Month: November 2023

  • Bazarda kartof bolluğu var: Yerli məhsul gəlmədən bahadır – VİDEO

    Paytaxt bazarlarında hazırda kartof məhsulu bolluğuna görə digərlərindən fərqlənir. Yerli kartofun qiyməti nisbətən bahadır. Bu baxımdan da ölkəyə kartof idxalının həcminin çoxalacağı gözlənilir. Artıq indidən bazarlarda Belarus və İran məhsullarının satışı başlayıb.

    Ekspertlər qeyd edirlər ki, hazırda məhsuldarlığın artırılması ən prioritet istiqamətlərdən biridir.

    Xezerxeber.az-ın məlumatına görə, bazarlarda məhsul bol, qiymət isə fərqlidir. Kartofun kiloqramı 60 qəpik – 1 manat 20 qəpik arasında dəyişir.

    Amma alıcıların bəzisi marketdə məhsulun daha ucuz olmasını qeyd edir, digəri çeşidlənmənin keyfiyyətindən, bir qismi də qiymətdən narazılıq edir.

    Satıcılar isə kartofun ucuz olduğunu, bölgələrdə bu il məhsulun daha bol olduğunu deyirlər.

    Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında 31 milyon dollarlıq 71 min ton kartof ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından dörd milyon dollar azdır.

    İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, Azərbaycanda ixracın son dönəmlər azalması təkcə bu ilin doqquz ayında deyil, eyni tendensiya ilin altı ayında və ötən il də müşahidə edilib.

    Ekspert qeyd edib ki, hazırda məhsuldarlığın artırılması ən prioritet istiqamətlərdən biridir. Onun sözlərinə görə, bazar tələb-təkliflə nizamlanır. Yəni, daxildə istehsal azalan zaman xaricdən idxal artır və ixracat düşür.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Армянская блогерша хочет получить гражданство Азербайджана – ВИДЕО

    Армянская блогерша Натали Алексанян сделала в соцсетях ряд смелых заявлений, когда армянские жители Карабаха стали покидать территорию Азербайджана. Она винит ранее ликвидированный незаконный режим во всем, что произошло, и утверждает, что готова жить в Азербайджане.

    İTV Xəbər-Yekun установил контакт с Н.Алексанян и задал ей ряд вопросов.

    “На протяжении десятилетий армяно-азербайджанский конфликт был причиной гибели множества людей. Погибли и азербайджанцы, и армяне. После 44-дневной войны весь мир признал Карабах территорией Азербайджана. Поэтому я считаю, что вражда между двумя народами бесполезна. После этого я взяла данное бремя на свои плечи. Потому что понимаю, что эту вражду можно прекратить только мирным путем. Таких людей в Армении немало, но, к сожалению, они боятся говорить о мире”, – отметила она.

    Напомнив Н.Алексанян, что в своем последнем заявлении она высказывала желание получить азербайджанское гражданство, ведущая спросила блогера, обращалась ли она с этой целью к официальному Баку.

    Подробнее – в сюжете:

  • Erməni bloqer Azərbaycan vətəndaşlığı almaq istəyir – VİDEO

    Erməni bloqer Natali Aleksanyan Qarabağ erməniləri Azərbaycanı tərk edəndə sosial şəbəkədə cəsarətli çıxışlar edirdi. İndiyədək yaşanılan hər şeyə görə Qarabağdakı xuntanı günahlandırır, Azərbaycana köçməyə və yaşamağa hazır olduğunu deyirdi.

    “İTV Xəbər Yekun” erməni bloqerlə əlaqə yaradıb, vaxtilə səsləndirdiyi fikirlərə toxunub, ona bəzi suallar ünvanlayıb.

    “Onilliklər ərzində Ermənistan Azərbaycan münaqişəsi çox sayda insanın ölümünə səbəb oldu. Həm azərbaycanlılar, həm də ermənilər həyatlarını itirdilər. 44 günlük müharibədən sonra bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıdı. Buna görə də düşünürəm ki, iki xalq arasında düşmənçilik əbəs imiş. Bundan sonra öz çiyinlərimə bu yükü götürdüm. Çünki başa düşdüm ki, bu düşmənçiliyə yalnız sülh yolu ilə son qoyula bilər. Belə insanlar Ermənistanda az deyil. Lakin təəssüf ki, onlar sülhdən danışmağa qorxurlar”, – deyə N.Aleksanyan bildirib.

    N.Aleksanyana son açıqlamasında Azərbaycan vətəndaşlığı almaq istəməsi barədə fikirlər səsləndirdiyini xatırladan aparıcı ondan bu məqsədlə rəsmi Bakıya müraciət edib-etmədiyini soruşub.

    Ətraflı süjetdə:

  • Sumqayıtdakı binada əlillər üçün pandus yoxdur – VİDEO

    Sumqayıtda 1-ci qrup əlilliyi olan şəxs yaşadığı binadan həyətə düşməkdə çətinlik çəkir.

    Xezerxeber.az-ın məlumatına görə, söhbət Sumqayıt şəhər 12-ci mikrorayon, bina 738 B-dən gedir.

    Pilləkənlərdə pandusun olmaması ona çətin anlar yaşadır.

    Keçmiş məcburi köçkünlər üçün salınmış yaşayış kompleksinin bu binasında yaşayan 20 yaşlı 1-ci qrup əlilliyi olan Elşən Eyvazlı beş ildir pilləkənlərdən düşüb-qalxan zaman əziyyət çəkir.

