Month: December 2023

  • İran 32 ölkə ilə vizanı ləğv etdi – FOTO

    “Turizm Nazirliyinin 32 ölkə ilə vizanın ləğvi barədə təklifi hökumət tərəfindən bəyənilib və müəyyən etdiyimiz prioritetlərlə vizaların birtərəfli qaydada ləğvi təsdiqlənib”.

    Bu sözləri İranın mədəni irs və turizm naziri İzzətullah Zərğami jurnalistlərə deyib.

    Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

    Beləliklə, İran Tacikistan, Özbəkistan, Qırğızıstan və digər 29 ölkə vətəndaşları üçün vizaları birtərəfli qaydada ləğv edib.

    Tehran, habelə birtərəfli qaydada 17 Asiya ölkəsi, 6 Afrika ölkəsi, 5 Avropa dövləti və Latın Amerikasının daha 5 ölkəsinin vətəndaşlarına viza tələbini aradan qaldırıb. Asiya ölkələri arasında Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt, Livan, Tunis, Malayziya və Sinqapuru qeyd etmək olar.

    İran, eləcə də Hindistan vətəndaşları üçün vizanı ləğv edib.

  • “Reuters”: Qəzza zolağında epidemiyanın yayılması riski var

    Təmiz su, qida və sığınacaq çatışmazlığı Qəzza zolağının əhalisi arasında yoluxucu xəstəliklərin yayılması riskini artırır.

    Bu barədə “Reuters” agentliyi 10 həkim və yardım işçisinə istinadən məlumat yayıb.

    “Qəzza zolağında xəstəliklərin yayılması üçün ideal mühit yaranıb. İndi söhbət bunun nəticələrinin nə qədər ciddi olacağından gedir”, – deyə BMT-nin Uşaq Fondunun nümayəndəsi Ceyms Elder agentliyə şərhində bildirib.

    Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, noyabrın 29-dan dekabrın 10-dək mədə-bağırsaq xəstəlikləri əlamətləri olan beş yaşadək uşaqların sayı 66% artaraq 59 895-ə çatıb. Anklavın qalan əhalisi üçün bu göstərici 55% təşkil edib.

    Qəzza zolağının cənubundakı Xan Yunis şəhərindəki “Naser” xəstəxanasının pediatriya şöbəsinin müdiri Əhməd əl-Farra agentliyə bildirib ki, onun şöbəsi ağır susuzluqdan əziyyət çəkən uşaqlarla doludur. Bəzi uşaqlarda bu böyrək çatışmazlığına səbəb olub və ishal halları dörd dəfə artıb.

    Əl-Farranın sözlərinə görə, son iki həftə ərzində şəhərdə 15-30 hepatit A virusuna yoluxma faktı qeydə alınıb.

    “Virusun inkubasiya müddəti üç həftədən bir aya qədərdir, ona görə də bir aydan sonra hepatit A-ya yoluxma hallarının sayında partlayış baş verəcək”, – deyə o vurğulayıb.

  • “Çelsi” bu qış üç oyunçusunu birdən sata bilər

    Qış transfer pəncərəsində üç futbolçu “Çelsi”ni tərk edə bilər.

    Məlumata görə, London klubu müdafiəçilər Aksel Disasi və Mark Kukurella, həmçinin yarımmüdafiəçi Konor Qallaheri satışa çıxaracaq. Belə bir tədbir “aristokratlar” üçün öz transfer büdcəsini artırmaq üçün lazımdır.

    Xatırladaq ki, Aksel Disasi ötən ilin yayında “Monako”dan “Çelsi”yə keçib. Mark Kukurella da londonlulara 2022-ci ilin yayında qoşulub. Ümumilikdə iki müdafiəçinin transferi üçün 110 milyon avro ödənilib.

    Mənbə: championat.com

  • MİDA-dakı 300 min manatlıq qalmaqalla bağlı məhkəmə başlayır

    Özünü informasiya texnologiyaları üzrə mütəxəssis kimi təqdim edərək vətəndaşları Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tikdiyi binalardan asanlıqla mənzil ala biləcəyinə inandırıb, pullarını mənimsəməkdə ittiham edilən Mahir Rəsulovun məhkəməsi başlayır.

    Median.Az qaynarinfo-ya istinadla xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Telman Hüseynov iş üzrə hakim təyin edilib.

    Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Mahir Rəsulovun cinayət işi üzrə 38 nəfər zərərçəkmiş qismində tanınıb. Vətəndaşlara dəymiş zərərin 300 min manata yaxın olduğu iddia edilir.

    Mahir Rəsulov Türkiyəyə qaçmaq istəsə də, polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

  • Putin: “Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb”

    “Ermənistanda Qarabağla bağlı mürəkkəb daxili siyasi proseslər gedir. Bunu hamı anlayır”.

    Bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

    Onun sözlərinə görə, Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyan Ermənistan idi.

    “Bizə onların belə bir qərar verməyə hazırlaşdıqları barədə məlumat verilməyib. Bu, sadəcə faktdır”, – deyə prezident qeyd edib.

