Month: November 2023

  • Bakıda Argentina mədəniyyəti gecəsi keçirilib

    Bakıda Argentina mədəniyyətinə həsr olunmuş gecə keçirilib.

    “Report” xəbər verir ki, tədbir bu ölkənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

    Tədbirin əvvəlində çıxış edən Argentinanın Azərbaycandakı səfiri Marianxeles Belluçi gecənin ölkəsinin mədəniyyətinin ən populyar iki elementinə – malbek və tanqoya həsr olunduğunu qeyd edib.

    “Malbek gavalı və albalı kimi xoş meyvəli ətirlərə malik zəngin bənövşəyi-qırmızı rəngli şərabdır. Hazırda malbek şərabının əsas istehsalçısı məhz Argentinadır. Tanqo isə öz növbəsində xalqımızın temperamentini təcəssüm etdirən rəqsdir. Bugünkü tədbirdə tanqonu Azərbaycan rəqqasları ifa edəcəklər. Biz rəqsin Azərbaycan və Argentina mədəniyyətləri arasında necə körpü ola biləcəyini nümayiş etdirəcəyik”, – səfir deyib.

    Gecənin iştirakçıları, həmçinin Argentinaya həsr olunmuş rəsm sərgisi ilə tanış olmaq fürsəti əldə ediblər.

  • “Cadugər” dünyasının yemək reseptlərindən ibarət kitab satışa çıxarıldı – FOTOlar

    Məşhur “Cadugər” (“The Witcher”) fentezi-dram serialı əsasında hazırlanmış yemək kitabı satışa çıxarılıb.

    Median.Az oxu.az-a istinadən bildirir ki, “The Witcher Official Cookbook” adlı kitabda illüstrasiyalarla 80 ətraflı resept təqdim olunub. Bu reseptlərin hamısı “Cadugər” dünyasının coğrafiyasına görə sıralanıb. Noviqraddan, Skellige adalarından yeməklər, eləcə də romanlardakı personajlardan reseptlər var, məsələn, Lambertin köftəsi.

    Kitabda müəyyən bölgənin kulinariya həyatı haqqında kiçik qeydlər də yer alıb.

    Kitab ingilis dilində nəşr olunub və qiyməti 35 avrodur (təqribən 64 manat).

    Bundan başqa witcherkitchen.com saytında kolleksiya müəlliflərinin 19 resepti pulsuz dərc edilib.

    Qeyd edək ki, “Netflix” şirkətinin sifarişi ilə Andjey Sapkovskinin romanları əsasında çəkilən serial 2019-cu ildə yayımlanıb. Filmin süjetinə əsasən cadugər riviyalı Geralt bədheybətlər və qəddar insanlarla dolu dünyada öz yerini axtarır.

  • Bu evlər işıqsız, qazsız, susuz qalacaq

    Kommunal şəbəkələrə qoşulmaqla bağlı yeni qaydalar əvvəl tikilmiş qanunsuz evlərə şamil edilməyəcək.

    Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

    O qeyd edib ki, hansı qanunsuz evlər indiyə qədər kommunal şəbəkələrə qoşulub, onlar istifadə edə biləcəklər.

    “Kimsə onları şəbəkədən ayırmayacaq. Lakin əsas problem oktyabrın 1-ə qədər kommunal şəbəkələrə qoşulmayan evlərlə bağlı olacaq. Elə evlər var ki, oktyabrın 1-ə qədər texniki şərt alıb, amma komunal şəbəkələrə qoşulmaq üçün müraciət etməyib. Ən böyük problem burada yaranır. Çünki qoşulmaq üçün indi müraciət etdiyi təqdirdə onlara bilidiriləcək texniki şərt artıq qaydalara uyğun deyil”, – deyə o, əlavə edib.

    Qeyd edək ki, oktyabrın 1-dən qüvvəyə minən yeni qaydalara əsasən, Azərbaycanda icazəsiz tikilən obyektlərin su təchizatı və kanalizasiya şəbəkəsinə, elektrik şəbəkəsinə və qaz şəbəkəsinə qanunsuz qoşulması ilə bağlı cəzalar sərtləşdirilir. Eyni zamanda, Cinayət Məcəlləsinə edilən dəyişikliyə əsasən, tələblərin pozulmasına görə təbii qaz, su, kanalizasiya, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxslərinin məsuliyyəti də nəzərdə tutulur.

    Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağan edilir.

    Eyni zamanda, “Elektroenergetika haqqında” cari ilin may ayının 19-da təsdiq olunmuş yeni qanuna əsasən, elektrik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulan tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə əlaqədar layihənin hazırlanmasına əsas verən, elektrik enerjisinin verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd tələb olunur.

  • Avroviziya təmsilçimiz türk dilində oxudu – VİDEO

    “Avroviziya” təmsilçimiz Nadir Rüstəmli bu dəfə fərqli obrazda çəkdirdiyi klipi təqdim edib.

    Pop ulduz “Bedel” adlı türk dilində oxuduğu nəğməyə rejissor Fahir Səmədoğlunun köməkliyi ilə ekran həyatı verib. Bəstənin sözləri Kənan İbralı, musiqisi isə elə səbəbkarın özünə məxsusdur. Bakıda lentə alınan klipin süjet xəttində Nadir öz keçmişi ilə danışır. Baş verən bütün hadisələrdə o, beynində canlandırdığı keçmişindəki “Nadir”i günahlandırır. Ekran işinin sonlarında hər iki “Nadir” üz-üzə gəlir. Sonda onun psixi xəstə olduğu və bütün yaşananların sadəcə beyin təxəyyülü olduğunu görürük.

    Yeni uğurlu işi barədə danışan Rüstəmli, layihənin çətinliklə ərsəyə gəlmədiyini qeyd edib: “Mahnının sözləri real hekayə üzərində qurulub. Klipə mental və fiziki olaraq aylarca hazırlaşmışdım. Psixi xəstəliyi olan şəxsin nə kimi hərəkətlər etməsi, görünüşü, əlinin əsməsi, mimikalarını idarə edə bilməməsi və s. çətin olmadı. Atam nevropotolog olduğu üçün, bu mövzuda mənə xüsusi yardım etdi”.

  • Али Асадов встретился с исполнительным секретарем комиссии ООН

    Премьер-министр Азербайджана Али Асадов 24 ноября встретился с исполнительным секретарем Экономической и социальной комиссии ООН для Азии и Тихого океана (ЭСКАТО) Армидой Сальсией Алишахбаной.

    Как сообщили в Кабинете министров, на встрече была подчеркнута важность недели Специальной программы ООН для экономик стран Центральной Азии (SPECA), которая проходит в Баку.

    Было высоко оценено участие исполнительного секретаря ЭСКАТО во встрече на высшем уровне, впервые организованной в рамках председательства Азербайджана в SPECA и приуроченной к 25-летию этой программы.

    Было отмечено, что Азербайджан имеет хорошие отношения с большинством стран-членов комиссии в различных сферах, с точки зрения расширения многостороннего сотрудничества ЭСКАТО была оценена как эффективная платформа. Была подчеркнута важность принятых комиссией по инициативе Азербайджана резолюций по развитию транспортных связей и устойчивой энергетики.

    На встрече говорилось об успешном сотрудничестве Азербайджана со странами Центральной Азии, отмечалось наличие хороших перспектив для дальнейшего развития этого сотрудничества в рамках SPECA в торгово-экономической, транспортно-транзитной, энергетической и других сферах, представляющих взаимный интерес.

  • Əli Əsədov BMT Komissiyasının icraçı katibi ilə görüşüb

    Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 24-də BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiya Alişahbana ilə görüşüb.

    Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Həftəsinin əhəmiyyəti vurğulandı. UNESCAP-ın icraçı katibinin Azərbaycanın SPECA-ya sədrliyi çərçivəsində ilk dəfə olaraq təşkil olunan və proqramın 25-ci ildönümünə təsadüf edən Zirvə görüşündə iştirakı yüksək qiymətləndirildi.