    Elşənin nənəsi Nazlı Məhiyə aidiyyəti qurumlara müraciət etdiyini, lakin bunun heç bir nəticə vermədiyini iddia edir.

    Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində məcburi köçkün qəsəbəsində yerləşən binaların bir neçəsində panduslar quraşdırılıb. Proses Dövlət Komitəsinə müraciət əsasında həyata keçirilir.

    Panduslar mümkün olan yerlərdə yalnız Dövlət Komitəsinin Fövqəladə Hallar Nazirliyinə müraciəti nəticəsində, razılıq olduğu təqdirdə quraşdırılır.

    Adıçəkilən ünvanda pandusun quraşdırılması ilə bağlı müraciətə müvafiq sənədləşmə işlərindən sonra qanunauyğun formada baxılacaq.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • ÜST bəşəriyyət üçün qlobal problemi açıqladı

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tənhalığı bəşəriyyət üçün qlobal problem adlandırıb.

    Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, tənhalıq gündə 15 siqaret istehlakı ilə müqayisə oluna biləcək dərəcədə insan sağlamlığına mənfi təsir göstərir. Hətta piylənmə və oturaq həyat tərzi tənhalıq qədər təhlükəli deyil. Bu problem xüsusilə koronavirus pandemiyasının başlamasından sonra daha qabarıq şəkildə özünü büruzə verib.

    Tənhalıq xüsusilə yaşlı insanlar üçün təhlükəlidir. O, demensiyanın inkişaf riskini 50 faiz, ürəyin işemik xəstəliyi riskini isə 30 faiz artırır.

    Eyni zamanda, ÜST ekspertləri hesab edirlər ki, yer kürəsinin hər dörd ahıl yaşlı sakinindən biri tənhalıqdan əziyyət çəkir.

    Mənbə: The Guardian

  • В Азербайджане завершаются осенние каникулы школьников

    20 ноября – последний день осенних каникул в общеобразовательных учреждениях Азербайджана.

    Как сообщает Report, осенние каникулы распространяются и на дошкольные подготовительные группы общеобразовательных учебных заведений.

    Отметим, что сроки осенних каникул были определены в соответствии с требованиями постановления №66 Кабинета министров от 24 февраля 2020 года “Об утверждении продолжительности учебного года в общеобразовательных учебных заведениях”.

  • Məktəblilərin payız tətili başa çatır

    Noyabrın 20-də ümumi təhsil müəssisələrində beşgünlük payız tətilinin son günüdür.

    “Report” xəbər verir ki, payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

    Xatırladaq ki, payız tətili Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.

  • “Real” millidə zədələnən futbolçulara görə FIFA və UEFA-nı günahlandırıb

    “Real Madrid” klubu Vinisius Junior (Braziliya) və Eduardo Kamavinqanın (Fransa) milli komandalarının düşərgələrində zədələnərək geri qayıtmalarını etirazla qarşılayıb.

    “Kral klubu” buna görə La Liqa rəhbərliyini, İspaniya Futbol Federasiyasını, xüsusən də FIFA və UEFA-nı günahlandırıb.

    Madrid təmsilçilərinin fikrincə, təqvimin həddən artıq yüklənməsi oyunçuların zədələnməsinə səbəb olur.

    Məlumat üçün əlavə edək ki, Braziliya millisinin cinah oyunçusu Vinisius Junior DÇ-2026-nın seçmə mərhələsində Kolumbiya ilə son matçda (2:1) zədə alıb. O, fevral ayına qədər yaşıl meydanlardan kənarda qalacaq. E.Kamavinqa isə Fransa millisinin məşqində zədələnib və təxminən 8-10 həftə meydana çıxa bilməyəcək.

    Mənbə: Championat

  • İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Bakıda rəsmi qarşılanma mərasimi olub

    Azərbaycan Respublikasına rəsmi səfərə gələn İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin noyabrın 20-də rəsmi qarşılanma mərasimi olub.

    AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İraq Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidi qarşılayıb.

    Fəxri qarovul dəstəsinin rəisi İraq Prezidentinə raport verib.

    Prezident Əbdüllətif Camal Rəşid Azərbaycan əsgərlərini salamlayıb.

    Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

    İraq Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

    Azərbaycan nümayəndə heyəti İraq Prezidentinə, İraq nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

    Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İraq Prezidenti Əbdüllətif Camal Rəşidin qarşısından keçib.

    Dövlət başçıları rəsmi foto çəkdiriblər.

  • Bakının bu ünvanında söküntü başladı – Hər kvadratmetrə 4 min manat… (VİDEO)

    Paytaxtın Nərimanov rayonunda söküntü işləri aparılır. Söküntü işləri heç də bütün sakinləri qane etmir.

    Nərimanov rayonunun Ceyhun Hacıbəyli və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsindən başlayan prosesdə əsasən fəaliyyəti dayandırılan obyektlər sökülür.

    51 ailənin yaşadığı 5 mərətəbəli bina da söküntü planına daxil edilib. Əvəzində mənzil sahiblərinə kompensasiya təklif edilib.

    Həmin məbləğ bəzi vətəndaşlar tərəfindən qəbul olunsa da, əksəriyyət bununla razılaşmayıb.

    Sakinlərdən biri ARB-yə bildirib ki, bir otağa 120 min kompensasiya verilir: “Kvadratına 4 min manat düşür. 3 otağa 280 min verilməli olduğu təqdirdə 175 min təklif olunub. Bu pulla yeni tikilidə bir otaqlı mənzil almaq mümkün deyil”.