Month: November 2023

  • Gizli kameraları aşkarlamaq üçün hansı qurğulardan istifadə olunur? – VİDEO

    Müxtəlif internet resurslarında satışa çıxarılan, hər kəsin asanlıqla əldə etdiyi gizli kameralar bir çoxlarının həyatını əməlli-başlı çətinə salıb.

    Yarandığı gündən bir çox insanın qorxulu yuxusuna çevrilən gizli kameralar, dinləmə cihazlarından ayrı-ayrı məqsədlər üçün istifadə edilir.

    Kiçikölçülü cihazları nəqliyyat vasitəsinə, evə, hətta çantaya belə bərkitmək mümkündür.

    Bəs görəsən, bu cihazların qurbanına çevrilənlər izlənildiyini, dinlənildiyini necə öyrənə bilərlər? Başqa sözlə, həmin cihazları tapmaq mümkündürmü?

    Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev məsələ ilə bağlı bildirib ki, gizli kameraların, səsyazma cihazlarının aşkara çıxarılması çətin prosesdir:

    “Bunlar yalnız xüsusi texniki vasitələrin köməyi ilə həyata keçirilir. Bu cür xüsusi texniki vasitələr yalnız dövlət əhəmiyyətli tədbirlərdə istifadə oluna bilinir. Hansısa bir mağazada onların satışı yoxdur. Gizli kameraları insanların özləri digər vasitələr – metal detektorlar, ultrabənövşəyi lampaların köməyi ilə də aşkarlaya bilərlər”.

    Bəs həmin cihazların istifadəsinə görə məsuliyyət varmı, cəza tədbirləri nəzərdə tutulurmu?

    Vəkil Hikmət Əliyevin sözlərinə görə, gizli qaydada informasiya əldə etmək üçün nəzərdə tutulan texniki vasitələr mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına daxildir. Qanunvericiliyə görə, bu cihazları satanlarla yanaşı, istifadə edənlər də məsuliyyət daşıyırlar.

    Ətraflı Baku TV-nin süjetində:

  • Doqquz milyon manatı mənimsəməkdə ittiham olunan MN-in Xidmət rəisinin məhkəməsi başlayır

    Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidməti rəisi, polkovnik Rəşad Məlikzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    APA xəbər verir ki, təqsirləndirilən şəxs Rəşad Məlikzadə barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim Rafiq Abbasovun icraatına verilib.

    Qeyd edək ki, Rəşad Məlikzadə barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən vəsatət Bakı Hərbi Məhkəməsinə göndərilib.

    Məhkəmə vəsatəti təmin edib və polkovnik barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.

    Rəşad Məlikzadə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdara mənimsəmə) maddəsi ilə ittiham olunur.

    R.Məlikzadə doqquz milyon manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur.

  • Şəmkirdə zibilliyə görə vəzifəli şəxs cəzalandırıldı

    Şəmkir rayonunda sanitar-gigiyena qaydalarının pozulmasının qarşısının alınması, ətraf mühitin mühafizəsi tələblərinin daha da gücləndirilməsi məqsədilə polis, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin əməkdaşları tərəfindən birgə növbəti tədbirlər keçirilib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlər zamanı Şəmkir rayon Çaparlı kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması aşkar edilib.

    Aşkar edilmiş faktla bağlı vəzifəli şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

    Bu kimi halların qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

  • Прогноз погоды в Азербайджане на 26 ноября

    26 ноября в Баку и на Абшеронском полуострове прогнозируется переменная облачность, временами пасмурная погода без осадков, порывистый юго-западный ветер.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов.

    Температура воздуха в столице и на Абшероне ночью составит 10-14, днем – 16-21 градус тепла.

    Атмосферное давление понизится с 752 до 749 мм ртутного столба, относительная влажность составит 50-60%.

    В районах Азербайджана завтра осадков не ожидается, в горах возможен снег, ночью и утром на отдельных территориях туман, ветер западный умеренный.

    Температура воздуха ночью составит 5-9, днем – 18-23, в горах ночью -0-5, днем – 8-13 градусов выше нуля.

