

    Sənəddə, eyni vəziyyətin xam qarğıdalı yağında da müşahidə edildiyi diqqətə çatdırılır. Belə ki, Azərbaycana xam qarğıdalı yağının bir tonu 2022-ci ilin ilk üç rübündə orta hesabla 1 586 dollara idxal edildiyi halda, bu rəqəm cari ildə orta hesabla 1 501 dollar təşkil edib. Bu, illik müqayisədə 5 faiz ucuzlaşma deməkdir.

    Bundan əlavə, yerli istehsal olan bitki yağlarının pərakəndə satış qiymətlərində də azalma müşahidə olunur. Məsələn, 2022-ci ilin sentyabrında bir litri 5,55 manata satılan günəbaxan yağının qiyməti, cari ilin müvafiq dövrünə 4,37 manata qədər 21 faizlik azalma yaşayıb.

    Qarğıdalı yağının qiyməti isə 11% aşağı düşüb. Məsələn, 2022-ci ilin sentyabrında bir litri 6,75 manat olduğu halda, 2023-cü ilin eyni dövründə 5,99 manata düşüb.

    Bəs əsl reallıq?

    Qeyd olunanlar rəsmi statistik məlumatlardır. Bəlli olduğu kimi, adıçəkilən bitkilərin ölkədə əkin sahələri çox azdır ki, bu da istehsala, yağ şəklində emala, satışa və keyfiyyətə ciddi təsir edir. Məlumdur ki, bu gün ölkə daxilində istehsal olunan qarğıdalı, günəbaxan və digər bitki yağlarının qiyməti həm baha, həm də keyfiyyət baxımından çox zəifdir. Bunlardan bir dəfə alan istehlakçı növbəti dəfə başqa yağ məhsulu almağa üstünlük verir.

    “Azərbaycanda günəbaxan və qarğıdalı tarlaları çox azdır”

    Mövzu ilə bağlı fikirlərini açıqlayan iqtisadçı-ekspert Xalid Kərimli, günəbaxan yağlarının bahalaşmasının əsasən iri market şəbəkələrində müşahidə olunduğunu diqqətə çatdırıb:

    “Qarğıdalı yağı isə cüzi, yəni 5 faiz ucuzlaşıb, amma biz bunu hiss edə bilmərik. Hətta sahibkar bunu özündə saxlaya bilər. Ona görə ki, inflyasiyadan təsirlənən sahibkarın da xərcləri artıb. Eyni zamanda, Azərbaycanda bu məhsulların sadəcə qablaşdırılması həyata keçirilir. Bu məhsullar ölkəyə sisternlərlə gətirilir və şirkətlər tərəfindən qablaşdırılır, daxili bazara təqdim olunur.

    Bu onunla bağlıdır ki, günəbaxan və qarğıdalı tarlaları yoxdur, olsa da azdır. Onların əvəzinə taxıl məhsulları əkilir. Digər tərəfdən özümüz əksək də, bu, məhsulları ucuz hasil edəcəyimiz və satacağımız anlamına gəlməməlidir”.

    “Əgər bir vətəndaş keyfiyyətli məhsul almaq istəyirsə…”

    Qida təhlükəsizliyi üzrə mütəxəssis Məhsəti Hüseynova isə, bütün məhsullarda olduğu kimi, bitki yağlarında da qiymətin hər zaman keyfiyyət göstəricisi olmadığını diqqətə çatdırıb:

    “Ola bilsin ki, xammal şəklində ucuz başa gəldiyi üçün satışı da sərfəlidir. Yaxud da bəzi bitkilərin əkinçiliyi hansısa ölkədə olduğu üçün xammalını da ucuz əldə edirlər. Bu da məhsulun istehsalında və qiymətində fərqləri yarada bilər. Rusiya-Ukrayna müharibəsindən əvvəl malların sərhəddən keçirilməsi daha rahat idi.

    Müharibənin kəskin dövründə isə bu kimi qidaların ölkəyə gətirilməsi xeyli məhdudlaşdırıldığı üçün qiymətlər artmışdı. Sərhədlər qismən açıldıqdan və buna görə məhsulların rahat gətirilməsi də təmin olunub. Bu qiymətlərin sabitləşməsinə dəstək verə bilər”.

