Month: November 2023

  • Prezident: “İƏT Ermənistanın Azərbaycana qarşı otuz il davam edən təcavüzünü hər zaman pisləyib”

    “İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın Azərbaycana qarşı otuz il davam edən təcavüzünü və işğalçı siyasətini hər zaman pisləyib, həm İkinci Qarabağ müharibəsi zamanı, həm də postmüharibə dövründə Azərbaycanın haqq işini, ərazi bütövlüyünü daim və ardıcıl şəkildə dəstəkləyib. Buna görə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərə minnətdarlığımızı bildiririk”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin noyabrın 23-də Bakıda keçirilən V konfransının iştirakçılarına müraciətində bildirilib.

    Müraciətdə, həmçinin vurğulanıb:

    “Təəssüflər olsun ki, işğal illərində şəhər və kəndlərimiz Ermənistan tərəfindən qəsdən dağıdılıb, talan olunub, mədəni və dini abidələrimiz məhv edilib. Bundan başqa, Ermənistan işğal altında saxladığı ərazilərimizdə ilkin qiymətləndirmələrə görə, bir milyona yaxın mina basdırıb, burada urbisid, kultursid və ekosid törədib. Xalqımızın mədəni irsinə qarşı soyqırımı törətmiş ermənilər məscidlərimizi yerlə bir edərək yalnız bizim deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir etmişlər. İslam Əməkdaşlıq Təşkilatı əvvəllər işğal altında olmuş ərazilərimizdə islam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının Ermənistan tərəfindən dağıdılmasını və talan olunmasını qəti şəkildə pisləyib, məscidlərin təhqir olunmasını şiddətlə qınayıb. Buna görə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərə və Təşkilatın Baş Katibliyinə bir daha təşəkkürümüzü bildiririk”.

  • Ильхам Алиев принял исполнительного секретаря UNECE

    23 ноября Президент Азербайджанской Республики Ильхам Алиев принял исполнительного секретаря Европейской экономической комиссии ООН (UNECE) Татьяну Молчан.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Prezident İlham Əliyev BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibini qəbul edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçanı qəbul edib.

    Bu barədə AZƏRTAC xəbər verir.

  • Bakı metrosunda VİP vaqonlar quraşdırılacaq? – AÇIQLAMA

    Xəbər verdiyimiz kimi bir müddət əvvəl Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev müsahibələrinin birində demişdi ki, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyinə dedim ki, gedişhaqlarının qalxmasını cəmiyyət birmənalı qəbul etməyəcək:

    “Təklif verdim ki, total qiyməti qaldırmaqdansa, siz təyyarələrdəki kimi qatarlarda biznes, ekonom klass yaradın. Biznes klassa daxil olan sərnişin kofe də içə bilər, nə istəsə edə bilər. Xalqımız xoşlayır ki, imkanı olan komfortla getsin. Bu formada etsəniz, biri gedişhaqqını 40 qəpik, başqası 1 manat verəcək”.

    Millət vəkilinin fikirləri, təbii ki, birmənalı qarşılanmamışdı.

    Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC Bizim.Media-nın sorğusuna cavab verib.

    Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, Bakı metropolitenində VİP vaqonların ayrılması günün bir sıra sərnişindaşıma və stansiyaların mövcud texniki səciyyələrinə görə hazırda mümkün deyil: “Bu daha çox məhdudiyyətlər mənbəyi olar. İş günlərində sərnişin sıxlığı, ələxüsus gur saatlarda metropolitenin daha çox yüklənmiş stansiyalarında giriş sahəsindən başlamaqla, eskalator meydançalarında, ən əsası, platformalarda olan sıxlıq şəraitində VİP vaqon istifadəçisinin ayrılmış vaqonda hərəkət rahatlığını təmin etmək mümkün deyil.
    Bunun üçün xüsusi zolaqlama və çəpərləmə işinin aparılması da hərəkətin təşkili qaydalarına zidd olmaqla yanaşı, stansiyaların yüklənməsinin ifrat həddə çatmasını sürətləndirər, eyni zamanda, ümumi sərnişindaşıma prosesinə mənfi təsir göstərməklə mövcud durumun idarə edilməsini çətinləşdirər.

    Sıxlığın çox olduğu stansiyalarda…

    Bu mənada, nümunə kimi, əsas sıxlığın səhər saatlarında “Koroğlu” və “20 Yanvar”, habelə “Neftçilər” və “İnşaatçılar”, günorta və xüsusən axşam saatlarında “28 May”, “Elmlər Akademiyası”, “Gənclik” və “Nərimanov” stansiyalarında olması, habelə daha sonra isə əsas hərəkət istiqamətlərində qatarların sərnişin sıxlığı şəraitində hərəkət etməsi VİP vaqonlardan istifadəni qeyri-real edir.

    Bununla yanaşı, “28 May” kimi pilon keçidləri sərnişin hərəkətini məhdulaşdıran stansiyalarda və platformanın bəlli zonalarında, xüsusən eskalator meydançaları ilə orta zalların vahid sahədə olmasının sıxlıq şəraitində hərəkət üçün yaratdığı maneələr, platformada gözləmə zallarının maksimal yüklənmə həddi VİP vaqon istifadəçilərinin hərəkət rahatlığını məhdudlaşdıran əsas amillərdən biri olar.
    Ətraflı

    Məhz pilon tipli stansiyalarda vaqonlardan düşən sərnişinlərin də istifadə etdiyi vaqonlar bu mənada əsas maneələr sırasındadır. Qeyd olunan kimi, həmin zonalarda və sahələrdə çəpərlənmə təhlükəsizlik tələblərinə görə yolverilməzdir.

