Month: November 2023

  • Aleksandr Lukaşenko Ermənistana xəbərdarlıq etdi

    Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistana xəbərdarlıq edib.

    O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Minskdə keçirilən iclasında çıxışı zamanı problemli məsələlərin demarş yolu ilə həll olunmadığını deyib.

    Dövlət başçısı Ermənistanın KTMT sammitində iştirak etməməsini belə şərh edib: “Biz ümumi nəticəyə gəldik ki, problemli məsələlər həmişə olub və olacaq. Problemli məsələlər danışıqlar masası arxasında həll olunmalıdır, səbəbsiz demarşlarla yox”.

    ///Report

  • Pakistan prezidenti İlham Əliyevi təbrik edib

    Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

    Bu barədə President.az xəbər verir.

    Məktubda deyilir:

    “Zati-aliləri, Zəfər Günü münasibətilə Azərbaycan hökumətini və xalqını səmimi-qəlbdən təbrik edirəm.

    Bu əlamətdar gün bizə Azərbaycan xalqının doğma Vətənin müdafiəsi uğrunda qəhrəmancasına mübarizəsini xatırladır. Sizin güclü liderliyiniz sayəsində qazandığınız bu strateji Qələbə nəticəsində təkcə Azərbaycan Respublikasının ərazi bütövlüyü deyil, həm də tarixi ədalət bərpa olundu. Builki bayram xüsusi əhəmiyyət daşıyır, belə ki, Azərbaycan qanuni ərazisi olan Qarabağ üzərində tam nəzarəti bərpa edib.

    Pakistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə bundan sonra da davamlı dəstək göstərəcək. Qoy bu Zəfər regionda sülhü, sabitliyi, inkişafı və rifahı dönməz etsin!

    Uzun illərdən bəri yüksələn xətlə inkişaf edən qardaşlıq münasibətlərimizin son vaxtlarda keçirilmiş yüksəksəviyyəli görüşlər və xalqlar arasında təmaslar nəzərə alınmaqla çoxşaxəli əməkdaşlıq vasitəsilə gücləndirilməsi istiqamətində Sizinlə birgə işləməyə ümidvaram.

    Zati-aliləri, Sizə olan ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • İlham Əliyev BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi xanım Armida Salsiya Alişahbananı qəbul edib.

    Bu barədə AZƏRTAC xəbər verir.

  • Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı Fəaliyyət Planı təsdiqləndi

    Prezident İlham Əliyev Azərbaycan ərazisindən keçən tranzit dəhlizlərin rəqabətqabiliyyətinin və səmərəliliyinin artırılması, həmin dəhlizlərə əlavə tranzit yüklərin cəlb olunması məqsədilə “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-26-cı illər üçün Fəaliyyət Planı”nın təsdiq olunması ilə bağlı Sərəncam imzalayıb.

    Bu barədə President.az xəbər verir.

    Sərəncamla Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİİN) Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək, planın icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

    Həmçinin, Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini RİİN-in sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

    Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.

    Fəaliyyət Planı ilə bu keçiddən tanış olmaq mümkündür.

  • “AzParking”də “15 dəqiqə pulsuz” funksiyası niyə yoxa çıxıb? – Narazılıqla bağlı RƏSMİ CAVAB

    “Yol hərəkəti haqqında” qanuna görə, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Bu barədə artıq xeyli müddətdir ki, sürücülərin istifadəsinə verilən “AzParking” mobil proqramının “Parklanma müddətində” bölümündə də qeyd olunub.
     
    Amma son vaxtlar “15 dəqiqə parklanma” funksiyası “AzParking” tətbiqindəki mövcud bölümdə görünmür. Həmin funksiyadan istifadə etmək istəyən sürücülər proqrama daxil olan zaman “15 dəqiqə parklanma”nı tapa bilmirlər. Əksinə həmin funksiyanın əvəzinə “1 saat parklanma” görünür. Bir qədər cəhd edəndən sonra isə çətinliklə də olsa, “15 dəqiqə parklanma” funksiyasını görmək olur. Bu durum sürücülər arasında ciddi narazılığa və narahatlığa səbəb olub. Hətta bilərəkdən gizlədildiyi ilə bağlı iddia edənlər də var.
     
    Bəs səbəb nədir?
     
    “15 dəqiqə pulsuz” funksiyası bilərəkdənmi gizlədilib? Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Bizim.media-ya açıqlamasında bildirib ki, səbəb sözügedən tətbiqdə texniki yenilənmə işləri ilə əlaqədardır: “Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Hazırda “AzParking” mobil tətbiqində aparılan texniki yeniləmə işləri ilə əlaqədar “15 dəqiqə parklanma” funksiyası “Parklanma müddəti” bölümünün “digər” altbölümünə keçirilib. Texniki yenilənmə bitəndən sonra bu funksiya əvvəlki yerinə qaytarılacaq”.

