Month: November 2023

  • Bir neçə rayona qar yağıb – FAKTİKİ HAVA

    Noyabrın 21-i saat 17:00-a olan məlumata əsasən, Culfa, Ordubad, Neftçala, Beyləqan, Salyan, Balakən, Zaqatala, Şəki, Altıağac, Quba, Xaçmaz, Şabran, Biləsuvar, Ləkəranda, Bakıda və Abşeron yarımadasında yağış, Qusar (Laza), Xınalıq, Qax (Sarıbaş), Qrız, Şahdağda qar yağıb.

    Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, şimal-qərb küləyi arabir Şəkidə 22 m/s, Naftalanda 18 m/s, Ceyrançöldə 16 m/s, Bakıda və Abşeron yarımadasında 19 m/s-dək güclənib.

    Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 13 dərəcəyədək, Aran rayonlarında 14 dərəcəyədək, Naxçıvan MR-da 12 dərəcəyədək, dağlıq rayonlarda 6 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 4 dərəcəyədək şaxta olub.

  • Samiq Sadıxov: “Əvvəllər həkimlər Naxçıvandan Bakıya gedirdilərsə, artıq Naxçıvana geri qayıdırlar”

    “Hazırda Naxçıvanda 400-ə yaxın vakant həkim yeri var. Ən çox ehtiyac ailə həkimlərinədir”.

    Bunu Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri vəzifələrini icra edən Samiq Sadıxov jurnalistlərə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, hazırda bu vakant yerlərin doldurulması üçün iş aparılır:

    “Cari il Bakıda rezidentura təhsilini bitirəcək həkimlərimizlə görüşlərimiz olub. Bu ilin sonu – noyabr ayında onlar imtahan verəcəklər. Düşünürük ki, kifayət qədər böyük həkim kollektivi Naxçıvanın səhiyyə müəssisələrində işlə təmin olunacaq. Əvvəllər həkimlər Naxçıvandan Bakıya gedirdilərsə, artıq Naxçıvana geri qayıdırlar”.

    S.Sadıxov əlavə edib ki, Muxtar Respublikada həkimlərdən fərqli olaraq ehtiyacdan artıq tibb bacısı var.
    //oxu.az

  • Qoşulmama Hərəkatının konfransında Bakı Bəyannaməsi qəbul edilib

    Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikasının, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfransın yekun Bəyannaməsi qəbul olunub.

    “Report” xəbər verir ki, Qoşulmama Hərəkatının konfransda təmsil olunan üzv dövlətləri Bəyannamədə Hərəkatın perspektiv gündəliyi kimi insan hüquqlarının inkişaf etdirilməsi və qadınların səlahiyyətləndirilməsinə sadiqliklərini vurğulayıb, qadınların inkişafı və onların insan hüquqlarının təmin olunması sahəsində problemlərin həlli üçün siyasi iradələrini bir daha ifadə ediblər.

    İştirakçılar cəmiyyətin bütün sahələrində qadınların təmsil olunmalarını, tam, bərabər və mənalı iştirakını təmin etmək öhdəliyiklərini bir daha təsdiqləyib, Qoşulmama Hərəkatının üzv dövlətlərinin siyasi sistemlərində qadınların bərabər iştirakının təşviqinin xüsusi əhəmiyyətini bildiriblər.

    Eyni zamanda, Qoşulmama Hərəkatının üzv dövlətlərindəki ən son nümunələr də daxil olmaqla, ən yüksək siyasi səviyyələrdə və seçilmiş assambleyalarda qadınların artan təmsilçiliyi yüksək qiymətləndirilib.

    Üzv dövlətlər kişilərin və oğlan uşaqlarının prosesə cəlb olunmasının vacibliyini dərk edərək, səyləri birləşdirməyə və qadınlara qarşı zorakılığın bütün formaları tam aradan qaldırılanadək mübarizəni davam etdirməyə qəti öhdəliklərini təkrarlayıblar.

    Sənəddə qadınların mühüm rolunu və onların davamlı inkişafın bütün sahələrində tam, bərabər və mənalı iştirakının zəruriliyi bir daha təsdiqlənib, habelə bu istiqamətdə onlara liderlik üçün bərabər imkanların yaradılmasının əhəmiyyəti qeyd edilib.