    Putin Ermənistanın MDB, Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) üzvlüyünə xitam verməsinin onun özünün maraqlarına uyğun olmadığını, ancaq nəhayətdə bunun yenə də dövlətin seçimi olduğunu vurğulayıb.

    “Ermənistan baş nazirinin (Nikol Paşinyan – red.) ümumi tədbirlərdə iştirak etməməsinə gəlincə, biz bildiyimiz qədərilə, bu, ölkəsində gedən proseslərlə bağlıdır”, – deyə Rusiya dövlət başçısı əlavə edib.

  • Ağsuda xırdabuynuzlu heyvanları oğurlayan şəxs saxlanılıb

    Ağsu rayonunun Yenilik kəndində xırdabuynuzlu heyvanlar oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

    Bildirilib ki, zərərçəkmişlərdən daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Qahir Eyvazov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, çoban işləyən Q.Eyvazov növbədə olarkən kənd sakinlərinə məxsus heyvanları oğurlayaraq ayrı-ayrı şəxslərə satıb. Keçirilmiş tədbirlərlə heyvanları satdığı şəxslər də müəyyən olunub və həmin xırdabuynuzlu heyvanlar sahiblərinə geri qaytarılıb.

    Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

  • Ermənistan hökuməti Arazdəyəndəki zavodun yerinin dəyişməsi barədə qərar verib

    Ermənistan Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində, Arazdəyən qəsəbəsində inşası dayandırılan metallurgiya zavodunun yerini dəyişdirir.

    Ermənistan mediasının məlumatına görə, hökumət bununla bağlı qərar verib.

    Bildirilir ki, zavod Vedibasar (Ararat) rayonunda Dəvəli kəndinə köçürüləcək.

    Xatırladaq ki, Azərbaycan tərəfi metallurgiya istehsalının əhaliyə və ətraf mühitə zərər yetirəcək təhlükəli emissiyalara səbəb ola biləcəyini dəfələrlə bəyan edib.

  • Xəzərdəki zəlzələ Azərbaycanda hiss olunub – YENİLƏNİB

    Bu gün saat 15:04-də baş verən 4,5 maqnitudalı zəlzələnin episentri Xəzər dənizinin İran akvatoriyasında yerləşib.

    Bununla bağlı Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

    Ocağı 31 kilometr dərinlikdə yerləşən zəlzələ Lənkəran və Lerik ərazisində 3 baldan çox hiss olunub.

    * * * *

    Lənkəranda zəlzələ olub.

    Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

    Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla 15:04-də baş verən yeraltı təkanların maqnitudası 4,5 olub.

    Zəlzələ yaxın ərazilərdə 3 bala qədər hiss olunub.

  • Касым-Жомарт Токаев поздравил Ильхама Алиева

    Президент Казахстана Касым-Жомарт Токаев поздравил Президента Азербайджана Ильхама Алиева с впечатляющим успехом – избранием Азербайджана страной проведения 29-й Конференции сторон Рамочной конвенции ООН по изменению климата (COP29) в 2024 году.

    Об этом передает пресс-служба Акорды (резиденция президента Казахстана – ред.).

    “Это решение является ярким свидетельством высокого авторитета Вашей страны на международной арене, признания эффективной и прогрессивной политики Азербайджана и его приверженности высоким целям глобальной климатической повестки. Убежден, организация этого масштабного форума в прекрасном Баку внесет весомый вклад в продвижение Целей устойчивого развития, будет способствовать решению наиболее актуальных задач современности, привлечет внимание мировой общественности к экологическим и региональным вопросам”, – говорится в телеграмме.

    Глава казахского государства заверил своего азербайджанского коллегу, что Казахстан готов оказать всестороннее содействие и принять самое активное участие для успешного и результативного проведения СОР29.

    Источник: inform.kz

  • Kasım-Jomart Tokayev Azərbaycan Prezidentini təbrik edib

    Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edən ölkə kimi Azərbaycanın seçilməsini böyük uğur kimi qiymətləndirərək bu münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

    Bu barədə Qazaxıstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

    “Bu qərar ölkənizin beynəlxalq aləmdə yüksək nüfuzunun, Azərbaycanın səmərəli və mütərəqqi siyasətinin tanınmasının və qlobal iqlim gündəliyinin yüksək məqsədlərinə sadiqliyinin bariz göstəricisidir.

    Əminəm ki, bu irimiqyaslı forumun gözəl Bakıda təşkili Dayanıqlı İnkişaf Məqsədlərinin təbliğinə mühüm töhfə verəcək, dövrümüzün ən aktual problemlərinin həllinə töhfə verəcək, dünya ictimaiyyətinin diqqətini ekoloji və regional məsələlərə cəlb edəcəkdir”, – Kasım-Jomart Tokayev qeyd edib.

    Qazaxıstan prezidenti azərbaycanlı həmkarını əmin edib ki, Qazaxıstan hərtərəfli yardım göstərməyə və COP29-un uğurlu və səmərəli keçirilməsində fəal iştirak etməyə hazırdır.

    Qeyd edək ki, dekabrın 9-da Şərqi Avropa regional qrupu Azərbaycanı 2024-cü ildə COP29-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.

    Mənbə: İnform.kz