  • Mərkəzi xəstəxanalara yeni direktor təyinatları – YENİLƏNİB

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

    TƏBİB-dən verilən məlumata görə, Zərdab Rayon Mərkəzi Xəstəxanasında direktor vəzifəsini Emil Kamilov icra edəcək.

    Tibb üzrə fəlsəfə doktoru olan Zərdab Rayon Mərkəzi Xəstəxanasının direktoru Emil Kamilov ixtisasca cərrahdır. O, bundan əvvəl Zərdab Gigiyena-Epidemioloji Mərkəzinin direktoru vəzifəsində çalışıb.

    * * * * *

    “Qusar Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Baş direktoru vəzifəsinə təyinat olub.

    “Report”un Şimal bürosunun məlumatına görə, bu vəzifəni Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının keyfiyyətə nəzarət sektorunun müdiri Pərviz Məhsimov icra edəcək.

    Bu barədə TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov əmr imzalayıb.

    Qeyd edək ki, Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru Kamran Paşayev bu il avqust ayının 31-də ürək çatışmazlığından vəfat edib.

  • Kürdəmirdə qızılcadan ölən azyaşlının peyvənd olunmadığı məlum olub

    Kürdəmir Rayonu Qağacılı kənd sakini 14.10.2019-cu il təvəllüdlü Qəribli Rüfət Roman oğlu oktyabr-noyabr aylarında müxtəlif şikayətlərlə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə müraciət edərək müvafiq müayinələrdən keçirilib, tibbi xidmət alıb.

    Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

    Qeyd edilib ki, 18.11.2023-cü il tarixində yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu ilə Yoluxucu xəstəliklər şöbəsinin həkim infeksionistinin qəbulunda olub, müayinələrdən keçib və fəsadlaşma olmadığı üçün simptomatik müalicə təyin edilərək üç gün sonra təkrar müayinəyə dəvət olunub.

    21.11.2023-cü il tarixində ağırlaşması olmayan qızılca diaqnozu ilə təkrar müraciət edib, həkim məsləhəti alıb.

    23.11.2023-cü tarixdə saat 09:10-da xəstəxananın Təcili tibbi yardım şöbəsinə gətirilib və xəstəxanayaqədər ölüm təyin edilib. Meyit patoloji anatomik təşrihə verilib.

    Anamnezində qızılcaya qarşı peyvənd olunmadığı qeyd olunub.

  • Azərbaycan və Qazaxıstan müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə ediblər

    Azərbaycan və Qazaxıstan müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə ediblər.

    Bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev SPECA həftəsi çərçivəsində ölkədə rəsmi səfərdə olan Qazaxıstanın rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye nazirinin müavini Aset Nurlanoviç Turısovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Qazaxıstanın “Ag Tech” şirkətinin baş direktoru Aleksandr Yuriyeviç Podvalovun da iştirak etdiyi görüşdə şirkətin fəaliyyət istiqamətləri barədə məlumat verilib.

    Görüş zamanı gələcəkdə müdafiə sənayesi sahəsində müasir rəqəmsal texnologiyaların tətbiqi üzrə əməkdaşlığın mümkünlüyünə baxılacağına dair razılıq əldə edilib və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

    Qazaxıstan rəqəmsal inkişaf, innovasiya və aerokosmik sənaye nazirinin müavini Aset Nurlanoviç Turısov Azərbaycanla Qazaxıstan arasında ikitərəfli əlaqələrin bundan sonra da inkişaf edəcəyindən əminliyini bildirib.

  • Bakının “Taxta bazarı”ndakı yanğına görə zərərçəkənlərə sığorta ödənişi veriləcək?

    Bu gün Bakının Dərnəgül qəsəbəsində yerləşən və “Taxta bazarı” kimi tanınan inşaat materialları bazarında yanmış əmlaklar sığortalı olmayıb.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyindən bildirilib.

    “Yanğın baş verən ərazi açıq məkan olduğu üçün burada “Daşınmaz əmlakın icbari sığortası” deyil, “Əmlakların yanğından və digər risklərdən sığortası” aktualdır. Bu sığorta növünün isə könüllü olduğunu nəzərə alsaq, bazardakı malların və materialların sığortalı olmaması sahibkarların sığortaya biganə yanaşması və yaxud sığortalanmaq üçün lazımi tələblərə riayət etməməsindən qaynaqlana bilər”, – deyə açıqlamada qeyd olunub.

  • Ermənistan XİN rəsmisindən Bakının vasitəçisiz görüş təklifi ilə bağlı açıqlama

    “Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü hələ planlaşdırılmayıb”.

    Ermənistan mediasının məlumatına görə, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bəyan edib.

    O, Bakı ilə vasitəçisiz görüşün İrəvan üçün məqbul olub-olmaması ilə bağlı jurnalistin sualını da cavablandırıb.

    “Elə məsələlər var ki, orada vasitəçilərin iştirakı çox mühüm rol oynayır”, – deyə o qeyd edib.