Month: November 2023

  • Захарова: Россия выступает за полное разблокирование коммуникаций на Южном Кавказе

    Россия выступает не только за создание конкретного маршрута, но и за полное разблокирование экономических и транспортных коммуникаций на Южном Кавказе.

    Об этом заявила на брифинге официальный представитель Министерства иностранных дел России Мария Захарова.

    “Выступаем за то, чтобы это происходило в транспарентных, взаимовыгодных условиях. Это не только слова, это работа”, – сказала Захарова.

    Она отметила, что именно такая работа в интересах как Армении, так и Азербайджана, так и их соседей ведется в рамках трехсторонней рабочей группы под совместным председательством вице-премьеров.

    По ее словам, процесс разблокирования коммуникаций, запущенный лидерами трех стран в январе 2021 года, до сих пор так и не доведен до конца.

    “Но опять армянскому руководству что-то помешало финализировать договоренности на бумаге. Мы знаем что помешало – это “добрые” советы западных друзей нынешнего руководства Армении”, – добавила официальный представитель МИД РФ.

  • Zaxarova: “Rusiya Cənubi Qafqazda kommunikasiyaların tamamilə açılmasının tərəfdarıdır”

    “Biz yalnız konkret marşrutun yaradılmasının deyil, Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tamamilə blokdan çıxarılmasının tərəfdarıyıq”.

    Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün keçirdiyi brifinq zamanı çıxışında bildirib.

    “Biz bunun şəffaf, qarşılıqlı faydalı şəraitdə baş verməsinin tərəfdarıyıq. Bu, sadəcə söz deyil, işdir”, – Zaxarova deyib.

    XİN sözçüsü qeyd edib ki, baş nazir müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupu çərçivəsində həm Ermənistan, həm Azərbaycanın, həm də onların qonşularının maraqlarına uyğun olaraq məhz bu cür iş aparılır.

    Onun sözlərinə görə, üç ölkə liderinin 2021-ci ilin yanvarında başlatdığı kommunikasiyaların blokdan çıxarılması prosesi hələ də başa çatmayıb.

    “Ermənistan rəhbərliyinə müqavilələri kağız üzərində yekunlaşdırmağa nəyin mane olduğunu çox yaxşı bilirik. Bu, Ermənistanın hazırkı rəhbərliyinin qərbli dostlarının məsləhətidir”, – Zaxarova əlavə edib.
    //report

  • Azərbaycanda daha 10 nəqliyyat vasitəsi özəlləşdirilib

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda Rusiya istehsalı olan 10 nəqliyyat vasitəsi satılıb.

    Özəlləşdirilmiş nəqliyyat vasitələrinin siyahısı və yekun satış qiyməti ilə https://clck.ru/36c5uP linki vasitəsilə tanış olmaq olar.

    Hərraclarda iştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 %-i qədər beh ödəyərək iştirakçı statusu əldə etmək olar.

  • Hərbçimizin şəhid statusu bərpa edildi – FOTO

    Gəncə şəhər İnzibati Məhkəməsində hakim Fikrət Hüseynovun sədrliyi ilə 44 günlük Vətən Müharibəsinin iştirakçısı Röyal Verdiyevin şəhid statusunun ləğv edilməsi ilə bağlı iclas keçirilib.

    Haqqin.az xəbər verir ki, Verdiyevlər ailəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsini oğullarının şəhid statusunun bərpası ilə bağlı məhkəməyə vermişdi.

    İddiaçılarınnın vəkili Əziz Qənbərli bildirib ki, Röyal Verdiyev 44 günlük müharibədə Cəbrayıl, Qubadlı, Laçın rayonlarında döyüşlərdə iştirak edib. Verdiyev döyüş bölgəsində əsgər yoldaşının silahı ilə ehtiyatsız davranması nəticəsində açılan güllədən dünyasını dəyişib.

    Verdiyev 2020-ci il dekabrın 3-də Daşkəsən rayonundakı Şəhidlər Xiyabanında dəfn edilib. Döyüş əməliyyatları zamanı bir nəfər öldüyünə görə ona şəhid, ailəsinə isə şəhid ailəsi statusu verilib.

    Lakin bir il sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon şöbəsi məhkəmə iddiası qaldıraraq Verdiyevin şəhidlik statusunun ləğv edilməsini və ailəsinə verilən müavinətin dayandırılmasını tələb edib. İnzibati orqanın məktubu əsasında Verdiyev şəhid statusundan məhrum edilib, ailəyə ödənişlər dayandırılıb.

