Month: November 2023

  • Azərbaycan və Türkiyə parlamentləri arasında əməkdaşlıq Protokolu imzalanıb

    “Azərbaycan Respublikası Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsi və Türkiyə Böyük Millət Məclisinin Qadınlar və kişilər üçün bərabər imkanların təmin edilməsi komissiyası arasında əməkdaşlıq Protokolu imzalanıb.

    “Report” xəbər verir ki, sənədi Türkiyənin Ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaşın iştirakı ilə Milli Məclisin komitə sədri Hicran Hüseynova və TBMM komissiya sədri Çiğdem Erdoğan Atabek imzalaylblar.

    Qeyd edək ki, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Türkiyə Respublikasının Antalya şəhərində “Qadın və kişilər üçün bərabər imkanların təmin edilməsi və qadınların səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən konfransda iştirak edib.

    Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə keçirilən konfrans çərçivəsində “Qərarvermə mexanizmlərində qadınların iştirakı”, “Qadınların gücləndirilməsində və qadınlar və kişilər üçün bərabər imkanların təmin edilməsində təhsilin rolu”, “İş-həyat balansı və ailəyə uyğun siyasət və təcrübələr”, “İctimai və özəl sektorda qadınlar və kişilər üçün bərabər imkanların əldə edilməsində imkanlar və çətinliklər” və “Mediada qadın hüquqlarının və uğurlu hekayələrin təşviq edilməsi” mövzularında panel müzakirələr keçirilib. Panellərdə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) üzv ölkələrinin müvafiq komitələrindən parlamentarilər və digər ekspertlər üzv dövlətlərdə qadın və kişilər üçün bərabər imkanların təmin edilməsi və qadınların səlahiyyətlərinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

    Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova konfransın açılışında çıxış edib, Milli Məclisin sədri Sahibə Qafarovanın salamlarını və konfrans iştirakçılarına Azərbaycan tərəfinin mesajlarını çatdırıb. O, panellərin işinə qatılaraq müzakirə olunan mövzularla bağlı ölkəmizdə həyata keçirilən dövlət siyasəti, formalaşmış qanunvericilik bazası, əldə olunan nailiyyətlər və qarşıda dayanan vəzifələr haqqında ətraflı məlumat verib.

  • DYP paytaxt sakinlərinə xəbərdarlıq edib

    Noyabrın 23-25-də Bakıda SPECA İdarəetmə Şurasının 18-ci sessiyası (BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramı) sammiti çərçivəsində SPECA-nın dövlət və hökumət başçılarının iştirakı ilə beynəlxalq əhəmiyyətli tədbir keçiriləcək.

    Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYP) rəsmi nümayəndəsi, polis mayoru Araz Əsgərlinin verdiyi məlumata görə, tədbir Heydər Əliyev Mərkəzində və Bakı Konqres Mərkəzində keçiriləcək.

    Sammitin yerli qonaqları paytaxtın mərkəzi prospektləri və küçələri ilə hərəkət edəcəklər.

    “Sammitin yüksək səviyyədə və təhlükəsiz şəraitində keçirilməsi üçün bütün hərəkət iştirakçılarından, xüsusən də sürücülərdən xahiş edirik ki, şəhər mərkəzinə gedərkən ictimai nəqliyyata üstünlük versinlər və tədbir günlərində imkan daxilində şəxsi avtomobillərdən istifadəni azaltsınlar. Qonaqların tədbir yerlərinə rahat və təhlükəsiz hərəkəti və bu prosesin idarə olunması üçün Xocalı prospekti, Yusif Səfərov, Üzeyir Hacıbəyli, Həsənoğlu və Təbriz küçələrindən hərəkət zamanı müvəqqəti məhdudlaşmaları nəzərə almağı xahiş edirik”, – A.Əsgərli vurğulayıb.

  • Bu toyuqları ALMAYIN! – Əhaliyə XƏBƏRDARLIQ (VİDEO)

    Bəzən yol qıraqlarında, maşın baqajlarında toyuqlar satılır.
     
    Bu qədər ucuz, 3-ü 10 manata satılan toyuqların mənşəyi haqqında ağıllarda bir xeyli sual yaranır.
     
    Bu toyuqların mənşəyi nədir? Niyə belə ucuzdur? İnsan üçün ziyanları nələrdir?
     
    Sfera.az xəbər verir ki, məsələ ilə bağlı ATV-nin “Xəbərin olsun” proqramı videosüjet hazırlayıb.