    Azərbaycanın Komissiyanın əksər üzv ölkələri ilə müxtəlif sahələrdə yaxşı münasibətlərə malik olduğu bildirilərək, çoxtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından UNESCAP səmərəli platforma kimi dəyərləndirildi.

    Azərbaycanın təşəbbüsü ilə Komissiya tərəfindən qəbul edilmiş nəqliyyat bağlantıları və dayanıqlı enerjinin inkişafı üzrə qətnamələrin önəmi vurğulandı.

    Görüşdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə uğurlu əməkdaşlığından bəhs edildi, bu əməkdaşlığın SPECA çərçivəsində ticari-iqtisadi, nəqliyyat-tranzit, energetika və qarşılıqlı maraq doğuran bütün digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı perspektivlərin mövcud olduğu bildirildi.

  • Çində müəmmalı pnevmoniya tüğyan edir

    Xəbər verdiyimiz kimi, Çinin şimalında uşaqlar arasında sətəlcəm epidemiyası qeydə alınıb. Xəstələrdə öskürək və ya bu xəstəliyin xarakterik əlamətləri yoxdur.
     
    Rəsmi Pekin Çində baş verən müəmmalı sətəlcəm epidemiyasını hələ də şərh etməyib.
     
    Ekspertlərin fikrincə, Çində sətəlcəm ilə bağlı yaranmış vəziyyət diqqətli monitorinq tələb etsə də, yeni qlobal xəstəliyin artması barədə danışmaq hələ tezdir. Bu həftənin əvvəlindən Qərb mediası Çinin şimalında, o cümlədən Pekində uşaqlarda naməlum pnevmoniya dalğası barədə həyəcan təbili çalmağa başlayıb.
     
    Yerli səhiyyə orqanları xəstələrin vəziyyətini çətin hesab edir və xəstə axınının öhdəsindən gələ bilməyəcəklərini deyirlər. Belə ki, gündə təkcə bir xəstəxanada təxminən yeddi mindən çox uşaq pnevmoniyadan müalicə alır.
     
    Vəziyyət haqqında ProMED onlayn tibb portalına məlumat verilib.
     
    Qeyd edək ki, bu portal 2019-cu ilin sonunda Wuhanda yayılan və sonradan COVID-19 pandemiyasına səbəb olan xəstəliklə bağlı sualı qaldıran portaldır. Buna görə də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çindən yeni xəstəliyə yoluxma halları haqqında daha çox məlumat verməsini tələb edir.
     
    “Rəsmi Pekin vəziyyəti şərh etmir və bu qış qripə bənzər xəstəliklərin yayılmasını karantinin ləğvi ilə izah etməyə çalışır”– deyə Qərb mediasında qeyd olunur.
     
    Bununla əlaqədar ÜST ötən gün Çini uşaqlar arasında tüğyan edən pnevmoniya ilə bağlı laboratoriya nəticələri, klinik və epidemioloji məlumatları təqdim etməyə çağıran bəyanat yayıb. ÜST-nin açıqlamasından sonra Çinin dövlət xəbər agentliyi Sinxua xəstəliklə bağlı məqalə dərc edib. Məqalədə Milli Səhiyyə Komissiyasının nümayəndələri respirator xəstəlikləri olan uşaqların diaqnostikası və müalicəsinə böyük diqqət yetirdiklərini bildiriblər.
     
    Son vəziyyət ÜST-ün bildirdiyinə görə, həqiqətən də uşaqlarda tənəffüs xəstəlikləri və pnevmoniyanım həyəcan verici artımı müşahidə edilie. Eyni zamanda, təşkilat bildirir ki, sətəlcəmin karantinin ləğv edilməsindən sonra ölkədə yayılan tənəffüs yoluxucu xəstəliklərin artması ilə əlaqəli olub-olmadığı da məlum deyil. Ekspertlər Çində xəstəliyin yeni qlobal epidemiyanın başlanğıcı siqnalı olduğuna inanmasalar da, vəziyyətin monitorinq tələb etdiyini bildirirlər.
     
