Month: November 2023

  • Abşeronda sərxoş gənc küçədə maşını qaçıraraq qəza törətdi

    Abşeron Rayon Məhkəməsində avtomobil qaçırmaqda təqsirləndirilən Rafiq Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Pravda.az xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri xitam olunub.

    İttihama görə, hadisə 8 avqust 2023-cü il tarixdə, saat 18 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində qeydə alınıb.

    Belə ki, rayon sakini, 2002-ci il təvəllüdlü Rafiq Əsədov sərxoş vəziyyətdə zərərçəkmiş Tahir Məmmədova (şərti) məxsus evin qarşısında saxlanılmış sonuncunun etibarnamə əsasında idarə etdiyi VAZ-21063 markalı avtomobilinin qapısının açıq və açarının maşının saxlanc yerində olduğunu görüb. O, bundan istifadə edib sükan arxasına əyləşib, nəqliyyat vasitəsini sürərək qaçırıb. Daha sonra Rafiq həmin maşını Mehdiabad-Pirşağı yolu ilə idarə edərkən müxtəlif maneələrə vurub. Nəticədə zərərçəkmiş Tahir Məmmədova 500 manat dəyərində ziyan dəyib.

    Hadisədən sonra Rafiq Əsədov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) maddəsi ilə ittiham irəli sürülüb.

  • Ильхам Алиев: Азербайджан поддерживает народы, которые ведут борьбу с колониализмом и стремятся к освобождению

    Азербайджан, как председатель Движения неприсоединения, поддерживает народы, которые ведут борьбу с колониализмом и стремятся к освобождению.

    Как сообщает АЗЕРТАДЖ, об этом говорится в обращении Президента Азербайджана Ильхама Алиева к участникам проходящей 21 ноября в Баку международной конференции на тему “Деколонизация: Усиление женщин и развитие”.

    “Ваше участие в проведенных в Баку 6 июля и 20 октября 2023 года в рамках председательства Азербайджана в Движении неприсоединения министерских заседаниях, а также в мероприятии в штаб-квартире Генеральной ассамблеи ООН в Нью-Йорке 22 сентября текущего года и сегодня вновь в Баку в мероприятии, посвященном борьбе с колониализмом, его последствиями и неоколониализмом, представляющей особую актуальность для человечества, является наглядным свидетельством поддержки, оказываемой Азербайджаном в качестве председателя Движения неприсоединения этому вопросу”.

  • Prezident: “Azərbaycan kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəkləyir”

    “Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kolonializmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəkləyir”.

    AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Bakıda keçirilən “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.

    Müraciətdə, həmçinin qeyd edilib:

    “Sizin 2023-cü ilin 6 iyul və 20 oktyabrında Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Bakıda keçirilən Nazirlər Toplantısı zamanı, həmçinin cari ilin 22 sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasının qərargahında, bu gün isə yenidən Bakıda bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edən kolonializm, onun fəsadları və neokolonializmlə mübarizəyə həsr olunmuş tədbirdə iştirakınız Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi bu məsələyə göstərdiyi dəstəyinin əyani göstəricisidir”.

  • Azərbaycanda su ilə bağlı HƏYƏCAN TƏBİLİ

    2040-cı ilədək Azərbaycan ən çox su problemi olan 33 həssas ölkə arasında 18-ci yerdə qərarlaşacaq. 2025-ci ilədək isə Azərbaycanın adambaşına ən aşağı təminatlı su ehtiyatlarına malik 13 ölkə arasında qərarlaşacağı proqnoz edilir.

    Bu barədə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun birgə hazırladığı “Azərbaycanda DİM-in Maliyyələşdirilməsi” ilə bağlı dərc olunan hesabatında bildirilib.

    Hesabatda, Azərbaycanda su təminatı və kanalizasiya sisteminin köhnəlmiş, səmərəsiz vəziyyətdə olduğu qeyd olunub.

    Həmçinin, ölkədə su paylayıcı sistemlərin köhnə olması ilə əlaqədar, təxminən 50 faizədək su son təyinat nöqtəsində itir.

    Bundan başqa, çirkab suların təmizlənməsində dairəvi təsərrüfat fəaliyyəti üçün böyük potensialın olduğu vurğulanıb.

    Qeyd olunub ki, səmərəliliyi artırmaq üçün təmizlənmiş tullantı sularından kənd təsərrüfatı, enerji istehsalı, müxtəlif sənaye fəaliyyətlərində istifadə etmək olar.

  • Президент: Франция нарушает стабильность не только в своих бывших и нынешних колониях, но и на Южном Кавказе

    Франция нарушает стабильность не только в своих бывших и нынешних колониях, но в то же время и в нашем регионе – на Южном Кавказе, где поддерживает сепаратистские тенденции и сепаратистов.

    Как сообщает АЗЕРТАДЖ, об этом говорится в обращении Президента Азербайджана Ильхама Алиева к участникам международной конференции на тему “Деколонизация: Усиление женщин и развитие”.

    “Франция проводит милитаристскую политику, вооружая Армению, поощряет реваншистские силы в Армении, готовит почву для развязывания новых войн в нашем регионе. В то же время Франция злоупотребляет своим статусом постоянного члена Совета безопасности ООН для проведения своей предвзятой, необъективной политики, занимается геополитическими интригами в различных регионах, пытается использовать западные организации в качестве средства давления против государств”, – отметил глава государства.

  • Prezident İlham Əliyev: “Fransa təkcə öz müstəmləkələrində deyil, Cənubi Qafqazda da sabitliyi pozur”

    “Fransa təkcə keçmiş və indiki müstəmləkələrində deyil, eyni zamanda, bizim regionumuzda – Cənubi Qafqazda sabitliyi pozur, separatizm meyllərini və separatçıları dəstəkləyir”.

    AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Bakıda keçirilən “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirib.

    Dövlətimizin başçısı bildirib:

    “(Fransa – red.) Ermənistanı silahlandırmaqla militarist siyasət həyata keçirir, revanşist qüvvələri təşviq edir, regionumuzda yeni müharibələrin başlaması üçün zəmin hazırlayır. Eyni zamanda, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusundan öz qərəzli, qeyri-obyektiv siyasətini yürütmək üçün sui-istifadə edir, müxtəlif regionlarda geosiyasi intriqalarla məşğul olur, Qərb təşkilatlarından digər dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhdlər göstərir”.

  • Ильхам Алиев: Несмотря на прошествие столетий, новые постыдные методы французского колониализма продолжаются

    Несмотря на то, что прошли столетия, новые постыдные методы французского колониализма продолжаются и сегодня, поскольку политика и образ мышления не изменились.

    Как сообщает АЗЕРТАДЖ, об этом говорится в обращении Президента Азербайджана Ильхама Алиева к участникам проходящей 21 ноября в Баку международной конференции на тему “Деколонизация: Усиление женщин и развитие”.

    Особо подчеркнув в обращении, что собравшиеся на эту конференцию народы заморских территорий годами ведут борьбу за независимость, глава государства отметил: “Франция, которая не может отказаться от своей колониальной политики, не уважает стремление к свободе и права народов, проживающих за пределами Европы, в заморских общинах и на территориях в Тихом, Индийском и Атлантическом океанах, и прилагает все усилия, чтобы помешать реализации этих устремлений. Она также продолжает грубо вмешиваться во внутренние дела бывших колоний на Африканском континенте, препятствует достижению здесь стабильности. Мнения политиков из заморских регионов о французском колониализме вызывают ужас”.

  • Prezident: “Əsrlər keçsə də, Fransa kolonializminin utancverici yeni metodları bu gün də davam etməkdədir”

    “Əsrlər keçsə də, siyasət və təfəkkür dəyişmədiyi üçün Fransa kolonializminin utancverici yeni metodları bu gün də davam etməkdədir”.

    AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Bakıda keçirilən “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində əksini tapıb.

