Month: November 2023

  • Hipermarketə hücumda təqsirləndirilən şəxs: “Cinsi azlığın nümayəndəsi olduğum üçün ailəm məndən imtina etdi”

    Bakıda hipermarketdə silahlı insidentlə bağlı təqsirləndirilən Azər Məmmədov, Dəyanət Qüdrətov, İbrahim İbrahimov, Səbuhi Qurbanov, Babək İsgəndərov və Rövşən İsmayılovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

    “Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs İbrahim İbrahimov dindirilib.

    O bildirib ki, cinsi azlığın nümayəndəsidir və təqsirləndirilən şəxs mərhum Ruhlan İsmayılovla “Instagram”da tanış olub:

    “Valideynlərim cinsi azlıq olduğumu biləndən sonra məndən imtina edərək bir daha evə gəlməməyimi tapşırdılar. Bakıya köçdüm. Dolanmaqda çətinlik çəkirdim. Daha sonra özümə otaq yoldaşı axtardığıma görə cinsi azlıqların “Instagram”dakı səhifəsində elan paylaşdım və orada R.İsmayılov mənə yazaraq birlikdə qalmağa razı olduğunu dedi. 2019-cu ilin sonunda R.İsmayılovla həmin evə köçdük və orada birlikdə yaşamağa başladıq. Evin 200 manat kirayə pulunun 150 manatını Ruhlan, qalan 50 manatını isə mən verirdim. Evin digər xərclərinin də çox hissəsini Ruhlan həll edirdi”.

    Təqsirləndirilən şəxs bildirib ki, Ruhlan basqında avtomat silahla iştirak edəcəyini, Dəyanətə isə digər tapançanı verəcəyini deyib. Onun sözlərinə görə, Ruhlan digər təqsirləndirilən şəxs Azərlə ondan daha yaxın olub və gün ərzində dəfələrlə danışıblar:

    “Basqın barədə mənim məlumatım olmayıb. Azər maşınla gələrək Dəyanət və Ruhlanı apardı. Ancaq hara getdiklərini bilmədim. Ruhlan çantasını götürəndə onun içərisində silah olduğunu bilmədim”.

    Məhkəmənin növbəti iclası dekabrın 6-na təyin edilib.

    Qeyd edək ki, hadisə bu ilin martında paytaxtın Xətai rayonunda yerləşən hipermarketdəki bankların birinə məxsus bankomata külli miqdarda pul yerləşdirilən zaman qeydə alınıb.

    Hadisə zamanı bankın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə ölüb.

    Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 29, 120.2.7, (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 120.2.1, 120.2.4, 120.2.11, (bir qrup şəxs tərəfindən quldurluqla əlaqədar ümumi təhlükəli üsulla adam öldürmə) 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələrilə cinayət işi başlanıb.

    Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qabaqcadan əlbir olan Ruhlan İsmayılov, Dəyanət Qüdrətov, Azər Məmmədov və Səbuhi Qurbanovun bir qrup şəxs halında ümumi təhlükəli üsulla və quldurluqla əlaqədar qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə edib saxlama və gəzdirmə cinayətlərini törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

    İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Dəyanət Qüdrətova ilkin olaraq Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.11 29, 120.2.7 və digər maddələri, Azər Məmmədov və Səbuhi Qurbanova isə ilkin olaraq Cinayət Məcəlləsinin 32.5, 120.2.1, 32.5,120.2.4, 32.5, 120.2.11, 32.5, 29, 120.2.7 və digər maddələri ilə ittiham elan edildikdən sonra barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

    Həmin gün saat 21 radələrində yaxalanması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı Ruhlan İsmayılov polis əməkdaşlarına qarşı silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

    R.İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, “AKS Lancaster-03” markalı odlu silah, 1 ədəd “Makarov” və 1 ədəd “Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları, əməliyyat tədbiri nəticəsində saxlanılan şübhəli şəxs Dəyanət Qüdrətovun üzərindən isə bir ədəd “Blow TR 92D” modelli tapança aşkar edilərək götürülüb.

  • Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən müfəttişin istintaqı yekunlaşıb

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Laçın rayon bölməsinin müfəttişi Rəşad Rəşidlinin istintaq prosesi yekunlaşıb.

    “Report” xəbər verir ki, R.Rəşidlinin işinə cari il noyabrın 30-da Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən iclasda baxılacaq.

    Qeyd edək ki, R.Rəşidli SHXÇDX-nin Laçın rayon bölməsinin çağırış və hərbi-həkim komissiyalarının vəzifəli şəxslərinin qərarlarına təsir imkanlarından istifadə edərək vətəndaşların hərbi xidmətə yararsız hesab edilməsinə nail olmaq üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitləri almaqda ittiham olunub.

    Faktla bağlı başlanmış cinayət işləri üzrə toplanmış sübutlar əsasında Rəşad Rəşidli Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə vəzifədən kənarlaşdırılmaqla barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

  • Ильхам Алиев принял генсека Организации исламского сотрудничества

    22 ноября Президент Азербайджанской Республики Ильхам Алиев принял генерального секретаря Организации исламского сотрудничества (ОИС) Хисейна Брахима Таху.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahanı qəbul edib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Prezident İlham Əliyev Kahramanmaraşla bağlı sazişi təsdiqlədi

    Azərbaycan Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi tikəcək.

    President.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”ndə əksini tapıb.

  • Şadlıq saraylarında sifarişlər kəskin artıb – YENİ QİYMƏTLƏR

    2023-cü ilin oktyabr ayında şadlıq saraylarında sifarişlərin sayı 47,5 faiz artıb.

    Bu barədə “Trend”ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

    Qeyd edilib ki, sifarişlərin sayında artım məhərrəm ayından sonra artan tələblə bağlıdır.

    Eyni zamanda, şadlıq saraylarında oktyabr ayında qiymətlər 8,2 faiz artıb. Xüsusən 40 manatadək olan menyularda qiyməti daha çox artıb: 10,3 faiz. Qiyməti 40-80 faiz olan menyuların qiyməti 7,8 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 6,3 faiz artım qeydə alınıb.

    Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-oktyabr aylarına nisbətən 110,2 faiz, o cümlədən, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 111,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 109,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109,1 faiz təşkil edib.

    2023-cü ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,4 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 103,9 faiz təşkil edib.

  • Bakıda taksi sürücüsü ilə qadın sərnişin arasında gərginlik – DİN araşdırmaya başladı (VİDEO)

    Paytaxtda taksi sürücüsü ilə xanım sərnişin arasında gərginlik yaşanıb.

    Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

    Belə ki, xanım sərnişin ünvana çatdıqdan sonra sürücüyə xəstəxanadan gəldiyini və üzərində pul olmadığını deyib. Daha sonra bildirib ki, evinə gəldiyi üçün sürücüyə pulu evdən götürüb verə bilər.

    Lakin görünən odur ki, sürücü xanımla razılaşmayıb. O, qapını bağlayaraq qadından pul tələb edib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Baku.ws-ə bildirilib ki, hadisədən məlumatlıdırlar.

    Qeyd olunub ki, məsələ araşdırılır.

    Həmin görüntüləri təqdim edirik:

  • Kirayə paltar bazarı, yoxsa xəstəlik mənbəyi? – Dermatoloqdan AÇIQLAMA

    İnsanlarda toy, nişan və ad günü ziyafətlərinə dəbdəbəli geyinmək adətə çevrilib. Əsasən də xanımlar bu adətə sadiq qalırlar. Bir paltarı təkrar geyinməyi sevməyən qadınlar, həmçinin, ziyafət geyimlərini gündəlik iş həyatında istifadə edə bilmədikləri üçün kirayələrə müraciət etməyə üstünlük verirlər.