  • Началась встреча Президента Азербайджана с премьер-министром Венгрии – ФОТО

    23 ноября началась встреча Президента Азербайджана Ильхама Алиева с премьер-министром Венгрии Виктором Орбаном.

    Об этом сообщает АЗЕРТАДЖ.


  • Prezident İlham Əliyevin Macarıstanın Baş naziri ilə görüşü başlayıb – FOTO

    Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə görüşü başlayıb.

    Bu barədə AZƏRTAC məlumat yayıb.


  • Livandan İsrailə edilən ən böyük raket hücumu qeydə alınıb

    Bu gün səhər saat 8:30-dan etibarən “Hizbullah” İsrailə qarşı davamlı hücumlar edib.

    Məlumata görə, Livan İsrailə 48 raket zərbəsi endirib. Bu, İsrail ilə Livan terror təşkilatı arasında qarşıdurmaların başlamasından bəri ən böyük hücumlardan biridir.

    “Hizbullah” Sfat şəhərindən bir neçə kilometr şimal-qərbdə yerləşən Eyn-Zeytimdə İsrail ordusunun bazasına 48 “Katyuşa” raketi atdığını bildirib.

    İsrail ordusu daha sonra 35 raketin İsrail ərazisinə keçdiyini təsdiqləyib.

  • TƏBİB-dən qızılca xəstəliyi ilə bağlı – Çağırış

    TƏBİB ölkədə son günlər müşahidə olunan qızılca xəstəliyinə yoluxma halları ilə bağlı məlumat yayıb.

    Məlumatda qeyd olunur ki, virusdan qorunmaq üçün peyvənd olunmaq lazımdır:

    “Sizdən daxil olan çoxsaylı müraciətlərə cavab olaraq bildirmək istəyirik ki, hazırda ölkə ərazisində qızılca xəstəliyinə yoluxma halları müşahidə edilir. Bir çoxunuza məlum olduğu kimi, ölkəmizdə qızılca xəstəliyinə son illər ərzində yoluxma nadir hallarda qeydə alınıb, hətta bəzi illərdə ümumiyyətlə, yoluxma olmayıb, ən yüksək yoluxma isə 2018-ci ildə qeydə alınıb. Bu da daha çox 40 yaşdan yuxarı əhali arasında müşahidə olunub və dövlət tərəfindən təqvimdən kənar peyvənd kampaniyalarına başlanılıb.

    Qızılca xəstəliyinə yoluxmaların bu tipli artımları Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən proqnozlaşdırılmışdır. Belə ki, hazırda Avropa regionunda da yoluxma sayları payız-qız aylarında artım göstərməkdədir. Bunun əsas səbəbi peyvəndlənmə yaş dövrünün COVID-19 pandemiyasına təsadüf edən uşaqların olmasıdır ki, məhdudlaşma tədbirlərinə bağlı olaraq onlar peyvəndlənmədən kənar qalıblar”.

    Qeyd edilib ki, hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir:

    “Bu xəstəlik uşaqlıq dövrünün infeksion xəstəliklərindən hesab olunur, virus mənşəli xəstəlikdir və özü sağalan xəstəliklər qrupuna daxildir. Yəni bu, o deməkdir ki, xəstəliyin xüsusi spesifik müalicəsi yoxdur. Qızılca xəstəliyi adətən stasionar müalicəyə ehtiyacı olmayan, ev şəraitində izolyasiya olunaraq müalicə edilən xəstəlikdir. Bu xəstələr ailə sağlamlıq mərkəzlərinin həkimləri tərəfindən nəzarətə götürülür. Bir sıra hallarda yoluxmuş şəxslərdə xəstəliyin ağırlaşma halları baş verə bilər. Bunlara pnevmoniya, orta qulağın iltihabı, bağırsaq mənşəli ağırlaşmalar, ensefalit, meningit və s. aiddir. Belə olan hallarda xəstələr TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən yoluxucu xəstəliklər şöbələrinə yatırılaraq müalicəyə cəlb olunurlar. Müalicə xərcləri icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ödənilir.

    Nəzərinizə çatdırmaq istəyirik ki, TƏBİB-in tabeliyində Bakı şəhəri üzrə 17, Sumqayıt şəhəri üzrə 2, regionlarda isə 48 yoluxucu xəstəliklər şöbəsi fəaliyyət göstərir, çarpayı sayı cəmi 1400-ə qədərdir.

