Month: November 2023

  • Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma 28 %-dən çox artıb

    Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 2 milyon 415,2 min nəfər və yaxud 28,3 % çox sərnişin daşınıb.

    Median.Az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, daşımaların 99,9 %-i dövlət, 0,1 %-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

    Hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma isə 20,3 % azalaraq 277,2 min ton olub.

  • Завтра в Баку местами пройдут ливни, ветер усилится

    19 ноября в Баку и на Абшеронском полуострове местами ожидаются осадки. Ночью в некоторых частях полуострова возможны кратковременные дожди ливневого характера. К утру умеренный юго-восточный ветер усилится.

    Об этом сообщили из Национальной службы гидрометеорологии.

    Температура воздуха ночью составит 8-13°, днем-15-18° тепла. Атмосферное давление понизится с 761 до 754 мм ртутного столба. Относительная влажность воздуха составит 75-85%.

    В районах Азербайджана преимущественно без осадков. Однако вечером в некоторых местах не исключаются осадки. Ночью и утром в некоторых районах ожидается туман. Будет преобладать умеренный западный ветер.

    Температура воздуха ночью составит 7-11°, днем 15-19° тепла, в горах ночью от 3° мороза до 2° тепла, днем 4-9° тепла.

  • Sabah Bakıda bəzi yerlərdə leysan yağacaq, külək güclənəcək

    Noyabrın 19-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Mülayim cənub-şərq küləyi səhər arabir güclənəcək.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, havanın temperaturu gecə 8-13° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

    Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 7-11° isti, gündüz 15-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacaq.

  • “Berlin Pub”da adam öldürməkdə təqsirləndirilən şəxsin şikayətinə Ali Məhkəmədə baxılacaq

    “Berlin Pub”da adam öldürməkdə təqsirləndirilən Orxan Şahbazov barəsində olan hökmdən kassasiya şikayəti üzrə məhkəmə başlayır.

    İş Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

    Ali Məhkəmədə keçiriləcək proses noyabrın 22-nə təyin edilib.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Şahbazov 10 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

    Qeyd edək ki, ötən il avqustun 30-da saat 08:10-da 1980-ci il təvəllüdlü Mustafayev Vüqar İlham oğlunun aldığı xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    İstintaqla avqustun 29-da saat 21 radələrində Xətai rayonu ərazisində yerləşən “Berlin Pub” kafesində mühafizəçi işləyən 1987-ci il təvəllüdlü Şahbazov Orxan Rəhman oğlunun aralarında yaranmış mübahisə zamanı Vüqar Mustafayevi döyməklə qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirməsi və nəticədə sonuncunun xəstəxanada almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilib.

    O.Şahbazov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
    //report

  • В Стамбуле задержали разыскиваемого Интерполом главаря наркокартеля

    Объявленный в розыск Интерполом главарь международного наркокартеля задержан полицией в Стамбуле.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил глава МВД Турции Али Ерликая.

    “Разыскиваемый Интерполом глава международной наркогруппировки, гражданин Хорватии Ненад Петрак задержан в Стамбуле в районе Ускюдар в ходе проведенной операции “Картель-2”, – написал министр в соцсети “X”.

    По его словам, ОПГ, которую возглавляет Петрак, действует в девяти странах и причастна к контрабанде наркотиков из Южной Америки в Европу. На родине он наряду с контрабандой наркотиков обвиняется в убийстве.

    Телеканал TRT напоминает, что турецкая полиция в ноябре провела несколько успешных операций по борьбе с международным наркобизнесом. 2 ноября в Стамбуле были взяты под стражу главарь международной ОПГ Comanchero Хасан Айык и еще 40 человек. 9 ноября в Анкаре были задержаны 210 человек, в том числе главарь ОПГ Джамушхан Улус, занимавшейся контрабандой наркотиков из Центральной Азии. 10 ноября по подозрению в контрабанде наркотиков из Южной Америки в Европу, в совершении убийств и похищении людей турецкая полиция взяла под стражу выходца из Албании Дритана Рексхепи.

