Month: November 2023

  • Boşanmaq istəyən arvadını bıçaqlayan şəxs məhkəmə zalında həbs edildi

    Bakı Apellyasiya Məhkəməsində ondan boşanmaq istəyən arvadını bıçaqlamaqda təqsirləndirilən 1988-ci il təvəllüdlü Heydər Nadirovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başlayıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, apellyasiya protesti təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib və Heydər Nadirova 2 il 6 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunub və o, məhkəmə iclas zalından həbs edilib.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. Ali Məhkəmənin qərarına əsasən, hökm və ya qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

    Qeyd edək ki, hadisə 2022-ci il mayın 5-də paytaxt ərazisində qeydə alınıb. Jalə Nadirova məhkəmədə bildirib ki, əri Heydərin ailəyə laqeyd yanaşması, ona qarşı təhqiredici ifadələr işlətməsi və s. səbəblərə görə birgə yaşadıqları müddətdə aralarında tez-tez mübahisələr baş verib. Qadın ərindən bıçaqlanma hadisəsindən 5 ay əvvəl ayrılıb və boşanmaq üçün məhkəməyə müraciət edib. Boşanma barədə qərar birgə qəbul olunub və bundan sonra Jalə Nadirova kirayə evə köçüb. Buna baxmayaraq, əri onun yaşadığı ünvanı tapıb və hadisə də məhz orada baş verib. Heydər həmin ünvana gələrək Jalədən ona uşaqlarını göstərməyini istəyib və başqa bir kişi ilə münasibətdə olub-olmadığını soruşub. Jalə “yox” cavabı versə də, Heydər bu sualında israr edib və Jalə bezərək münasibəti olduğunu deyib. Bundan qəzəblənən Heydər əlindəki dəmir parçası ilə Jaləyə qarın nahiyəsindən xəsarət yetirib.

  • В Сумгайыте пропала 14-летняя девочка

    В городе Сумгайыт без вести пропала девочка-подросток.

    Как сообщает Report, проживающая в 20-м квартале Алагез Гарашова (2009 г.р.) вышла из дома и больше не вернулась.

    По данному факту ведется расследование.

  • Sumqayıtda yeniyetmə qız itkin düşüb

    Sumqayıt şəhərində 14 yaşlı yeniyetmə itkin düşüb.

    “Report”un yerli bürosu məlumat verir ki, hadisə 20-ci məhəllədə qeydə alınıb.

    Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Alagöz Oktay qızı Qaraşova yaşadığı evdən çıxıb gedib və itkin düşüb.

    Faktla bağlı polisə məlumat verilib.

  • В Азербайджане в школах начались осенние каникулы

    Сегодня в общеобразовательных учреждениях Азербайджана начались осенние каникулы.

    Об этом заявило Министерство науки и образования.

    “Согласно закону об утверждении “Продолжительности учебного года в общеобразовательных учреждениях”, утвержденному постановлением Кабинета министров Азербайджанской Республики №66 от 24 февраля 2020 года, осенние каникулы в школах охватывают период с 16 по 20 ноября (5 дней)”, – говорится в сообщении ведомства.

  • Məktəblərdə payız tətili başlayıb

    Bu gündən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində payız tətili başlayıb.

    Elm və Təhsil Nazirliyindən bildirilib ki, payız tətili noyabrın 16-dan 20-dək olan dövrü əhatə edəcək.

    “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında qanuna əsasən, məktəblərdə payız tətilinin günləri 16-20 noyabr (5 gün) olmaqla əhatə edir”, – deyə nazirlik qeyd edib.

  • В Азербайджане сегодня будет проведен экзамен по приему воспитателей в детсады

    Сегодня стартует тестовый этап конкурса по приему педагогов-воспитателей на работу в дошкольные образовательные учреждения в Азербайджане.

    Как сообщили Report в Центре человеческих ресурсов Института образования, экзамен, в котором предусмотрено участие 5 038 кандидатов, будет проведен в 17 экзаменационных центрах по всей стране.

    На тестовых экзаменах каждому кандидату будет представлено 40 вопросов по теории и методике и 20 – по педагогическим и психологическим подходам. На выполнение заданий кандидатам отводится 120 минут. На этом этапе будет применяться 60-балльная система оценивания, за каждый правильный ответ будет начисляться по одному баллу, а за неправильный – вычитываться 0,25 балла.