    Bu günə olan məlumata əsasən, bütün regionlar, Sumqayıt və paytaxt ərazisində yoluxma sayları nəzarət altındadır, yoluxucu xəstəliklər şöbələrində kifayət sayda boş çarpayılar, ağırlaşma hallarının idarə olunması və ehtiyac yaranan hallarda xəstələri tibbi xidmətlə təmin etmək üçün bütün resurslar mövcuddur.

    Bir daha qeyd edirik ki, ağırlaşma halları ilə müraciət edən xəstələr qızılca əleyhinə peyvənd olunmamışlardır.

    Əlavə edək ki, qızılca xəstəliyinə qarşı spesifik vaksin mövcuddur və milli peyvənd təqviminə daxil edilib. Sözügedən peyvənd uşaqlara 12 aylığında və 6 yaşında tətbiq olunur. Xəstəliyə yoluxmaqdan, baş verə biləcək ağırlaşmalardan, bu ağırlaşmaların gələcək fəsadlarından qorunmaq üçün vaksinasiya olduqca vacibdir. Qızılca əleyhinə peyvənd ölkəmizdə milli peyvənd təqviminə 1994-cü ildə daxil olub və hazırda bütün ailə sağlamlıq mərkəzlərində ödənişsiz şəkildə tətbiq olunmaqdadır”.

  • Azərbaycanda qanunsuz pul köçürən kibercinayətkar saxlanıldı

    Azərbaycanda qanunsuz valyuta köçürmələri edən kibercinayətkar saxlanılıb.

    Lent.az-ın əldə etdiyi məlumata görə, F. Ş. xaricdən ölkəyə və əksinə qanunsuz pul köçürmələrində ittiham olunur. Məlumata əsasən, o, həmin köçürmələr vasitəsilə 110.000 dollar (təxminən 187 min manat) gəlir əldə edib.

    Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlərilə F. Ş. saxlanılaraq, istintaqa təhvil verilib. Onun barəsində Cinayət Məcəlləsinin 206-1.3-cü (Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma külli miqdarda törədildikdə) maddəsilə cinayət işi başlanıb.

    F. Ş. barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda məhkəmə istintaqı davam edir.

  • “Qırmızı Körpü” postunun yaxınlığında yeni gömrük terminalı inşa ediləcək

    Qırmızı Körpü”, “Mazımqara”, “Samur”, “Biləsuvar”, “Astara” və “Şirvanlı” dövlət sərhədindən buraxılış məntəqələrinin buraxılış qabiliyyətinin artırılması, eləcə də sərhəd və gömrük nəzarətinin effektiv şəkildə aparılmasının təmin edilməsi istiqamətində infrastruktur təkmilləşdiriləcək.
     
    Bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi Azərbaycan ərazisindən keçən beynəlxalq dəhlizlərlə bağlı Fəaliyyət Planında qeyd edilib.
     
    Fəaliyyət Planına əsasən, “Qırmızı Körpü”, “Samur”, “Mazımqara”, “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqələrinin yaxınlığında yerləşən mövcud terminalların infrastrukturunun təmiri, bərpası və “Qırmızı Körpü” və “Samur” gömrük postlarının yaxınlığında yeni gömrük terminalları (ticarətin asanlaşdırılması mərkəzləri) inşa ediləcək.

  • Лукашенко об отсутствии Армении на саммите ОДКБ: Не нужно делать демарши без причины

    В рамках саммита ОДКБ лидеры стран-членов организации обсудили ситуацию на Кавказе.

    Как передает Median.Az со ссылкой на белорусские СМИ, об этом сказал Александр Лукашенко на саммите ОДКБ.

    “Мы обсуждали ситуацию на Кавказе и неудовлетворенность одного из членов Совета коллективной безопасности. Мы пришли к единому выводу, что проблемные вопросы всегда были, будут, если мы намерены их решать, то их надо решать за столом переговоров, а не делать демарши без причины”, – сказал Лукашенко, касаясь отказа армянской стороны принять участие в мероприятии.

    По его словам, в ходе заседания в узком формате главы государств оценили, как на безопасности сказывается обстановка в мире. Также обсуждались вопросы урегулирования кризисных ситуаций в регионах, прилегающих к зоне ответственности ОКДБ.

    “Всеми членами Совета коллективной безопасности отмечалось, что текущая международная ситуация характеризуется высокой степенью конфронтации и поляризации, требует от нас дальнейшей консолидации усилий, укрепления нашей организации, как важного фактора обеспечения безопасности в евразийском регионе”, – отметил белорусский лидер.

    Отметим, что в соответствии с порядком организации председательство в ОДКБ с 1 января 2024 года переходит к Казахстану.