  • İnterpolun qırmızı bülletenlə axtardığı narkobaron İstanbulda saxlanılıb

    Türkiyə hüquq-mühafizə orqanları İstanbulda narkotik tacirinə qarşı “Kartel-2 operasyonu” adlı əməliyyat keçirib.

    Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

    O bildirib ki, əməliyyat nəticəsində Xorvatiyanın İnterpol xətti ilə axtarışa verdiyi və qırmızı bülletenlə axtarılan Nenad Petrak adlı narkobaron saxlanılıb.

    Onun Cənubi Amerikadan əldə etdiyi narkotiki Avropaya daşıdığı məlum olub.

    Xorvatiyanın Korrupsiyaya Qarşı Mübarizə və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Agentliyinin hesabatına görə, Nenad Petrak təxminən doqquz ölkədə bir çox insanı cinayət təşkilatına bağlayan narkotik alverçisidir.

    A.Yerlikaya narkotacirlərə qarşı mübarizənin davam edəcəyini qeyd edib.
    //report

  • Ученые обнаружили новую причину возникновения болезни Альцгеймера

    Ученые из института обучения и памяти Пикауэра при Массачусетском технологическом институте выяснили, что одной из причин развития болезни Альцгеймера может быть нарушение работы микроглии, вызванное мутацией.

    Результаты исследования опубликованы на сайте академического издания Wiley Online Library.

    Нервная система человека состоит из двух главных типов клеток — нервных клеток (нейронов) и глиальных клеток. Микроглия — это тип нейроглии (клеток глии), расположенной по всему головному и спинному мозгу. Клетки микроглии выполняют иммунную функцию — они формируют специфическое микроокружение для нейронов, которое обеспечивает условия для их выживания и работы.

    Ученые выяснили, что мутация R47H/+ в белке TREM2, который кодируется одноименным геном, связана с повреждением нейронов, потенциально возникающим из-за воспаления микроглии. Микроглия считается ключевым элементом воспалительного процесса, развивающегося в нервной ткани в ответ на воздействие вредоносных факторов и инфекций.

    Исследователи предположили, что воспаление микроглии снижает ее способность очищать головной мозг от белка бета-амилоида. Накопление этого белка внутриклеточно в пораженных нейронах считается основной причиной развития болезни Альцгеймера.

    Ученые надеются, что их открытие поспособствует разработке новых методов терапии и препаратов для лечения нейродегенеративных заболеваний.

  • Alsqeymer xəstəliyinin yaranmasının yeni səbəbi aşkarlanıb

    ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun alimləri müəyyən ediblər ki, alsqeymer xəstəliyinin inkişafının səbəblərindən biri mutasiya nəticəsində yaranan mikroqliyaların işinin nasazlığı ola bilər.

    Tədqiqatın nəticələri “Wiley Online Library” akademik nəşrinin saytında dərc olunub.

    İnsanın sinir sistemi iki əsas hüceyrə növündən – sinir hüceyrələrindən (neyronlar) və qlial hüceyrələrdən ibarətdir. Mikroqliya, baş və onurğa beyni boyunca yerləşən qliya hüceyrələri növüdür. Mikroqliya hüceyrələri immunitet funksiyasını yerinə yetirir – neyronlar üçün yaşamaq və işləmək üçün şərait yaradan xüsusi mikro mühit meydana gətirirlər.

    Alimlər müəyyən ediblər ki, eyniadlı gen tərəfindən kodlanan TREM2 zülalındakı R47H/+ mutasiyası potensial olaraq mikroqliyal iltihab nəticəsində yaranan neyron zədələnməsi ilə əlaqəlidir. Mikroqliya zərərli amillərin və infeksiyaların təsirinə cavab olaraq sinir toxumasında inkişaf edən iltihab prosesinin əsas elementi hesab olunur.

