Month: November 2023

  • Bakıda küçədə kişi meyiti tapılıb

    Bakıda küçədə kişi meyiti tapılıb.

    APA xəbər verir ki, meyit Nərimanov rayonu, Ş.Əzizbəyov küçəsində aşkarlanıb.

    Araşdırmalar zamanı meyiti tapılan şəxsin 1974-cü il təvəllüdlü Elşən Musa oğlu Hüseynov olduğu üzə çıxıb.

    Meyitə keçirilən baxış zamanı onun bədənində hər hansı xəsarət aşkarlanmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda avtomobilin vurduğu piyada ölüb

    Bakıda avtomobilin vurduğu piyada ölüb.

    “Report” xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Mərdəkan qəsəbəsi qarşısında baş verib.

    Belə ki, “Qaranquş” sanatoriyasının qarşısında sürücü 1999-cu il təvəllüdlü İbrahim Həsənov idarə etdiyi VAZ-2107 markalı, 77-CJ-397 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən piyada 1956-cı il təvəllüdlü Cəfər Hüseynovu vurub. Nəticədə sonuncu noyabrın 20-də almış olduğu xəsarətlərdən müalicə aldığı xəstəxanada ölüb.

    Faktla bağlı istintaq aparılır.

  • Минобороны в течение 15 дней представит правительству свои предложения по зарплатам военнослужащим

    Министерство обороны Азербайджанской Республики (АР) в течение 15 дней представит в Кабинет министров предложения о размере должностных окладов (заработных плат) военнослужащих.

    Соответствующее распоряжение об обеспечении исполнения указа Президента “О повышении должностных окладов военнослужащих Сил специального назначения Министерства обороны АР” №2342 от 7 ноября 2023 года подписал премьер-министр Али Асадов.

    Приказом Минобороны по согласованию с Министерством юстиции, Министерством финансов, Министерством труда и социальной защиты населения в 15-дневный срок должно представить в Кабмин предложения о размере должностных окладов военнослужащих, верхнем пределе суммы предполагаемого коэффициента повышения, перечне должностей и размере должностных окладов военнослужащих по этим должностям.

  • Müdafiə Nazirliyi 15 gün müddətində hərbçilərin maaşları ilə bağlı təkliflərini hökumətə təqdim edəcək

    Müdafiə Nazirliyi 15 gün müddətində hərbi qulluqçuların vəzifə maaşlarının məbləği barədə təkliflərini Nazirlər Kabinetinə təqdim edəcək.

    Bununla bağlı Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 7 noyabr tarixli 2342 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.

    Sərəncamla Müdafiə Nazirliyi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla, on beş gün müddətində hərbi qulluqçuların vəzifə maaşlarının məbləği, nəzərdə tutulan artım əmsalının məbləğinin yuxarı həddi, vəzifələrin siyahısı və həmin vəzifələr üzrə hərbi qulluqçuların vəzifə maaşlarının məbləği barədə təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

  • Азербайджанский боксер: На ринге думал только о победе

    После окончания жеребьевки предполагал, что в финале моим соперником будет армянский спортсмен.

    Об этом Report заявил победитель чемпионата Европы среди боксеров до 22 лет в черногорской Будве Ниджат Гусейнов (51 кг).

    Лидер нашей команды, встретившийся в финале с армянским спортсменом Рудольфом Гарбояном, не оставил сопернику ни единого шанса. Н.Гусейнов, завершивший все три раунда в свою пользу, уверенно победил со счетом 5:0 (29:28, 30:27, 29:28, 30:27, 30:27).

    “До встречи с армянским боксером я психологически готовился к этому поединку. На ринге думал только о победе. Рад, что добился ее”, – поделился он.

    Отметим, что сборная Азербайджана завершила чемпионат Европы с пятью медалями, завоевав одну золотую, одну серебряную и три бронзовые награды.

  • Erməni idmançıya qalib gələn boksçumuz: “Rinqdə yalnız qələbə qazanmağı düşünürdüm”

    “Püşkdən sonra yarımqruplara baxanda finalda erməni idmançı ilə qarşılaşacağımı təxmin edirdim”.

    “Report” xəbər verir ki, bu sözləri Monteneqronun Budva şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olan Nicat Hüseynov (51 kiloqram) jurnalistlərə açıqlamasında deyib.

    Finalda ermənistanlı Rudolf Qarboyanı 5:0 hesabı ilə məğlub edən boksçumuz həlledici görüşə rahat çıxdığını söyləyib:

    “Dörd döyüş keçirdim. Erməni idmançı ilə qarşılaşmamışdan öncə özümü psixoloji cəhətdən bu görüşə hazırlamışdım. Rinqdə yalnız qələbə qazanmağı düşünürdüm və bu səbəbdən də ona asanlıqla qalib gəldim. Sevinirəm ki, buna nail oldum”.

    İkiqat qitə çempionu bu qalibiyyətə görə baş məşqçilərinə və federasiya rəhbərliyinə öz təşəkkürünü bildirib.

    Qeyd edək, Azərbaycan yığması Avropa çempionatını beş medalla başa vurub. Milli komanda bir qızıl, bir gümüş və üç bürünc mükafata yiyələnib.

  • Азербайджанская нефть подорожала

    Азербайджанская нефть марки Azeri Light подорожала.

    Ее стоимость на мировом рынке повысилась на 3,19 доллара (3,81%) и составила 86,86 доллара за баррель.

    Напомним, минимальная цена на Azeri LT CIF была зафиксирована 21 апреля 2020 года (15,81 доллара за баррель), максимальная – в июле 2008-го (149,66 доллара за баррель).

  • Azərbaycan neftinin qiyməti artıb

    Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

    Azərbaycan neftinin bir barelinin qiyməti 3,19 ABŞ dolları, yaxud 3,81% artaraq 86,86 ABŞ dolları təşkil edib.

    Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 ABŞ dolları olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 ABŞ dollarına satılıb.

  • Президент Казахстана посетит Азербайджан

    Президент Казахстана Касым-Жомарт Токаев 24 ноября посетит Азербайджан.

    Об этом сообщает пресс-служба главы Республики Казахстан.

    “23 ноября 2023 года Президент Казахстана Касым-Жомарт Токаев примет участие в сессии Совета коллективной безопасности ОДКБ, которая состоится в Минске 24 ноября 2023 года. Глава государства посетит Баку с рабочим визитом для участия в саммите Специальной программы ООН для экономик стран Центральной Азии (СПЕКА)”, – говорится в сообщении.

  • Qazaxıstan prezidenti Bakıya səfərə gəlir

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev noyabrın 24-də Azərbaycana səfərə gələcək.

    Bu barədə Qazaxıstan prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    Məlumata görə, Qazaxıstan dövlət başçısı BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçiriləcək sammitində iştirak edəcək.

    Məlumat üçün əlavə edək ki, Bakıda noyabr ayının 20-dən 24-dək BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqram (SPECA) Günləri keçirilir.

    Tədbir Avropa və Çin arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda yeni çağırışlar qarşısında nəqliyyat əlaqələrinin rolunun artırılmasına həsr olunub.

    Qeyd edək ki, hazırda SPECA-nın iştirakçı dövlətləri Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır.