Month: November 2023

  • Odessadan taxıl daşıyan gəmi Qara dənizdə minaya düşüb

    Odessadan Liberiya bayrağı altında taxıl daşıyan “Georgia S” yük gəmisi Qara dənizdə minaya düşüb.

    Bu barədə “Ukrrudprom” nəşri mənbələrə istinadən məlumat yayıb.

    “Dörd dəniz və ticarət mənbəsi bildirib ki, buğda ilə yüklənmiş Liberiya bayraqlı “Georgia S” yükdaşıyan gəmi cümə axşamı Yujnı limanından (Ukraynanın Odessa vilayətində yerləşir – Qeyd) hərəkət edərkən açıq dənizdə minaya düşərək zədələnib”, – məlumatda vurğulanıb.

  • Rusiyanın Xalq artisti konsertində Ukrayna dilində mahnı oxudu (VİDEO)

    Ukraynada müharibə başlayandan sonra Rusiyada çıxış etməyən müğənni Tamara Qverdtsiteli Qazaxıstanda Ukrayna dilində mahnı oxuyub.

    Qaynarinfo xəbər verir ki, bu barədə “The Cream” və “You can’t say more pis” “Telegram” kanalları məlumat yayıb.

    Konsert noyabrın 17-də baş tutub. Müğənni konsertə gələn qazax və rus pərəstişkarları ilə ünsiyyət qurmaq üçün rus dilindən istifadə edib.

    “Bu gün dünyada elə bir şey baş verir ki, hər birimiz ruhumuzda öz şamımızı yandırmalıyıq. Xeyirxahlıq, sülh, insanlıq şamı”, deyə sənətçi bildirib.

    Mahnının ifası zamanı zalın mavi rəngə boyandığı, fanfarın sarı rəngə büründüyü və bununla da səhnənin Ukrayna bayrağının rənglərinə çevrildiyi deyilir.

    Qeyd edək ki, 61 yaşlı Tamara Qverdtsiteli Tiflisdə doğulub, onun Gürcüstan və Rusiya vətəndaşlığı var. Atası gürcü aristokrat ailəsindən, anası isə yəhudi qadın və Odessadan olan ravvin nəvəsidir. 12 iyun 2000-ci ildə Rusiya vətəndaşlığını qəbul edib. Tamara Qverdtsiteli 2004-cü ildə Rusiya Federasiyasının Xalq artisti fəxri adına layiq görülüb.

  • Geomaqnit qasırğası zamanı bu qidalardan uzaq durun

    Moskva Səhiyyə Departamentinin ilkin tibbi yardım üzrə baş frilanser mütəxəssisi Andrey Tyajelnikov geomaqnit qasırğası zamanı qəhvə, un və idmandan imtina etməyi tövsiyə edir.

    Qaynarinfo bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

    “Normal qan dövranını saxlamaq üçün kifayət qədər təmiz su içmək lazımdır və güclü qəhvəni bitki çayları və ya dəmləmələrlə əvəz etmək daha yaxşıdır. Stressdən və spirtli içkilərdən qaçınmaq lazımdır. Belə günlərdə avtomobil idarə edərkən daha diqqətli olmaq və ya avtomobil idarə etməkdən, eləcə də diqqəti cəmləşdirməyi tələb edən digər fəaliyyətlərdən tamamilə imtina etmək lazımdır”, deyə həkim bildirib.

    Həkim meteohəssas insanlara yaxınlaşan geomaqnit qasırğasını nəzərə alaraq cədvəllərinə yenidən baxmağı tövsiyə edib. Tərəvəz, göyərti və meyvə kimi asan həzm olunan qidalar sizə kömək edə bilər. Un və qəhvə ilə yanaşı, qızardılmış yeməklərdən də uzaq durmalısınız.

  • Tanış olduğu xanımla oteldə gecələdi, menecerin pulllarını oğurladı

    Nərimanov rayonu, Xətai prospekti 29 ünvanında yerləşən “Qorqud” oteldə menecer vəzifəsində işləyən xanımın pul qabısını oğurlayan şəxsə hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, 1992-ci ildə Bakı şəhərində anadan olmuş Cavid Qənbərov (ad-soyad şərti) tanış olduğu xanımla sözügedən otelə gedib.

    Cavid qadınla otelin 5-ci mərtəbəsində yerləşən otaqda birlikdə qalıb. O, birlikdə gecələdiyi Mehin (ad şərti) adlı qadın yatarkən otaqdan çıxıb və 5-ci mərtəbənin dəhlizində gəzərkən üzərində “depo” yazılmış qapının açıq olduğunu görüb. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra həmin otağa daxil olub və otel menecerinə məxsus əl çantasından pul qabının içərisindəki 537 manat pulu oğurlayıb.

    Məhkəmənin qərarı ilə ona 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxsin üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək vəzifəsi qoyulub.

  • Xaçmazda sənədsiz silahlar polisə təhvil verilib

    Xaçmazda 5 ədəd sənədsiz silah polisə təhvil verilib

    DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridkləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

    Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 5 ədəd müxtəlif növ tüfəng təhvil götürülüb.

    Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

  • В Мадриде тысячи испанцев протестуют из-за премьера и закона об амнистии

    Тысячи людей с испанскими флагами заполнили центр Мадрида протестуя из-за переизбрания премьер-министром страны лидера Испанской социалистической рабочей партии (PSOE) Педро Санчеса и амнистии каталонских сепаратистов.

    Об этом сообщает Median.Az со ссылкой на зарубежные СМИ.

    Митинг был созван сотней различных ассоциаций, поддерживаемых правой Народной Партией (PP), ультраправой партией Голос (Vox) и левоцентристской партией Граждане (Ciudadanos). Сотрудники полиции сообщили, что на манифестации, проходившей на одной из центральных площадей города Сибелес, приняло участие около 170 тысяч человек. Однако организаторы акции заявляют, что на улицы города вышло около миллиона человек.

    Протестующие резко высказались против PSOE, которая решила заключить соглашение с региональными сепаратистскими партиями для того, чтобы заручиться их поддержкой на прошедшем в четверг голосовании в конгрессе депутатов (нижней палате парламента). Так, участники протеста уверены, что нынешнее правительство идет на уступки каталонским сепаратистам, подвергая значительной угрозе как демократические ценности страны, так и ее конституцию.

    Во время акции протеста, проходившей под лозунгами “Не от моего имени: ни амнистии, ни самоопределения, за свободу, единство и равенство!”, “Санчес, уходи в отставку” и “Испания не продается”, был зачитан манифест, предупреждающий о “деконституционном” политическом процессе, основанном на “коррупционном” переизбрании Санчеса.

    Ключевое недовольство протестующих вызвал именно будущих закон об амнистии, который предполагает аннулирование “уголовной, административной и бухгалтерской ответственности” всех тех, кто совершил преступления, связанные с процессом отделения Каталонии, в течение последнего десятилетия, с 1 января 2012 года по 13 ноября 2023 года.

  • Madriddə minlərlə ispan baş nazir və amnistiya qanununa etiraz olaraq aksiya keçirib

    Əllərində İspaniya bayraqları olan minlərlə insan İspaniya Sosialist İşçi Partiyasının lideri Pedro Sançesin yenidən baş nazir seçilməsi və Kataloniya separatçılarına amnistiya elan edilməsinə etiraz olaraq Madridin mərkəzində aksiya keçirir.

    Bu barədə “Report” xarici KİV-ə istinadən xəbər verir.

    Polis əməkdaşları Sibeles şəhərinin mərkəzi meydanlarından birində keçirilən nümayişdə 170 minə yaxın insanın iştirak etdiyini bildiriblər. Lakin aksiyanın təşkilatçıları bir milyona yaxın insanın şəhərin küçələrinə çıxdığını iddia edirlər.

    Etirazçılar əmindirlər ki, hazırkı hökumət Kataloniya separatçılarına güzəştə gedir, həm ölkənin demokratik dəyərlərini, həm də konstitusiyasını əhəmiyyətli dərəcədə təhlükə altına qoyur.

  • Bakıda ev yanıb, xəsarət alan var

    Bakı şəhərinin Qaradağ rayonunda ev yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, ümumi sahəsi 120 m² olan ikimərtəbəli evin birinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları, bitişik, sahəsi 400 m² olan talvarın yanar konstruksiyaları 150 m² sahədə və yaxınlıqda, ümumi sahəsi 80 m² olan birmərtəbəli evin dam örtüyü 10 m² sahədə yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 40 m² sahədə və 2 ədəd plastik qapı əriyib.

    Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evlərin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Domeniko Tedesko: “Azərbaycan çox ciddi rəqibdir”

    “Azərbaycan çox ciddi rəqibdir”.

    Bunu Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Azərbaycan yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı mətbuat konfransında deyib.

    İtaliyalı mütəxəssis heyətdə bəzi dəyişikliklər olacağını gizlətməyib: “Start “11-liy”i haqda heç nə deməyəcəyəm, amma bəzi dəyişikliklər olacaq. Onu deyə bilərəm ki, yenilik istəyirik. Yeri gəlmişkən, Azərbaycan İsveç kimi güclü komandanı 3:0 hesabı ilə məğlub etdi. Unutmayaq ki, Bakıda da çətin anlar yaşamışdıq”.

    Qeyd edək ki, noyabrın 19-da Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb.
    //report

  • В Азербайджане пассажироперевозки воздушным транспортом выросли более чем на 28%

    В январе-октябре этого года в Азербайджане воздушным транспортом перевезено 2 млн 415,2 тыс. человек или на 28,3% больше пассажиров.

    Как сообщает Median.Az со ссылкой на Госкомстат, 99,9% перевозок осуществлялись государственными, а 0,1% – частными предприятиями.

    За отчетный период грузоперевозки воздушным транспортом снизились на 20,3% и составили 277,2 тыс. тонн.