Month: November 2023

  • Bakı məktəbində BİABIRÇILIQ: Doğum gününə pul yığdığı iddia olunan direktor DANIŞDI

    Bakı məktəbində direktorun doğum günü ilə bağlı pul yığıldığı iddia olunur. Söhbət Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 262 saylı tam orta məktəbdən gedir.

    Bu barədə Bizim.media-ya Türkan qəsəbə sakini, “Yeni baxış ictimai nəzarət” təşkilatının mətbuat katibi Vüqar Əmirov məlumat verib.

    Onun sözlərinə görə, məktəbin direktoru Kəmalə Babayevanın noyabrın 24-də doğum günü ilə bağlı müəllim heyəti və şagirdlər arasında pul yığılır:

    “Ayın 24-ü direktorun ad günüdür. İbtidai siniflərdə hər şagirddən iki manat, yuxarı siniflərdən üç – beş manat, müəllimlərdən isə hansısa məbləğdə pul yığılır”.

    Məsələ ilə bağlı münasibət öyrənmək üçün sözügedən məktəbin direktoru Kəmalə Babayeva ilə əlaqə saxlanılıb. Direktor bu barədə məlumatı yeni eşitdiyini diqqətə çatdıraraq, daha ətraflı məlumat əldə etmək üçün Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ) ilə əlaqə yaratmağı tövsiyə edib. K.Babayeva doğum gününün noyabrın 24-də olub-olmamasını nə təsdiq, nə də inkar edib.

    BŞTİ-dən isə bildirib ki, məsələnin araşdırılacaq.

  • Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

    Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə görüşüb.

    Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

    Görüşdə, Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyi və əlaqələrin perspektivləri, İƏT-in gələn il keçiriləcək Zirvə Görüşünə və digər yüksək səviyyəli tədbirlərə hazırlıq məsələləri və bu çərçivədə ölkəmizin planları, habelə bölgədə cari vəziyyət müzakirə olunub.

    Nazir Ceyhun Bayramov Təşkilatla qurulan sıx əməkdaşlıq əlaqələrini məmnunluqla vurğulayıb. Baş katibin Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı çərçivəsində təşkilatın Əmək Mərkəzinin Bakıda açılışının təşkilat çərçivəsində münasibətləri daha da irəli aparacağı qeyd olunub.

    Aparılacaq birgə işlərin əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv ölkələrin əməkdaşlığının genişləndirilməsinə xidmət edəcəyi diqqətə çatdırılıb.

    Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Putindən təklif: “Hərbi əməliyyatlar faciəsinə son qoymaq barədə düşünmək lazımdır”

    Rusiya Prezidenti Vladimir Putin G20 sammitindəki onlayn çıxışı zamanı ölkəsinin Ukrayna ilə sülh danışıqlarından imtina etmədiyini diqqətə çatdıraraq, hərbi əməliyyatların faciə olduğunu, buna son qoymaq barədə düşünməyin zəruriliyini vurğulayıb.

    “Hərbi əməliyyatlar həmişə konkret insanlar, konkret ailələr və bütövlükdə ölkə üçün faciədir. Təbii ki, biz bu faciəni necə dayandırmaq barədə düşünməliyik. Yeri gəlmişkən, Rusiya heç vaxt Ukrayna ilə sülh danışıqlarından imtina etməyib”, – dövlət başçısı bildirib.

    O, Rusiyanın Ukraynada və İsrailin Qəzzada apardığı hərbi əməliyyatları müqayisə edib. V.Putin bu iki hərbi əməliyyatın hansının daha dəhşərli olması barədə tədbir iştirakçılarına sual ünvanlayıb.

    Mənbə: rbc.ru

  • Bir sıra rayonlarda vətəndaşlar qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər

    Şamaxı və Mingəçevirdə vətəndaşlar qanunsuz saxladıqları odlu silahları polisə könüllü təhvil veriblər.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.

    Keçirilən profilaktiki tədbirlər nəticəsində Şamaxı rayonunda bir, Mingəçevir şəhərində isə iki ov tüfəngini vətəndaşlar könüllü polisə təhvil veriblər.

  • Sabirabadda altı yaşlı uşağı avtomobil vurdu

    Sabirabadda avtomobil 6 yaşlı uşağı vurub.

    APA-nın məlumatına görə, hadisə Sabirabad şəhərində qeydə alınıb.

    “Toyota Prado” markalı avtomobil yolda qaçan 2017-ci il təvəllüdlü Nuray Vaqif qızı Rəhimlini vurub. Ağır xəsarətlər alan uşaq əvvəlcə Sabirabad xəstəxanasına və daha sonra Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • İspaniya La Liqasının prezidenti istefa verdi

    İspaniyada 1-ci və 2-ci liqalarda mübarizə aparan 42 futbol klubunun daxil olduğu La Liqanın prezidenti Xavyer Tebas istefa verib.

    Bu səbəbdən 2024-cü ildə keçiriləcək olan La Liqa prezident seçkilərinin il ərzində baş tutması gözlənilir.

    İspaniya mətbuatında 2013-cü ildən bəri üç müddətdir ölkə La Liqasının prezidenti vəzifəsini icra edən Tebasın istefasının yenidən seçilmək məqsədi daşıdığı iddiaları yer alıb.

    Xavyer Tebas vəzifədə olduğu müddətdə futbolda danışılmış oyunlara hərtərəfli nəzarət, irqçiliklə mübarizə, klublara iqtisadi nəzarət və televiziya hüquqlarının bölüşdürülməsi ilə bağlı atdığı addımlarla diqqət çəkib. Onun ilin sonundan əvvəl keçirilməsi gözlənilən seçkilərdə qarşısına namizəd çıxmayacağı təqdirdə La Liqada dördüncü müddət üçün prezidentlik vəzifəsini icra edəcəyi qeyd edilir.

    Eyni zamanda La Liqada prezident seçkisinin gələn il keçiriləcək İspaniya Futbol Federasiyasına başçı seçkisi ilə toqquşmaması üçün belə bir addım atıldığı ilə bağlı da fikirlər mövcuddur.

    Mənbə: Haber Global

  • Президент Узбекистана посетит Азербайджан с рабочим визитом

    Президент Узбекистана Шавкат Мирзиеев 23-24 ноября посетит Азербайджан с рабочим визитом. Об этом сообщает пресс-служба узбекского лидера.

    Согласно информации, Ш.Мирзиеев примет участие в первом саммите Специальной программы ООН для экономик Центральной Азии (СПЕКА) в Баку.

    “В повестку дня мероприятия включены вопросы дальнейшего расширения многостороннего сотрудничества в рамках Программы, создания Целевого фонда для поддержки региональных проектов, принятия “дорожной карты” по цифровизации транспортных коридоров, продвижения деловых инициатив и другие вопросы”, – говорится в сообщении.

    В эти дни в Баку проходит целый ряд деловых мероприятий СПЕКА, в том числе экономический форум и выставка промышленного потенциала стран Центральной Азии.

    Источник: upl.uz

  • Özbəkistan prezidenti Azərbaycana səfər edəcək

    Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana ikigünlük səfər edəcək.

    Bu barədə Özbəkistan prezidentinin Mətbuat Xidmətindən məlumat verilib.

    Məlumatda noyabrın 23-dən 24-dək Şavkat Mirziyoyevin Azərbaycanda işgüzar səfərdə olacağı qeyd edilib.

    Bildirilib ki, Özbəkistan prezidentinə Azərbaycana səfər etməsi üçün dəvət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən göndərilib.

    Həmçinin nəzərə çatdırılıb ki, Bakıda BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının ilk sammiti keçiriləcək və Şavkat Mirziyoyev sammitdə iştirak edəcək.

    Tədbir zamanı Çoxtərəfli Əməkdaşlıq Proqramı çərçivəsində məsələlər, o cümlədən regional layihələrə dəstək üçün Etimad Fondunun yaradılması müzakirə olunacaq.

    Mənbə: Upl.uz

  • В Загатальском районе сгорел автомобиль

    В Загатальском районе сгорел автомобиль.

    Как сообщает АПА, инцидент произошел сегодня в полдень на участке автодороги Загатала – Муганлы, проходящем через территорию села Ашагы Тала.

    В легковом автомобиле Opel Astra, принадлежащем Эльчину Гасанову, возникло возгорание.

    На место происшествия прибыли техника и личный состав районной части Государственной службы пожарной охраны МЧС.

    В результате пожара полностью сгорели воспламеняющиеся конструкции транспортного средства. Во время инцидента никто не пострадал.

    По данному факту ведется расследование.

  • Zaqatalada avtomobil yanıb

    Zaqatalada minik avtomobili yanıb.

    APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında rayonun Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.

    Elçin Teymur oğlu Həsənova məxsus “Opel Astra” markalı, 99-QS-278 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən maşında yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb ediliblər. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları tam yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

    Faktla bağlı araşdırma aparılır.