    Müraciətdə bu konfransda təmsil olunan dənizaşırı ərazilərin xalqlarının uzun illərdir müstəqillik uğrunda mübarizə apardıqlarını xüsusi vurğulayan Prezident İlham Əliyev qeyd edib:

    “Kolonializm tarixindən əl çəkə bilməyən Fransa Avropadan kənarda, Sakit, Hind və Atlantik okeanlarında dənizaşırı icma və ərazilərdə yaşayan xalqların azadlıq arzularına və hüquqlarına hörmət etmir, bu arzuların reallaşmasının qarşısının alınması üçün hər vəchlə çalışır. Həmçinin, Afrika qitəsindəki keçmiş müstəmləkələrinin daxili işlərinə kobud müdaxilələr etməkdə davam edir, burada sabitliyin əldə edilməsinə mane olur. Fransa kolonializmi barədə dənizaşırı regionlardan olan siyasətçilərin səsləndirdiyi fikirlər dəhşət doğurur”.

  • FHN dəm qazı ilə əlaqədar əhaliyə müraciət edib

    Havaların soyuması dəm qazı təhlükəsinin aktuallığını daha da artırır. Belə ki, təbii qaza olan tələbatın artdığı mövsümdə qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi ciddi fəsadlara gətirib çıxarır.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) apardığı kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, hələ də dəm qazı təhlükəsinin törətdiyi faciəli hallar baş verir.

    Bu barədə FHN məlumat yayıb.

    Yuxarıdakıları nəzərə alaraq, FHN dəm qazı təhlükəsi ilə üzləşməmək üçün aşağıda göstərilən təhlükəsizlik qaydalarına əməl olunmasının zəruriliyini bir daha xatırladır:

    • qaz cihazı saz və standartlara uyğun olmalı;

    • cihaz olan məkanın hündürlüyü iki metr 20 santimetrdən az olmamalı;

    • havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı;

    • hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı;

    • tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

    Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!

    Dəm qazından zəhərlənmənin əlamətləri: baş ağrısı, baş gicəllənməsi, ürək bulanması, halsızlıq.

    Dəm qazından zəhərlənmə baş verdikdə dərhal zərərçəkmişi təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!

    Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

    Təhlükə zamanı 112-yə zəng edin!

  • Президент: Большинство кровавых преступлений в колониальной истории человечества совершила именно Франция

    Большинство кровавых преступлений в колониальной истории человечества совершила именно Франция. Франция, оккупировавшая десятки стран Африки, Юго-Восточной Азии, в регионе Тихого, Атлантического и Индийского океанов, Латинской Америке, грабившая их богатства и на протяжении многих лет порабощавшая их народы, совершила на этих территориях многочисленные военные преступления и преступления против человечности, французские Вооруженные силы подвергли геноциду сотни тысяч мирных жителей из-за их этнической и религиозной принадлежности.

    Как сообщает АЗЕРТАДЖ, об этом говорится в обращении Президента Азербайджана Ильхама Алиева к участникам проходящей 21 ноября в Баку международной конференции на тему “Деколонизация: Усиление женщин и развитие”.

    Отметив в обращении, что Франция активно занималась работорговлей, которая является одной из самых позорных страниц человечества, миллионы африканцев стали жертвами французской рабовладельческой политики, Президент Ильхам Алиев подчеркнул: “Я, как председатель Движения неприсоединения, неоднократно перечислял на конкретных фактах многочисленные преступления против человечности и зверства, совершенные Францией в оккупированных ею странах. Несколько миллионов невинных людей, в том числе женщины и дети были убиты Францией в Алжире, Марокко, Тунисе, Мали, Джибути, Нигерии, Чаде, Сенегале, Бенине, Кот-д’Ивуаре, Центральноафриканской Республике, Габоне, Того, Камеруне, Вьетнаме, Союзе Коморских островов, Гаити и других странах. Франция также несет большую ответственность за убийство более 800 000 членов племени тутси в Руанде в 1994 году”.