    ÜST həmçinin onu da bildirir ki, pandemiya məhdudiyyətləri başa çatdıqdan sonra digər ölkələrdə də tənəffüs sinsitial virusu və ya RSV kimi ümumi soyuqdəymələrdə artım müşahidə olunub. Lakin Çindən fərqli olaraq, digər ölkələrdə diaqnoz qoyulmamış pnevmoniya aşkar edilməyib. Eyni zamanda, Qərb ölkələri də, epidemiyadan sonra Pekin rəsmilərinin həkimlərə xəstələri gizlətməyi əmr etdiyini, Çin BMT-nin səhiyyə agentliyindən koronavirusla bağlı kritik detalları gizlətdiyini əsas gətirərək narahatlıqlarını ifadə edirlər.
    //sfera.az

  • В Баку пройдет международный турнир по футзалу

    В связи со 100-летием со дня рождения великого лидера Гейдара Алиева в Баку пройдет международный турнир по футзалу, организованный Ассоциацией футбольных федераций Азербайджана (АФФА).

    Как сообщает oxu.az, за главный приз поборются сборные (U-19) Азербайджана, Беларуси и Марокко.

    Матчи пройдут в Бакинском дворце спорта с 26 по 30 ноября. Уже подготовлено расписание турнира, определены судьи, которые будут обслуживать игры.

    Азербайджан – Беларусь

    Встреча состоится 26 ноября и начнется в 17:00.

    Арбитры: Хикмет Гафарлы, Джейхун Гусейнов, Хидаят Фейзуллаев, Анар Фараджов.

    Азербайджан – Марокко

    Матч пройдет 28 ноября и начнется в 17:00.

    Арбитры: Князь Амирасланов, Гаджиали Агаев, Мамедали Керимов, Хикмет Гафарлы.

    Марокко – Беларусь

    Встреча состоится 30 ноября, начало – в 17:00.

    Арбитры: Али Джебраилов, Реза Мамедов, Нахид Хасиев, Рамиль Намазов.

  • Bakıda beynəlxalq futzal turniri keçiriləcək

    AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar beynəlxalq futzal turniri keçiriləcək.

    Mükafatlar uğrunda Azərbaycan, Belarus və Mərakeşin 19 yaşadək futzalçılarından ibarət milli komandaları mübarizə aparacaqlar.

    Yarış noyabrın 26-30-u aralığında Bakı İdman Sarayında təşkil olunacaq. Turnirin təqvimi və oyunları idarə edəcək hakimlər də müəyyənləşib.

    Azərbaycan – Belarus

    Yarış 26 noyabr tarixində, Bakı İdman Sarayında, saat 17:00-da baş tutacaq.

    Hakimlər: Hikmət Qafarlı, Ceyhun Hüseynov, Hidayət Feyzullayev, Anar Fərəcov.

    Azərbaycan – Mərakeş

    Yarış 28 noyabr tarixində, Bakı İdman Sarayında, saat 17:00-da baş tutacaq.

    Hakimlər: Knyaz Əmiraslanov, Hacıəli Ağayev, Məmmədəli Kərimov, Hikmət Qafarlı.

    Mərakeş – Belarus

    Yarış 30 noyabr tarixində, Bakı İdman Sarayında, saat 17:00-da baş tutacaq.

    Hakimlər: Əli Cəbrayılov, Rza Məmmədov, Nahid Xasıyev, Ramil Namazov.

  • Kafe və restoranlarda çay dəsgahı niyə bahadır? – VİDEO

    Kafe və restoranlarda təklif olunan sadə çay və çay dəsgahı bəzi məkanlarda fantastik qiymətə olur.

    Paytaxt sakinlərinin sözlərinə görə, hətta belə restoranlarda sadə çay verilmir. Çay dəsgahında isə bir sıra təamlar istifadə edilmir və masada qalır.

    Mərkəzdə yerləşən restoranlardan birinin meneceri Nurəddin İsmayılov deyir ki, bu ərazilərdə çay dəzgahının qiyməti 50 manatdan başlayır. Çay dəzgahları standart halda, demək olar ki, şəhərdə eyni qiymətə qonaqlara təqdim olunur.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: