Month: November 2023

  • Xocalıda kitabxanadan çox sayda silah-sursat tapıldı

    Xocalıda kitabxanadan silah-sursat aşkarlanıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Ballıca kəndi ərazisində yerləşən kitabxanadan 3 ədəd 12.7 mm-lik “TŞK” markalı pulemyot, 5 ədəd 12.7 mm-lik “PK” markalı pulemyot, 42 ədəd müxtəlif çaplı “AK” markalı avtomat, 1 ədəd 30 mm-lik “AQS-17” markalı qumbaraatan, 4 ədəd “RPQ-5” markalı qumbaraatan və sayda müxtəlif silahlara məxsus sursat aşkarlanıb.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • Завершился визит в Азербайджан президента Кыргызстана

    24 ноября завершился визит президента Кыргызской Республики Садыра Жапарова в Азербайджанскую Республику.

    Как сообщает АЗЕРТАДЖ, в Международном аэропорту Гейдар Алиев, где развевались государственные флаги двух стран, в честь высокого гостя был выстроен почетный караул.

    В аэропорту президента Садыра Жапарова провожали заместитель премьер-министра Азербайджанской Республики Али Ахмедов, заместитель министра иностранных дел Самир Шарифов и другие официальные лица.

  • Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana səfəri başa çatıb

    Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına səfəri noyabrın 24-də başa çatıb.

    AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Prezident Sadır Japarovu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola saldılar.

  • Rusiya vətəndaşı azyaşlı ögey oğlundan cinayət törətmək üçün istifadə etdi

    Rusiyanın Vorkuta şəhərində 88 yaşlı təqaüdçünün qətlində şübhəli bilinən 36 yaşlı kişi saxlanılıb.

    Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Komi Respublikası üzrə İdarəsinin Mətbuat Xidməti məlumat yayıb.

    İstintaqın məlumatına görə, cinayətkar yaşlı qadının pulunu oğurlamaq qərarına gəlib. Bunun üçün o, azyaşlı ögey oğlundan istifadə edərək pensiyaçının mənzilinə girib.

    O, təqaüdçünün sinəsinə bıçaqla xəsarət yetirib, sonra onun mənzilində axtarış apararaq tapdığı bütün pulları oğurlayıb.

    Zərərçəkmiş aldığı xəsarətdən yerindəcə keçinib.

    Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qatilin şəxsiyyəti müəyyən edilib.

    Hücum edən şəxs polis əməkdaşları tərəfindən yaşadığı ünvanda saxlanılıb.

    Faktla bağlı qətl maddəsi ilə cinayət işi açılıb.

    Mənbə: Ren.TV

  • Fransada Puşkinin nadir nəşrlərini oğurlayan üç nəfər saxlanılıb

    Fransada Puşkinin nadir nəşrlərini kitabxanalardan oğurlamaqda ittiham olunan üç nəfər saxlanılıb.

    Məlumata görə, onlar Gürcüstan vətəndaşı olublar.

    “Journal du Dimanche” oğruların mümkün motivləri arasında nəşrlərin qara bazarda yenidən və baha qiymətə satılması və ya onları Rusiyaya qaytarmaq istəyi olduğunu iddia edir.

    Mənbə: RİA novosti

  • Şavkat Mirziyoyev: “Azərbaycan regionda yeni siyasi reallıq yaradıb”

    “Bu gün Özbəkistan Azərbaycanla birgə infrastruktur layihələrinin həyata keçirilməsində fəal iştirak edir. Təhlillər göstərir ki, region dövlətləri arasındakı ticarət dövriyyəsinin həcmi 52 milyard dollardır. Qarşılıqlı sərmayə yatırımı və tranzit əməkdaşlıq sahəsində 2030-cu ilə qədər bu rəqəm 100 milyard dollara çata bilər”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Özbəkistan prezidenti Şavkat Mirziyoyev Bakıda Mərkəzində BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşüşündə çıxışında deyib.

    O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı ərazilər azad edilib və tarixi ədalət bərpa olunub.