    Кандидат должен явиться на экзамен во время и место, указанные в его “личном кабинете”. Опоздавшие не будут допущены в экзаменационный зал.

  • Bağça müəllimlərinin işə qəbulu üzrə müsabiqənin test imtahanı keçirilir

    Bu gün məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı keçiriləcək.

    Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən “Report”a bildirilib ki, ümumilikdə ölkə üzrə 17 imtahan mərkəzində təşkil olunacaq test imtahanlarına 5038 namizəd dəvət edilib.

    Test imtahanlarında hər bir namizədə məzmun və metodikaya aid 40 sual, pedaqoji və psixoloji yanaşmalara aid 20 sual təqdim edilir. Test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılır. Bu mərhələdə məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid test tapşırıqlarının hər biri bir bal olaraq hesablanacaq. Ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək. Qaydalara əsasən məzmun və metodika, həmçinin pedaqoji və psixoloji yanaşmalara aid hər səhv cavablandırılmış test tapşırığı – 0,25 bal şəklində hesablanaraq namizədin imtahan nəticəsinə təsir göstərəcək.

    Namizəd şəxsi səhifəsində qeyd olunan tarix və məkanda imtahanda iştirak etməlidir. Qeydiyyat prosesinə gecikən namizədlər imtahan binasına buraxılmayacaq.

  • Saqqızın faydaları və zərərləri

    Rusiyalı qastroenteroloq Natalya Belova saqqızın sağlamlığımıza ziyan və xeyrindən danışıb, sağlamlığa zərər vermədən saqqızı necə düzgün çeynəməyi izah edib.

    Həkim saqqız çeynəməyin özlüyündə orqanizm üçün zərərli olmadığını, lakin bir neçə nüansı nəzərə almaq lazım olduğunu bildirib.

    “Saqqız çeynənilməsi nəzarət altında olmalıdır. Çünki davamlı və intensiv çeynəmə çənə-temporal oynaqların həddən artıq dartılmasına, üz və başda ağrılara səbəb ola bilər. Bundan əlavə, şəkərli saqqızın həddindən artıq istehlakı kariyes və digər diş problemlərinə yol açır”, – qastroenteroloq vurğulayıb.

    Belova kariyes inkişaf riskini minimuma endirmək üçün şəkərsiz saqqız seçməyi məsləhət görüb.

    “Saqqızı 20-30 dəqiqədən çox olmayaraq çeynəmək, daha sonra isə çənə oynaqlarının və əzələlərin rahatlaşması üçün təxminən bir saat fasilə vermək lazımdır. Ümumiyyətlə, əgər müntəzəm saqqız çeynəmirsinizsə, çənənizə əlavə gərginlik vermirsinizsə, şaqqısın sizin üçün, demək olar ki, təhlükəsi yoxdur”, – deyə həkim əlavə edib.

    Qastroenteroloq saqqız çeynəməyin faydalarının olduğunu qeyd edib.

    “Çeynəmə hərəkəti tüpürcək istehsalını stimullaşdırmağa kömək edir ki, bu da diş ətinizi və dişlərinizi bakteriya və turşu hücumlarından təbii şəkildə qorumağa kömək edir. Bundan əlavə, saqqız çeynəmək stress və narahatlıq səviyyələrini azaltmağa, həmçinin yaddaşı və konsentrasiyanı yaxşılaşdırmağa kömək edə bilər. Lakin saqqız seçimində diqqətli olmalı və ağız sağlamlığını qorumaq üçün müntəzəm şəkildə diş həkiminə baş çəkilməlidir”, – ekspert xəbərdarlıq edib.

    Mənbə: pravda.ru

  • Həkim 40 yaşdan sonra daha effektiv arıqlamağın yollarını açıqlayıb

    “Yaşla, insanda abdominal (qarın nahiyyəsində) piylənməsi, sarkopeniya və qaraciyər disfunksiyası inkişaf edə bilər ki, bu da maddələr mübadiləsinin sürətinə və arıqlamaq qabiliyyətinə mənfi təsir göstərir”.