    “28 May” stansiyasını qeyd etmişkən, burada xətlərin kəsişərək birləşməsi və həmçinin qatarların “Xətai-Cəfər Cabbarlı” məkik hərəkət sahəsinə keçid funksiyası hərəkətin təşkilinin xüsusiyyətlərini daha da mürəkkəbləşdirir və platforma səviyyəsinin iki istiqamətdən də davamlı sıx intensiv hərəkət səciyyəsi var.

    Bakı metropolitenində sərnişinlərin vaqonlardan düşəcəyi zonaları əsas götürərək minəcəyi sahəyə əvvəlcədən üstünlük verməsi, başqa sözlə sərnişinlərin platforma boyunca bərabər paylanma məsələlərində mövcud çətinlikləri nəzərə alsaq, bu gün VİP vaqonların ayrılması daha çox hərəkətin təşkilinə zərər verməklə, sərnişin təhlükəsizliyi də daxil olmaqla, daha çox məhdudiyyətlər gətirib çıxarar.

    Qeyd edilən texniki məsələlərə digərlərini də əlavə etmək olar.

    Maliyyə baxımından, metropolitenin ən əsas gəlir mənbəyinin məhz sərnişin daşınmasından əldə olduğunu nəzərə alsaq, daşınan sərnişin sayının maya dəyərinə təsirləri, ictimai sərnişindaşıma nəqliyyatı sistemindəki mövcud tariflər də nəzərə alınmaqla, VİP vaqonların ayrılması sərnişindaşıma prosesinə iqtisadi cəhətdən mənfi təsirləri və risklərini artıracaq.

    Texniki-iqtisadi cəhətdən sadalana biləcək digər mənfi təsirlər də VİP vaqonda sərnişindaşımanın təşkilinin metropolitenə hər hansısa müsbət maliyyə təsirlərinin olmayacağını aydın göstərir.

    Yuxarıda qeyd edilənlərdən savayı, metropolitenin ictimai kütləvi nəqliyyat növü kimi statusunu, bu xüsusda, daha çox əhalinin bütün təbəqələri üçün sosial əhəmiyyəti və əlçatanlığını nəzərə almaq lazımdır. Məsələnin sosial-ictimai mühitdə doğuracağı rezonans və ümumi sərnişin məmnuniyyətinə, habelə, bir sıra digər aspektlərdən mənfi təsir ehtimalının və risklərinin yüksək olması aşkar təzadların, narazılıqların da mənbəyidir.

    Qeyd edilənlər VİP vaqonların tətbiqini hazırkı dövrdə qeyri-real və mümkünsüz edir”.

  • Bazardakı yanğında 1 nəfər öldü

    23.11.2023-cü il saat 05:55 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti, “Dərnəgül” taxta bazarının ərazisində yanğın hadisəsi ilə bağlı çağırış daxil olub.

    TƏBİB-dən bildirilib ki, hadisə yerinə 2 təcili tibbi yardım briqadası cəlb olunub. Yanğın nəticəsində 1 şəxsin (cinsi kişi) həkiməqədər ölümü qeydə alınıb.

    Xəsarət alan yoxdur.

    Əlavə məlumat veriləcək.

  • Bakıda tikinti materialları bazarı yanır – VİDEO

    Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

    Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

    Əlavə məlumat veriləcək.

    ***

    Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi daha bir məlumat yayıb.

    Bildirilib ki, havanın küləkli olması yanğının söndürülməsi işlərini mürəkkəbləşdirsə də hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

    Əlavə məlumat veriləcək.

  • В Азербайджане скончался заболевший корью ребенок

    Сегодня утром в Кюрдамирском районе скончался несовершеннолетний, у которого диагностировали корь.

    Как сообщает Report, четырехлетний житель села Гагаджилы Руфат Гарибли скончался, когда его доставили в больницу.

    Мальчик около недели болел корью, и у него длительное время не спадала высокая температура тела.

    По данному факту проводится расследование.

  • Azərbaycanda qızılca diaqnozu ilə xəstəxanaya gətirilən azyaşlı ölüb

    Kürdəmirdə qızılca diaqnozu ilə xəstəxanaya gətirilən azyaşlı ölüb.

    “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

    Belə ki, bir həftəyə yaxındır qızılcaya yoluxan və qızdırması düşməyən, rayonun Qağacılı kənd sakini, dörd yaşlı Rüfət Roman oğlu Qəribli xəstəxanaya gətirilərkən dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.

  • Türk düşməni Niderlandın ilk qadın baş naziri oldu

    1984-cü ildə terror təşkilatı PKK-nın yaraqlısı kimi Niderlanda qaçan Yücel Yeşilgözün qızı Dilan Yeşilgöz bu ölkənin ilk qadın baş naziri olub.

    Türkiyə əleyhinə çıxışları ilə gündəmə gələn Yeşilgöz 2018-ci ildə Niderlandda qondarma erməni soyqırımını tanıyan beş türkəsilli millət vəkilindən biridir.

    Yeşilgözün əlində AK-47 Kalaşnikov avtomatı tutan 106 yaşlı erməni qadının fotosu qarşısındakı görüntülərini yəqin ki, hər kəs xatırlayır. Sözügedən foto vaxtilə Qarabağı və digər Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın ərazi iddialarının rəmzi halına gəlib.

    Mənbə: Yeni Şafak

  • “Neftçi” Azərbaycan çempionatında ilk qələbəsini qazanıb

    Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.

    “Report” xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan qarşılaşmada MOİK son ölkə çempionatının bürünc medalçısı “Neftçi” ilə üz-üzə gəlib.

    Matçın qalibi üç setdə bəlli olub. Pərviz Səmədovun rəhbərlik etdiyi “Neftçi” 3:0 (25:11, 25:13, 25:15) hesablı qələbə ilə çempionatda ilk xallarını qazanıb.