    Hazırda ölkənin hər yerində geyimləri kirayə verən mağazalar fəaliyyət göstərir. Mağazalarda təkcə qadın geyimlərini deyil, uşaq paltarları, zinət əşyaları, aksesuarları da görmək mümkündür.

    Belə mağazalarda əsas tələbat bəy və gəlin paltarlarınadır. Bəy kostyumları, gəlinliklər, sünnət toyu üçün xüsusi libaslar da fərqli qiymətə kirayə verilir. Geyimin qiyməti isə onun keyfiyyətinə, istifadə zamanına görə müəyyən olunur. Bir ziyafətə görə çox pul xərcləmək istəməyənlər daha az pulla kirayə paltar xidmətindən yararlanırlar.

    Bir neçə dəfə fərqli insanların geyindiyi paltar və istifadə etdikləri aksesuarların gigiyena baxımından zərərli olub-olmaması isə mübahisəlidir.

    Kirayə geyimlərdən istifadənin fəsadları nələrdir? Başqasının geyindiyi geyim dəridə hansı xəstəlik yarada bilər?

    Mövzu barədə Bizim.Media-ya danışan dermatoloq həkim Zakir Abıyev üst geyimlərinin təhlükəsiz olduğunu deyib:

    “Üst geyimləri xəstəlik yaratmır, amma əgər alt və baş geyimlərini xəstə adam çıxarıb sizə verərsə, onu geyinərsinizsə, dəridə göbələk yaranma ehtimalı var.

    Ümumiyyətlə, bakteriyalar qorxulu deyil. Bəzən insanlardan hansı sudan istifadə etdiyini soruşursan. Deyir ki, kran suyudur, amma qaynadırıq. Bunlara elə gəlir ki, qaynadıb mikrobları tələf edirlər.

    Bizim qorxumuz mikroblardan deyil, suyun tərkibindəki atom şəklində olan metallardandır. Rəngli və qazlı olan sular xərçəng yaradır. Qaynanmış su isə ölü sudur, onun heç bir xeyri yoxdur. Yəni demək istəyirəm ki, bəzi məsələlər yanlış anlaşılır”.

    O, başqasının alt geyimlərindən istifadənin doğru olmadığını bildirib:

    “Kirayə geyim geyinməkdən qorxmaq lazım deyil, 2-3 saatlıq alıb qaytarırsınız. Yəni bir insan desin ki, mən kirayə libas geyinib dəri xəstəliyi tapmışam. Sadəcə, alt geyimləri məsləhət görülmür. Üst geyimlərinin isə qəti ziyanı yoxdur. Ümumilikdə isə gigiyena qaydalarına riayət etmək özü bir mədəniyyətdir”.

  • В Азербайджане отменено требование о предоставлении справки для назначения пенсии по потере кормильца

    В Азербайджане отменено требование о представлении справки о составе семьи представителем главы местного исполнительного органа по административно-территориальному округу в связи с назначением пенсии по потере кормильца.

    Это отражено в соответствующем постановлении Кабинета министров.

  • Ailə başçısının itirilməsi pensiyasının təyinatı üçün arayışın təqdim edilməsi tələbi aradan qaldırılır

    Ailə başçısının itirilməsi növü üzrə pensiya təyinatı ilə əlaqədar yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsinin ailə tərkibi haqqında arayışının təqdim edilməsi tələbi aradan qaldırılır.

    Bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.

    Qərara əsasən, “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliyə uyğun olaraq ailə başçısının itirilməsi növü üzrə pensiya təyinatı ilə əlaqədar yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsinin ailə tərkibi haqqında arayışının təqdim edilməsi tələbi aradan qaldırılır.

    Həmçinin qərara əsasən, kolxozlarda əmək fəaliyyəti dövrünün staja hesablanması üçün “müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərti” ləğv edilir, staj kolxozçunun əmək kitabçası əsasında daha asan qaydada müəyyən olunacaq.