Month: November 2023

  • Индия продолжает поставлять в Армению оружие

    Индия продолжает вооружать Армению.

    Как передает Caliber.az, индийская компания Munitions India Limited (MIL) поставит в Армению 150 000 гранат калибра 30 мм и 40 мм.

    Отмечается, что MIL уже поставила в Армению 5 млн патронов калибра 7,62 мм.

    Как сообщали СМИ, ранее Индия передала Армении реактивные системы залпового огня (РСЗО) “Пинака” собственной разработки, которые впервые были проданы за границу, а также противотанковые ракеты и партию боеприпасов. Поставки оружия осуществлялись по транспортному коридору через территорию Ирана.

    Кроме того, в начале августа индийская оборонная компания Bharat Forge LTD передала Армении шесть буксируемых 155-мм гаубиц ATAGS в рамках контракта на сумму 155,5 млн долларов. Сделка предусматривает поставку в течение трех лет 90 артиллерийских орудий этого типа.

  • Hindistan Ermənistana yeni silahlar göndərəcək

    Hindistan Ermənistanı silahlandırmaqda davam edir.

    “Caliber” xəbər verir ki, bu dəfə Dehli İrəvana 30 və 40 mm çaplı 150 min qumbara tədarük edəcək.

    Məlumata görə, təchizatı “Munitions India Limited” (MIL) şirkəti həyata keçirəcək.

    Qeyd edək ki, bu şirkət artıq Ermənistana 5 milyon ədəd 7,62 mm-lik sursat tədarük edib.

  • Bakıda beşmərtəbəli binanın daşları tökülür: Təhlükəli vəziyyət yaranıb – VİDEO

    Bakıda beşmərtəbəli binada yaşayan sakinlər təhlükə ilə üz-üzədir.

    Belə ki, paytaxtın Yasamal rayonu, Akim Abbasov 7 ünvanında istismar müddətini başa vurmuş binalarda faciənin yaşanması an məsələsidir.

    Köhnə binanın daşları ovulub binanın blokuna tökülür.

    Sakinlər kiminsə başına daşın düşəcəyindən narahatdır.

    Ətraflı “ATV Xəbər”in süjetində:

  • Taksi sürücüləri təlimə məhəl qoymurlar? – VİDEO

    Azərbaycanda 70 mindən artıq taksi fəaliyyət göstərir. Bu barədə ekspertlər bildiriblər.

    Xezerxeber.az-ın məlumatına görə, buna baxmayaraq, indiyə qədər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Təlim-Tədris Mərkəzi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə məktəblərində aparılan təlimlərdən cəmi 12 min 54 sürücü keçib. Bu da ümumi taksi sayının 17 faizi deməkdir.

    Baxmayaraq ki, yanvar ayından etibarən buraxılış vərəqəsi və buraxılış kartı olmadan taksi fəaliyyəti ilə məşğul olanlar cərimələnəcəklər. Apardığımız sorğudan da aydın oldu ki, hələ də təlimlərə qatılmayan və ya qatılmaq istəməyən sürücülər var. Lakin təlimi vacib hesab edənlər də az deyil.

    AYNA-nın mətbuat katibi Tural Orucov deyir ki, buraxılış vəsiqəsi olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir.

    Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə isə 50 manat məbləğində cərimə tətbiq olunur.

    Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, taksi şirkətləri və taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər mütləq qoyulan tələblərə əməl etməlidirlər. Əks halda heç bir taksi şirkəti buraxılış kartı olmayan sürücülərə sifariş yönləndirə bilməyəcəklər. Yönləndirdikləri halda isə cərimələnəcəklər.

    Ətraflı süjetdə:

  • Saakaşvili klinikadan həbsxanaya köçürülə bilər

    Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili klinikadan yenidən həbsxanaya köçürülə bilər.

    Bu barədə ölkənin ədliyyə naziri Rati Breqadze bildirib.

    Onun sözlərinə görə, departament sabiq dövlət başçısının 2022-ci ilin may ayından müalicə aldığı klinikadan həbsxanaya qaytarılması məsələsinə baxılması üçün həkimlərin rəyini gözləyir.

    “Onun səhhəti yaxşılaşıb, biz buna sevinirik və həkimlərdən müvafiq tövsiyələr olduqda o, cəzaçəkmə müəssisəsinə köçürüləcək”, – deyə Breqadze bildirib.

    Mənbə: Gazeta.ru

  • Azərbaycan təbii qaz ixracını ARTIRIB

    Bu ilin yanvar-oktyabr ayları ərzində gömrük bəyannamələrinə əsasən, Azərbaycan 22 milyard 916 milyon 30,25 min kubmetr həcmində təbii qaz ixrac edib.

    Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

    Bildirilib ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 12 milyard 271 milyon 972,13 min ABŞ dolları təşkil edib.

    Hesabat dövrü ərzində ixrac edilən təbii qazın həcmi 2022-ci ilin ilk 10 ayındakı dövrdən 24,68% çox, dəyəri isə 16,25% azdır.

    Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 41,82% olub.

    Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 43 milyard 520 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 10 aylıq xarici ticarət dövriyyəsinin 29 milyard 346 milyon ABŞ dolları ixracın, 14 milyard 174 milyon ABŞ dolları isə idxalın payına düşüb.

  • Belçika millisi Azərbaycanla oyundan əvvəl qələbə qazanıb

    Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsindəki rəqiblərindən olan Belçika yoldaşlıq oyununda qüvvəsini sınayıb.

    “Report” xəbər verir ki, Domeniko Tedeskonun baş məşqçisi olduğu kollektiv Serbiyanı qəbul edib.

    Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə bitib – 1:0. Yeganə qolu 2-ci dəqiqədə Yannik Karrasko vurub.

    Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdə sonuncu matçını məhz Belçikaya qarşı keçirəcək. Noyabrın 19-da Brüsseldə reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Final mərhələsinə vəsiqəni əvvəlki turlarda təmin edən “qırmızı şeytanlar” hazırda F qrupunda 17 xalla liderdir. Millimiz isə 4 xalla 4-cü pillədə qərarlaşıb.

  • Mənzil Tikinti Kooperativinin sədrinin təqsirləndirilməsinə dair cinayət işinin istintaqı tamamlanıb

    “Qələbə-İnşaat” MTK-nın sədri Vasif Sarxanovun qanunsuz hərəkətləri barədə vətəndaş müraciəti əsasında Yasamal Rayon Prokurorluğunda araşdırma aparılıb.

    Bu barədə rayon prokurorluğu məlumat yayıb.

    Araşdırmalarla Vasif Sarxanovun MTK-nın direktoru vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz gəlir əldə etmək məqsədilə paytaxtın Yasamal rayonu, H.B.Zərdabi prospekti, 71A ünvanında inşa olunmuş çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən, kirayə verilməsi ona həvalə edilən və özgənin mülkiyyətində olan qeyri-yaşayış sahəsini saxta sənədlər əsasında digər şəxsə yenidən satmasına əsaslı şübhələr müəyyən edilib.

    Vasif Sarxanova Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilib.

  • Zaxarova: “İrəvan sırf siyasi səbəblərə görə Roma statutunu ratifikasiya edib”

    Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma statutunu yalnız siyasi motivlərə əsaslanaraq ratifikasiya edib.

    “Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Nyus.ru” portalının jurnalistinin sualına cavab olaraq bildirib.

    “Bütün xəbərdarlıqlara baxmayaraq, xüsusən də BCM vasitəsilə və ya BCM-dən istifadə etməklə Qərb tərəfindən ölkəmizin rəhbərliyinə və rəsmilərə qarşı həyata keçirilən bu anti-Rusiya siyasəti fonunda İrəvan sırf siyasi səbəblərdən ratifikasiya etmək (Roma statutunu – red.) qərarına gəldi”, – o deyib.

    M.Zaxarova qeyd edib ki, ikitərəfli məsləhətləşmələr zamanı Rusiya tərəfi Roma statunu ratifikasiya etmədən BCM mexanizmlərindən istifadə yolunu tutmaq təkliflərini irəli sürüb, belə təcrübə də mövcuddur. “Təəssüf ki, təklif etdiyimiz kompromis həll yollarına məhəl qoyulmadı”, – diplomat bildirib.

    XİN rəsmisi əlavə edib ki, İrəvan öz əlləri ilə yaratdığı problemlərin həllində maraqlıdırsa, o zaman Rusiya tərəfinin fikrincə, bunun  üçün Ermənistan hüquq sistemi çərçivəsində imkanlar var.

  • NATO ilə Azərbaycan arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edilib

    Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə NATO-nun Lüksemburqda yerləşən Dəstək və Təchizat Agentliyinin (NSPA) Əməliyyatlara Dəstək bölməsinin direktoru Orhan Muratlı və Etimad Fondu ofisinin rəhbəri Meray Özdemir ilə görüşüb.

    Görüşdə Azərbaycanın NSPA ilə son onilliklər ərzində uğurla həyata keçirdiyi müxtəlif etimad fondu layihələri üzrə əməkdaşlıq, həmçinin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə NSPA arasındakı tərəfdaşlıq barədə danışılıb, eləcə də minatəmizləmə sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

    Qeyd edək ki, Azərbaycan öz ərazisində Sovet İttifaqından qalan hərbi sursatın zərərsizləşdirilməsi məqsədilə NATO ilə birlikdə 2006-2008-ci illərdə Melanj (vaxtı keçmiş, yüksək zəhərli raket yanacağı olan melanjın zərərsizləşdirilməsi), 2005-2011-ci illərdə Saloğlu (Ağstafa rayonunun Saloğlu ərazisində partlamamış hərbi sursatların (PHS) təmizlənməsi) və 2012-2018-ci illərdə Ceyrançöl (Ceyrançöl ərazisində mina və PHS-lərin təmizlənməsi) layihələrini uğurla həyata keçirib.
    //report