    Verdiyevlər ailəsinin Gəncə İnzibati Məhkəməsinə verdiyi şikayət ilkin olaraq təmin edilməyib. Lakin Gəncə Apellyasiya Məhkəməsinin hakimi Azər Bayramov bu qərardan verilən apellyasiya şikayətini qismən təmin edib və işi yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə qaytarıb. Bu dəfə məhkəmə əvvəlki qərarını dəyişərək iddianı təmin edib.

    Qərara əsasən, inzibati orqanın iddiası qanunsuz hesab edilib. Eyni zamanda, Verdiyevin şəhid statusu bərpa edilib.

    Yeni qərara əsasən, iki il ərzində ödənilməyən müavinət də şəhid ailəsinə tam ödənilməlidir.

    Qeyd edək ki, Röyal Verdiyev Prezidentin sərəncamlarına əsasən “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad edilməsinə görə”, “Qubadlının azadlığına görə”, “Laçının azadlığına görə” medalları ilə təltif edilib.

  • “Mançester Yunayted” 16 il klubda işləyən icraçı direktorla vidalaşıb

    İngiltərənin “Mançester Yunayted” klubu icraçı direktoru Riçard Arnoldla yollarını ayırıb.

    Median.Az “qırmızı-şeytanlar”ın rəsmi saytına istinadən xəbər verir ki, funksioner öz istəyi ilə bu postu tərk edib.

    Baş məsləhətçi Patrik Stüart müvəqqəti olaraq bu vəzifəni də icra edəcək. Arnold dekabrın sonuna qədər kluba dəstək olacaq.

    Qeyd edək ki, Riçard Arnold 16 il “Mançester Yunayted”də işləyib.

  • Xarici vətəndaşlar Azərbaycanda beynəlxalq ödəniş kartları əldə edə bilərmi?

    Hazırda dünyada baş verən qlobal proseslər, işsizlik və digər amillər səbəbindən insanlar öz ölkələrini tərk edir, qanuni və ya qeyri-qanuni yolla başqa ölkələrdə yaşamağa və çalışmağa başlayırlar. Vətəndaşların köç etdiyi ölkələr sırasında multikultural dəyərləri və sabitliyi ilə seçilən Azərbaycan da var. Bəs həmin ölkə vətəndaşları Azərbaycanda beynəlxalq ödəniş kartlarını əldə edə bilərlərmi? Bununla bağlı hansı tələblər var?

    Mövzu ilə bağlı “Report”un sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, rezidentlik statusundan asılı olmayaraq hesaba bağlı ödəniş kartlarının verilməsi xidməti “Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları”, “Ödəniş kartlarının emissiyası və istifadəsi Qaydaları”, habelə “Müştəri uyğunluğu və yeni texnologiyaların tətbiqi zamanı verifikasiya tədbirlərinə, risk faktorlarının müəyyən edilməsinə və müştəri profilinin risk qruplarına aid edilməsinə dair Qaydalar”ı ilə tənzimlənir.

    “Belə ki, hesabların açılması zamanı istər rezident, istərsə də qeyri-rezident şəxslərin müştəri uyğunluğu tədbirləri həyata keçirilir və nəticəsinə müvafiq olaraq banklar tərəfindən hesabların açılması və aparılması barədə qərar qəbul edilir. Odur ki, banklar tərəfindən bank hesabının açılması üçün müraciət edən şəxslərdən sözügedən Qaydaların tələblərinə uyğun olaraq məlumatlar əldə olunur. Bu xüsusda, müştəri profili üzrə risk qiymətləndirməsi həyata keçirilir və müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumatlar verifikasiya edilir”, – deyə AMB-dən məlumat verilib.

    Beləliklə, əgər şəxs müştəri uyğunluğu və məlumatların verifikasiyası proseslərindən keçə bilirsə bank hesabı aça və müvafiq ödəniş kartı verilə bilər.

    “Report”a açıqlama verən “MasterCard” beynəlxalq ödəniş sisteminin Azərbaycan və Türkiyə üzrə Baş direktoru Avşar Gürdal bildirib ki, hər hansı bir ölkənin vətəndaşının Azərbaycanda yaşamaq icazəsi varsa, burada kirayə haqqı, kommunal xərcləri ödəyirsə, bankların dəyərləndirməsindən müsbət keçibsə, Azərbaycanın yerli və “MasterCard”ın qlobal tələblərinə görə şirkətin kartını əldə etməsi mümkündür. Burada heç bir ölkə vətəndaşına məhdudiyyət yoxdur. Lakin vətəndaş turist kimi gəlibsə və qısa müddətdən sonra öz ölkəsinə dönəcəksə o zaman səfər etdiyi ölkədə “MasterCard”ın kartını əldə etməsi qaydalara uyğun deyil.