  • Sabahın hava proqnozu AÇIQLANDI

    Ölkə ərazisində noyabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 10-14 dərəcə isti, gündüz 16-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60% olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 5-9 dərəcə isti, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacaq.

  • Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma İDDİASI: DİN hərəkətə keçdi – YENİLƏNİB

    Sabunçu rayonu ərazisində yerləşən məktəblərin birində şagirdin sinif yoldaşına kəsici alətlə daxilə nüfuz etməyən xəsarət yetirməsi barədə polisə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, məktəblinin xəsarət alması ilə əlaqədar onun valideyni ilə birlikdə təhqiqat təmin edilib, zəruri istintaq hərəkətlərinin aparılması məqsədi ilə araşdırma aparılır.

    * * * * *

    Bakı şəhəri 75 nömrəli məktəbdə bıçaqlanma olmasına dair yayılan məlumata aydınlıq gətirilib.

    Məktəbdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 24.11.2023-cü il tarixində 7-ci sinifdə təhsil alan iki şagird arasında tənəffüs vaxtı mübahisə yaranıb.

    “Mübahisə zamanı şagirdlərdən biri əlindəki naməlum əşya ilə digər məktəblinin qarın nahiyəsini cızıb. Məktəb rəhbərliyi tərəfindən dərhal məsələyə müdaxilə edilib. Xəsarət alan şagird məktəbin tibb işçisi tərəfindən yoxlanılıb və ciddi bir xəsarət aşkar olunmayıb.

    Daha sonra hər iki şagirdin valideynləri məktəbə dəvət olunaraq onlardan izahat alınıb və akt tərtib edilib. Hər iki şagirdin valideynləri arasında qarşılıqlı anlaşma yaranıb, övladlarına daha ciddi nəzarət edəcəklərini bildiriblər”, – deyə qeyd edilib.

  • В Губинском районе обнаружена незаконная угольная скважина

    В ходе очередных контрольных мероприятий, проведенных сотрудниками Губинского районного отдела полиции и Министерства экологии и природных ресурсов Азербайджана, на территории района была обнаружена угольная скважина, в которой незаконно производился древесный уголь.

    Об этом сообщили в региональной группе пресс-службы Министерства внутренних дел (МВД).

    Согласно данным, незаконным производством угля занимался житель села Рустов – Хафиз Байрамов.

    По данному факту составлен протокол, в отношении мужчины приняты соответствующие меры, обнаруженная угольная скважина ликвидирована.

  • Qubada qanunsuz kömür quyusu aşkarlanıb

    Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə birgə keçirilən növbəti nəzarət tədbirləri zamanı qanunsuz yolla istismar edilən kömür quyusu aşkarlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

    Bildirilib ki, qanunsuz kömür istehsal edənin rayonun Rustov kənd sakini Hafiz Bayramov olduğu müəyyən edilib.

    Faktla bağlı protokol tərtib olunub, təqsirkar şəxs barəsində qanunamüvafiq tədbir görülüb və aşkar olunan kömür quyusu ləğv olunub.

  • Армению на следующей неделе посетит делегация ЕС и представители ЕК

    В Армению 27-29 ноября прибудет делегация Службы внешних связей Европейского союза (ЕС) и представители Еврокомиссии (ЕК), сообщает пресс-служба делегации ЕС в Армении.

    Отмечается, что делегация проведет встречи с высокопоставленными представителями правительства Армении, а также представителями ООН и гражданского общества.

    Источник: “Интерфакс” (Россия)

  • Aİ və AK nümayəndələri Ermənistana səfər edəcəklər

    Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Xidmətinin nümayəndə heyəti və Avropa Komissiyasının (AK) nümayəndələri noyabrın 27-29-da Ermənistana yollanacaqlar.

    Bu barədə Aİ-nin Ermənistandakı nümayəndəliyinin Mətbuat Xidməti xəbər verir.

    Bildirilir ki, avropalılar Ermənistan hökumətinin yüksəkvəzifəli məmurları ilə yanaşı, BMT və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcəklər.

    Mənbə: İntefaks.ru