    Onun sözlərinə görə, xammalın ucuzlaşması, istehsal olunan məhsulun keyfiyyətsiz olduğu anlamına gəlməməlidir:

    “Əgər bir vətəndaş keyfiyyətli məhsul almaq istəyirsə, məhsulun arxa hissəsindəki həm keyfiyyəti, həm də istehsalçı şirkət haqqında bütün məlumatların olub-olmamasını yoxlamalıdır. Əgər yağ hər hansısa bir bitkiyə məxsusdursa, onun ən azı 70 faizini həmin bitki təşkil etməlidir. Əgər başqa yağlar, və ya həmin bitkinin dadlandırıcısından və ya aromatizatorundan istifadə olunubsa, bu, həmin yağın keyfiyyətsiz olduğunu göstərir. Bu baxımdan da mütləq yağın tərkibinə diqqət yetirmək lazımdır”.

  • Gəncədə itkin düşən ana və qızı TAPILDILAR – Lakin…

    Gəncədə itkin düşən ana və qızı tapılıblar.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində hər iki şəxsin yeri Gəncə şəhərində müəyyən edilib.

    N.İmanova izahatında yaşadıqları evi özlərinin könüllü tərk etdiklərini və geri dönmək istəmədiklərini bildirib.

    Qeyd edək ki, Tahir Həsənov Gəncə Şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət edərək həyat yoldaşı Nargül İmanova və övladı, 2009-cu il təvəllüdlü Günay Həsənovanın noyabrın 6-da birgə yaşadıqları evdən naməlum istiqamətdə gedərək bir daha geri qayıtmadıqlarını deyib.

  • Dekabrda bu üç bürcün pulu aşıb-daşacaq

    Astrologiya hamının izlədiyi bir sahədir. Artıq insanlar gün ərzində yataqdan qalxmadan ulduz falı oxuyurlar. Beləliklə, o, günə qoroskop şərhinə uyğun olaraq başlayır. Astroloqlar bürclərə və onların yüksəlişlərinə çox həssasdırlar. 12 bürc arasında dekabrı zəngin başa vuracaq və sözün əsl mənasında pul qoymağa yer tapmayacaqlar açıqlanıb.

    Median.Az baku.ws-ə istinadən bildirir ki, bu bürclərin işləri yaxşı gedəcək və pul qazanacaqlar…

    Qız bürcü

    Nizam-intizamı və pulla tanınan Qız bürcləri bütün çətinliklərə baxmayaraq dekabrda sərvətə çatacaqlar. Maliyyə gəlirləri xeyli artacaq Qızlar dekabrı yaxşı bağlayacaqlar. Bu ayda (dekabrda) bütün çətin prosesləri arxada qoyub bolluq və bərəkətlə dolu olacaqlar. Dekabr ayında artan maliyyə imkanları 2024-cü ildə də təsirini davam etdirəcək.

    Buğa bürcü

    Pulsuz nəfəs ala bilməyən və maddi şeylərə böyük əhəmiyyət verən Buğa bürcülərini zənginlik gözləyir. 2023-cü il sona çatdıqca, dekabrda Buğa bürcü olanlar ciddi gəlir əldə edəcəklər. Yeni Ayın təsiri ilə dəyişən Buğalar və yüksələni Buğa olanlar maliyyə bolluğu yaşayacaqlar. Dekabr ayı Buğa bürcü üçün bolluq və firavanlıqla dolu olacaq.

    Oğlaq

    Dekabr ayı Oğlaq üçün maliyyə baxımından uğurlu dövr olacaq. O, gözlənilməz qazanclar və ya yüksəlişlər yaşaya bilər və gəlirini artıra bilər. Lakin bu müddətdə diqqətli olmaq və xərclərinizi nəzarətdə saxlamaq vacibdir.

  • Belarusda prezident seçkiləri keçiriləcək

    Belarus Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə prezident seçkilərinin keçiriləcəyi vaxtı açıqlayıb.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Belarus MSK rəhbəri İqor Karpenko bildirib.

    Onun sözlərinə görə, prezident seçkiləri 2025-ci il iyulun 20-dən gec olmayaraq keçirilməlidir.

    Qeyd edək ki, Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenkodur. O, 2020-ci ilin yayında keçirilən prezident seçkilərindən sonra 6-cı dəfə qalib gəlib.

  • Rusiya və Gürcüstanı birləşdirən yol bağlandı

    Gürcüstan Hərbi Yolu əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq bütün nəqliyyat növləri üçün müvəqqəti bağlanıb.

    Median.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Şimali Osetiya üzrə İdarəsi məlumat yayıb.

    Məlumata görə, bu, Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi, avtonəqliyyat vasitələrinin təhlükəsiz keçidinin təmin oluna bilməməsi, eləcə də Gürcüstan sərhədçilərinin tövsiyələrinin nəzərə alınması ilə bağlıdır.

    Qeyd edək ki, Gürcüstan Hərbi Yolu təkcə Gürcüstanı deyil, Ermənistanı da Rusiya Federasiyası ilə birləşdirən yeganə quru yoludur.