    Tədqiqatçılar güman edirlər ki, mikroqliyaların iltihabı onların beyindən amiloid beta zülalını təmizləmək qabiliyyətini azaldır. Bu zülalın təsirlənmiş neyronlarda hüceyrədaxili toplanması alsqeymer xəstəliyinin inkişafının əsas səbəbi hesab olunur.

    Alimlər ümid edirlər ki, onların kəşfi neyrodegenerativ xəstəliklərin müalicəsi üçün yeni müalicə üsulları və dərmanların hazırlanmasına töhfə verəcək.

  • Bakı-Quba yolunda avtomobil betona çırpılıb, tıxac yaranıb

    Bakı-Quba yolunda qəza hadisəsi baş verib.

    APA-nın məlumatına görə, yol-nəqliyyat hadisəsi yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

    99 BM 466 dövlət qeydiyyat nişanlı, “Opel” markalı avtomobil idarəetmədən çıxaraq beton maneələrə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitəsi deformasiya uğrayıb, ciddi ziyan dəyib.

    Qısa müddətdə Bakı-Quba Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu bağlanıb, tıxac yaranıb. Nəqliyyat vasitəsi hadisə yerindən kənarlaşdırılaraq avtomobillərin hərəkəti bərpa olunub.

    Faktla bağlı araşdırma aparılır.

  • Yeni müdafiə sənayesi naziri kollektivə təqdim olunub

    Azərbaycanın yeni müdafiə sənayesi naziri Vüqar Mustafayev kollektivə təqdim olunub.

    Bu barədə “Report”a Müdafiə Sənayesi Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Yaşar İsakov məlumat verib.

    Məlumata görə, Vüqar Mustafayevi kollektivə Azərbaycan Prezidentinin sosial iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov təqdim edib.

    Xatırladaq ki, bu gün Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev Azərbaycanın müdafiə sənayesi naziri təyin olunub.

    Qeyd edək ki, V.Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub. O, 2004 – 2008-ci illər Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası Mühəndis iqtisadiyyatı və idarəetmə – Menecment ( fərqlənmə) 2010 – 2013-cü illər Xəzər Universiteti Maliyyə və kredit ixsitsası üzrə “Biznesin idarə edilməsi” ( MBA) magistr proqramı üzrə təhsil alıb.

    2016-ci ildən etibarən beynəlxalq assosasiya olan Daxili Auditorlar İnstitutunun üzvü olmaqla yanaşı “Certified İnternal Auditor ( CİA)” – Beynəlxalq Daxili Auditor kvalifikasiyası əldə etmişdir. 2020-ci ildən beynəlxalq “İBM Data Science Specialization” – Data Elmi üzrə ixtisastlaşmış kvalifikasiyaya sahibdir.

    2009 – 2012-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit şirkətlərindən olan “Ernst & Young CIS B. V” şirkətində baş mütəxəssis olaraq çalışıb. 2012 – 2014-cü illərdə Azerfon MMC-də Daxili Audit Departamentinin Direktoru kimi faəliyyət göstərib. 2014-cü ildən etibarən PAŞA Holdinq MMC və ona aid olan Şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb: 2014-cü ildə PAŞA Holdinq MMC-də İcraçı Direktorun Müşaviri vəzifəsinə təyin olunub.

    2014-cü ildən etibarən PAŞA Sığorta ASC və PAŞA Həyat Sığorta ASC-nin Təftiş Komissiyasının Sədri olaraq fəaliyyət göstərib.

    2021-ci ildə PAŞA Holdinq MMC-nin Türkiyə Respublikasındakı Nümayəndəliyinin Rəhbəri, eyni zamanda İstanbul mərkəzli PDT və Gayrımenkul A. Ş. şirkətinin Müşahidə Şurasının Sədri olaraq təyin edilib.

    Azərbaycan Prezidentinin 15 Mart 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazrinin müavini vəzifəsinə təyin olunmuşdu.

    Ailəlidir. İki övladı var.