    Həmçinin birtərəfli məcburetmə tədbirlərinin qadınlara və qızlara, o cümlədən onların rifahının və insan hüquqlarının tam təmin olunmasına yönəlmiş milli siyasət və proqramlara zərərli təsiri tanınıb, bu kontekstdə onların dərhal və qeyd-şərtsiz tam ləğvini pisləmək və tələb etmək əzminə sadiqlik bir daha ifadə olunub.

    BMT sisteminin təşkilatlarının öz mandatları çərçivəsində qadınların inkişafı və səlahiyyətlərinin artırılması, onların insan hüquqlarından istifadə edilməsinin təşviqində bütün dövlətlərin səylərini dəstəkləmək üçün mərkəzi və əlaqələndirici rolu tanınıb.

    İştirakçılar, habelə gender bərabərliyinə nail olunması, bütün qadınların və qızların səlahiyyətlərinin artırılması üzrə məqsədin, eləcə də gender perspektivinin 2030-cu il İnkişaf Gündəliyinə daxil edilməsini və inteqrasiyasını alqışlayıblar.

    Eyni zamanda, qadınlar üzrə IV Ümumdünya Konfransı tərəfindən qəbul edilmiş Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının tam həyata keçirilməsi istiqamətində əldə olunmuş irəliləyiş alqışlanıb, BMT Baş Assambleyasının 23-cü xüsusi sessiyasının “Qadınlar 2000: İyirmi birinci əsr üçün gender bərabərliyi, inkişaf və sülh” yekun sənədlərinə dəstək bir daha təsdiqlənib.

    Qoşulmama Hərəkatının üzv dövlətləri arasında, o cümlədən yüksək səviyyəli qarşılıqlı fəaliyyət yolu ilə qadınların inkişafı və səlahiyyətlərinin artırılması, onların insan hüquqlarının həyata keçirilməsində mövcud problemlərə dair fikir, baxış və perspektivlərin mübadiləsinin intensivləşdirilməsinin vacibliyini vurğulayan iştirakçılar bununla bağlı razılaşdırılmış və məqsədyönlü tədbirlər gördüklərini bildiriblər.

    Onlar Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması təklifini nəzərə aldıqlarını, Qoşulmama Hərəkatının Koordinasiya Bürosu vasitəsilə bu təşəbbüsü, o cümlədən onunla bağlı iş üsullarını müzakirə etdiklərini diqqətə çatdırıblar.

    Sonda qonaqpərvərliyə və noyabrın 20-21-də Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması mövzusunda beynəlxalq konfransa ev sahibliyi etdiyinə görə Azərbaycan xalqına və hökumətinə minnətdarlıq ifadə edilib.

    Beləliklə Bəyannamədə də qeyd edildiyi kimi, Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının çətiri altında daha bir qurum –Qadınlar Platformasının yaradılması qərara alınıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Şəbəkəsindən sonra Qadınlar Platformasının təsis olunması Azərbaycanın Hərəkatın fəaliyyətinin daha da təkmilləşdirilməsinə növbəti töhfəsidir.

  • FHN dənizdə çalışan 26 nəfəri təxliyə edib – VİDEO

    Fövqəladə Hallar Nazirliyinə əlverişsiz hava şəraiti ilə əlaqədar Xəzər dənizində yerləşən 18 və 60 saylı stasionar dəniz özüllərindəki işçilərin təxliyə edilməsi zərurətinin yaranması barədə məlumat daxil olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” gəmisi cəlb olunub.

    Həyata keçirilən operativ əməliyyat nəticəsində ümumilikdə 26 nəfər təxliyə edilərək təhlükəsiz əraziyə çatdırılıb.

  • Akif Çovdarovun işi yenidən Ali Məhkəmədə

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarov, idarənin keçmiş əməkdaşları Akif Əliyev, Səlim Məmmədov və MTN-nin şöbə rəisinin müavini olmuş Orxan Osmanovla bağlı cinayət işi yenidən Ali Məhkəmədədir.

    “Qaynarinfo”nun məlumatına görə, kassasiya şikayətini zərərçəkmişlərin verdiyi iddia olunur. İş üzrə Tahir Kazımov hakim təyin edilib.