    Bunu rusiyalı professor, terapevt, inteqrativ və qocalma əleyhinə tibb üzrə ekspert Svetlana Kanevskaya deyib.

    Həkim 40 yaşdan sonra çəki ilə daha effektiv mübarizə aparmağın yollarını açıqlayıb.

    O, qeyd edib ki, yaşlandıqca həm kişilərdə, həm də qadınlarda tədricən piy yığılır və əzələ kütləsi azalır. Bundan əlavə, istirahət zamanı bədən daha az yandırdığı kalori yandırır. Bununla belə, Kanevskaya əminliklə bildirib ki, maddələr mübadiləsi bir neçə yolla sürətləndirilə bilər.

    “40 yaşdan yuxarı insanlarda maddələr mübadiləsi hər 10 ildən bir 5 faiz azalır”, – deyə ekspert qeyd edib.

    Əvvəla, həkim pedometer (addımçölçən) almağı və gündə ən azı 10 min addım atmaqdan başlamağı məsləhət görüb. Həmçinin 30-40 dəqiqəlik müntəzəm məşqlər də maddələr mübadiləsinə fayda verəcək, eyni zamanda, məşq zamanı çoxlu tərləmək məsləhət görülür.

    “Qidalanmanızı nəzarət etməyə başlayın. Qida rasionunuzadan şəkər, bütün trans yağlar və fastfudu çıxarın. Pəhrizinizdə kifayət qədər zülal və faydalı yağların olduğundan əmin olun. Çəkinizə uyğun miqdarda kifayət qədər maye qəbul edin. Rasionunuza daha çox lifli qidarlardan, prebiotiklər və probiyotiklər əlavə edin”, – deyə Kanevskaya bildirib.

    Professor qeyd edib ki, yetkin yaşda orqanizmin nizamlı qaydada fəaliyyət göstərməsi üçün kifayət qədər yuxuya ehtiyacı var və bunun üçün 23:00-dan tez yatmaq lazımdır.

    “Bu vacibdir, çünki melatonin hormonunun ifrazının pik həddi saat 21:00-dan 4:00-a qədər baş verir və bu zaman yatmaq lazımdır”, – deyə professor izah edib.

    Mənbə: lenta.ru

  • Alimlər 14 saatlıq aclığın sağlamlıq üçün faydalı olduğunu sübut etdilər

    London Kral Kollecinin (KCL) alimləri 14 saatlıq orucun sağlamlıq üçün faydalı olduğunu müəyyən ediblər. Belqradda keçirilən Avropa Qida Konfransında təqdim edilən araşdırmaya görə, qida qəbulunun məhdudlaşdırılması əhvali-ruhiyyəni yaxşılaşdıra, enerjini artıra və arıqlamağa kömək edə bilər.

    Fasiləli aclığın tərəfdarları adətən qida qəbulunu altısaatlıq intervalla məhdudlaşdırmağı məsləhət görürlər. Bu o deməkdir ki, əgər ilk qida qəbulu səhər doqquzda olubsa, sonuncu yemək qəbulu günorta üçdə olmalıdır. Bununla belə, yeni məlumatlar göstərir ki, sağlamlığa müsbət təsir onsaatlıq fasilə zamanı da baş verir və 18 saat deyil, yalnız 14 saat ac qalmaq olar.

    Tədqiqatda 38 min insan iştirak edib. Onlardan ilk həftə həmişəki kimi qidalanmaq, sonra isə iki həftə ərzində onsaatlıq yemək intervalına riayət etmələri tələb olunub. Vaxt məhdudiyyəti ilə qidalanan, lakin bunu hər gün etməyənlərin, rejimə müntəzəm riayət edənlərlə müqayisədə sağlamlıq baxımından daha az fayda qazandıqları müəyyən edilib. Ən çox fayda əldə edənlər təcrübədən əvvəl daha uzun qidalanma intervalı tətbiq edənlər olublar.

    Xatırladaq ki, 2023-cü ilin oktyabrında İllinoys Universitetinin (ABŞ) tədqiqatçıları müəyyən ediblər ki, fasiləli aclıq 2-ci tip diabetdən əziyyət çəkən insanlara arıqlamağa və qanda qlükoza səviyyəsinə nəzarət etməyə kömək edir.

    Mənbə: Medical Xpress