    “Visa” beynəlxalq kart təşkilatının mətbuat xidmətindən “Report”a verilən açıqlamada isə qeyd edilib ki, “Visa” emitenti kartların emissiya ilə bağlı əməliyyatlarını həyata keçirmək üçün lisenziyası olduğu ölkədən kənarda müştərilərə müraciət edə və ya “Visa” kartları buraxa bilməz: “Bu qayda uzun illərdir ki, mövcuddur və bütün regionlarda tətbiq olunur. Bütün “Visa” məhsulları bu təşkilatın qaydalarına və qüvvədə olan qanunlarına uyğun olaraq verilməlidir. Buraya müştəriləri tanımağa dair tələblər (“Know Your Client”) və çirkli pulların yuyulması ilə mübarizə də (“Anti-Money Laundering”) daxildir”.

    Şirkət tərəfindən əlavə edilib ki, xarici vətəndaşa başqa ölkədə çalışarkən iş icazəsi verilir: “Verilən icazəyə əsasən onlara kartların verilməsi məsələsinə baxılır. Burada daha çox ölkənin qoyduğu qanunlara diqqət yetirilir”.

  • Salyanda sürücülük hüququ olmayan, narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

    Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Report”a verilən məlumata görə, yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ – 2121” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün “Saxla” işarəsi verilib. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, rayonun Şorsulu kənd sakini Emin Aslanovun nəqliyyat vasitəsini sürücü hüququ olmadan idarə etdiyi məlum olub. Bundan əlavə, onun narkotik vasitə və psixotrop maddə qəbul etməsinə dair şübhələr yarandığından sonuncunun müvafiq tibbi müayinədən keçirilməsi də təmin edilib. Müayinənin nəticəsinə əsasən isə E.Aslanovun marixuana istifadə etdiyi məlum olub.

    Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 15 gün müddətinə inzibati qaydada həbs edilib.

  • Азербайджан экстрадировал в Россию скандального блогера Турала Мамедова

    Азербайджанская сторона экстрадировала обвиняемого в нападениях на жителей Санкт-Петербурга скандального блогера Турала Мамедова в Россию.

    Об этом сообщает Генпрокуратура России.

    Ранее 18-летнего Турала Мамедова задержали в Азербайджане по запросу РФ.

    По версии следствия, молодой человек вместе с другими юношами намеренно провоцировал конфликты с прохожими и избивал их. Ролики драк выкладывались в соцсетях.

    В рамках разбирательства задержаны более десяти человек в возрасте от 14 до 18 лет.

    Помимо видео с нападениями на людей, Т. Мамедов выкладывал записи, на которых заметно, как он нарушает правила дорожного движения.

  • Azərbaycan qalmaqallı blogeri Rusiyaya ekstradisiya edib

    Azərbaycan tərəfi Sankt-Peterburq sakinlərinə qarşı hücumda ittiham olunan qalmaqallı bloger Tural Məmmədovu Rusiyaya ekstradisiya edib.

    Bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

    Daha əvvəl 18 yaşlı Tural Məmmədov Rusiyanın müraciəti ilə Azərbaycanda saxlanılıb.

    İstintaqın məlumatına görə, gənc oğlan digər gənclərlə birlikdə yoldan keçənlərlə qəsdən münaqişə yaradıb və onları döyüb. Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.

    İstintaq çərçivəsində yaşı 14-18 arasında olan 10-dan çox şəxs saxlanılıb.

  • Завтра станция метро “Гянджлик” перейдет на усиленный режим работы

    Завтра в связи с матчем национальной сборной Азербайджана по футболу со сборной Швеции в рамках отборочного группового этапа ЕВРО-2024 на станции метро “Гянджлик” будет введен усиленный режим работы.

    Об этом сообщили в ЗАО “Бакинский метрополитен”.

    Движение поездов будет регулироваться в течение рабочего дня в соответствии с обычным режимом работы.

    Также, на станциях “28 Мая’” и ‘”Нариман Нариманов” будут приняты меры предосторожности.

    Для обеспечения комфорта и безопасности пассажиров будет выделена дополнительная рабочая сила и составы.