    Məhkəmə iclasının vaxtı barədə məlumat yoxdur.

    Akif Çovdarov, Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanov hazırda azadlıqdadırlar. Onlar bir neçə il əvvəl azadlığa buraxılıb.

    Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11, Akif Əliyev 5, Orxan Osmanov isə 4 il müddətinə azadlıqdan məhrum olunmuşdu. Onlar 2015-ci ildə həbs olunmuşdu.

    A.Çovdarov 2020-ci il ildə, S.Məmmədov 2022-ci ildə əfv sərəncamları ilə azadlığa çıxıblar.

  • Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin I təsnifatına daxil edilir

    Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilir.

    APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” Qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

    Qanun layihəsi bu vəzifəni yerinə yetirən şəxslərin müvafiq təsnifat vəzifələr üzrə dövlət qulluqçularına aid hüquq və təminatlardan istifadə etmək, vəzifələri yerinə yetirmək məqsədi ilə hazırlanıb.

    Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

  • Audiovizual Şura bir şirkətin lisenziyasını ləğv etdi

    Azərbaycan Respublikası Audiovizual Şurasının 21 noyabr 2023-cü il tarixdə keçirilən iclasında yeni lisenziyaların alınması üçün müraciətlər müzakirə olunub. Şuranın hüquq xidməti tərəfindən oktyabr-noyabr ayları ərzində lisenziya alınması məqsədilə daxil olan müraciətlər və sənəd topluları araşdırılıb, daha sonra Şura üzvlərinin müzakirəsinə təqdim olunub.

    Audiovizual Şuradan verilən məlumata görə, şuranın müvafiq qərarları ilə “Sweet TV Group AZ” MMC-yə (operatorun xidmət adı “Sweet TV”) və “Konnekt” QSC-yə (operatorun xidmət adı “NNTV”) universal platforma operatoru lisenziyaları, “Konnekt” QSC-yə (provayderin xidmət adı: “NNTV Kinoteatr”) sifarişli yayım xidməti provayderi lisenziyası, “Şou Plus Media” MMC-yə (televiziya redaksiyasının adı: “Show Plus TV”) peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib.

    İclasda xarici televiziya kanallarının retranslyasiya xidmətini həyata keçirmiş və hazırda fəaliyyət göstərməyən “Startelecom” MMC-nin lisenziyasının ləğv edilməsi məqsədilə şuraya müraciəti müzakirə olunub, müvafiq qərarla “Startelecom” MMC-yə Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli, UPO-022 qeydiyyat nömrəli lisenziya ləğv edilib.

  • Azərbaycanda zəlzələ olub

    Xaçmazda zəlzələ olub.

    Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, bu gün yerli vaxtla saat 15:33-də Quba stansiyasından 28 kilometr şimal-şərqdə Xaçmaz rayonunda 3,1 bal gücündə zəlzələ qeydə alınıb.

    Qeyd edək ki, zəlzələ hiss olunmayıb.

  • UEFA Azərbaycanın iki klubuna ödəniş edib

    UEFA Azərbaycanın iki klubuna ödəniş edib.

    Bu barədə AFFA məlumat yayıb.

    Bildirilib ki, “Qarabağ” və “Qəbələ” (Gənclər Liqası) Avropa futbol qurumunun bayrağı altında keçirilən turnirlərə qatıldıqları üçün müvafiq olaraq 403 600 və 25 500 avro maliyyə vəsaitləri alıblar.

    Məbləğ AFFA-nın vasitəsilə ilə klubların büdcəsinə köçürülüb.

  • Армянская сторона направила официальному Баку новый проект мирного договора

    Армения направила Азербайджану шестой вариант проекта мирного соглашения, заявили в МИД страны.

    “Вслед за публичным заявлением премьер-министра Армении Никола Пашиняна от 18 ноября об активизации дипломатических усилий для достижения подписания мирного договора с Азербайджаном, армянская сторона представила азербайджанской шестое предложение соглашения”, – говорится в сообщении МИД в соцсети Х.

    Отмечается, что Армения по-прежнему привержена заключению и подписанию документа о нормализации отношений на основе ранее объявленных принципов.