  • Сотрудники складов Amazon в США и Европе планируют забастовки в “черную пятницу”

    Работники складов и водители Amazon.com Inc. в США, Великобритании, Германии, Италии и Испании планируют провести забастовки в “черную пятницу” с требованием повышения зарплат и улучшения условий труда.

    Как передает Report со ссылкой на “Интерфакс”, об этом говорится в заявлении международной федерации профсоюзов UNI Global Union.

    В частности, в Германии 24-часовую забастовку начали работники пяти распределительных центров. В Великобритании на забастовку вышли свыше 1 тыс. сотрудников склада в Ковентри. К ним могут присоединиться их коллеги из 30 стран мира.

    Забастовки могут привести к нарушениям цепочек поставок и привести к задержкам при доставке товаров в один из самых загруженных для онлайн-торговли дней в году, отмечает MarketWatch.

    Представитель Amazon в Германии уже заявил, что действия сотрудников не скажутся на сроках доставки, а представитель в Великобритании отметил, что компания “предлагает своим сотрудникам отличную зарплату и бонусы, отличные возможности карьерного роста, а также современные и безопасные условия труда”.

    Сотрудники Amazon проводят различные акции в “черную пятницу” уже четвертый год подряд.

    Акции Amazon дешевеют менее чем на 0,1% на предварительных торгах в пятницу. С начала года капитализация компании взлетела на 75%, до 1,52 трлн доллара.

  • ABŞ və Avropadakı “Amazon” anbarlarının işçiləri “qara cümə”də tətillər planlaşdırırlar

    Anbar işçiləri və sürücülər “Amazon.com Inc.” ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya və İspaniya “qara cümə”də əmək haqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətil elan etməyi planlaşdırırlar.

    “Report”un “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə “UNI Global Union” həmkarlar ittifaqları beynəlxalq federasiyasının bəyanatında deyilir.

    Qeyd edilib ki, İngiltərədə bir anbarın 1000-dən çox işçisi tətilə çıxıb. Onlara 30 ölkədən olan həmkarları qoşula bilər.

    “MarketWatch” bildirir ki, tətillər ilin ən işlək günlərindən birində onlayn ticarət üçün malların çatdırılmasında gecikmələrə səbəb ola bilər.

    Almaniyadakı “Amazon” nümayəndəsi isə bunun çatdırılma müddətlərinə təsir etməyəcəyini bildirib.

    “Amazon” əməkdaşları artıq dördüncü ildir ki, müxtəlif “qara cümə” aksiyaları keçirirlər.

  • Qərbi Azərbaycan İcması Paşinyana cavab verib

    Ermənistanın Baş naziri Nikol Paşinyan 2023-cü il noyabrın 24-də ictimaiyyətin suallarını cavablandırarkən, qayıdış hüququmuza növbəti dəfə xələl salmağa cəhd etmişdir.

    Median.Az
     xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması Ermənistanın Baş Naziri Nikol Paşinyana cavabında bildirib.

    “N. Paşinyan Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdış tələblərini müharibəyə hazırlıq kimi qiymətləndirmişdir. Qarabağda ermənilərinin hüquqlarının müdafiəsi bəhanəsi altında Azərbaycanın ərazilərini işğal etmiş Ermənistanın Baş naziri hər şeyi öz arşını ilə ölçür.

    Mono-etniklik siyasəti yürüdən Ermənistandan fərqli olaraq, Azərbaycan dövləti və ictimaiyyəti etnik müxtəlifliyi ali dəyər hesab edir.

    Ermənistan hökuməti etnik müstəsnalıq kimi irqçi siyasətinə son qoymalı, birgəyaşayış və etnik müxtəliflik dəyərlərinə hörmət etməli və qovulmuş azərbaycanlıların Ermənistana təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmasına şərait yaratmalıdır”, – İcma vurğulayıb.//report.az

  • NBC: Netanyahunu girov mübadiləsinə razılıq verməyə Bayden inandırıb

    ABŞ Prezidenti Cozef Bayden İsrailin Baş naziri Binyamin Netanyahunu fələstinlilərlə girovların dəyişdirilməsi ilə bağlı razılaşmaya razı salıb.

    Median.Az xəbər verir ki, bu barədə NBC telekanalı İsrail hökumətinin rəsmisinə istinadən məlumat yayıb.

    Rəsminin sözlərinə görə, “bir neçə gün öncə Bayden beş günlük fasilə də daxil olmaqla yekun razılaşma ilə gəldi, Netanyahu isə dörd günlük fasilə elan etdi”.

    “Bu, Netanyahunun deyil, Baydenin razılaşması idi”, – o qeyd edib.