    “Azərbaycan regionda yeni siyasi reallıq yaradıb. İşğaldan azad edilən ərazilərdə genişmiqyaslı abadlıq və quruculuq işləri aparılır. Əminəm ki, bu quruculuq işləri regional əməkdaşlıq üçün daha geniş imkanlar açacaq”, – deyə Özbəkistan prezidenti bildirib.

  • Пашинян: 29 800 кв.км территории Армении не включают в себя анклавы

    Говоря о 29 800 кв.км территории Армении, следует отметить, что эта площадь не включает в себя эксклавы/анклавы, входившие в состав Советского Азербайджана.

    Как передают армянские СМИ, об этом сказал премьер-министр Никол Пашинян, отвечая на вопросы граждан в прямом эфире.

    Он напомнил, что один из принципов мирного договора – это взаимное признание территориальной целостности.

  • Nikol Paşinyan: “Ermənistanın beynəlxalq miqyasda tanınmış ərazisinə anklavlar daxil deyil”

    “Ermənistanın 29,8 min kvadrat kilometr ərazisindən danışanda sovet dövründə Azərbaycana məxsus anklavlar bura daxil edilmir”.

    Bunu Ermənistan baş naziri Nikol Paşinyan anklavların danışıqlar masasında olması ilə bağlı Tavuşdan olan vətəndaşın sualına cavabında deyib.

    O bildirib ki, Ermənistanla Azərbaycan arasında sülhün prinsiplərindən biri qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınmasıdır.

    Mənbə: Sputnik Ermənistan

  • Bakıda suşi emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhərinin Nizami rayonu, Nəsimi küçəsi 32A ünvanında yerləşən, Elnur Tahir oğlu Əliyevə məxsus suşi emalı müəssisəsində plandankənar yoxlama keçirib.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

    Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, həmçinin müəssisədə texnoloji prosesin ardıcıllığına əməl olunmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, temperatur rejiminə əməl olunmadığı və digər nöqsanlar aşkarlanıb. Müayinələrin aparılması məqsədilə nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

    Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisədə işlərin görülməsi, xidmətlərin göstərilməsi nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

    Araşdırmalar davam etdirilir.

  • Tokayev: “SPECA ölkələri Avropa ilə Asiya arasında körpüyə çevrilib”

    “BMT-nin Mərkəzi Asiya iqtisadiyyatları üçün xüsusi proqramına (SPECA) üzv dövlətlər arasında investisiya əməkdaşlığını stimullaşdırmaq üçün alətlərin yaradılmasına xüsusi diqqət yetirmək lazımdır. Bu baxımdan iqtisadi inkişafı və inteqrasiyanı təşviq etmək üçün BMT-nin himayəsi altında SPECA Etimad Fondunun yaradılması aktuallaşır”.

    “Report” xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıda keçirilən SPECA-nın Zirvə görüşündə deyib.

    Onun fikrincə, region bu gün beynəlxalq nəqliyyat və tranzit marşrutlarının inkişafı və şaxələndirilməsində böyük rol oynayır: “SPECA ölkələri Avropa və Asiya arasında kontinental körpüyə çevrilib”.

    “Bu, bizim inkişaf etdirməli olduğumuz böyük üstünlükdür. Biz bu baxımdan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına böyük ümidlər bəsləyirik”, – o qeyd edib.

    Onun sözlərinə görə, son 15 ildə Qazaxıstan nəqliyyat infrastrukturuna 35 milyard ABŞ dollarından çox sərmayə qoyub:

    “Qarşıdakı üç il ərzində 1300 kilometrdən çox dəmir yolunun çəkilməsi planlaşdırılır. Bu, Çin, Cənubi Asiya, Rusiya və Avropa istiqamətində ötürücülük qabiliyyətini artıracaq”.

    Tokayev vurğulayıb ki, Qazaxıstan 2060-cı ilə qədər karbon neytrallığına nail olmağı qarşısına məqsəd qoyub. O, SPECA rəhbərlərini alternativ enerji mənbələrinə keçidlə bağlı birgə səyləri aktivləşdirməyə və Almatıda iqlim məsələləri üzrə Mərkəzi Asiya Layihə Ofisinin yaradılması üzrə Qazaxıstan təşəbbüsünü dəstəkləməyə çağırıb.